|
Kommunizm XX əsrə damğasını vurmuş
ideologiyadır. Lakin bu damğa ancaq
təzyiq, zülm, qan və göz yaşı ilə doludur.
Tarixçilərin hesablamalarına əsasən təkcə
bu ideologiya səbəbilə XX əsr ərzində
120 milyon insan öldürülmüşdür. Bunlar
müharibə zamanı cəbhədə ölən əsgərlər
deyil, kommunist dövlətlərin öz xalqlarının
içindən öldürdüyü mülki şəxslərdir. 100
milyon kişi, qadın, qoca, uşaq, körpə
“kommunizm” adlanan bu soyuq, qəddar,
vəhşi ideologiya səbəbilə həyatını itirmişdir.
Habelə, kommunist rejimlər tərəfindən əsas
insan hüquq və azadlıqlarından məhrum
edilən, deportasiya edilən, sistemli şəkildə
qıtlığa məruz qoyulan, həbs edilən, əmək
düşərgələrində qul kimi istifadə edilən on
milyonlarla insan var. Milyonlarla insan
da kommunist partizan qrupların, terror
təşkilatlarının gülləsinə hədəf olmuş və ya
hədəf olma qorxusu altında yaşamışdır.
Bəs bu ideologiyanın mənşəyi nədir?
Necə olub ki, bu qədər qanlı və zalım
düşüncə tərzinin dünyanın hər tərəfində
tərəfdarı çıxmış, inqilablarla iqtidara gəlmiş,
milyonları da arxasınca sürükləmişdir?
Kommunizm
necə
meydana
gəlmiş,
böyümüş və sona çatmışdır? Həqiqətən
sona çatıb, yoxsa hələ də dünyanı və
ölkəmizi təhdid edir?
Bu
saytda
həmin
suallara
cavab
tapacaqsınız. |