BOLŞEVİK VƏHŞİLİYİNİN TARİXİ
İSOSİF STALİN: 40 MİLYON İNSANIN QATİLİ
|
20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsrdə dünya müharibəsi, soyqırım, əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan müharibələri, terror əməliyyatları kimi əvvəlki əsrlərdə görünməmiş və eşidilməmiş vəhşilik üsulları ortaya çıxmışdır. Bu əsrdə sadaladığımız üsullarla yüz milyonlarla insan qətlə yetirilmişdir.
20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiyanın qədim dövrlərdə mövcud olan silahlarla müqayisədə daha öldürücü silahların istehsalına imkan yaratmasıdır. İkinci mühüm səbəb isə bu silahların istifadə edilməsinə, həm də amansızcasına istifadə edilməsinə səbəb olan ideologiyalardır. Təməlləri 19-cu əsrdə qoyulan müxtəlif "izm"lərin qanlı nəticəsiəsasən 20-ci əsrdə görünmüşdür.
Kommunizm bu "izm"lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş yayılmışıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insanların sayı təxminən 120 milyon olmuşdur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, əmək düşərgələrində ölənə qədər işlədilərək qətlə yetirilmiş, "sürgün" adı altında evlərindən toplanaraq Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıq nəticəsində aclıqdan öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qoyulmuş,beyni yuyulmuş kommunist xadimlər tərəfindən güllə-bəran edilmiş, boğulmuş, boğazları üzülmüş, məhv edilmişdir.
1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, yeni qurulan Sovet İttifaqının tərkibinə daxil olan ölkələrə daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikası ölkələrinə, Kubaya və Afrikaya yayılmışdır.
İndi bu qırmızı vəhşiliyin tarixini araşdıraq.
LENİNİN QANLI İNQİLABI
Karl Marks hər hansı bir siyasi partiyanın və ya hərəkatın lideri deyildi. Yalnız nəzəriyyəçi idi. İnsanlıq tarixini dialektik materializmə görə yönləndirməyə çalışmış, buna görə keçmişə dair şərhlər vermiş və gələcək haqqında da fikirlər irəli sürmüşdü. Marksın ən böyük kəhanəti (gələcək haqqında xəbər) isə inqilab idi. Kapitalist qayda-qanunun qiyam qaldıran işçilər tərəfindən dağılacağını və bu inqilabla birlikdə "sinifsiz cəmiyyət"in yaranacağını vəd etmişdi.
Marks 1883-cü ildə öldü. Aradan illər, hətta on illər keçməsinə baxmayaraq, Marksın xəbər verdiyi inqilab heç cür reallaşmadı. Avropalı kapitalist ölkələrdə nəinki inqilab baş verdi, işçilərin iş və həyat şəraitlərində qismən də olsa yaxşılaşma yaşandı və fəhlə-burjuaziya gərginliyi azaldı. İnqilab reallaşmırdı və buna heç ümid də yox idi.
Marksın ölümündən sonra onun qoyub getdiyi ideologiya Lenin tərəfindən şərh olundu. Lenin bir tərəfdən Marksın çatışmamazlıqlarını və ziddiyyətlərini örtməyə çalışarkən, digər tərəfdən də kommunizmi silah qorxusu ilə iqtidara gətirməyin yollarını formalaşdırırdı. Yuxarıda 1897-ci ildə St. Peterburqda çəkilən şəkildə Lenin (yuxarıda) və digər kommunist xadimlər. Aşağıda isə Marksın “ Das Kapitalının“ rusca nəşri
|
Marksın ölümündən təxminən 20 il sonra Rusiyada başqa mühüm isim peyda oldu. Marksistlərin qurduğu Rus İctimai Demokrat Partiyası daxilində inkişaf edən Vladimir İliç Lenin marksizmə yeni bir baxış gətirdi. Leninə görə inqilabın özü-özlüyündə meydana gəlməsi mümkün deyildi, çünki Avropalı fəhlə sinifi burjuaziya tərəfindən onlara təmin edilən imkanlar vasitəsilə faydalanırdılar, digər ölkələrdə isə onsuz da sözügedən ideologiya daşıyıcısı olan fəhlə sinifi yox idi. Lenin bu vəziyyətə dair həll yolu təklif etdi: İnqilab Marksın nəzərdə tutduğu kimi işçilər tərəfindən deyil, işçilər (yəni marksist ədəbiyyata görə "proletariat") adına fəaliyyət göstərən, professional inqilabçılardan ibarət olan hərbi intizama malik "Kommunist Partiya"sı tərəfindən reallaşdırılacaqdı. Kommunist Partiyası silahlı mübarizədən və təbliğat üsullarından istifadə edərək inqilabı reallaşdıracaq, iqtidarı ələ keçirdiyi andan etibarən Leninin "proletariat diktatorluğu"adlandırdığı avtoritar rejim qurulacaq, rejim müxaliflərini aradan götürəcək, xüsusi mülkiyyəti aradan qaldıracaq və cəmiyyətin kommunist nizama doğru irəliləməsini təmin edəcəkdi.
Leninin irəli sürdüyü bu nəzəriyyə ilə birlikdə kommunizm əli silahlı terror qruplarının ideologiyasına çevriləcəkdi. Lenindən sonra da dünyanın dörd bir tərəfində özlərini qan tökməklə inqilab etməyə həsr etmiş yüzlərlə "kommunist partiya" və ya "fəhlə partiyası" meydana çıxdı.
Noyabr 1917-ci ildə St. Peterburqda silahları ilə birlikdə Bolşevik inqilabçılar
|
Kommunist partiyası inqilab üçün hansı üsullardan faydalanmalı idi? Lenin bu sualı həm yazılarında, həm də hərəkətlərində cavablandırdı: Kommunist partiya bacardığı qədər qan tökməliydi.
Lenin hələ 1906-cı ildə yəni Bolşevik İnqilabından 11 il əvvəl “Proletari“ jurnalında belə yazırdı:
Bizi silahlı mübarizə maraqlandırır; bu mübarizə, fərdlər və kiçik qruplar tərəfindən icra edilir. Bir hissə inqilabçı təşkilatlara aid olduğu halda, digər hissələr (əksəriyyəti Rusiyanın müəyyən hissələrində) hər hansı inqilabçı təşkilata bağlı deyildir. Silahlı mübarizə bir-birindən tamamilə ayrılmış fərqli iki məqsədə yönəlmişdir; birincisi bu mübarizə şəxslərə, liderlərə, ordu və polisdəki vəzifəli şəxslərə sui-qəsd törətməyi qarşısına məqsəd qoyur, ikincisi həm hökumətə, həm də xüsusi fərdlərə mənsub pul qaynaqlarını ələ keçirməyi qarşısına məqsəd qoyur. Əldə olunan pullar qismən partiya kassasına, qismən xüsusi silahlanmaya və qiyam hazırlığına və qismən də təyin etməkdə olduğumuz mübarizəyə qoşulan insanların dolanışığına sərf edilər. Böyük miqdarda ələ keçirilən pullar (Qafqazdakı 200.000 rubl, Moskvadakı 875.000 rubl miqdarında olanlar) həqiqətən də əvvəlcə inqilabçı partiyalara xərclənmişdi, kiçik qənimətlər isə əsasən "əldə edənlərin" dolanışığına sərf olunmuşdur.14
Leninin də rəhbərlik etdiyi Rus İctimai Demokrat Partiyası daxilində 1900-cü illərin əvvəlində mühüm fikir ayrılığı yaşandı. Leninin rəhbərliyində olan qrup zorakılıq yolu ilə inqilabı dəstəklədiyi halda, digər bir qrup daha demokratik üsullarla marksizmi Rusiyaya gətirməyi müdafiə edirdi. Leninistlərinsayı isə az olmasına baxmayaraq, müxtəlif təzyiq üsulları ilə "çoxluq" halına gəldi və rus dilində"çoxluq" mənasını verən "bolşevik" kimi tanınmağa başladılar. Digər qrup isə "azlıq" mənasını verən "menşevik" adlandırıldı.
Bolşevikler Leninin yuxarıda təsvir etdiyi şəkildə təşkilatlanmağa başladılar: sui-qəsdlər, hökumətə aid pulların ələ keçirilməsi, rəsmi təşkilatların qarət edilməsi və.s. Çox illərini sürgündə keçirdikdən sonra polşeviklərin planlaşdırdıqları inqilab 1917-ci ildə reallaşdı. Bu il iki ayrı inqilab baş verdi. Fevral ayında reallaşan ilk inqilabda,Rus Çarı II Nikolas taxtdan endirildi, ailəsi ilə birlikdə həbs edildi və demokratik hökumət quruldu. Ancaq bolşevikler demokratiya deyil, "proletariat diktatorluğu"nun qurulmasında israrlı idilər. 1917-ci ilinoktyabrında gözlədikləri inqilab reallaşdı və Leninlə ən böyük köməkçisi Leon Trotskinin(Troçki) rəhbərlik etdiyi kommunistlər əvvəl hökumət mərkəzi olan Petroqradı, sonra isə Moskvanı ələ keçərdilər. Hər iki şəhərdəki qarşıdurmaların nəticəsində dünyanın ilk kommunist rejimi qurulmuş oldu.
KOMMUNİZMİN CAHİL XADİMLƏRİ
Bolşeviklər cahil xalq kütlələrinə sadə şüarlarla səsləndilər və geniş təbliğatla bir çox insanı qısa müddətdə tərəflərinə çəkdilər. Təhsilsiz və yoxsul insanlar onlara çörək və dinclik vəd edən kommunistlərin yalanlarına asan şəkildə inana bilirdilər. Darvinizmin qızışdırdığı dinsizlik isə kommunist təbliğatı gücləndirirdi. Şəkildə bəhs edilən təbliğat nəticəsində bir neçə gün içində kommunist olan bir qrup rus işçi və kəndlisi var.
|
Oktyabr inqilabından sonra Rusiya böyük vətəndaş müharibəsinə şahid oldu. Çarı dəstəkləyən generalların yığdığı "Ağ Ordu" ilə Trotskinin başçılıq etdiyi ``Qırmızı Ordu`` arasında baş verən müharibədüz 3 il davam etdi. 1918-ci ilin iyulunda bolşeviklər tərəfindən Leninin əmri ilə Çar II Nikolas və bütün ailəsi (üç uşağı ilə birlikdə) güllələnərək edam edildi. Vətəndaş müharibəsi boyunca bolşeviklər rejim müxaliflərinə qarşı ən qanlı cinayət, qırğın və işgəncələri tətbiq etməkdən çəkinmədilər.
İstər Qırmızı Ordu birlikləri, istərsə də Leninin qurduğu "ÇK" (ЧК - чeрезвычайнаякомиссия - fövqəladə komisiya) adlı gizli polis təşkilatı, inqilaba qarşı olanlara böyük terror həyata keçirdilər. Dünya səviyyəsində törədilən kommunist terrorunundan bəhs edən “Kommunizmin Qara Kitabı“ adlı əsərdə bolşevik terroru belə izah edilir:
Qanlı Bolşevik inqilabının liderəsgəri Leon Trotski. Lenindən sonrakı ikinci adam olan Trotski başında olduğu Qızılordu ilə bütün Rusiyanı qana bürüyən vətəndaş müharibəsini həyata keçirdi.
|
Bolşeviklər passiv də olsa iqtidara qarşı yönələn hər cür müqaviməti; yalnız siyasi müxalif qruplardan qaynaqlanmayan, eyni zamanda soylular, burjuaziya tərəfdarları, ziyalılar, din adamları kimi ictimai xadimləri və zabitlər, jandarmalar kimi peşə qruplarından olanları da istər hüquqi, istərsə də fiziki olaraq aradan qaldırmağa qərar verdi və hətta soyqrım belə törətməyə cəhd etdilər. 1920-ci ildə icra edilən "Kazaklardan təmizləmə" kampaniyası əhəmiyyətli dərəcədə soyqırmın tərifini verir: yeri, yurdu bəlli birlik olan kazaklar bütün kişilərin güllələnməsi, qadın, uşaq və yaşlıların sürgün edilməsi, kəndlərin yerlə yeksan edilməsi, ya da kazak olmayanlara təhvil verilməsi ilə azlıq olaraq varlıqlarını davam etdirə bilmədilər. Lenin kazakları Fransız İnqilabı dövründəki Vendeeylə bir tutur və onlara müasir kommunizmin "yaradıcısı" Gracchus Bubeufun 1795-ci ildə populicide (soyqırım) olaraq təyin etdiyi üsulu tətbiq etmək istəyirdi. 15
Bolşeviklər daxil olduqları hər şəhərdə öz ideologiyalarına rəğbət bəsləməyənləri qətlə yetirir, xalqı qorxutmaq məqsədi ilə şişirdilmiş vəhşiliklər törədirdilər. Adı çəkilən qaynaqda Krımda reallaşdırılan bolşevik vəhşilikləri belə izah edilir:
Buna bənzər zorakılıq hadisələri bolşevikler tərəfindən işğal edilən Sivastopol, Yalta, Aluşta, Simferopol kimi Krım ellərində də baş verdi. 1918-ci ilin aprel-may ayından etibarən üsyan komissiyasının hazırladığı sənədlərdə "əlləri qırılmış, çiyini parçalanmış, başı dağılmış, çənəsi qırılmış, cinsi orqanları qoparılmış cəsədlər" də mövcud idi...16
S. P. Melgunov da, "La Terreur rouge en Russie, 1918-1924" (Rusiyada Qırmızı Terror, 1918-1924) adlı əsərində Sivastopol şəhərinin "həyatda qalanların şahidliklərini yox etmə hərəkatı" nəticəsində "asılanlar şəhəri"nə çevrildiyini ifadə edirdi:
Nahimovski Prospekti küçədə həbs olunan zabitlərin, vətəndaşların asılmış cəsədləri ilə dolu idi. Şəhər sanki ölmüşdü, xalq zirzəmi və anbarlarda gizlənirdi. Bütün çit payaları, ev divarları, teleqraf dirəkləri, mağaza vitrinləri “Xainlərə Ölüm“ yazılı afişalarla örtülmüşdü. Digərlərinin ibrət götürməsi üçün insanları küçədə asırdılar.
Bolşevikler məhv etmək istədikləri hər kəsi müəyyən kateqoriyalar adı altında damğalayırdılar. Məsələn "burjuaziyalılar" və ya bolşeviklərdən fərqli sosializm anlayışını müdafiə edən "menşeviklər" qurulan yeni rejimin öndə gələn düşmənləri idi. Sayına görə ən geniş və ən çox hədəfə alınan kateqoriya isə "«kulak» (qolçomaq)" kateqoriyası idi. «kulak» (qolçomaq)lar rus dilində zəngin torpaq sahiblərinə verilən ad idi. Lenin inqilab və vətəndaş müharibəsi boyunca «kulak» (qolçomaq)lara qarşı mərhəmətsiz terror tətbiq olunmasına dair yüzlərlə əmr yağdırmışdı. Məsələn, Penza Soveti İcra etmə Komitəsinə göndərdiyi teleqrafda belə yazırdı:
Yoldaşlar! Cərəyan edən «kulak» (qolçomaq) qiyamı amansızcasına əzilməlidir. İnqilabın mənfəətləri bunu tələb edir çünki artıq hər yerdə «kulak» (qolçomaq)larla "ölüm-dirim mübarizəsi" başlamışdır. Belə birinə nümunə formalaşdırmaq lazımdır. Daha az sayda olmamaq şərti ilə; 100 «kulak» (qolçomaq), pul atası, qan içənin asılması (insanların görə biləcəyi bir şəkildə asılmasını nəzərdə tuturam), adlarının açıqlanması, bütün taxılların ələ keçirilməsi... Bunu insanların yüzlərlə metr uzaq məsafədən görüb, titrəyəcəkləri, anlayacaqları... şəkildə etməlisiniz. Bu təlimatları aldığınızı və yerinə yetirdiyinizi bildirmək üçün teleqraf göndərin. Salamlar. Lenin. 17
Trotskininn təsiri ilə Petrograd şəhərində Çar əleyhinə qiyamı dəstəkləyən rus əsgərləri, 1917-ci il
|
Leninin təlimatları bolşeviklər tərəfindən böyük zövqlə yerinə yetirilirdi. Hətta xüsusi vəhşilik üsulları tətbiq edirdilər. Məşhur rus yazıçısı Maksim Qorki şahid olduğu bəzi üsulları belə izah edirdi:
Tambovda kommunistlər məhbusların sol əl və sol ayaqlarını dəmiryolu mismarları ilə torpağın bir metr yuxarısındakı ağaclara mıxlayır və bu insanların əzabını bilərəkdən izləyirdilər. Bir əsirin mədəsini açıb kiçik bağırsağını götürür və bir ağaca mismarlayaraq bağırsağın açılmasını izləyirdilər. Tutduqları vəzifəli şəxsləri soyub çiyinlərindən başlayaraq dərilərini üzürdülər. 18
Bolşevikler kommunizmə tabe olmaq istəməyən hər kəsi məhv etməyə çalışırdılar. Leninin yuxarıda göstərilən əmrinə bənzər bir çox əmr və göstəriş nəticəsində on minlərlə insan səbəbsiz yerə güllələndi. Bir çox müxalif qüvvələr də "«kulak» (qolçomaq)" adı verilən və məhbusların çox ağır şəraitdə ölənə qədər işlədildikləri əmək düşərgələrinə göndərildi. Bu insanlardan çoxu bu düşərgələrdən xilas ola bilməyəcəkdi. Nəticədə, 1918-1922-ci illər arasında bolşevik rejimə qarşı qiyam qaldıran yüz minlərlə işçi və kəndli qətlə yetirildi.
Tarixçi Riçard Pipes gizli sovet arxivlərinə əsasən yazdığı “The Unknown Lenin“ (Bilinməyən Lenin) adlı kitabında Leninin bolşeviklərə verdiyi saysız cinayət, qırğın, işgəncə əmrlərini ortaya çıxarmış və nəticədə bu şərhi vermişdir: Mövcud dəlillərlə Leninin idealist deyil, problemləri gerçək ya da xəyali həll etməyin ən yaxşı yolunun, onlara səbəb olan insanları öldürmək olduğuna inanan qatil olduğunu rədd etmək qeyri-mümkün hala gəlmişdir. 20-ci əsrdə on milyonlarla insan həyatının yox olmasına səbəb olan siyasi və ictimai məhvetmə formalarını ilk dəfə meydana gətirən odur.19
PAVLOVUN İTLƏRİ VƏ LENİNİN "İNSANIN TƏKAMÜLÜ" PLANLARI
Bura qədər Lenin nümunəsində gördüyümüz və irəliləyən səhifələrdə daha faciəvi nümunələrini araşdıracağımız kommunist vəhşiliklərinin səbəbini yaxşı anlamaq lazımdır. Lenini və sonradan araşdıracağımız Stalin, Mao, Pol Pot kimi kommunist liderlərin hər birinin gözü dönmüş qatilə çevrilməsinə səbəb nədir?
Bunun səbəbi, inandıqları materialist fəlsəfə və bu fəlsəfənin insana olan baxışıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, kommunizm əslində materialist fəlsəfənin tarixə uyğunlaşdırılmasından ibarətdir. Materialist fəlsəfənin təbiətə uyğunlaşdırılması ilə, yəni Darvinin təkamül nəzəriyyəsi ilə tam şəkildə uyğunlaşır. Bu azğın düşüncələrin bəzi təməl elementləri isə belə yekunlaşdırıla bilər:
1. İnsan yalnız maddədən ibarət olan, ruhu olmayan bir varlıqdır.
2. İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan tək fərqi, içində olduğu şərtlərin onu bir az "əhilləşdirmiş" olmasıdır.Bundan başqa insanla heyvan arasında bir fərq yoxdur.
3. İstər təbiətdə, istərsə də insan cəmiyyətlərində dəyişməyən tək qayda "qarşıdurma"dır. Qarşıdurma bir-birilə üst-üstə düşən mənfəətlər səbəbindən yaranır. Qarşıdurma nəticəsində bir tərəfin məğlub olması, əzab çəkməsi, ölməsi çox təbii və hətta lazımlıdır.
4. Bu səbəbdən inkişafın reallaşması, məsələn kommunistlərə görə "kommunist inqilab"ın yaşanması üçün çox sayda insanın ölməsi, əzab çəkməsi, işgəncəyə məruz qalması qaçınılmazdır və hətta lazımlıdır.
Kommunizmin və materializmi mənimsəmiş bütün ideologiyaların yuxarıda saydığımız maddələri qanuni göstərmək üçün müraciət etdikləri üsul cəmiyyətlərdəki Allah inancını ortadan qaldırmaqdır. Əslində materializmin məqsədi də Allah inancını, dini və əxlaqi dəyərləri cəmiyyətlərdən uzaqlaşdırmaq, beləliklə özlərini "ruhsuz heyvan birlikləri" hesab edən kütlələr meydana gətirməkdir. Bu yolla sözü gedən kütlələri asanlıqla istiqamətləndirə biləcəklərini, öz iqtidarlarını qoruya biləcəklərini, istədikləri hər cür əxlaqsızlığa və zülmə qanuni zəmin hazırlaya biləcəklərini düşünürlər.
ŞƏRTİ REFLEKS TƏLQİNLƏRİ
Lenin və Trotski insanların da heyvanlar kimi şərti refleks üsullarıyla öyrədilə biləcəyini düşünürdülər. Sovet İttifaqında Kommunist Partiya təşkilatçılığı bu məntiqə görə icra olunurdu. Şəkildə Trotski Qırmızı Meydanda onu dinləyən insanlara təbliğ edir. 1918-ci il.
|
Beləliklə, insana bu şəkildə qiymət verən kommunist ideologiyanın ən böyük işi, insanları mümkün qədər "heyvanlaşdırmaq", vəhşi heyvanlar kimi zəncirləmək, əzab və qorxu yoluyla "tərbiyə etmək" və lazım olduğunda boğazlamaq olmuşdur.
Leninə baxdığımızda, insanları heyvan növü olaraq qəbul edən materialist-darvinist fəlsəfəni aşkar şəkildə görərik. Belə ki, Lenin heyvanlar üzərində reallaşdırdığı şərtli refleks təcrübələri ilə məşhurlaşan rus elm adamı Pavlovla xüsusi olaraq görüşmüş və Pavlovun üsullarını Rus cəmiyyəti üzərində tətbiq etmək üçün cəhd etmişdir. Tarixçi Orlando Figes, ``A People's Tragedy, A History Of The Russian Revolution`` (Bir Xalqın Tragediyası: Rus İnqilabının Tarixi) adlı kitabında Leninin rus xalqını hevyan tərbiyəçisi kimi öyrətmə məqsədini və bunun darvinist mənşəyini belə izah edir:
Deyilənə görə, 1919-cu ilin oktyabrında Lenin böyük fizioloq I. P. Pavlovun laboratoriyasına onun şərtli refleks işləri vasitəsilə insan beyninin bolşeviklərin insan davranışına nəzarət etməkdə köməkçi olub ola bilməyəcəyini öyrənmək üçün gizli getdiyi bildirilir. "Rus kütlələrinin kommunizm xəttini düşünmələrini və buna görə davranmalarını istəyirəm" deyə açıqladı Lenin... Pavlov heyrətlər içində qalmışdı. Lenin ondan itlər üçün etdiyini insanlar üçün də etməsini istəyirdi. "Rus kütlələrini standart halına gətirmək istədiyinizi söyləyirsiniz? Hamısının eyni şəkildə davranmasını təmin etmək mi istəyirsiniz?" deyə soruşdu... "Eynilə" deyə cavab verdi Lenin. "İnsanlar doğru olmalı. İnsanlar biz istədiyimiz şəklə gətirilməlidir"...
Kommunist sistemin son məqsədi insan təbiətinin dəyişməsi idi. Bu, digər totalitar rejimlər tərəfindən də irəli sürülən məqsəd idi... Faşist Almaniyasında 1920-ci ildə yevgenika hərəkatının qabaqcıllarından birinin söylədiyi kimi, "Demək olar ki, insanlıq anlayışında dəyişməyə şahid olduq.... Müharibənin qorxunc yevgenikası nəticəsində əvvəlkinə nisbətən fərqli fərd olmağa məcbur edildik"...
Aydınlığa çıxmış kütlələr vasitəsilə yeni insanlıq növünün yaradılması fikri 19-cu əsr rus ziyalılarının (belə ki, bolşeviklər onlardan çıxmışdır) hər zaman qurtarıcı missiyası olmuşdur. Marksist fəlsəfə də eyni şəkildə insan təbiətinin tarixi inkişafın nəticəsi olduğunu və buna uyğun olaraq da yenilənə biləcəyini öyrədir. Leninin gənclik çağlarında Rus ziyalıları arasında haradasa dini müqəddəsliyə sahib olan Darvin və Huksleyin elmi materializmi insanın içində yaşadığı dünyaya görə təyin olunduğu fikrini müdafiə edirdi. Bu səbəbdən Bolşevikler öz inqilablarının elmin də köməyi ilə yeni insan növü yaradacağına inanırdılar...
Pavlovun hər zaman inqilabı tənqid etməsinə və sürgün edilməklə təhdid edilməsinə baxmayaraq, bolşeviklər hər zaman ona yaxşı münasibət bəsləmişlər. İki il sonra Pavlova Moskvada böyük mənzil verildi. Lenin, Pavlovun işləri haqqında "inqilab üçün çox böyük əhəmiyyətə malikdir" deyirdi. Bukharin bunu materializmin dəmir sursatı olaraq adlandırırdı. 20
Leninin ən böyük köməkçisi və kommunist ideologiyanın nəzəriyyəçisi Trotski də Leninin darvinist mənşəli "insan təbiətini dəyişdirmə" düşüncələrini müdafiə edirdi. Trotski eynilə belə yazmışdı: İnsan nədir? Hələ tam şəkildə mövcud olan canlı deyil. Hələ bacarıqsız varlıqdır. Heyvan olaraq insan planlı şəkildə deyil, spontan şəkildə təkamülləşmiş və bir çox ziddiyyətlər inkişaf etmişdir. Necə öyrətmək və idarə etmək sualı insanın fiziki və ruhi quruluşunun; necə inkişaf etdiyi və tamamlandığı sualı yalnız sosializm təməlində həll edilə biləcək böyük problemdir. Səhrada qatar yolu inşa edə bilərik, Eyfel Qülləsini tikib birbaşa New York ilə danışa bilərik, amma insanı inkişaf etdirə bilmərik, elə deyilmi? Xeyr, edə bilərik. İnsanın yeni və dəyişmiş bir versiyasını çıxarmaq-bu kommunizmin sonrakı vəzifəsidir... İnsan özünü xam material olaraq görməli, ya da yarı emal edilmiş maddə olaraqbelə deməli: "Sevimli homo sapiens, sənin üçün işləyəcəm.21
Lenin, Trotski və digər bolşevikler insanı heyvan növü olaraq gördükləri və maddə yığını saydıqları üçün insan həyatına hər hansı dəyər vermirdilər. Onlara görə inqilabın müvəffəqiyyəti üçün milyonlarla insan çox rahat şəkildə fəda edilə bilərdi. “The Unknown Lenin“ kitabının müəllifi tarixçi Riçard Pipesə görə "Lenin insanlıq üçün onların alçaldılması xaricində heç bir hiss bəsləmirdi: Məktublar, Qorkinin irəli sürdüyü insanların Lenin üçün heç bir məna kəsb etmədiyini və onun işçi sinifinə metal işçisinin dəmir cövhərinə davrandığı kimi davrandığı iddiasını təsdiqləyir". 22
LENİNİN QƏSDNƏN APARDIĞI QITLIQ SİYASƏTİ
20-ci əsrdəki kommunist rejimlərin ortaq xüsusiyyəti xalqlarını böyük aclıqlara məhkum etmələridir. Lenin dövründə bütün Rusiyada 5 milyon insanın ölümünə səbəb olan qıtlıq dövrü yaşanmışdır. Stalinin dövründə 1932-33-cü illər arasında bu fəlakət daha geniş şəkildə təkrarlanmış və yalnız Ukraynada 6 milyon insan qıtlıq nəticəsində aclıqdan can verərək ölmüşdür. Maonun Qırmızı Çinində və Pol Potun Kamboçyasında da milyonlarla insan qıtlıq nəticəsində ölmüşdür.
Lenin darvinizmə olan bağlılığının nəticəsi olaraq insanları heyvan sürüsü kimi görürdü. Buna görə rəhbərliyi altındakı insanlara qarşı ən zalım üsulları istifadə etməkdən çəkinmədi.
|
Qıtlığın nə olduğunu yaxşı-yaxşı düşünmək lazımdır. Supermarketlərin, qaz sobalarının, şirniyyat evlərinin, restoranlarınhər tərəfimizdə olduğu bir zamanda qıtlıq bizlər üçün yad anlayışdır. Dolayısilə qıtlıq anlayışını eşitdiyimizdə bunu çox hallarda "bir müddət ac qalmaq" olaraq anlayırıq. Halbuki, Rusiya, Çin, Kamboca kimi ölkələrdə yaşanan qıtlıq aylar və illər boyunca davam edən daimi ac qalma halıdır. Yalnız öz yetişdirdikləri məhsullarla (taxıl və ya düyü ilə) qidalanan kəndlilərin bütün məhsulları əllərindən zorla alınırdı. Bunlar alındıqdan sonra onların yeməyə heç bir şeyi qalmırdı. İnsanlar ilk öncə ətrafdan yığdıqları tərəvəzi, meyvə və kəsə biləcəkləri heyvanları tapıb yeyirlər.Bunlar dərhal tükənirdi. Sonra yarpaq, ot, ağac qabıqlarını qaynatmağa başlayırdılar. Həftələr keçdikcə bədənləri gücdən düşür və arıqlayırdılar. İnsanlar davamlı olaraq ac qalırdılar. Bəzi insanlar pişik, it tutub yeməyə başlamışdılar. Bu, başqa canlılara, böcəklərə qədər davam edirdi. Nəticədə ağrıdan qıvrılan insanlar bir-birinin ardınca ölməyə başlayırdılar. Heç kimin ölüləri basdırmağa taqəti yox idi. Ən axırda qıtlığın ən qorxunc hissəsi meydana çıxır: Adamyeyənlik. İnsanlar ilk öncə ölüləri yeməyə başlayırlar. Sonra bir-birlərinə hücum etməyə, bir-birlərinin uşaqlarını qaçırıb, kəsib yeməyə başlayırlar. İnsanlıqdan çıxır və heyvanlaşırdılar.
Kommunist rejimin məqsədi də elə budur.
Bu izah edilənlər inanılmaz görünsə də ilk dəfə 20-ci əsrdə Leninin rəhbrlik etdiyi bolşevik Rusiyada baş vermişdir.
Bolşeviklər iqtidara gəldikdən bir müddət sonra 1918-ci ildə Lenin tərəfindən verilən qərarla xüsusi mülkiyyətin ortadan qaldırılmasına yönəldilmiş siyasət başladı. Bunun nəticəsində isə kəndlilərin tarlaları dövlət mülkiyyətinə keçirildi və məhsulları əllərindən alındı. Bolşevik xadimlər, ÇK polisləri, Qırmızı Ordu birlikləri, Rusiyanın hər tərəfindəki kəndlərə basqın edərək çox çətin şəraitdə yaşayan kəndlilərin yeganə qida mənbəyi olan məhsullarını silah gücü ilə toplamağa başladılar. Hər kəndli üçün bolşeviklərə verilməli kvotatəyin olunmuşdu. Ancaq bu kvotanı tamamlaya bilmək üçün bir çoxunun əlindəki bütün məhsulu verməli olurdu. Müqavimət göstərmək istəyən kəndlilər ən vəhşi üsullarla susdurulurdu. Bəziləri əllərindəki buğdanın hamısını verməmək üçün məhsulun bir qisimini anbarlarda gizli saxlayırdı. Ancaq belə davranışlar bolşeviklərə görə "inqilaba xəyanət" sayılır və ağlasığmaz vəhşiliklərlə cəzalandırılırdı. 14 fevral 1922-ci ildə araşdırma aparmaq üçün bölgəyə gedən bir müfəttiş Omsk bölgəsindəki vəziyyəti belə izah edirdi:
Zorakı birliklərinin haqsız yerə tətbiq etdikləri üsullar ağlasığmaz dərəcəyə çatdı. Həbs olunan kəndlilər sistematik şəkildə soyuq aerodromlarda saxlanılır, qırmancla döyülür və ölümlə təhdid edilirdi. Verəcəkləri kvotanın hamısını doldurmayanlar əlləri qolları bağlanıb, çılpaq şəkildə kəndin əsas prospekti boyunca qaçmağa məcbur edilir və sonra da soyuq anqara salınırdılar. Çox sayda qadın huşunu itirənə qədər döyüldükdən sonra çılpaq olaraq qarda qazılan çuxurlara salınırdı. 23
1921 və 22-ci illərdə Leninin qəsd olaraq yaratdığı qıtlıq nəticəsində Sovet hakimiyyəti dövründədüz 29 milyon insan aclıqla üzləşdi. Bunların 5 milyonu da aclıqdan həyatını itirdi.
|
Lenin kəndlilər üçün təyin etdiyi kvotanın doldurulmadığını gördükdə dəli olurdu. Edilən zorakılıqlara müqavimət göstərən bəzi bölgələrdəki kəndlilərə 1920-ci ildə qorxunc cəza verildi: Bu kəndlilərin yalnız məhsulları deyil, eyni zamanda əllərindəki toxumlar da toplanılacaqdı. Toxumların yığılması kəndlilərin yeni məhsul əldə edə bilməmələri və qıtlıq nəticəsində ölmələri mənasına gəlirdi. Elə belə də oldu.1921 və 22 –ci illərdə Rusiya sərhədləri daxilində 29 milyon insan aclıqla mübarizə apardı. Bunlardan 5 milyonu aclıq nəticəsində həyatını itirdi.
Qıtlıq dünya ictimaiyyəti tərəfindən duyulduqda Qərbli ölkələr bu fəlakəti yüngülləşdirə bilmək üçün yardım kampaniyaları təşkil etdilər və bir az olsa fəlakəti yüngülləşdirdilər. Amma artıq gec idi. Çünki bolşevikler tətbiq etdikləri əkinçilik siyasətinin fəlakətini gizlətmək üçün qıtlıqla əlaqədar xəbərlərin yayılmasını qadağan etmiş, belə bir hadisənin varlığını da israrla inkar etmişdilər. Riçard Pipes, ``A Coincise History Of The Russian Revolution`` (``Rus İnqilabının Qısa Tarixi``) adlı kitabında belə yazır:
1921-ci ilin yazında kəndlilər aclıq səbəbindən ot, ağac qabığı və gəmiriciləri yeyirdilər. Adamyeyənlər də mövcud idi. Qısa müddətdə milyonlarla səfil insan yemək tapa biləcəkləri bir yerə getmək ümidi ilə ən yaxın qatar stansiyasına qaçırdı. Onların nəqli qəbul edilmədi, çünki Moskva 1921-ci ilin iyuluna qədər bu fəlakətin varlığını inkar edirdi. Heç bir zaman gəlməyəcək qatarı ya da onlar üçün qaçınılmaz olan ölümü gözlədilər. Şəhəri ziyarət edənlər heç bir həyat əlaməti görmədikləri üçün gedirdilər. Xalq ya oradan getmişdi ya da evlərində hərəkət edə bilməyəcək qədər gücsüz şəkildə yatırdı. Cəsədlər şəhər küçələrini çirkləndirirdi.24
KƏNDLİLƏR QITLIQDAN ÖLƏRKƏN...
1920-ci illərin əvvəlindəki qıtlıq bolşeviklərin kəndlilərin məhsullarının müsadirəsinin nəticəsiidi. Yüz minlərlə uşaq və milyonlarla insan aclıqdan öldü. Lenin isə yoldaşlarına qıtlığın çox faydalı olduğunu söyləyir və "ancaq bu sayəsində insanların Tanrıya olan inancını yox edə bilərik" deyirdi.
|
Bu aclıq siyasətinin məqsədi nə idi? Əlbəttə Lenin kəndlilərin məhsullarını yığaraq Bolşevik rejimini iqtisadi cəhətdən gücləndirmək və xüsusi mülkiyyəti aradan qaldıraraq kommunistlərin xəyalını reallaşdırmaq istəyirdi. Amma insanları bilə-bilə qıtlığa sürükləməyin başqa bir məqsədi daha vardı. Lenin qıtlığın insan psixologiyası üzərində təxribat meydana gətirəcəyini bilir, bu yolla insanların Allah‘a olan inanclarını yox etməyi və kilsəyə qarşı hərəkat başlatmağı hədəfləyirdi. Kommunizmin Qara Kitabında Leninin bu zalım düşüncəsi belə izah edilir: 1890-cı ildə gənc vəkil Vladimir Ulyanov-Lenin 1891-ci ildə aclıqdan ən çox təsirlənən əyalətlərdən birinin mərkəzi olan Samarada yaşayırdı. Bölgədə təkcə aclara ictimai kömək etməməklə yanaşı, qəti şəkildə belə bir köməyə qarşı olduğunu da açıqlayan tək nümayəndə idi. Yoldaşlarından birinin xatırladığına görə, "Vladimir İliç Ulyanov aclığın bir çox müsbət cəhətləri olduğunu açıq şəkildə ifadə etməkdən çəkinmirdi. O elə düşünürdü ki, meydana çıxacaq sənaye proleteriat burjua nizamının kökünü kəsəcək… İnkişafdan qalan kəndli iqtisadiyyatı tənəzzülə uğrayarkən, aclıq bizi məqsədimizə daha da yaxınlaşdıracaq və kapitalizimdən sonrakı mərhələ olan sosializmə çatdıracaqdı. Aclıq yalnız çarə deyil, Tanrıya olan inancı da yox edəcəkdi..."25
... QIZIL ORDU TAXILLARI TALAN EDİRDİ
Bir dəri bir sümük qalan uşaqlar aclıqdan qıvrılaraq ölürdü. Ancaq bolşevikler kəndlilərin taxıllarına müsadirə etməyə davam edirdilər. Kəndlilərin qorxuyla yeraltında gizlətdikləri kisələr kommunist xadimlər tərəfindən tapılıb çıxarılır, bunları gizlədən kəndlilər isə işgəncə edilib öldürülürdü. Yuxarıda 1918-ci ildə Kurgan bölgəsində Qızıl ordunu qidalandırmaq üçün xalqdan məcburi toplanıb aparılan buğda kisələri.
|
30 ildən sonra bolşevik hökumətin başında duran gənc vəkil yenə eyni düşüncədə idi: aclıq “düşmənin başına ölümcül bir zərbə endirməyə” yaraya bilər və yaramalı idi. Bu düşmən Ortodoks kilsəsi idi. 26
Lenin aclıq yolu ilə kütlələrin dinə olan bağlılığını qıracağını, onları zərərsizləşdirəcəyini, beləcə dini təşkilatlara qarşı planlaşdırdığı hücumu olduqca asan reallaşdıracağını, 1922-ci il martın 19-da Politbüro üzvlərinə göndərdiyi bir məktubda belə izah edirdi:
Həqiqətən də indiki vəziyyət onların deyil, bizim lehimizədir. Düşmənimizin başına ölümcül bir zərbə endirmək və gələcək on illər baxımından bizim üçün əhəmiyyət daşıyanmövqeləri zəmanət altına almaq üçün 99 şansımız vardı. Bütün bu ac insanların insan əti ilə bəsləndiyi, yolların yüzlərlə, minlərlə cəsədlə dolu olduğu elə bu anda ancaq kilsənin mallarını mərhəmətsizcəsinə ələ keçirə bilərik və nəticə etibarı ilə də keçiririk. İndi yalnız indi böyük kəndli kütlələri bizi dəstəkləyə bilər ya da az sayda Qara Üzlü ruhanilər və mürtəce kiçik burjuaları dəstəkləyə bilməyəcək vəziyyətdə olar... Hər şey başqa bir zaman məqsədimizə çata bilməyəcəyimizi göstərir. Çünki yalnız aclıqdan qaynaqlanan ümidsizlik kütlələrdə bizə qarşı xoş rəftarlı davranışlara yol aça bilər və ya heç olmasa bizə qarşı bitərəf ola bilərlər. 27
Lenin tətbiq etdiyi bütün bu zülmlərlə yanaşı kommunist vəhşiliyin ilk böyük nümunəsini sərgilədi. Onu izləyən Stalin və ya Mao kimi kommunist diktatorlar başlatdığı vəhşiliyi daha da böyüdəcəkdilər. Leninin sonu isəbəlli idi. 1922-ci ildən etibarən xəstəlik Lenini yavaş-yavaş iflic etməyə başladı. 1923-cü ilin böyük hissəsni təkərli kürsüdə və böyük əzaba səbəb olan baş ağrılarıyla mübarizə apararaq keçirdi. 1923-cü ilin martında iflic oldu və bu tarixdən sonra düzgün danışma qabiliyyətini itirdi. Həyatının son aylarında Lenini görənlər dəhşətə gəlirdilər. Çünki üzündə qorxunc bir ifadə vardı və yarı dəli vəziyyətdə idi. 1924-ci il yanvarın 21-də beyninə qan sızması nəticəsində öldü.
Bolşeviklər Lenini mumiyaladılar və çox qiymətli saydıqları beynini xüsusi nəzarətdə saxladılar. Moskvadakı Qırmızı Meydanda köhnə Yunan məbədlərini xatırladan məzara qoyalan cəsədi böyük izdihamla ziyarət edildi. Ziyarətçilər cəsədə qorxuyla baxırdılar.
Qorxuları növbəti illərdə daha da artacaqdı. Çünki Leninin ardından Sovetlər Birliyinə iqtidarıələ keçirən İosif Stalin Lenindən daha zalım və daha sadist idi. Qısa müddətdə müasir tarixin ən böyük "qorxu imperiyasına"nu qurdu.
STALİN NECƏ KOMMUNİST OLDU?
Stalin 1879-cu ildə Gürcüstandakı kiçik bir qəsəbədə, kasıb ailədə anadan olmuşdu. Adı İosif Vissarionovoç Cuqaşvili idi. Ruscada "Dəmir Adam" mənasını verən "Stalin" adını 1913-cü ildən sonra istifadə etməyə başladı.
Stalin din adamı kimi tərbiyə olunmuşdu. Amma gənc yaşlarında oxuduğu bəzi kitablar onu ateist və kommunist olmağa sövq etdi. Bunların əsasında Darvinin “Növlərin Mənşəyi” adlı kitabı gəlirdi.
|
Stalinin anası dindar qadın idi. Min bir çətinliklə böyütdüyü oğlunun din adamı olmasını istəyirdi. Buna görə onu Qoridəki Kilsə məktəbinə yazdırdı. Burada 5 il təhsil alan Stalin məktəbi bitirdikdən sonra Tiflisdəki din institutuna daxil oldu və Gregoryen Ortodoks Kilsəsində rahib ola bilmək üçün işə başladı. Ancaq elə bu zaman oxuduğu bəzi kitablar Stalinin bütün dünyagörüşünü dəyişdirdi. O zamana qədər dindar ananın dindar uşağı olan Stalin Allah‘a və dinə olan bütün inancını itirdi və ateist oldu.
Stalinin inancını itirməsinə səbəb olan kitab Darvinin “Növlərin Mənşəyi” adlı kitabı idi.
Oxford Universitetində tarixçi Aleks de Conq“Stalin and The Shaping of the Soviet Union” (Stalin və Sovetlər Birliyinin Formalaşması) adlı kitabında Stalinin gənclik illərində Darvinin əhəmiyyətli yer tutduğunu vurğulayır. Conqa görə Stalin dini təhsil aldığı halda,Allah‘a olan inancını itirməsi, bunun yerinə ateizmi mənimsəməsi Darvinin əsərlərini oxuması ilə olmuşdur. Stalinin marksizmi mənimsəməsi isə bundan sonra meydana çıxmışdır. Conq bunun Stalin tərəfindən də xüsusi söhbətlərində tez-tez vurğulanan həqiqət olduğunu bildirir. 28
İngilis tarixçi Alan Bullok da Stalin və Hitlerin həyatlarını müqayisəli şəkildə araşdıran Hitler and Stalin: “Parallel Lives” adlı kitabında Stalinin gənclik illərində Darvin, Kont Ogüstvə Karl Marksın Rusca tərcümələrini oxuduğunu və bunlardan təsirləndiyini ifadə edir. 29
Əslində bu aldanma yalnız Stalinin deyil, Rusiyadakı gənc və oxuyan nəslin çoxunun başına gəlmişdi. Darvinin, Huksleyin və ya Lamarkın o zamanlar elmi sayılan xurafatları bir çox rus gəncinin ateist olmasına səbəb olurdu. Tarixçi OrlandoFiges, “A People's Tragedy, A History Of The Russian Revolution” (“Bir Xalqın Tragediyası: Rus İnqilabının Tarixi”) adlı kitabında "Leninin gənclik dövründə rus ziyalıları arasında Darvin və Huksley haradasa dini müqəddəsliyə sahib idi" deyərkən bunu nəzərdə tutur. 30 Figes bu əsərdə sonradan bolşeviklərə qoşulan Semen Kanatçikov adlı gənc işçinin təkamülçü təbliğat nəticəsində necə dinsizləşdiyini belə bir örnəklə izah edir:
Gənc işçi qutunu torpaqla doldurub istiliklə təsir etdikdən sonra soxulcan və böcəklərin meydana gəldiyini göstərərək Tanrının insanları yaratmadığını söyləmişdi. O dövrün elm adamlarında olan bu tip kobud elm Kanatçikov kimi gənc işçilərə böyük təsir edirdi. "İndi keçmiş ön mühakimələrimdən xilas olmağım mənim bu yolda tempimi daha da artırdı" deyə daha sonra yazdı. "... Kilsəyə artıq getmədim və haram yeməkləri yeməyə başladım".31
Stalin kommunist heyətlərə qatıldıqdan sonra Çar rejimi tərəfindən bir neçə dəfə həbs olundu. Yuxarıda bu həbslərdən biri əsnasında çəkilmiş şəkillərdir.
|
Halbuki, "canlıları Allah yaratmadı, təsadüfən meydana gəldilər" iddiasının dayağı kimi göstərilən yuxarıda verilən nümunələr əvvəldə ifadə etdiyimiz kimi, xurafat idi. Torpaq içindəki soxulcanlar və böcəklər o zamanlar zənn edildiyi kimi, təsadüfən və heç yoxdan orada meydana gəlmir, daha əvvəldən torpaqda mövcud olan yumurtalardan çıxırdılar. Ancaq elm dünyası hələ "cansız maddədən əsla canlı meydana gəlməz" şəklindəki həqiqətin fərqində olmadığı üçün bu kimi xurafatlar daha da böyüyür və yarı cahil rus gənclərini ateizmə sürükləyirdi.
19-cu əsrin sonunda Rusiyada yetişən bu ateist nəsil 20-ci əsrin əvvəlində alovlanan kommunistlər olaraq səhnəyə çıxdılar.
Stalin Leninin son dövrlərində ona yaxınlaşaraq partiya içində yüksəlməyə çalışmışdı. Leninin ölümündən sonra digər rəqiblərini məğlub edərək Sovet İttifaqının hakimi oldu.
|
Bu alovlu kommunistlərdən biri Stalin idi. 1898-ci ildə gizli kommunist təşkilata qatıldı. 1901-ci ildə “Brdzola” (Mübarizə) adlı kommunist jurnalda yazılar yazmağa başladı. Bu tarixdən sonra 1917-ci ilə qədər Leninin rəhbərliyindəki kommunist hərəkatın aktiv xadimi oldu. 1917-ci ildəki Oktyabr İnqilabından sonra Kommunist Partiyanın ən mühüm nümayəndələri olan 5 nəfər Politbüronun üzvü seçildi. Leninin 1923-cü ildəki xəstəliyinə görə Stalin partiya daxilindəki gücünü getdikcə artırdı. Leninin ölümündən sonra da ən böyük gücə çevrildi. 1924-cü ildən 1929-cu ilə qədər keçən beş il ərzində partiya daxilindəki bütün rəqiblərini sui-qəsd, edam və ya sürgün kimi üsullarla aradan götürdü. Oktyabr İnqilabının yaradıcılarından olan Trotski belə Stalinin apardığı siyəsətin qurbanı oldu və Sovet İttifaqından kənarlaşdırıldı.
Stalin iqtidarını möhkəmləndirdikdən sonra xalqa əl atdı. Lenin Rusiyadakı bütün əkinçilik sahələrini dövlət mülkiyyətinə çevirməyə cəhd etmək istəyirdi, ancaq 1920 və 1921-ci illərdə baş verən böyük qıtlıq və təxribata görə bu məsələni təxirə salmaq məcburiyyətində qalmışdı. Ancaq Stalin bu işi reallaşdırmaqda qərarlı idi.
"Kollektivləşdirmə" adı verilən siyasəti yeritməyə başladı. Məqsədi kəndlilərin bütün mallarını dövlət mülkiyyətinə çevirmək, məhsullarını ələ keçirmək, bu məhsulları ixrac edərək Sovet sənayesini və ordusunu gücləndirməkidi.
Stalin kollektivləşdirməni öldürərək, işgəncəyə məruz qoyaraq, ac saxlayaraq tətbiq edəcək və 6 milyon insan qıtlıq nəticəsində qıvrılaraq ölərkən, xaricə yüz minlərlə ton taxıl ixrac edəcəkdi.
KOLLEKTİVLƏŞDİRMƏ VƏHŞİLİYİ
Stalin 1929-cu ildə kollektivləşdirmə siyasətini tətbiq etməyə başladı. Buna görə torpaqlar üzərindəki bütün xüsusi mülkiyyət ləğv olunacaq, hər kəndli müəyyən bir kvotanıdövlətə vermək məcburiyyətində qalacaq və öz məhsulunu sata bilməyəcəkdi. Təyin olunan kvota yenə çox yüksək idi və kəndlilərin bunu ödəmələri üçün əllərindəki hər şeyi vermələri lazım idi. 1920-ci ildə Leninin başlatdığı zalımlıq təkrar edilirdi.
Stalin kollektivləşdirməni tətbiq etmək üçün amansız üsulların tətbiq olunmasını əmr etdi. Müqavimət göstərənlər öldürüldü, Sibirə sürgünə göndərildi (yəni uzun müddətə öldürüldü) və ya qıtlığa məruz qaldı (yəni yavaş yavaş öldürüldü). Kollektivləşdirməyə qarşı və ya ümumiyyətlə kommunizmə qarşı müqavimət göstərənlər "«kulak» (qolçomaq)lar"a (zəngin torpaq sahibləri) qarşı bütün ölkədə sürüovu başlandı. Bu siyasət kommunizmin Qara Kitabında belə izah edilir:
Kollektivləşdirməyə müqavimət göstərən «kulak» (qolçomaq)lar güllələndi, digərləri uşaqlar, qadınlar və yaşlılarla birlikdə sürgünə göndərildi. Şübhəsiz, hamısı birbaşa öldürülmədi, amma Sibirin ya da Böyük Şimalın əkinçiliyə əlverişli olmayan bölgələrində məcbur edildikləri işlər onlara daha çox yaşamaq üçün imkan vermədi. Yüz minlərlə insan orada son nəfəslərini verdi, ancaq ölülərin dəqiq sayı hələ də bilinmir. 1932-1933 –ci illərdə Ukraynaçöllərində əhalinin zəruri kollektivləşdirməyə müqavimət göstərməsinə görə yaşanan böyük aclıq bir neçə ay ərzində 6 milyon insanın ölümü ilə nəticələnmişdir.32
«kulak» (qolçomaq)lara tətbiq olunan zorakılıq özündə ən faciəvi işgəncələri ehtiva edirdi. Məsələn, Napolovski bölgəsində bu işdə məsul olan şəxslər "sorğu-sual edilən kolxozçuları sobanın üzərinə uzanmağa məcbur edir, daha sonra da onları bir anqara çılpaq halda bağlayaraq soyudurdular".33
Stalin rejimi özündən əvvəlki Lenin rəhbərliyndə olduğu kimi "«kulak» (qolçomaq)" deyə xəyali düşmən meydana gətirmiş və yox etmək istədiyi hər kəsi "«kulak» (qolçomaq)" olaraq damğalayıb hədəf alırdı. Hər şəhərə əmrlər göndərilir, müəyyən sayda «kulak» (qolçomaq) tutulması və edam edilməsi əmr edilir və kommunistlərin sevmədiyi hər kəs asan şəkildə "«kulak» (qolçomaq)" kateqoriyasına daxil edilirdi. Kommunizmin Qara Kitabında bu vəziyyət belə açıqlanır:
Bu şərtlər altında bəzi bölgələrdə «kulak» (qolçomaq) deyə məhv edilən kəndlilərin 80-90% -nin serednyak, yəni orta səviyyəli kəndlilər olmasına təəccüblənməmək lazımdır. Yerli məmurların "təmizlədiyi" «kulak» (qolçomaq) sayına çatmaq və mümkün olarsa, bu sayı keçmək lazım idi! Yayda bazarda toxum satmaq, 1925 ya da 1926-cı ildə iki ay boyunca yanında bir əkinçilik işçisi işlətmək, iki samovar sahibi olmaq, 1929-cu ilin sentyabrında "qida vəsosialist müsadirədən mal ələ keçirmək məqsədi ilə", bir donuz öldürdüyünə görə kəndlilər həbs olunmuş və sürgün edilmişdi. Kəndli yalnız özünün istehsal etdiyi məhsulları satan yoxsul kəndli olduğu halda, "ticarətə başladığı" bəhanəsi ilə həbs olunurdu; bir başqası əmisinin Çar ordusunun zabiti olması bəhanə edilərək sürgün edilir, bir başqası isə "kilsəyə tez-tez getməsi" səbəbindən «kulak» (qolçomaq) olaraq damğalanırdı. Lakin daha çox kollektivləşdirməyə açıq-aşkar şəkildə qarşı çıxanlar «kulak» (qolçomaq) olaraq damğalanırdı. «kulak» (qolçomaq) sinfini yox etməklə səlahiyyətlişəxslər içərisində elə bir qarışıqlıq yaşanırdı ki, axmaqlıqlar artıq həddini keçirdi. Buna aşağıdakı nümunəni göstərmək olar: Ukraynanın bir qəsəbəsində «kulak» (qolçomaq) sinfini yox etməklə səlahiyyətli briqadaya mənsub serednyak, qəsəbənin digər ucundakı bir başqa briqadanın nümayəndələri tərəfindən «kulak» (qolçomaq) deyə həbs olunmuşdu. 34
"«kulak» (qolçomaq)" olaraq damğalanıb qətl edilən insanların arasında din adamları öndə gəlirdi. 1930-cu ildə 13.000-dən çox din adamı "«kulak» (qolçomaq)" deyə məhv edildi. Bir çox kənd və qəsəbələrdə kollektivləşdirmə, simvolik olaraq kilsənin bağlanılması, «kulak» (qolçomaq) sinfinin yox edilməsi isə keşişlərlə başladı".35
Kollektivləşdirmənin iki böyük nəticəsi oldu: Qıtlıq və sürgün.
STALİNİN SÜNİ OLARAQ YARATDIĞI QITLIQ SİYƏSƏTİ
Stalinin qıtlıq siyasəti nəticəsində aclıq çəkən və qıçları sanki çöpə oxşayan rus uşağı
|
Stalin eynilə Lenin kimi, kollektivləşdirməni cəmiyyətə qarşı silah olaraq istifadə etmək niyyətində idi. İstədiyi bölgədən istədiyi qədər taxıl yığa bilər və beləcə istədiyi bölgədəki insanları aclıqdan öldürə bilərdi. Belə ki, elə də etdi. Kommunist rejimə qarşı müqavimət göstərən Ukrayna kollektivləşdirmə yolu ilə hədəfə alındı. Tarixin ən böyük "insan qıtlığı" bu bölgədə yaşandı və 6 milyon insan aclıqdan öldü.
Hadisələrin inkişafı maraqlı idi. Əvvəl 1931-ci ildə dövlət ümumi kollektivləşdirmə siyasətinə görə ildə cəmi 18 milyon ton məhsul alan Ukraynadan 7.7 milyon ton taxıl tələb etdi. Bu, onsuz da çox çətin şəraitdə yaşayan kəndliləri haradasa aclıqdan öldürəcəkdi. Bundan əlavə Ukrayna kəndliləri Stalinin birliklərinə müqavimət göstərməyə çalışdılar. Amma bu vəziyyət Stalini daha da mərhəmətsizləşdirdi. 1932-ci ilin iyulunda bütün Ukrayna üçün ölüm əmri verdi. Daha əvvəlki kvotadan əlavə 7.7 milyon ton taxıl istədi. Milyonlarla adam aclıqdan ölümə məhkum olmuşdu. The Russian Century: A History of the Last Hundred Years (Rus Əsri: Son 100 İlin Tarixi) adlı kitabda bu siyasətin nəticələri belə izah edilir:
Rəsmi kommunist birliklər silahlı vəziyyətdə Ukraynanı əhatəyə aldılar. Qurbanlardan biri "evləri, ərzaq anbarlarını, daxmaları axtardılar" deyirdi. "Sonra çölə çıxıb anbarı, hinləri axtardılar." Tarlalarda müşahidə evləri quruldu. Burada silahlı gözətçilər qarğıdalı bitkisini dənləyənlərə baxırdılar; tutulanlar ən az on il həbs cəzası aldılar, bəziləri isə vurulurdu. Bir Xarkov məhkəməsində bir ayda 150 ölüm qərarı verildi; bir qadına ərinin aclıqdan ölməsindən sonra öz torpağından 100 qarğıdalı kəsdiyinə görə on il həbs cəzası verildi.
Stalinin Ukraynada meydana gətirdiyi qıtlıq nəticəsində 6 milyon insan öldü. Yuxarıda qıtlıq əsnasında aclıqdan qıvrılan ana və uşağı. Aşağıda isə qıtlıq nəticəsində ölmüş kiçik uşaqlar.
|
Yerdə qalan toyuqlar və donuzlar da 1932-ci il qışın əvvəllərində yeyildi. Sonra itlər və pişiklər də yeyilərək qurtardı. Vasili Grossman "Onları tutmaq çətin idi. Heyvanlar artıq insanlardan qorxur və gözləri bərəlmişdi. İnsanlar onları qaynadırdılar" deyə yazırdı. 1932-ci ilin sonunda isə Moskvaya yalnız 4.7 milyon ton taxıl verilmişdi. Yeni bir məcburi toplama kampaniyası elan edildi. Meteorologiya mütəxəssisləri taxılın zərər görməsinə səbəb olan yanlış hava proqnozları verdikləri üçün həbs olundular. Baytarlar ferma heyvanlarını baltaladıqlarına görə vurulurdular. Əkinçilik mütəxəssisləri "«kulak» (qolçomaq)" olmaqla günahlandırılırdı və Sibirə sürgün edildilər.
1933-ci ildə qar əridiyi zaman kütləvi aclıqlar başladı. İnsanlar siçan, qarışqa və soxulcanları yeyirdilər. Zəncirotu və gicitkən bitkisindən şorba hazırlayırdılar. The New York Evening Journal Kiyevdən 20 mil uzaqda yerləşən bir kəndi ziyarət etdi. "Daxmaların birində olduqca pis bir şey bişirirdilər. Qazanda sümüklər, dəri və çəkməyə bənzər bir şey vardı. İnsanlar kəndlərini tərk edirdilər. Qatar yolunun kənarında diz üstə çökmüş, avtomobillərin pəncərələrindən çörək dilənirdilər. Kiyevdə avtomobillər gecə ölənlərin cəsədlərini yığaraq aparırdılar. Uşaqların ölü quşa bənzəyən incə uzun üzləri vardı."
Məmurlardan Lev Kopolev yazırdı: “Məsul şəxslər hələ də taxıl araşdırırdılar; qazanlarında kartof tapdıqları anaları vururdular. Şişmiş bədənlə aclıq çəkdiyini göstərməyənləri nə ilə qidalandıqlarını göstərmələri üçün vururdular. "Tarixi zərurəti ortaya çıxarırıq. Bu dövrdəki vəzifəmizi yerinə yetiririk. Sosialist ölkəmiz üçün taxıl əldə edirik" deyirdilər. "Qarınları şişmiş, gözləri ölü kimi göyərmiş qadınlar, uşaqlar gördüm. Və cəsədlər... kəndlilərin daxmalarında, köhnə Volqanın əriyən qarlarında, Karlov körpüsünün altında cəsədlər gördüm"
Diplomatik hesabatlar və xarici əlaqələr vasitəsilə qıtlıq xəbəri Qərbə çatdı. Vyana baş yepiskopluğu tabeçiliyində beynəlxalq komitə yaradıldı. Ancaq Sovet hökuməti qıtlıq olduğunu inkar etdiyi üçün heç bir şey edə bilmədilər. 36
...VƏ STALİNİN YALANI
|
Bu vəhşiliklər rus yazıçısı Mixail Şolohova təsir etmiş və Şolohov Stalinə məktub yazaraq bu zülmün sona çatmasını tələb etmişdi. Halbuki, Stalin bütün bunları qəsdən etdirirdi:
1933-cü ilin aprelində yazıçı Mixail Şolohov Kubanın bir qəsəbəsindən keçərkən Stalinə iki məktub yazdı. Məktublarında yerli məmurların aclığa məhkum edilən kolxozçuların bütün ehtiyatlarını işgəncə ilə necə ələ keçirdiyini ətraflı izah edir, birinci katibdən (Stalindən) qida yardımı göndərməsini istəyirdi. Yazıçıya cavabında Stalin hərəkətləriniheç gizlətmədən dilə gətirirdi: Kəndlilər "tətil və təxribat törətdikləri" üçün "Sovet iqtidarını çökdürmək üçün döyüşə başladıqları və var gücləri ilə döyüşü davam etdirdikləri" üçün cəzalandırılırdı. 1933-ildə milyonlarla kəndli aclıqdan ölərkən Sovet hökuməti, "sənayeləşmənin ehtiyacları" üçün xaricə 18 milyon sentner buğda ixrac etməyi davam etdirirdi. 37
...VƏ STALİNİN HƏQİQƏTİ
Kommunizmin əhəmiyyətli bir xüsusiyyəti rəsmi olaraq çıxarılan və yayılan yalanlara söykənən sistem olmasıdır. Sovet İttifaqında Stalin qıtlıq islahatı nəticəsində 6 milyon insan aclıqdan ölmüş, yüz minlərlə uşaq bu fəlakətin hədəfi olmuşdur. Bu fotoşəkil Stalin dövründə rus uşaqlarına rəva görülən "həyat standartı"nı müəyyən edir. Ancaq təbliğat plakatlarında, Stalin özünü baxımlı və xoşbəxt uşaqlar tərəfindən çiçəklər hədiyyə edilən rəhbər olaraq göstərmişdir.
|
6 milyon kişi, qadın, yaşlı, uşaq və körpənin ölümünə səbəb olan qıtlıq Sovet torpaqlarında kifayət qədər taxıl yetişmədiyi üçün deyil, kommunist partiyanın əməlləri elə tələb etdiyi üçün reallaşan qıtlıq idi. Yəni tamamilə "insan əliylə edilmiş qıtlıq", kütlə qırğını idi. Stalin qıtlığın Qərb ölkələri tərəfindən bilinməməsini istəyirdi,çünki təşkil edilə biləcək yardım kampaniyalarının Ukrayna üçün təyin etdiyi cəzanı yüngülləşdirəcəyini düşünürdü. Tarixçi Dana Dalrimple “Soviet Studies” adlı məqalədə belə şərh verir:
Sovet İttifaqı heç vaxt rəsmi olaraq qıtlığın olduğunu qəbul etməmişdir. Sovet İttifaqı ilə bağlı amerikan və ingilis yazıları hərdənbir Ukraynada qıtlıqdan bəhs edir, amma ümumiyyətlə bir-iki detaldan başqa bir şey söyləmirlər. Halbuki, Sovet İttifaqında daha əvvəl baş verən qıtlıqlar hökumətə məlumdur və hər tərəfdə bunu sübut edəcək çoxlu sayda dəlillər var. Fərq nədir? Cavab: 1932-34-cü il qıtlığı, əvvəlkilərdən fərqli olaraq insan əli ilə törədilən fəlakət olaraq görünür. 38
Kollektivləşdirmə nəticəsində Ukrayna kəndliləri ən az 4 milyon ölü ilə ən ağır itki verdi. Qazaxıstanda yenə eyni siyasət nəticəsində bir milyon insan öldü. Şimali Qafqazda və Qara Torpaqlarda da ölən insanların sayı bir milyon idi. Stalin tək bir əmrlə 6 milyon insanı ölümə göndərmişdi.
SÜRGÜNLƏR VƏ İŞ DÜŞƏRGƏLƏRİ
Stalin kommunizmə müqavimət göstərən Ukraynalıları qıtlıq yolu ilə öldürərkən, digər bir çox xalqı da sürgünə göndərərək qətl etdi. "Sürgün" adı altında aparılan bu siyəsət milyonlarla insanın həyatına son qoydu. Başda Krım türkləri olmaqla Sovet İttifaqı daxilindəki bir çox az saylı xalqlar bir gecədə evlərindən silah gücüylə çıxarıldılar və minlərlə kilometr uzaqlıqda yerləşən ölüm tarlalarına göndərildilər. Təkcə yolda ölənlərin sayı yüz minlərlədir.
Bir kommunist partiya məmurunun bu sürgünlər haqqında qələmə aldığı aşağıdakı qeydlər sürgünün Sovet dilində "kütləvi cinayət" mənasına gəldiyini göstərir:
1933-cü il aprel ayının 29 və 30-da Moskva və Leninqraddan qatarla bizə ikikonveyrsinifsizləşdirilmiş ünsür göndərildi. Konveyrlər Tomska gəlincə bərələrə yüklənərək biri 18 Mayda, digəri 26 Mayda, Obi və Nazina çaylarının sahilində yerləşən Nazino adasına aparıldı. Birinci konveyerdə 5070, ikincisində 1044 nəfər olmaqla, cəmi 6114 sürgün vardı. Daşıma şərtləri qorxunc idi: yemək çox az və çox pis; yer tutumu və tənəffüs ediləcək hava olduqca pis; zəiflərin məruz qaldığı xəstəliklər… Nəticə: gün ərzində orta hesabla 35-40 insan ölürdü. Bununla birlikdə bu şərtlər məhkumları Nazino Adasında gözləyənlərlə müqayisə edildikdə həqiqətən lüks sayılardı. Nazino Adası üzərində tək bir ev belə tapılmayan tamamilə boş bir yer… Yemək, toxum, alət yox. Yeni həyat beləcə başladı. İlk konveyerin gəlişinin ertəsi günü 19 mayda qar yağmağa başladı, külək gücləndi. Acmış, zəifləmiş, başlarında dam, əllərində alət… olmayan məhkumlar çarəsiz vəziyyətlə üzləşdi. Soyuqdan qoruna bilmək üçün yalnız od yandıra bilirdilər. Yavaş yavaş ölməyə başladılar… ilk gün 295 cəsəd basdırıldı… Sürgünlərin adaya göndərilməsinin təkcə dördüncü ya da beşinci günü gəmiylə adam başına yalnız bir neçə yüz qram düşən un göndərildi. Olduqca az olan ərzaqlarını alanlar sahilə qaçır və papaqlarında, şalvarlarında ya da pencəklərində bu unun az bir hissəsini sulamağa çalışırdılar. Lakin əksəriyyəti unu olduğu kimi udmağa çalışır və əksəriyyəti də boğularaq ölürdü. Adada keçirdikləri günlər ərzində məhkumlar az miqdarda olan undan başqa bir şey ala bilmədi. Ən bacarıqlıları çörək bişirməyə çalışsa da əllərində heç bir qab yox idi… Qısa zamanda adamyeyənlik faktları meydana gəldi.39
Robert Konkvest “The Harvest of Sorrow” (Qəm Məhsulu) adlı kitabında Stalinin dövründə həyata keçirilən sürgünləri belə izah edir: 15 yaşına qədər olan uşaqların 20%-i xüsusilə də kiçik uşaqlar sürgün əsnasında öldü. Xüsusilə də 1940-cı illərdə azlıqların kütləvi sürgünlərində də bu vəziyyət yaşandı. Təbii ki, sürgün edilənlər içərisində fiziki vəziyyəti fərqli olanlar da var idi, məsələn, hamilələr. Sürgün qatarında doğan bir ananın körpəsi öldüyündə əsgərlər onu hərəkətdə olan qatardan aşağı atırdı. Bu sürgün edilənlər gedəcəkləri yerə çox nadir hallarda çata bilirdilər. Ümumiyyətlə regional qəsəbələrdə qalırdılar…
STALİNİN ÖLÜM DÜŞƏRGƏLƏRİ
Kommunist partiya siyasətinə qarşı ən kiçik müqavimət göstərənlər "«kulak» (qolçomaq)" olaraq adlandırılan iş düşərgələrinə göndərildilər. Düşərgələrdə məhbuslar ölənə kimi işlədilirdi. Şəkillər «kulak» (qolçomaq)larda çəkilmiş bəzi görüntülərdir.
|
Arxangelskdə bütün kilsələr bağlanılmış və sürgün edilənlər üçün həbsxana olaraq istifadə edilirdi. Kəndlilər yuyuna bilmirdi və bədənləri müxtəlif yaralarla dolu idi. Qəsəbədə onlara kömək edilməsi üçün yalvarırdılar. Ancaq xalq onlara yardım edilməməsi üçün qəti əmr almışdı. Hətta ölüləri belə toplaya bilmirdilər. Qəsəbə sakinləri qorxu içində özlərini həbsdə saxlayırdılar. Voloqda şəhərində də 47 kilsə tamamilə sürgünlərlə dolu idi. 40
Sürgün edilənlərin yanında istifadə edilən bir başqa kütləvi qırğın üsulu isə əmək düşərgələri idi. Daha əvvəl də qeyd etdiyimiz kimi, rus dilində "«kulak» (qolçomaq)" adı verilən əmək düşərgələri ümumiyyətlə Sibir kimi öldürücü şərtlərin hakim olduğu bölgələrdə quruldu. Sovet rəhbərliyinə qarşı olduğu düşünülən milyonlarla insan həbs olunaraq «kulak» (qolçomaq)lara göndərildi. 1928 və 1953-cü illər arasında (Stalin dövründə) «kulak» (qolçomaq)lara cəmi 30 milyondan çox insanın göndərildiyi bildirilir. Bunların üçdə ikisindən çoxu, yəni ən az 20 milyon insan bu düşərgələrdə həyatını itirmişdir. Aclıq sərhədində məcburi halda yaşayan və gündə 14-16 saat işlədilən məhbuslar düşərgə gözətçiləri tərəfindən sadə bəhanələrlə edam edilmişdir. Bəzi məhbuslar qəsdən ac buraxılaraq aclıqdan ölmüş, bəziləri zəif qidalanma və qorxunc həyat şərtləri ucbatından fiziki cəhətdən zəifləyərək can vermişdir. Cırıq və olduqca nazik paltarlarla Sibirdə soyuq havada işləməyə məcbur edilən bir çox məhbus da donaraq ölmüşdür. «kulak» (qolçomaq) məhkumlarının donaraq, əvvəl əl və ayaq barmaqlarının qopub düşdüyü, «kulak» (qolçomaq) və ya burunlarının "qırılaraq" qopduğu, bu şəkildə yüz minlərlə insanın əzab çəkərək öldüyü bilinən həqiqətlərdir. Məşhur rus yazıçısı Aleksandr Solijenitsın “The Gulag Archipelago, 1918-1956” («kulak» (qolçomaq) Düşərgələri, 1918-1956) adlı kitabında buna bənzər dəhşətli nümunələri izah edir.
ŞƏRQ BLOKUNDA QIRMIZI TERROR
Stalin 1953-cü ildə öldü. Leninin başlatdığı və Stalinin genişlədərək davam etdirdiyi terror, on milyonlarla insanı qətl etmiş, onlarla müxtəlif xalqları əzab və işgəncəyə məruz qoyub. Kommunizmin Qara Kitabında Lenin və Stalin dövründəki kommunist vəhşiliklərin ümumi hesabatı belə idi:
Mühakimə etmədən həbs edilən on minlərlə girov ya da insanın güllə-bəran edilməsi və 1918-1922-ci illərdə qiyam qaldıran yüz minlərlə işçi və kəndlinin qətl edilməsi;
5 milyon insanın ölümünə səbəb olan1922-ci ildə baş verən aclıq;
1920-ci ildə Don Kazaklarının aradan götürülməsi və sürgünə göndərilməsi;
1918-1930-cu illərdə on minlərlə insanın əməkdüşərgələrində öldürülməsi;
1937-1938-ci illərdə Böyük Təmizlik əsnasında 690 000-ə yaxın insanın öldürülməsi;
1930-1932-ci illərdə 2 milyon "«kulak» (qolçomaq)"ın (ya da «kulak» (qolçomaq) olduqları iddia edilən kəslərin) sürgünə göndərilməsi;
1932-1933-cü illərdə 6 milyon ukraynalının qəsdən yaradılan aclıqdan qırılmasına tamaşa edilməsi;
İlk öncə 1939-1941-ci illərdə, ardından da 1944-1945-ci illərdə yüz minlərlə Polşalı, Ukraynalı, Baltikli, Moldavalı və Bessarabyalınınsürgünə göndərilməsi;
1941-ci ildə Volga almanlarının sürgünə göndərilməsi;
1944-cü ildə Krım tatarlarının sürgünə göndərilməsi və çarəsiz qalmaları;
1944-cü ildə inquşların sürgünə göndərilməsi və çarəsiz qalmaları.41
CƏMİYYƏTƏ QORXU MESAJI: KÜTLƏVİ EDAMLAR
Stalin dövründə edamlar bəzən cəmiyyət qarşısında həyata keçirilir və beləcə xalqa qorxu mesajı verilirdi. Bu şəkildəki rejim müxalifətçiləri 1946-cı ildə Sovet gizli xidməti tərəfindən meydanda asılmışdılar.
|
Stalinin ölümündən sonra sovet rejimində məhdud da olsa yumşalma dövrü başladı. Ancaq Stalin dövründə qurulan "qorxu imperiyası", yenə qorxu əsasında qurularaq cəmiyyəti idarə etməyə davam etdi. Sovetlər Birliyinə və ümumiyyətlə bütün kommunist cəmiyyətlərə hakim olan bu qorxu nizamını sonrakı hissədə daha ətraflı olaraq aydınlaşdıracağıq.
Sovet terroru yalnız öz xalqı ilə məhdudlaşmadı. Sovet İttifaqı IIDünya müharibəsi ilə birlikdə Şərqi Avropaya da yayıldı. Müharibə qurtaranda Şərqi Avropa ölkələrinin mühüm bir hissəsi sovet təsiri altında qalmışdı. Moskva bir neçə il ərzində müxtəlif siyasi sui-qəsdlər və manevrlərlə bu ölkələrin hamısını öz suverenliyi altına aldı. Polşa, Macarıstan, Çexoslovakiya, Ruminiya, Bolqarıstan, Albaniya, Şərqi Almaniya kimi Avropa ölkələri Stalinin qanlı rejiminin pəncəsinə düşdülər.
Qırmızı vəhşilik bu ölkələrdəki insanlara da sanki cəhənnəm həyatı yaşatmağa başladı. Rejimə qarşı çıxanlar bir-bir həbs olunmağa, işgəncəyə məruz qalmağa, edam edilməyə başladılar. Qısa müddətdə bütün cəmiyyətdə qorxu və dəhşət hakim oldu. Kommunist rejimin süqutundan sonra 1990-cı illərin əvvəllərində çəkilən bolqar sənədli filmində bir qadın 1944-cü ilin payızında başına gələn bir hadisəni belə izah edirdi:
Atamın ilk həbsindən sonra ertəsi gün günortaya doğru evə bir polis gəldi və anama günortadan sonra saat 5-də 10 nömrəli polis bölməsinə gəlməsini bildirənbir kağız verdi. Bundan sonra anam geyindi (gözəl bir qadın idi və çox yaxşı insan idi) və çıxdı. Biz üç uşaq onu gözlədik, gözlədik. Səhərə yaxın qayıtdı, rəngi əhəng kimi dümağ, geyimləri cırılmışdı. Girər-girməz də sobanın yanına getdi, sobanın lövhələrini qaldırdı, soyunmağa başladı və çıxartdığı paltarların hamısını yandırdı. Sonra duş qəbul etdi, ancaq bundan sonra bizi qolları arasına aldı. Yatdıq. Sabahısı gün ilk dəfə intihar etməyə cəhd etdi, daha sonra da iki dəfə özünü zəhərlədi. Hələ də yaşayır, onun qayğısına qalıram… Ağlını itirmişdi. Ona edilənləri heç bir zaman öyrənə bilmədik.42
Həbs olunanlara edilən işgəncələr qorxunc idi. Kommunizmin Qara Kitabında Ruminiyadakı kommunist Nikolay Çavuşesku rejimi tərəfindən başlanan işgəncələr haqqında bu məlumatlar verilir:
Çexoslovakiya ilə yanaşı Ruminiya da, Orta və Cənub-Şərqi Avropa da təzyiq sisteminə yeniliklər gətirdi: Asiyalı kommunistlər tərəfindən istifadə edilən "beyin yuma" yolu ilə "yenidən təhsil" üsulunu böyük bir ehtimalla Avropa qitəsində ilk tətbiq edən ölkə oldu; hətta bu üsulu daha da təkmilləşdirdi. Bu cəhdin şeytani məqsədi məhkumların bir-birini işgəncəyə məruz qoymasını təmin etmək idi. Bu yeni cəhd 1930-cu illərdə Bükreşdən yüz kilometrlik bir məsafədə qurulan müasir bir həbsxana olan Pipeştidə tətbiq olundu. Mövzu ilə bağlı təcrübələr 1949-cu ilin dekabrında başladı və üç ilə qədər davam etdi. Məqsəd fiziki və mənəvi işgəncə ilə kommunist təlimin öyrədilməsini birləşdirərək, siyasi məhbusları yenidən öyrətmək idi. 43
Bu işgəncələrdə əsas hədəf məhbusların dini inancını yox etmək idi. Vəhşiliklə törədilən işgəncələr nəticəsində məhbuslardan Allah‘ın varlığını inkar etmələri tələb olunurdu:
Romalı siyasi polis Sekuritate sorğu əsnasında yumruqlama, falaqqa və başı aşağı vəziyyətdə ayaqlarından asma kimi 'klassik' işgəncə üsullarından istifadə etdi. Piteştidə edilən bu işgəncələrdən əlavə daha da amansız işgəncələr tətbiq edildi: “Mümkün olan və olmayan hər cür işgəncə forması tətbiq olundu. Bədənlərin müxtəlif hissələrində siqaret yanıqları vardı; məhkumların ombalarındakı toxumalar ölmüşdü, ətləri cüzamlı xəstələrkimi tökülürdü; nəcis yeməyə məcbur edilir, qusduqları zaman da qusduqları yenidən ağızlarına soxulurdu.
Turcanunun şeytani təxəyyülü, xüsusilə Tanrını inkar etməyi qəbul etməyən din məktəbində təhsil alan şagirdləri hədəf alırdı. Bəziləri hər səhər bu şəkildə xaç suyuna salınırdı: başları sidik və nəcisə soxularkən, digər məhkumlar da ətraflarında ilahi söyləyirdi. Qurban boğulmasın deyə arada-sırada başı çölə çıxarılır və qısaca nəfəs almasına icazə verildikdən sonra təkrar oturağa soxulurdu.
Birinci mərhələnin adı "xarici maskanı çıxarmaq" idi: məhkum istintaqda gizlətdiyi məlumatı xüsusilə azadlıq günlərində yoldaşları ilə arasındakı münasibətləri etiraf edərək, dürüstlüyünü isbat etməli idi. İkinci mərhələ olan "daxili maskanı çıxarma" isə məhkumun həbsxanada özünə kömək edənlərin adlarını açıqlayaraq davam edirdi. Üçüncü mərhələ, "əxlaqi maskanı çıxarma" əsnasında, məhkumdan bu günə qədər müqəddəs saydığı hər şeyə söyməsi istənirdi. Son olaraq dördüncü mərhələdə, ODCC-yə qoşulmaq üçün ən yaxşı yoldaşına öz əlləri ilə işgəncə edərək onu "yenidən öyrətməsi" lazım idi. 44
Belə işgəncələr Şərq Blokundakı bütün ölkələrdə tətbiq olundu. Kommunizmin gözü dönmüş caniliyi və dinə olan azğın nifrəti tarixin ən qorxunc işgəncə rejimlərini meydana çıxardı. İnsanları heyvan olaraq görən, bu dildə "heyvanların" yola gətirilməsi üçün daimi şiddət, işgəncə və qorxunun lazımlı olduğunu qəbul edən darvinist-materialist fəlsəfə, kommunist rejimlərin zindanlarında faciəvi işgəncələrə çevrildi.
Beləliklə, bu səbəblərlə darvinizmi təhlükə olaraq görməyənlər ya da zərərsiz bir nəzəriyyə kimi düşünənlər bu saytda yazılanları çox yaxşı oxumalıdır. Çünki darvinist-kommunist ideologiyanın son hədəfi budur: İnsanları bir-birinə qırdırmaq və yox etmək, onları hər cür əxlaqi dəyərdən və mənəvi gözəlliklərdən uzaqlaşdıraraq heyvanlaşdırmaq və bu yolla insan birliklərini rahat şəkildə istiqamətləndirilə bilən "heyvan sürülərinə" çevirmək... Bunu hansı ideologiya adı altında etmələrindən asılı olmayaraq hədəf təkdir. Tarix də buna buna şahidlik edir.
KUBA ÜZƏRİNDƏKİ QARA BULUDLAR
Soyuq müharibə dövrüdə Sovet İttifaqının köməyi ilə fəaliyyət göstərən kommunist rejimlərdən biri də Kubadakı Kastro diktatorluğu idi. Fidel Kastronun rəhbərliyində və argentinalı partizan lideri Çe Gevaranın dəstəyi ilə inkişaf edən partizan hərəkatı 1959-cu ildə Kubada iqtidarı ələ keçirmişdir. Sovet İttifaqından gələn siyasi və hərbi dəstəklə inkişaf etmiş və Sovet İttifaqı süquta uğradıqdan sonra belə fəaliyyətini davam etdirməyi bacarmışdır.
Kubadakı və ümumiyyətlə Latın Amerikasındakı kommunist hərəkat əsasən romantik formada əks olunur. Xüsusilə Çe Qevaranın partizan mübarizəsi sanki "qəhrəmanlıq əhvalatı" kimi göstərilir. Kommunizmə etina edən bir çox gəncin əlində Çe posterleri və dillərində Latın Amerika mənşəli kommunist melodiyalar gəzir. Onlara qalsa Kubadakı kommunist inqilab Kuba xalqını zülm və işgəncədən qurtarmış "qurtuluş mübarizəsi"dir.
Fidel Kastro- Çe Gevara ikilisinin Kubada reallaşdırdığı kommunist inqilab, adətən, romantik atmosferdə təqdim edilir və sanki qəhrəmanlıq əhvalatı kimi danışılır. Halbuki, kommunizm Kubaya yalnız səfalət və qorxunc işgəncələr gətirmişdir.
|
Halbuki, həqiqət heç də elə deyil. Yaradılan "Çe" və "Fidel" əfsanələrinin romantik pərdəsi aradan qalxarsa, Kubadakı kommunist diktatorluğun qaranlıq üzü ortaya çıxar. Kommunizmin Qara Kitabında kommunist Kubanın əmək düşərgələri və həbsxanaları belə izah edilibdir:
İş şəraiti çox sərt idi, məhkumlar az qala çılpaq gəzdirilir, yalnız alt paltarı geyinmələrinə icazə verilirdi. Sözə baxmayanlara dişləri ilə ot toplama cəzası, bundan da artığını edənlərə saatlarla tualet çuxurlarında qalma cəzası verilirdi. Zorakılıqlar siyasi məhkumları hədəf aldığı kimi, adi günahkarları da hədəf alırdı. Zorakılıq istintaqda məsuliyyət daşıyan şöbə -Departamento Tecnico da Investigacionesin (DTI) icra etdiyi sorğulamalarla başlayırdı. DTI məhkumları qorxu ilə baş-başa buraxılırdı: böcəklərdən qorxan bir qadın tarakanlarladolu bir kamerayasalınırdı. DTI zorakılıq tətbiqlərində fiziki təzyiqlərə də müraciət edirdi: məhkumlar ayaqlarındakı güllələrlə nərdivanları çıxmağa məcbur edilir, sonra da birbaşa aşağıya atılırdı. Fiziki işgəncələrdən əlavə tez-tez dərmanların köməyi ilə psixoloji işgəncələrdə edilirdi; gözətçilər məhkumların oyaq qalması üçün penthotal və buna bənzər narkotiklər istifadə edirdi. Mazzoza Xəstəxanasında təzyiq göstərmək məqsədi ilə heç bir məhdudlaşdırmaya yol vermədən elektroşok tətbiq olunurdu. Gözətçilər gözətçi itləri ilə gəzir, daim edam planları qururdular; məhkumların saxlandığı intizam kameralarında nə su, nə də işıq olurdu; məqsəd məhkuma təcridxanadaşəxsiyyətini unutdurmaq idi...
Yaxınların onları ziyarətə gəlməsi gözətçilərə məhkumları alçaltmaq fürsəti verirdi. Cabanada da məhkumlar ailələrinin qarşısına çılpaq çıxmaq məcburiyyətində qalırdılar. Kişi məhkumlar yoldaşlarının məhrəm yerlərinin axtarılmasını izləmək məcburiyyətində qalırdılar.Kuba həbsxanalarında qadınların vəziyyəti tam bir fəlakət idi, çünki müdafiəsiz şəkildə gözətçilərin sadist işgəncələrinə məruz qalırdılar. 1959-cu ildən sonra 1100-dən çox qadın siyasi səbəblərlə həbs olundu. Bunlar 1963-cü ildə Guanaya həbsxanasına salındılar. Bir çox şahid tez-tez onları döydüklərini və alçaltdıqlarını söyləyir. Bir nümunə göstərməli olsaq, qadın məhkumlar yuyunmaq üçün duşa getməzdən əvvəl gözətçilərin qarşısında soyunmaq məcburiyyətində qalır, gözətçilər də onları səbəbsiz yerə döyürdülər. 45
Kubada inqilabdan sonra təxminən 10 min insan edam edildi. 30 mindən çox insan isə yuxarıda göstərilən şərtlərdə həbs edildi. Kommunist rejim digər yerlərə olduğu kimi, Kubaya da əzab, işgəncə və qorxu gətirdi. Bundan əlavə Kuba xalqı getdikcə daha da kasıblaşdı.
ƏFQANISTANDA SOVET QIRĞINLARI
Marksist-leninist bolşevik ideologiyasının və Sovet Rusiyasının törətdiyi vəhşiliyi araşdırarkən, Sovet İttifaqı tərəfindən işğal edilən ölkələri də nəzərə almaq lazımdır. Bu ölkələrin içərisində ən çox zülmə məruz qalan isə Əfqanıstandır.
Əfqanıstanda 1978-ci ildə ordudakı kommunist generalların və bəzi kommunist vətəndaşların təşkil etdiyi inqilab baş verdi.Zərbəçilər ölkəni kommunist rejimlə idarə edəcəklərini elan etdilər. Bundan əlavə dinə qarşı amansız döyüş başlandı. Bu məsələ ilə əlaqədar siyasi bir kitabda belə izah edilir:
Qısa müddətdən sonra kommunist hökumət din əleyhinə kampaniyanın əsasını qoydu. Quran ictimai meydanlarda yandırıldı. Dini şəxslər (imamlar) həbs olundu və öldürüldü. 1979-cu ilin yanvar ayının 6-da şiələr içərisində çox təsirli dini qrup olan Mücəddədilər tayfasından bir gecədə eyni nəsildən olan 130 şəxs qətl edildi. Hər din, hər məzhəb üçün dini ibadət qadağan edilmişdi. 46
Əfqan kommunistlər əslində Sovetİttifaqının pullu əlaltısından başqa bir şey deyildilər. Moskvadan gələn "məsləhətçi"lərin əmri ilə hərəkət edir, onların göstərdiyi şəkildə öz xalqlarına qarşı kütləvi qırğınlar törədirdilər. İqtidarda qaldıqları qısa dövrərzində böyük qırğın törətdilər:
1979-cu ilin martında Kerala kəndi... 1700 yetkin və uşaq, kənddəki kişilərin hamısı meydana toplandı və yaxından nişan alınaraq avtomat silahlarla öldürüldülər. Ölülər və yaralılar buldozerin köməyi ilə üç ayrı çuxurda üst- üstə basdırıldı. Qadınlar qorxu dolu gözlərlə örtülən çuxurların meydana gətirdiyi təpəciklərin tərpəndiyini gördü: Diri-diri basdırılanlar oradan çıxmağa çalışırdı. Sonra tərpənişlər kəsildi. Anaların və dul qadınların hamısı Pakistana getdi. 47
Qızıl ordu 1979-cu ildə işğal etdiyi Əfqanıstanda böyük-kiçik ayrıseçkiliyi etmədən vəhşi soyqırım törətdi. Yuxarıda 1984-cü ildə Moskvada "zəfər yürüşü" edən Qızıl ordu əsgərləri.
|
Terror Kabil şəhərini də ağuşuna almışdı. Şəhərin şərqində yerləşən Pole Çarxı həbsxana toplama düşərgəsinə çevrildi. Həbsxana müdiri Seyid Abdullah məhkumlara belə bir açıqlama verdi: "Sizlər zibil halına gətirilmək üçün buradasınız." İşgəncə ən əlverişli üsul idi. Həbsxananın ən böyük cəzası diri-diri lağım çuxuruna atılmaq idi. Bir gecədə onlarla məhkum edam edilirdi; cəsədlər və can verən insanlar buldozerlərin vasitəsilə üst-üstə basdırılırdı. Stalinin cəza verdiyi xalqlar üçün tətbiq etdiyi üsul yenidən istifadə edilməyə başlandı. 1979-cu il avqustun 15-dəHezarələrdən 300 nəfər müqavimət göstərdiyi üçün həbs olundu; 150-si buldozerin köməyi ilə diri-diri basdırıldı, digər 150 nəfərin üzərinə benzin tökülərək diri-diri yandırıldı. 1979-cu ilin sentyabrında həbsxana rəhbərliyi 12 min məhkumun öldürüldüyünü qəbul etdi. Pole Çarxı həbsxanasının müdiri eşitmək istəyənlərə belə deyirdi: "Yalnız bir milyon əfqanlını sağ buraxacağıq, sosializmi qurmaq üçün bu qədər adam bəsdir". 48
Bütün bunlar Moskvadan idarə olunan tətbiq üsulları idi. Əslində Əfqanıstandakı bütün daxili qarışıqlıq Sovet İttifaqının əvvəlcədən planlaşdırdığı bir hadisə idi. Moskva Əfqanıstandakı kommunistlərə zərbə vurmağı, sonra da bununla "demokratik" rejimi qorumaq bəhanəsi ilə ölkəni işğal etməyi əvvəlcədən qərarlaşdırmışdı. Moskvanın bu planı irəli sürməsinə səbəb isə bu gün bir çox siyasi tarixçinin qəbul etdiyi kimi, o dövrdə İslamın kommunistlər tərəfindən təhlükə olaraq görülməsi idi.
Sonda kommunist Əfqan rejiminə qarşı müsəlman mücahidlərin təşkil etdiyi müqaviməti bəhanə edərək Qırmızı Ordu 27 dekabr 1979-cu ildə Əfqanıstanı işğal etdi. Bu işğalla yanaşı Əfqan xalqına qarşı tətbiq olunan vəhşiliyin diametri daha da böyüdü.
Qırmızı Ordu Əfqanıstanı 1979-cu ildə işğal etdi və düz 10 il bu ölkədə işğalçı qüvvə olaraq qaldı. Mücahid qrupların Qırmızı Orduya qarşı başlatdığı haqlı müqavimətin qarşısını isə ən zalım və mərhəmətsiz üsullarla almağa çalışdı. Bir Əfqan müqavimətçi Qırmızı Ordunun üsullarını belə izah edirdi:
Sovet ordusu bir evə hücum etdiyi zaman, o evdəki qadınları öldürənə qədər döyür, onlara təcavüz edirdi. Çox təəssüf ki, bu barbarlıq qeyri-iradiolaraq deyil, planlaşdırılmış şəkildə baş verirdi; belə etməklə cəmiyyətimizin təməllərini yıxırdılar və bunu çox yaxşı bilirdilər.49
Qırmızı Ordu Əfqan müsəlmanlara qarşı ən alçaq üsullardan istifadə etdi: Əfqan uşaqlarının oyuncaq hesab edərəkəllərinə götürmələrini təmin etmək üçün "oyuncaq formasında olan minalar" düzəldilir, tutulan mücahidlərə qorxunc işgəncələr verilir, sivil xalq bombalanırdı. 10 il davam edən Qırmızı Ordu işğalı on minlərlə insanın ölümü, bir o qədər də şəxsin şikəst qalması ilə nəticələndi. Bu gün Əfqanıstandünyanın ən çox protez qol və ayaq emal edilən ölkəsidir. Çünki Qırmızı Ordunun minaları on minlərlə Əfqan gəncinin qolsuz və ayaqsız qalmasına səbəb oldu. Sovet İttifaqının geri çəkilməsindən sonra isə sabitsizliyə sürüklənən Əfqanıstan qanlı vətəndaş müharibəsinin şahidi oldu. Qısacası, 1970-ci illərdə Moskvanın təhriki ilə başlayan vəhşilik 25 il ərzində Əfqanıstana böyük əzab və zülm yaşatmışdır.
Bir az əvvəl də bildirdiyimiz kimi, kommunist Rusiya İslam Dininin getdikcə yayılmasını özü üçün təhlükə olaraq görmüşdü. Törətdiyi vəhşiliklərin əsas məqsədi İslam dininin yayılmasının qaşısını almaq idi. Bunun üçün xalqın ibadət etməsini qadağan edir, Quranları yandırır, imanlı insanları qətl edirdi. Ancaq bu inkarçı sistemin anlamadığı əhəmiyyətli bir amil var: Dini inkar edənlər Allah‘a olan səmimi imanı qavraya bilmədikləri üçün müqəddəs kitabların məhv edilməsi ilə inancın da yox olacağını zənn edirlər. Halbuki, insanın imanı ürəyindədir. Səmimi iman edən insanlar başlarına gələn hər cür çətinliyin Allah‘dan bir sınaq olduğunu bilir və hər şəraitdə bunlara səbr edirlər. Allah bir ayəsində inananlara belə bildirmişdir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allah‘a məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, iman edən insanlar dünyada müxtəlif yollarla sınanır və qarşılaşdıqları hər çətinlikdə Allah‘a yönəlib, Ondan kömək istəyirlər. Elə buna görə müsəlmanlar üçün başlarına gələn çətinliklər əzab və ümidsizlik deyil, əksinə Allah‘ın Quranda bildirdiyi və axirətdə daha üstün bir dərəcəni qazandıra bilən şövq vəsiləsidir.
KOMMUNİST VƏHŞİLİYİN FƏLSƏFƏSİ: İNSANLARIN HEYVANLAŞDIRILMASI
Bura qədər araşdırdığımız məlumatlar göstərir ki, Marks və Engels kimi materialist ideoloqların ortaya atdığı kommunizm yanılması 20-ci əsri qana boyayan ölüm maşını olmuşdur. Kommunizm insanlığa qorxunc cinayətlər, işgəncələr, sürgünlər, iş düşərgələri, qıtlıqlar, ictimai təzyiqlər və qorxudan başqa bir şey gətirməmişdir.
Ancaq eyni vəhşiliklərin təkrar yaşanmaması üçün bu vəhşiliyin əsl səbəbini yaxşı araşdırmaq lazımdır. Problem yalnız Lenin və ya Stalin kimi diktatorların fərdi istək və zalımlıqlarıdırmı? Yoxsa problem darvinizmdən qaynaqlanan kommunist ideologiyanın tətbiq olunmasıdırmı?
Mövzunu araşdırarkən ikinci variantın doğru olduğunu görərik. Vəhşilik, kommunizm fəlsəfəsinin təbii nəticəsi olaraq meydana çıxmışdır.
Bu faktın təməlində insanların "hevyan növü" olaraq görülməsi durur. Kommunizm Marksın ifadə etdiyi kimi, Darvinin təkamül nəzəriyyəsinə söykənir və bu nəzəriyyə insanı "inkişaf etmiş heyvan" olaraq təsvir edir. Bundan əlavə insanlar arasında qarşıdurmanın, basqının, zülmüntəbii və qanuni olduğunu təlqin edir. Bu fəlsəfəni mənimsəyən insanın əlində kifayət qədər güc və imkan olduqda hər cür zülm və vəhşiliyi etməsi çox asandır.
Keçmişə baxdığımızda kommunistlər tərəfindən törədilən vəhşiliklərdə insanların "heyvan növü" hesab edilməsinin böyük rol oynadığı açıq-aydın görünür. Kommunist ideoloqlar əleyhdarlarını heyvan olaraq təyin etmiş, bundan da əlavə idarə etdikləri insanları da psixoloji olaraq "heyvanlaşdırmağa" istiqamətənən siyasət yürütmüşlər. Kommunizmin Qara Kitabında bu siyasət belə açıqlanır:
Adam öldürmək üçün bir üsul tələb olunur; hər kəs qonşusunu öldürməkdə qərarsız qalar, buna qarşı tətbiq olunan ən təsirli üsul, qurbanının insanlığını yadırğamağı, ona müvəqqəti "insan deyilmiş kimi görməyi" öyrətməkdir. Alain Brossat haqlı olaraq belə yazır: "Barbar təmizlik ayini, ölüm maşınının səmərəli şəkildə işləməsi, işgəncə ifadələri və digərinin heyvanlaşdırılmasından, xəyali və gerçək düşmənlərin heyvanlar dünyasına soxulmasından başqa bir şey deyil...."50
KOMMUNİZMİN MƏQSƏDİ: İNSANIN HEYVANLAŞDIRILMASI
Kommunizm insanları nəzarət olunan heyvan sürüsü olaraq görür. Sürünün güdülməsi üçün insanlara işgəncə edilməsi, aç buraxılması, qorxudulması lazım olduğuna inanır. Darvinizmin tətbiqi olan bu qəddar ideologiyakasıb kəndli və işçilərə yalnız daha çox acı və zülm gətirmişdir.
|
Brossat bu mərasimlərin həqiqi heyvanlaşdırma ənənəsini meydana gətirdiyini, eyni ənənənin XVIII əsrdən etibarən siyasi tənqidlərdə də görülə biləcəyini xatırladır. Bu bənzətməliayin xüsusilə heyvan obrazları vasitəsilə gizli böhran və qarşıdurmaların meydana çıxmasına gətirib çıxarırdı. Moskvada 1930-cu illərdə bu cür ifadələrin heç bir oxşar tərəfi qalmamışdı: "Heyvanlaşdırılmış" düşmənə əvvəlcə bir ov heyvanı kimi davranılar sonra da buraxılırdı; təbii ki, öncə boynuna güllə sıxılırdı. Stalin bu üsulları sistemləşdirib ümumiləşdirdikdən sonra çinli, kambocalı və digər təqibçiləri bundan daha da çox faydalandı. Bununla yanaşı, bu üsulları ilk dəfə tətbiq edən Stalin deyil. Lenini bu günahlandırmaların xaricində tutmamalıyıq; iqtidarı ələ keçirdikdən sonra bütün düşmənlərini "zərərli böcək", "bit", "əqrəb" ya da "vampir" olaraq görürdü. 51
Beləliklə, kommunizmin insanları heyvan olaraq görən dünyagörüşünün təməli darvinizmdir. Bu Marks, Engels və Lenin tərəfindən dəfələrlə vurğulanmış bir həqiqətdir. Bu səbəbdən, kommunist vəhşilik darvinizmin tətbiqindən başqa bir şey deyil.
Vəhşi heyvan münasibəti görərək qəfəslərə salınan Qızıl ordu məhbusları.
|
Fransız Milli Elmi Araşdırma Mərkəzinin (GÉODE-Paris X) araşdırma müdiri və kommunizmin tarixi mütəxəssisi Stéphane Courtois bu mövzuda belə deyir: Kommunizmdə ictimai-siyasi yevgenikanın, ictimai darvinçiliyin varlığından danışıla bilər. Dominik Kolasın yazdığı kimi, "Lenin, ictimai növlərin təkamülü mövzusundakı məlumatların əfəndisi olaraq tarix məhkum etdiyi üçün məhv edilməli olanlara qərar verir. Elm yolu ilə marksizm-leninizm kimi ideoloji və siyasi tarixi burjuaziyanın insanlıq təkamülündə aşılmış mərhələni təmsil etdiyinə qərar verildikdən sonra bu sinifin ortadan qaldırılmasına, hətta bu sinifi meydana gətirən ya da bu sinifə bu və ya digər şəkildə aid olan fərdlərin öldürülməsinə haqlı səbəblər tapıla bilər. 52
Courtois bu şərhinin ardından da bu sualı qoyur:
Marksizm-leninizmin kökləri Marksdan çox, ictimai münasibətlərə tətbiq olunan və irq məsələsi ilə yanlışlığa düşən azğın darvinçiliklə bağlı ola bilməzmi? 53
Şübhəsiz bağlı ola bilər. Bundan başqa kommunizmin mənşəyi onsuz da mütləq şəkildə darvinizmdir. Həm də bu darvinizm, "azğın bir darvinçilik" deyil, darvinizmin özüdür. İnsanların heyvan növü olduqlarını, aralarında qaçınılmaz və təbii qarşıdurma olduğunu, tarixin bu şəkildə davam etdiyini, insanın əməllərinə görə heç kimə hesab verməyəcəyini və dialektik materializmin bütün digər boş sözlərini irəli sürən və bunu da "elm" adı altında həyata keçirən mənbə darvinizmdir. Darvin bunun nəzəriyyəsini qurmuş, kommunistlər isə həyata keçirmişdir.
20-ci əsrin qanlı kommunizmiəslində darvinizmin tətbiqidir. |