Müəllif haqqında Kitablar Filmlər Məqalələr Veb saytlar
 
 

KOMMUNİZMİN YARANMASI

BOLŞEVİK VƏHŞİLİYİNİN TARİXİ
KOMMUNİZMİN DONUQ DÜNYASI
ASİYADA QANLI TERROR
KOMMUNİZMİN DİN DÜŞMƏNLİYİ
KOMMUNİZM GİZLƏNDİ
MATERİALİZMİ MƏHV EDƏN BÖYÜK HƏQİQƏT
 



 

»Sənədli Filmlər

Kommunizmin Qanlı Tarixi-1
Kommunizmin Qanlı Tarixi-2

 

 

 

 

ASİYADA QANLI TERROR


MAONUN PARTİZAN DÖYÜŞÜNDƏ MİLYONLARLA QURBANLARINDAN BİRİ

Kommunizm ilk dəfə Avropada meydana gəlmişdi. İlk inqilabını şərqdə - Rusiyada reallaşdırdı. XX əsrin ikinci yarısında isə şərqə doğru daha da irəliləmişdi. Belə ki, 1949-cu ildə dünyada ən çox insanın yaşadığı Çin Mao Tse-Tunqun rəhbərliyindəki kommunist partizanlar tərəfindən ələ keçirildi. On ildir Çinin müxtəlif bölgələrində iqtidara qarşı partizan döyüşü aparan Maonun tərəfdarları dünyanın ikinci böyük kommunist inqilabını reallaşdırdı. Bu ikinci böyük inqilabın nəticələri isə eynilə Bolşevik inqilabı kimi olmuşdur: Cinayətlər, kütləvi qırğınlar, işgəncələr, qıtlıqlar, yoxsulluq, özünə qapalı qorxaq cəmiyyət...

Mao kommunizmdə Lenindən sonra ikinci böyük dəyişiklik edən terrorçu oldu. O, marksizmə üç vacib mövzuda yenilik gətirib:

1) Marks və onun davamçıları digər kommunist ideoloqların "işçi sinfi" (proletarya) anlayışına zidd gedərək Mao "kəndli sinifini" inqilabın qabaqcılı təyin etmiş və "kəndli sosializmi" anlayışını ortaya atmışdır.

2) Şəhər mərkəzlərində yığışaraq Leninin inqilab hazırlığı görən kommunist partiyası anlayışının əvəzinə, Mao "partizan döyüşü" üsulunu formalaşdırmış və şəhər mərkəzlərində deyil, çöllərdə, dağlarda təşkilatlanan kommunist partiya meydana gətirmişdir.

3) Marksizmin əsasını təşkil edən və Lenin tərəfindən də mənimsənən internasionalist (beynəlxalqçı) yanaşma tərzi əvəzinə Mao milliyyətçiliyə əhəmiyyət vermiş və "milliyyətçi sosializm" anlayışını formalaşdırmışdır.

Əslində isə Maonun yuxarıda sadaladığımız üç fərqli yanaşmasının əsl səbəbi mövcud şəraitə görədir. Çin kimi tamamilə kəndlilərdən ibarət olan və mühafizəkar milliyyətçi anlayışına sahib bir ölkədə Maonun "milliyyətçi kəndli sosializmi" anlayışını ortaya atmaqdan başqa bir seçimi olmamışdır. Kəndlilərə əhəmiyyət verən Mao hər dəfə kəndlilər arasında təşkilat qurmuş və "çöl partizanı" modelini tətbiq etmişdir.


Çin kommunizmi Rusiyada Stalinin dəstəyi ilə inkişaf etdi və iqtidara gəldi. Ancaq Qızıl Çinin vəhşiliyi Stalini belə kölgədə buraxacaqdı.

Bu sadaladığımız səbəblər maoçuluğun leninizmdən fərqini, həm də leninizmdən daha vəhşi, barbar və qatı ideologiya olduğunu göstərir. Çünki onsuz da mərhəmətsiz, vəhşi və qan tökən ideologiya olan kommunizmə maoçuluqla birlikdə, cəhalət, fanatik milliyyətçilik və mədəniyyət düşmənçiliyi də əlavə olunmuş və beləliklə bu da faciəyə gətirib çıxarmışdır. Maoçuluq kommunizmin ən pis növüdür.

Maoçuluq yalnız Çində deyil, həm də Kamboça, Şimali Koreya və hətta Albaniyada təsirini göstərmişdir. Maonun Stalinin köməyi ilə iqtidara gəlməsinə və Stalinin dövründə Sovet-Çin əlaqələrinin çox yaxşı olmasına baxmayaraq, 1960-cı ildə bu əlaqə pozulmuş və nəticədə bu iki ölkə bir-birlərinə qarşı düşmən olmuşdur. Belə ki, Çin-Sovet rəqabəti kommunist dünyaya da təsir etmiş, Sovet müttəfiqləri ilə Çin müttəfiqləri bir-birindən ayrılmışdır.

Maoçuluğun Çinə və Çinin yolunu davam etdirən kommunist ölkələrə gətirdiyi nəticələr isə leninizm qədər qanlı və qaranlıqdır. Ancaq maoçuluq Leninin və Stalinin Rusiyasından da daha qorxunc rejimlər hazırlamışdır.

DARVİNİN ÇİN SƏFƏRİ

Kommunizm əslində azğın Avropa ideologiyasıdır. Avropalı filosoflar tərəfindən ortaya atılmış, ilk dəfə isə bir qrup avropalılar tərəfindən həyata keçirilmişdir. Əslində isə Avropada başlayan materialist din düşmənçiliyindən başqa bir şey deyil. Çin kimi Avropadan uzaq, öz ölkəsinə bağlı bir yerə qədər bu ideologiyanın necə çatdığı və orada necə başladığı maraq doğura bilər. Yaxın Çin tarixinə baxdığımızda isə qarşımıza tanış bir bölmə çıxır: Çinə kommunizmin gəlməsi, ateizmin gəlməsi kimi oxşar bir şeydir. Ateizmin gəlməsi isə darvinizmin gəlməsi deməkdir.

Çin 18-ci əsrin sonlarına qədər qərb mədəniyyətindən çox uzaq, ölkəsinə bağlı cəmiyyət olmuşdur. 19-cu əsrdə isə ölkəyə gəlməyə başlayan ingilis tacirlər özləri ilə birlikdə bir çox dəyişikliyi də gətirmişdir. Bu tacirlər tərəfindən Çinə ilk dəfə o zamana qədər tanınmamış bir maddə olan tiryək gətirilmiş, Çin cəmiyyətində tezliklə yayılan tiryək istehlakına görə Çin və İngiltərə arasında iki dəfə döyüş olmuşdur. Beləliklə İngiltərə Çini diz çökdürmüş və Hong Kong başda olmaqla Çinin əsas şəhərlərini özündən asılı vəziyyətə salmışdır.

İngilis imperializminin bu şəkildə Çinə girməsi, imperialist quruluşun elmi dayağı olan (baxın: Harun Yəhya, Darvinin Türk Düşmənçiliyi) darvinizmi də bu ölkəyə gətirmişdir. XIX əsr Avropasına hakim olan materialist və darvinist düşüncələr, çinli ziyalılar arasında sürətlə yayılmağa başlamışdı. Təkamül yazarı olan Robert Miller, Encyclopedia of Evolution (Təkamül Ensiklopediyası) adlı kitabında mövzu ilə əlaqədar bunları yazır:

19-cu əsrdə qərb ölkələri Çini təcrid olunmuş və keçmiş ənənələri davam etdirən passiv nəhəng ölkə olaraq görürdü. Çox az avropalı, çinli mütəfəkkirlər Darvinin təkamül nəzəriyyəsini həvəslə mənimsədiklərini və dəyişiklik üçün ümid vəd etdiyini qavradıqlarını anladı. Çinli yazıçı Hu Shihə görə 1898-ci ildə Tomas Heksleyin "Təkamül və Etik" kitabı nümayiş olunduğu zaman çinli mütəfəkkirlər tərəfindən sürətlə təsdiqləndi. Varlılar ucuz Çin nümayişlərinə sponsorluq etdilər, beləcə kütlələrə geniş şəkildə yayıla bildilər.57


Darvin, Haksley və Qalton: Çinli intellektualları faşizmə və kommunizmə yönəldən üç mühüm təkamülçü.

Osmanlı dövlətinin son dövrlərində qərb ölkələrinin təsiri ilə materialist fikirlərə qapılan bəzi Jön Türklər kimi, Çinin son dövrlərində də materializmi və darvinizmi mənimsəyən ideoloqlar ortaya çıxmışdır. Bu inkişafın nəticəsində 1911-ci ildə minlərlə il davam edən Çin İmperiyası ləğv edilmiş və yerinə Çin Respublikası qurulmuşdur. Respublikanı yaradan heyət qərb ölkələrinə qarşı çıxsa da əslində qərb imperializminin əsasını əmələ gətirən irqçi və sosial darvinist anlayışını olduğu kimi mənimsəmişdir. Amerikan “The New Republic” jurnalında Jakob Heilbrunn imzası ilə nəşr olunan bir məqalədə bu mövzuda bunlar yazılıb:

O vaxtlarda qərb ölkələrinə qarşı qərbli fikirləri və qərb icadlarını istifadə etmə düşüncəsi vacib idi. 4 may 1919-cu ildə Pekində reallaşdırılan məşhur etiraz aksiyasından əvvəl modernizm, demokratiya, vətənpərvərlik və elmə çağırışlar edilirdi... Amma Tu Wei-mingin sonradan yazdığına görə, "əslində bunlar nə elm, nə də demokratiya idi. Yalnız pozitivizm və xalqçılıq idi. 4 mayda Jakobenvari kollektivizm Çindəki intellektual dünyanı bürümüş vəziyyətdə idi." Gizli bir jurnalın nəşriyyatını işlədən Liang Qichao kimi reformistlər Darvin və Spenserin sadələşdirilmiş, amma məşhur versiyasından təsirlənmişdilər. İrqlər arasındakı döyüşü, inkişafın tələbi olaraq görürdülər. 58

Burada adı çəkilən Herbert Spenser, Darvinlə eyni dövrdə yaşamış və Darvinin nəzəriyyəsini elmi cəmiyyətlərə mənimsətmiş irqçi mütəfəkkirdir. O avropalı irqlərin üstünlüyünü, irqlər və millətlər arasında davamlı qarşıdurma olmasını, cəmiyyətdə kasıblara kömək edilməməsini və daha çox ədalətsizlik və zülmü dəstəkləyən fikirləri ortaya atmışdır.

Darvindən və Spenserdən təsirlənən çinli mütəfəkkirlər arasında, Yen Fu (və ya Yan Fu) ilə Ding Wenjiang kimi müasir Çin Respublikasının quruluşunda fikirləri ilə böyük təsir yaradan adlar da var idi. Amerikalı tarixçi Benjamin "Schwartz Chinese Communism and the Rise of Mao" (Çin Kommunizmi və Maonun Yüksəlişi) adlı kitabında Yen Funu və onun darvinist fikirlərinin vacibliyini vurğulayır. Şvartza görə Yen Fu "Spenserin nəzəriyyəsi kimi qərbli ideologiya və nəzəriyyələri olduğu kimi götürmüş və bunları cəmiyyəti dəyişmək, güc və zənginliyə çatdırmaq üçün qanuni üsullar olaraq görmüşdür.59Şvartzın ifadəsi ilə Yen Fu üçün "Darvinin nəzəriyyələri yalnız həqiqəti təsvir etməklə qalmamış, eyni zamanda dəyərləri və izləniləcək üsulları da təyin etmişdir".60

Ding Wenjiang (Ting Wen-chiang deyə də yazılır) isə kommunizmə liderlik etmiş bir başqa çinli ideoloqdur. Onun fikirlərinin təməl dayağı da yenə darvinizmdən başqa bir şey deyil. Ding 1910-1920-ci illərdə Çinə təsir edən "Yeni Mədəniyyət" hərəkatının ən vacib nümayəndəsidir. Bu hərəkatın ən əhəmiyyətli xüsusiyyəti Çin cəmiyyətinin dini inancı olan konfuçiliyə qarşı çıxması, bunun yerinə materialist dünyagörüşünü müdafiə etməsidir. (Yeni Mədəniyyət hərəkatı həm Maonun kommunizminin, həm də ona rəqib olan Chiang Kai-shek faşizminin ideoloqudur).


Darvinizm Çində həm kommunizmi, həm də faşizmi qızışdırmışdı. Chiang Kai-she, darvinizmdən təsirlənən faşistlərin lideri idi.
Amerikalı tarixçi Charlotte Furth Ting Wen-chiang: Science and China's New Culture (Ding Wenjiang: Elm və Çinin Yeni Mədəniyyəti) adlı kitabında Yeni Mədəniyyət hərəkatının əməkdaşı olan Ding Wenjiangı ətraflı olaraq araşdırır. Furtha görə Dingin etdiyi Darvin, Haksli və Spenser kimi təkamülçü ideoloqların fikirlərini Çin dilinə tərcümə etməkdən başqa bir şey deyil. Hətta Furth buna görə Dingi "Çinin Hakslisi" adlandırır.61 (Huxley, Darvinin ən böyük dəstəkçisidir və hətta buna görə yaşadığı dövrdə "Darvinin çoban iti" olaraq da tanınmışdır). İngiltərədəki Glasgow Universitetində zoologiya və geologiya üzrə işləyən Ding, 1911-ci ildə Çinə qayıtmış və yeni qurulan Çin Respublikasında darvinist və materialist fikirləri yaymaq üçün səy göstərmişdir. Ding, Darvinin əmisi oğlu Frensiz Qalton tərəfindən ortaya atılan yevgenika nəzəriyyəsini də müdafiə etmişdir.62 (Yevgenika, insan irqinə mənsub xəstə və şikəst insanların yox edilməsi və sağlamların "cütləşdirilməsi" yolu ilə guya təkamül etməyi qarşısına məqsəd qoyan nəzəriyyədir və ən çox nasist Almaniyasında tətbiq olunmuşdur.)

Yeni Mədəniyyət hərəkatı haqqındakı şərhlərdən birini də Harvard Universiteti tarix professoru James Reeve Pusey edir:

Yeni Mədəniyyət hərəkatının şüarlarının hamısı Darvinin lap əvvəldən dəstəklədiyi şüarlar idi və indi yenə bu şüarları dəstəkləməyə davam edirdi. O (Darvin), Yeni Mədəniyyət hərəkatının ən vacib ruhani lideri idi... Çünki onun nəzəriyyəsi Yeni Mədəniyyət hərəkatı liderlərinin israrla ifadə etdiyi kimi... "bugünün keçmişdən daha yaxşı olduğunu və gələcəyin də bu gündən daha yaxşı olacağını isbat edirdi". Bu, anarxistlərin ortaya atdığı "indini düşün və keçmişə fikir vermə" və ya sonradan kommunistlərin ortaya atacağı "indiyə əhəmiyyət ver və keçmişi unut" şüarlarına qarşı inanc əmələ gətirirdi. 63

Məhz 20-ci əsrin başlanğıcında darvinizmin Çinə yayılması nəticəsində ortaya çıxan bu kimi çinli ideoloqlar əvvəl "Kuomintang" partiyası altında birləşən faşist meyilli çin milliyyətçiliyini sonradan da Çin kommunizmini meydana gətiriblər. Kanadalı darvinist filosof Michael Ruse “New Scientist” jurnalında nəşr olunan bir məqaləsində bu mövzuda belə qiymətləndirir:

Qərbdə təkamül nəzəriyyəsi dini və intellektual fikirlərlə çıxılmaz vəziyyətdə qalmışdı. Ancaq Çində belə olmadı və darvinizm daha da gücləndi. Əslində, bəzən Darvin çinli kimi qəbul edilirdi! Taoist və neo konfutsiçi düşüncə hər zaman insanların "əşyaya bənzər" olduğunu vurğulamışdır. Varlığımızın heyvanlarınkı ilə eyni olması fikri onlar üçün böyük şok olmadı... Bu gün rəsmi fəlsəfə (bir növ) marksizm-leninizmdir. Lakin darvinizmin dindənkənar materialist düşüncəsi (indi məşhur olan fəlsəfə mənasında) olmadan Mao və onun inqilabçıları da olmazdı.64

"ÇİN VƏ ÇARLZ DARVİN"

Darvinizmin 20-ci əsr Çin tarixinə təsiri o qədər böyük olmuşdur ki, məhşur “HARVARD” Universitetindən tarixçi “James Reeve Pusey” məhz bu mövzuya aid “CHINA AND CHARLES DARWIN” adlı kitab yazmışdı. Kitabda Darvinin "Növlərin Mənşəyi" kitabının İngiltərədə nəşr olunduqdan 36 il sonra 1895-ci ildə Çin dilinə tərcümə oldunduğu və bu tarixdən sonra Çindəki ziyalılar arasında çox sürətlə yayılaraq böyük ictimai və siyasi təsir meydana gətirdiyi izah edilir. Puseyin kitabının girişində belə yazılır:

1895-ci ildən sonra Spenserin məşhur "güclülərin həyatda qalması" ifadəsinin Çin dilində tərcüməsi, yəni yu sheng lieh pai (güclülər qazanır, zəiflər itirir)... minlərlə məqalənin mövzusu olmuş və Çindəki ziyalı insanlara hər hansı fikri hərəkat üçün yeganə dayaq olmuşdur. 65

James Reeve Pusey “China and Charles Darwin” adlı kitabında Çində 20-ci əsrin ilk yarısında inkişaf edən düşüncələri araşdırır və bunların maoizmə necə zəmin hazırladığını izah edir. Üzərində dayandığı adlardan biri Liang Chi-chaodur. Dövrün məşhur yazıçılarından biri olan Liang Chi-chao, özünü darvinizm və materialist fəlsəfəyə həsr etmiş fanatikdir:

Liang Chi-chao... 16 oktyabr 1902-ci il tarixli bir jurnaldakı yazısında materializmin idealizmə görə doğru fəlsəfə olduğunu və Darvin sayəsində idealizmə qalib gəlməyə başladığını yazmışdır. "Son iyirmi dörd ildə dünya nə qədər də möhtəşəm olmuşdur," deyə yazmışdır, "dünya təkamül nəzəriyyəsinə aid olmuş, materializm artmış və idealizm küncə sıxışdırılmış vəziyyətdədir"... Eyni jurnalın 31 oktyabr 1902-ci il tarixli nəşrində isə Çin kommunistləri üçün sonradan sanki müqəddəs kitab halına gələn bu cümləni istifadə edir: "Fəlsəfə... yalnız iki böyük məktəbdən əmələ gəlir, materialist məktəb və idealist məktəb". 66

"China and Charles Darwin" adlı kitabda darvinizmin Çində materialist, ziddiyyətli və inqilabçı mədəniyyət meydana gətirdiyini və bunun maoizmin iqtidara gəlməsindəki ən böyük faktor olduğunu belə izah edir:

Darvin, Çin düşüncəsində əsl doğuşun reallaşmasına ilham vermiş və bunu xüsusilə ənənəvi bəzi düşüncələri və köhnə nüfuzların etibarını yox edərək etmişdir.... Amma bu dövr qısa olmuş və yeni ortodokslunun, (mühafizəkarlığın) yəni Mao Tse-tungun düşüncəsinin təlqin edilməsi ilə dayanmışdır. Əlbəttə, bu təlqin edilən fikir də darvinizmə çox şey borcludur. Çünki Darvin şiddət yolu ilə dəyişmə və inqilab anlayışlarını qanuniləşdirmişdir. Şübhəsiz ki, bu, Darvinin Çinə etdiyi ən yadda qalan təsirlərindən biridir... 3000 il ərzində Çində üsyan anlayışı böyük günah hesab edilmişdir. Bu güclü günah duyğusuna qarşı Mao Tse-tung.... böyük enerji və darvinistcə çıxışlarla mübarizəsini əzmlə davam etdirmişdir. Sonunda Mao Tse-tung marksizm-leninizmin tək bir şüara endirilə biləcəyini irəli sürmüşdür: "Üsyan etmək haqlıdır".... Bu, üsyanın təbiət qanunu olduğu mənasını verir və bu dərs Mao Tse-tunga Marks tərəfindən deyil, Sun Yat-sen və Liang Chi-chao tərəfindən öyrədilmişdir. Onlar isə bunu Darvindən öyrənmişlər.

Darvin inqilab anlayışına haqq qazandırmış və dolayısilə Liang Chi-chaonun... və Mao Tse-tungun mədəni inqilablarına, həmçinin Sun Yat-senin, Chiang Kai-shekin və Mao Tse-tungun siyasi inqilablarına da köməkçi olmuşdur.

Marksistlərin zənnimcə bu analizdən xoşları gəlməyəcək. Onlar zəfərlərinin qaynağının sosial darvinistlər olmadığını... kommunist inqilabda reallıqda "xalq gücü"nün hərəkətdə olduğunu, bu gücün torpaq ağalarının təzyiqi, kapitalist istismar və imperialist təcavüzkarlar tərəfindən hazırlandığını söyləyəcəkdilər. Amma bu güc (kommunistlərdən savayı) daha başqa güclər tərəfindən də zəiflədilə bilərdi... Marksistlərdən savadlı olanlar dəyişiblər, amma onlar onsuz da əvvəlcədən darvinizm tərəfindən dəyişmış insanlardır. Əgər marksistlər Çindəki kütlələri oyatmış "uzaqgörən" insanlardısa, elə Çinin daha əvvəlki dövrdəki sosial darvinistləri də marksistləri oyandıran "uzaqgörən" insanlar idi... Sual hələ də aktualdır: Çini marksizmə və Mao Tse-tungun düşüncəsinə uyğunlaşdırmaqla Darvin Çinə nə etmişdir? 67

Yuxarıdakı analiz bizə darvinizmin Çin kommunizminin təməli olduğunu açıq-aydın göstərir. Minlərlə ildir ki, öz ölkəsinə bağlı imperiya olan Çini bir neçə on il içində Qanlı Çin halına gətirən fikri dəyişmənin əsasında darvinizm durmuşdur.

Darvinin Çini maoizmə hazırlamaqla ona nə etdiyi sualının cavabını isə bir azdan araşdıracağıq.

MAO NECƏ KOMMUNİST OLDU?

Bu yerə qədər Çini maoizmə hazırlayan fikri dəyişmədən danışdıq. Ancaq bir də fərdi şəkildə araşdırılmalı olan bir şəxs var: Maonun özü.


Çin kommunistlərinə aid təbliğat plakatı

Mao 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. Xüsusilə, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan “Yeni Gənclik” jurnalını sevərək oxuyub. Bu jurnal Yan Fu və Ding Wenjiang kimi darvinist ideoloqların məqalələri ilə dolu idi.

Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə getdi. Burada Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış oldu. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi onun universitet kitabxanasında işə götürülməsini təmin edib. Mao kitabxanada rəfləri yığışdırma, kitabların tozunu alma, otaqları təmizləmə kimi işlər görməyə başlayıb. Həm də daha əvvəldən “Yeni Gənclik” jurnalındakı məqalələrini bəyənərək oxuduğu kitabxana müdiri Li Dazhao ilə tanış oldu. Li Dazhao kommunist fikirlərə sahib biri idi və buna görə universitet kitabxanası da "qanlı salon" deyə adlandırılırdı. Çinin kommunist nəzəriyyəçiləri tez-tez burada yığışırdılar. Mao Marks, Engels, Lenin kimi şəxslərin adlarını ilk dəfə burada eşidib.


Maoya Darvinist ideologiyanı miras qoyanlardan biri; Sun Yat-Sen (solda)

Ancaq Maonun kommunizmi mənimsəməsini təmin edən ən vacib insan Pekində deyil, Şanxaydakı kommunistlərin lideri olan Chen Duxiu idi. Gənc Mao Pekində qaldıqdan bir neçə ay sonra Şanxaya getdi və Chen Duxiu ilə tanış oldu. Bu insanın ən vacib xüsusiyyəti isə qatı darvinist olması idi. Hətta Darvin haqqında dissertasiya da hazırlamışdı.68 Darvinizmin Çindəki ən vacib nümayəndəsi hesab edilən bu insan Maonun bütün həyatında ən böyük məsləhət verən müəllimi oldu. Mao illər sonra "heç kim məni Chen Duxiu qədər təsir etməmişdir" deyəcəkdi. 69


Mao, Darvini oxuduğu və ardınca kommunist olduğu illərdə
Hong Kong Universiteti tarixçisi Clare Hollingworth “Mao” adlı kitabında Maonun Chen Duxiunun darvinist fikirlərindən çox təsirləndiyini, 1970-ci ildə hələ də gənclik illərindəki Darvin araşdırmalarını həsrətlə xatırladığını izah edir. 70

Mao, Chen Duxiudan elmi səviyyədə darvinist təhsil alarkən, bir tərəfdən də siyasi səviyyədə dövrün Çin lideri Sun Yat Sendən təsirlənirdi. İşin maraqlı tərəfi müasir Çinin və Kuomintangın (Milliyyətçi Çin Partiyasının) qurucusu hesab edilən Sun Yat Senin də darvinist olması idi. Amerikalı tədqiqatçı Jacob Heilbrunn "The New Republic"dəki məqaləsində belə yazır:


Mao, qanlı inqilabdan sonra Çin Xalq Respublikasının quruluşunu elan edərkən
Maoya açıq-aydın şəkildə təsir edən insan böyük Çin inqilabçısı və milliyyətçisi Sun Yat-Sen idi. Sun, Çinin Qərbdəki güclərini ələ keçirə bilmək üçün milliyyətçiliyi mənimsəməli olduğuna inanırdı və siyasi darvinizm doktrinasını müdafiə edirdi. Suna görə "təbiət gücləri yavaş işləsələr də, böyük irqləri də yox edə bilərdilər"... 1920-ci ilin əvvəllərində Mao, Kuomintangın lideri Sunu dəstəklədi. Sun, öz milliyyətçi partiyası (Kuomintang) ilə kommunistlər arasında ittifaqa girdi və hətta Mao bir müddət Kuomintangın təbliğat bölməsini idarə etdi.71

Darvinin və Marksın fikirlərinə qapılan Mao 1920-ci ildən etibarən güclü kommunist olaraq ortaya çıxdı. Özü kimi düşünən 11 yoldaşı ilə birlikdə 1921-ci ildə Şanxayda Çin Kommunist Partiyasını qurdu. Bu tarixdən sonra müxtəlif ittifaqlar, qarşıdurmalar, partizan döyüşləri və təbliğat üsullarından istifadə edərək kommunist partiyanı gücləndirəcəkdi. Maonun liderliyi altındakı kommunistlər bir müddət Milliyyətçi Partiya ilə əməkdaşlıq etdilər. 1920-ci ilin ikinci yarısında isə iki tərəf bir-birinə düşmən oldu. Maonun tərəfdarları Çinin cənubundakı Jiangxi əyalətinə yerləşdilər və burada "qurtarılmış bölgə" adını verdikləri və mərkəzi nüfuzun rəhbərliyinə tabe olmayan nizam qurdular. İki tərəf arasındakı qarşıdurmalar illərlə davam etdi. II Dünya Müharibəsindən sonra kommunistlərin "qurtarılmış bölgələri" gedərək böyüdü və demək olar ki, bütün Çini əhatə etməyə başladı. 1949-cu ildə isə Maonun kommunistləri paytaxt Pekini ələ keçirdilər və "Çin Xalq Respublikası"nı elan etdilər.

1917-ci ildəki Bolşevik İnqilabından sonra dünya ikinci dəfə kommunist inqilaba şahid olurdu. Bu ikinci inqilabın nəticələri də birincisi kimi qanlı oldu.

"BÖYÜK SIÇRAYIŞ" VƏ BÖYÜK QITLIQ

Mao 1949-cu ilə qədər uzun müddət partizan döyüşləri aparmış və böyük şəhərlərdə hakim olan mərkəzi rəhbərliyə qarşı çöllərdə və dağlarda təşkilat qurmuşdu. Bunu bacarmaq üçün kəndlilərlə yaxşı ünsiyyət qurmaq məcburiyyətində idi və belə də etdi. Mao kəndlilərə torpaq və azadlıq vəd etdi, kommunist Çin qurulduğunda böyük rifah və xoşbəxtlik tapacaqlarına söz verdi. Bu vədə inanan kəndlilər də onu və partizanlarını dəstəklədi.

Amma Mao hakimiyyətə gəldikdən sonra hər şey çox dəyişdi. İnqilabdan sonrakı ilk illərdə Mao bütün Çinə hakim olma və kommunist nüfuzu hər bölgədə qurmaqla məşğul oldu. Bu zaman minlərlə insan "sinif düşməni" adı ilə həbs olundu və açıq-aydın edam olunaraq asıldı. Mao 1950-ci ilin ortalarında isə Stalinin Sovetlər Birliyində tətbiq etdiyi kollektivləşdirməyə bənzər cəhd hazırlamağa başladı. 1958-ci ildə bunu tətbiq etməyə başladı. Mao proyektinə "Böyük Sıçrayış" adını vermişdi. Amma proyekt Çin xalqına yalnız böyük qıtlıq və işgəncə gətirdi.


Qızıl Çinin təbliğat plakatı: Marks və Engels tərəfindən başladılan, Lenin və Stalin tərəfindən davam etdirilən kommunist ideologiya ən sonda Mao tərəfindən idarə olunurdu... Həqiqətdə də Marks-Engels ikilisindən Leninə və Stalinə, onlardan da Maoya ötürülən şey, kommunizmin "qan tökmə quyusu"dur. Lenin və Stalin 50 milyon, Mao isə 60 milyon insanın qatilidir.

Böyük Sıçrayış bütün Çinin əkinçilik və sənaye istehsalını əhatə etmək şüarıyla başladılmışdı. İşçilərin iş saatları artırıldı və maşınlar heç dayanmadan işlədilməyə başlandı. Təmir edilməsi üçün belə dayandırılmasına icazə verilməyən maşınlar qısa müddət sonra sıradan çıxmağa və işləməməyə başladılar.

Əsl ağılsızlıq və faciə isə əkinçilikdə yaşandı. "Xüsusi mülkiyyəti ləğv edərək istehsalı artırma" adı altında bütün kəndlilər tarlalarını kooperativləşdirməyə məcbur edildilər. Stalin Rusiyasında yaşanan silahlı zorakılıqlar təkrar edildi. Hətta Çinin bəzi bölgələrindəki kəndlilər kollektivləşdirməyə könüllü yanaşmadıqları üçün Mao tərəfindən cəzalandırıldılar. Cəza bu insanların ac buraxılaraq ölümə məhkum edilməsi idi.

Böyük Sıçrayış qısa zaman içində böyük qıtlığa çevrildi. Bu, Stalinin Ukraynadakı süni qıtlığı kimi insanların öz əli ilə etdiyi qıtlıq idi. Kommunizmin Qara Kitabında Çində Böyük Sıçrayış dövrü belə təsvir edilir:

Maonun "Böyük Sıçrayış" adını verdiyi cəhd o cür ağılsızca və zalımca proyekt idi ki, ölkənin həm əkinçiliyi, həm də iqtisadiyyatı iflic oldu. 30 milyona yaxın insan da qıtlıq nəticəsində öldü. “South China Morning Post” qəzetinin Pekin büro şefi Jasper Becker, Hungry Ghosts: Mao's Secret Famine (Aç Qarabasmalar: Maonun Gizli Qıtlığı) adlı kitabında bu qıtlığın iç üzünü ətraflı izah edir.
Aclığın mənbəyinin siyasi olması yüksək ölüm nisbətlərinin kökünün maoçular tərəfindən idarə olunan əyalətlərdə çoxalması ilə sübut edilmişdi. Halbuki, buralar vaxtilə taxıl ixrac edən bölgələr idi... Henandakı hərəkatçılar eynilə Mao kimi bütün çətinliklərin kəndlilərin taxılı gizlətməsindən qaynaqlandığına inanmışdı: ölkənin ilk xalq kommunizminin qurulduğu Xinyangın (10 milyon əhalisi olan) vilayət katibinə görə "Səbəb qida çatışmazlığı deyildi. Taxıl bol idi, ancaq burada yaşayan insanların 90%-ində ideoloji problemlər olduğu məlum olurdu. Bütün kəndlilərə qarşı 1959-cu ilin payızında şiddətli hücum başladıldı; bunu edənlər Yaponiya əleyhinə partizan hərəkatının üsullarından istifadə edirdi. Ən az 10.000 kəndli həbs olundu; bu insanların da çox hissəsi aclıqdan öləcəkdi. Bütün şəxsi mətbəxlərdəki avadanlıqların (istifadə edilmiş polad halına çevrilməmiş şeylərin) hamısının öz istehlakı və kooperativ məhsullarını parçalanması üçün əmr verildi. Sərt qış yaxınlaşarkən hər cür od yandırmaq da qadağan edildi! Təzyiqlər dəhşət verici idi: Minlərlə məhbusa sistemli işgəncələr və öldürülən uşaqların qaynadıldıqdan sonra tarlalarda gübrə olaraq istifadə edilməsi. Halbuki, bu əsnada milli kampaniya "Henandan dərs alınması" üçün təbliğat aparıldı. " Qanlı bayrağın ölüm nisbəti 99% olsa belə hələ tutulacaqların" elan edildiyi Anhuidəki heyətlər canlı-canlı torpağa basdırma və qızğın dəmirlə işgəncə kimi əvvəlki ənənələrə döndülər.72

Mao "kəndli sosializmi" şüarı ilə ortaya çıxmış, iqtidara gələnə qədər çinli kəndlilərə həmişə torpaq, qida və qorunma vəd etmişdi. Amma Maonun iqtidarı kəndlilərə müasir tarixdə tayı-bərabəri olmayan nadir rast gəlinən acılar və işgəncələr çəkdirdi:

Hadisələr kəndli əleyhinə döyüşə çevrildi... Bəzi kəndlərdə aclığa görə ölümlərin nisbəti 50%-i keçirdi; bəzən yalnız rəhbərlik heyətləri güclərindən sui-istifadə edərək həyatda qalma fürsəti əldə edirdi. Henandakı kimi xüsusilə də uşaqların dəyişdirildiyi "ortaq məzarlar"da adamyemə hadisələri çox idi (63-ü rəsmi olaraq təsdiqlənmişdir)...

Bütün ölkədə ölüm nisbəti 1957-ci ildə 1.1%-dən, 1959-1961-cı illərdə 1.55%-ə, xüsusilə də 1960-ci ildə 2.95%-ə çatdı. 1957-ci ildə 3.35% olan doğum nisbəti, 1961-ci ildə 1.8%-ə düşdü. Doğum nisbətlərini (təxminən 33 milyon, bəziləri sadəcə gecikmiş doğumlar idi) hesaba qatmasaq, qıtlığın nəticəsi yüksək ölüm nisbətinə bağlı itkilər 1959-cu ildən 1961-ci ilə qədər 20-43 milyon insan arasında dəyişir. Bu Çin tarixindəki (şübhəsiz dünya tarixinin də) ən ciddi aclıq dövrüdür.73


Böyük Sıçrayış illərində Çinlilərə kommunizmin təbliğatını aparan Kommunist Partiya xadimi
Böyük Sıçrayış əsnasında Çin kəndinin yaxınından keçən qərbli müşahidəçinin qeydləri, maoçuluğun zalım və alçaq üzünü belə təsvir edir:

Kəndin lap yaxınlığından keçirdik. Günəşin göz qamaşdırıcı şüaları, kərpic divarların arasında bitən yaşıl rəngli çöl otlarını işıqlandırır, beləcə ətrafdakı düyü tarlalarıyla uyğunluq əmələ gətirərək mənzərənin pərişanlığını gücləndirirdi. Yabanı otların arasından mənə bir ziyafət əsnasında bəhs edilmiş hadisə birdən-birə gözlərimin qarşısında canlandı (eynilə belə idi): ailələrin uşaqlarını yemək üçün bir-birləriylə dəyişdikləri səhnə idi. Öz uşaqları qarşılığında aldıqları uşaqların ətini çeynəyən ana və ataların kədərli üzlərini aydın gördüm. Kəndin yaxınlığındakı tarlalarda kəpənək tutmağa çalışan uşaqlar, mənə sanki valideynləri tərəfindən mədəyə endirilən uşaqların dünyaya yenidən doğuşu kimi gəlirdi. İçim onlara qarşı mərhəmətlə dolub daşırdı. Amma ana və atalarına daha çox yazığım gəlirdi. Digər valideynlərin gözyaşları və ağrıları arasında, qarabasma kimi görünsə belə dadmaq məcburiyyətində qalacaqlarını xəyallarından keçirmədikləri bu insan ətini udmağa onları kim məcbur etmişdi? Bu əsnada, “insanlığın bir neçə əsrdir, Çində isə min illərdir yalnız bir nəfər meydana gətirdiyi” bu cəlladın kim olduğunu anladım: Mao Tse-Tung. Mao Tse-Tung və davamçıları üsulları və qaniçən siyasətləri ilə aclıqdan dəli olan ana və ataları ac olmamaq üçün öz canlarından qopan ətləri başqa valideynlərə, ac olmamaları üçün onların canlarından qopan ətlər qarşılığında verməyə zorlamışlardı. Mao Tse-Tung demokratiyanı qətl edərək işlədiyi cinayəti təmizə çıxarmaq üçün 'Böyük Sıçrayış' şüarını ortaya atmış və aclıqdan çaşan minlərlə, yüz minlərlə kəndlini və köhnə yoldaşlarını iztirablarla çabalamağa beləcə öz canlarını, uşaqlıq dostlarının əti və qanıyla qurtarmağa məcbur etmişdi. Xeyr, cəllad olan onlar deyildi, cəlladlar açıq-aydın Mao Tse-Tung və ortaqları idi.74

MAONUN QITLIĞINDA "TƏKAMÜLÇÜ ELM"İN TƏSİRİ

Maonun Böyük Sıçrayış siyasəti nəticəsində 1958-1961-ci illər arasında Çin daxilində yaşanan qıtlıq tarixin ən böyük və ən ölümcül qıtlığı olaraq qəbul edilir. Qıtlıq nəticəsində ölən insan sayının 40 milyona qədər olduğu təxmin edilir. Bu, o dövrdəki əhaliyə görə bütün Türkiyə əhalisinin ölməsi qədər qorxunc fəlakətdir.

Bəs fəlakətin səbəbi nədir? Yuxarıda bildirdiyimiz kimi, Maonun kommunistləri kəndliləri kollektivləşməyə məcbur etmiş, 100-300 kəndli ailədən ibarət olan "kamunnalar" qurmuş, bu da əkinçiliyin səmərəsini aşağı salmışdır. Bəzi bölgələrdəki kəndlilər isə maoçu rəhbərlik tərəfindən cəzalandırılmış, qəsdən ac buraxılmışdır.

Ancaq bütün bunlar 40 milyon insanın necə öldüyünü açıqlamağa bəs etmir. Belə ki, bu böyük fəlakətin bir başqa vacib səbəbi daha var: Mao 1930-1940-cı illərdə Sovetlər Birliyində tətbiq olunan "Lisenko modelini" Çin əkinçiliyinə tətbiq etməyə çalışmış, Lisenkonun təcrübələrini zorla kəndlilərə tətbiq etmiş və bunun nəticəsində əkinçilik məhsullarında böyük itkilər olmuşdur.

Lisenko haqqında əvvəlki bölmələrdə bəhs etmişdik. Stalin dövründəki "proletarya elmi" Sovet bioloqu qatı təkamülçü olan Trofim Lisenkoya əmanət edilmişdi. Lisenko genetika elmini rədd edir və bunun yerinə Darvinin qabaqcılı Lamark tərəfindən ortaya atılan "qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi" nəzəriyyəsinə inanırdı. Lisenkonun xurafatının Sovet əkinçiliyinə tətbiq olunması, böyük itkilərə gətirib çıxarmışdı.


Böyük Sıçrayış təbliğat plakatlarında Mao böyük əkinçilik dahisi olaraq göstərilir və məhsuldar tarlaların içində təsvir edilirdi. Halbuki, Maonun Lisenkonun təkamülçü xurafatlarına söykənən zorakı üsullar əkinçilik faciəsi ilə nəticələnirdi.
Ancaq Mao Stalin dövründəki bu faciədən dərs almadı. Əksinə, gəncliyindən bəri qatı darvinizm təhsili alan Mao və davamçıları, "proletarya elmi"nə inanmağa davam etdilər və təkamül nəzəriyyəsinə görə elmi təhrif etməyi davam etdirdilər. Böyük Sıçrayış əsnasında Lisenko modeli eynilə təqlid edildi və Çin kəndliləri "təkamülçü elm"ə görə əkinçiliklə məşğul olmağa məcbur edildilər.

“South China Morning Post” qəzetinin Pekin büro şefi Jasper Becker “Hungry Ghosts: Mao's Secret Famine” (Ac Qarabasmalar: Maonun Gizli Qıtlığı) adlı kitabında Böyük Sıçrayış əsnasında tətbiq edilməyə başlayan Lisenkocu əkinçilik cəhdlərini ətraflı olaraq izah edir. Beckerin bildirdiyinə görə, hər biri ayrı bir fəlakətlə nəticələnən bu tətbiqlər belədir:

Oktyabr: Lisenko bitki toxumlarının ətraflarındakı təbii şərtlərə uyğunlaşmanı təmin edərək təkamülləşdiklərini irəli sürmüş və toxumları bir-birinə çox yaxın olaraq torpağa əkməklə, aralarında "sosialist həmrəylik" təmin ediləcəyini iddia etmişdi. Maoçular bu xurafatı tətbiq etməyə başladılar. O zamana qədər cənubi Çindəki tarlalarda bir gedişlik əraziyə orta hesabla 1.5 milyon toxum əkilərdi. Kommunistlər 1958-ci ildə bu rəqəmin 6-7 milyon toxuma çıxmasını əmr etdilər. 1959-cu ildə rəqəmi daha da artırdılar və 12-15 milyon toxum əkilməsi əmrini verdilər. Bunun nəticəsində əkilən toxumların çox böyük hissəsi ziyan oldu və əkinçilik istehsalında çox böyük azalma müşahidə olundu.75

Dərin Şumlama: Lisenkonun köməkçilərindən biri olan Teventy Maltsev tarlalar daha dərin şumlandığında, bitkilərin köklərinin də daha dərindən inkişaf edəcəyini iddia etmişdi. Bu Lamarkçı iddia da Çinli kommunistlər tərəfindən mənimsəndi və tətbiq olundu. Böyük Sıçrayış əsnasında Çinli kəndlilərə tarlalarını 1.5 metr dərinliyə qədər şumlamaları əmr edildi. Məcbur etdirilən bu metod nəticəsində on milyonlarla kəndli aylarla şumlama etmək məcburiyyətində qaldı. Nəticədə yenə böyük istehsal itkisi və qıtlıq yaşandı.76

Sərçə qırğını: Mao əkinçilik məhsullarına zərər verən heyvanların nəslinin kəsilməsi üçün kampaniya başlatdı. Bu kampaniyanın ən böyük hədəfi sərçələr idi. Bütün Çində sərçələri ovlamaq və öldürmək üçün xüsusi üsullar istifadə edilməyə başlandı. Ancaq bunun nəticəsində sərçələrin yediyi böcəklərin sayında artım müşahidə olundu və bunlar əkinçilik məhsullarına sərçələrdən daha çox zərər verdilər.77

Gübrəsiz Əkinçilik: Lisenkonun təklifləri ilə razılaşaraq Çin kommunistləri kimyəvi gübrələrin istifadəsinə son verdilər. (Toxumların gübrəsiz qaldıqlarında "təkamülləşəcəkləri" və beləcə gübrə istifadə etmədən də eyni səmərənin təmin ediləcəyi düşünülürdü.) Bu sınaq da əkinçilik səmərəsinə çox böyük ziyan vurdu.78

Lisenkonun təkamülçü xurafatlarına söykənən bütün bu tətbiqlər tarixin ən böyük qıtlığına səbəb oldu. Amma milyonlarla insan aclıqdan can verərək ölərkən, heç kim rejimi və meydana gətirdiyi fəlakəti tənqid etməyə cəsarət edə bilmirdi. Təkcə Müdafiə Naziri General Peng Dehuai, Maoya bir məktub yazaraq qıtlığın fəlakətini izah etməyə çalışmış, amma bunun nəticəsində "sağçı" olmaqla günahlandırılaraq vəzifəsindən uzaqlaşdırılmışdır. Qıtlıq əsnasında rəsmi hesabatların hamısında "əkinçilik istehsalında çox parlaq nəticələrin əldə edildiyi" yalanı yazılırdı. Hətta Çin bu yalana dünyanı inandıra bilmək üçün böyük miqdarlarda taxıl ixrac edirdi. Bəzi bölgələrdə xalq aclıqdan ölərkən, taxıl və düyülər böyük anbarlarda saxlanılır, sonra da ixrac üçün mərkəzlərə göndərilirdi.79

Eyni əkinçilik siyasəti daha sonra Kamboça və Şimali Koreya kimi kommunist ölkələrdə də tətbiq olundu və yenə eyni nəticə oldu: Böyük səmərəsizlik, qıtlıq və toplu halında ölümlər. Kommunistlər çox böyük ağılsızlıq, korluq və şüursuzluqla Lisenkonun və Stalinin uydurduğu "kommunist əkinçilik sıçrayışı"nı kor-koranə tətbiq etdilər.

Çünki inandıqları materialist fəlsəfənin təməli olan təkamül nəzəriyyəsi bunu tələb edirdi.

MAONUN DARVİNİST ZÜLMÜ

Maonun Çinin başına gətirdiyi fəlakətlərlə təkamül nəzəriyyəsinin əlaqəsi çox böyükdür. Tədqiqatlar 1958-1961-ci illərdəki böyük qıtlığın, Lisenko modelinin "təkamülçü elm"in tətbiq olunması nəticəsində olduğunu göstərir. Bununla yanaşı, bir də Maonun və Çinə hakim olan kommunistlərin zalımlığı və mərhəmətsizliyi var. İnsanları qəsdən ac qoyma, adamyemə kimi ağlasığmaz vəhşiliyə məcbur etmə kimi siyasətlər necə bir düşüncəyə əsaslanır?

Bu, şübhəsiz ki, Maonun və onunla birlikdə hərəkət edən bütün kommunistlərin insanlara rəftarı ilə yaxından əlaqədardır. Əvvəlki bölmələrdə Sovet terrorundan sonra insanların heyvan olaraq görülməsini araşdırmışdıq. Eyni vəziyyət Çində də mövcuddur. Mao və maoçu kommunistlər heyvan sürüsü olaraq gördükləri xalqın çəkdiyi əzablardan təsirlənməmiş, bunu təbiətin məqbul və normal hadisəsi kimi qəbul etmişlər. Kommunizmin Qara Kitabında Maonun bu dünyagörüşü belə ifadə edilir:

Mao Çindəki hökmranların ənənəsinə uyğun olaraq kəndli deyilən bu kobud və primitiv varlıqların həyatda qalma cəhdləri mövzusunda çox az narahatlıq göstərirdi.80

Mao kommunizmə qarşı çıxan insanları darvinist ön mühakimələri ilə "heyvan" kimi qəbul etməsi Harvard Universitetindən tarixçi James Reeve Puseyin “China and Charles Darwin” (Çin və Çarlz Darvin) kitabında da vurğulanır. Pusey "Maonun fikirlərinin darvinist kinayələri və ziddiyyətlərin güclü bir qarışığı olduğunu" belə ifadə edir və yazır:81 belirtmekte ve şöyle yazmaktadır:

Mao Tse-tung 1964-cü ildə "bütün alçaq heyvanlar yox ediləcək" deyə təhdid yaymışdır. Bununla düşmənlərini insan hesab etmirdi. Bu qismən Çin ənənəsindəki şişirtməyə, qismən də sosial darvinist "realizm"inə söykənirdi. Eynilə anarxistlər kimi inqilaba qarşı çıxanları təkamül baxımından müvəffəqiyyətsiz olaraq görür və nəsillərinin kəsilməsinə layiq olduqlarını düşünürdü. Xalqın düşmənləri insan deyildi və insan kimi rəftara da layiq görülmürdülər.82

İnsanı heyvan kimi görən bu anlayış, insanlar üzərində "təcrübə" etməyi də çox məqbul görürdü. Böyük Sıçrayış əsnasında yeni "qidalanma" üsulları düşünülmüş və bunlar aclıqdan qıvrılan insanlar üzərində mərhəmətsizcə sınanmışdı:

Həyatda qalanlar isə atların nəcislərində həzm edilmədən qalan qarğıdalı dənələrini və inək təzəklərindən qurd yığırdı. Bu insanlar həm də çörək istehsalında una 30% kağız xəmiri ya da qaynadılmış düyüyə bataqlıq planktonu qarışdırılması kimi aclığın aradan qaldırılması üçün sınaqlarda təcrübəlik insanlar kimi istifadə edilirdi. Birinci düzəltdikləri bu qarışıq bütün düşərgəni sonu ölümlə bitən dözülməz ağrılı qəbizliklər yaradırdı; ikincisi də eyni şəkildə xəstəliyə səbəb olur, ən zəif olanlar ölürdü. Sonda bütün ölkəyə yayılan üyüdülmüş qarğıdalı saplarında durmaq qərarı verildi.83

Maonun Böyük Sıçrayış proyekti əslində bir növ təbii seleksiya sınağı idi. Mao Çin cəmiyyətini ola biləcək ən ağır şərtlərə məcbur edir, bu yolla zəifləri və kommunizmə qarşı olanları məhv edirdi. Bir tərəfdən də aclıq üsulu ilə kəndliləri aldatmağa, onları özündən və kommunist nizamdan asılı hala gətirməyə çalışırdı. Bu hərəkatın fikri təməli isə darvinizm idi. Belə ki, Mao "Böyük Sıçrayış" əsnasında eyni zamanda "təhsil kampaniyası" başlatmış və bu təhsil kampaniyasında baş rolu dialektika, materializmlə birlikdə darvinizm oynayırdı. Mao da o dövrdəki bir nitqində "Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə söykənir" deyərək, tətbiq etdiyi vəhşiliyin əsasını açıq şəkildə ifadə edirdi.84

Mao Böyük Sıçrayışın ardından 30 yanvar 1962-ci ildə Kommunist Partiya üzvlərinə etdiyi çıxışında isə Çin Kommunist Partiyası ilə Darvin arasında belə uyğunluq qururdu:

... Darvin kimi təbiət alimlərinin doktrinaları uzun müddət bir çox insan tərəfindən qəbul edilməmiş, səhv qiymətləndirilmişdi. Onlar dövrlərində az idilər. Bizim Partiyamız da 1921-ci ildə qurulduğu zaman yalnız bir neçə üzvə sahib idi; biz də az idik. Lakin bu qədər az insan həqiqəti və Çinin qədərini təmsil edirdi.85

Qısacası, Mao öz partiyasının səylərini Darvinin səyləri ilə bərabər tutur, ona verdiyi dəyəri və duyduğu heyranlığı bu sözlərlə ifadə edirdi. Öz kommunist partiyasının fikirləri kimi Darvinin fikirlərinin də ilk başda çox az insan tərəfindən qəbul olunduğunu, amma bu vəziyyətin fikirlərinin doğruluğunu dəyişdirmədiyini iddia edirdi.

Amma eynilə Darvinin fikirləri kimi, Maonun fikirləri də xurafat idi.

Belə ki, Böyük Sıçrayış nəticəsində 30-45 milyon çinli qıtlıq səbəbindən həyatını itirdi və bir çox kəndli kollektivləşdirilməyə müqavimət göstərdiyi üçün işgəncə gördü və öldürüldü. Hətta kommunizmə qarşı ən kiçik mənfi münasibəti olan on minlərlə insan "sinif düşməni" elan edilib həbs olundu, işgəncə edildi. Çinin qorxunc həbsxanalarına heyvan kimi rəftar gördü və sonda edam edildilər.

Həmin həbsxanalar Çin kommunizminin vəhşiliyinin sərgiləndiyi xüsusi məkanlar idi.

MAONUN HƏBSXANALARI

Mao dövründə Çin demək olar ki, tamamilə qorxu cəmiyyətinə çevrilmişdi. Bunun səbəblərindən biri milyonlarla insanın hər hansı bir konkret günahı olmadığı halda, kommunizmə qarşı çıxdığı hesab edilərək həbs olunması və bir müddət sonra böyük şəhərlərin meydanlarında təşkil edilən edam mərasimləri ilə öldürülməsidir. Maonun əmri ilə 6-10 milyon arasında insanın həqiqətən öldürüldüyü hesablanılıb. Təxminən 20 milyon "əks inqilabçı" da ömürlərini həbsxanalarda keçirirdi. Amma bu həbsxanalarda yaşamaq ölməkdən betər idi. Kommunizmin Qara Kitabında bu cəza evlərinden belə danışılır:

100 kvadrat metrlik kameralarda 300 məhbus və Şanqaydakı Mərkəz Həbsxanalarında 18 min insan; aclıqlar, ağır fiziki işlər; davamlı olaraq fiziki şiddətlə birlikdə (məsələn, bütün yerlərdə başı əymək zəruri olduğundan, başını qaldırana qundaq zərbəsi) insanlıqdan kənar intizam da vardı. Ölüm nisbəti 1952-ci ilə qədər şübhəsiz 5%-dən çox idi, altı ay içində Guangxidəki düşərgədə 50%-ə çatdığı, Şanxidəki bəzi mədən ocaqlarında gündə ölülərin sayının 300-ə çatdığı bildirilirdi. Ən fərqli və ən sadə işgəncələr adi metodlar idi; bunların arasında ən məşhur olanı biləklərdən ya da işarə barmaqlarından asılmaları idi; bir çinli rahib 102 saat davamlı olaraq sorğu altında tutulmaqdan ölmüşdü. Ən pis qəddarlıqlardan biri səbəbi olmadan ortalığı yerlə bir etmək idi: düşərgə komandiri bir çox təcavüz hadisəsi ilə birlikdə bir il ərzində 1320 məhbusu ya qətl etdirmiş ya da canlı canlı torpağa basdırmışdı. O dövrdə olduqca tez-tez rast gəlinən qarşı çıxmalar da əsl qırğınların olmasına səbəb olurdu: Yanchang neft bölgəsində 20 000 məhkumdan bir neçə min nəfəri edam edilir; 1949-cu ildə meşə işlərində 5000 üsyankardan 1000 nəfəri canlı canlı torpağa basdırıldı...86

Xüsusi qandallar taxmaq və bunları məhkumların biləklərinə yaxşıca sıxmaq Maonun cəza evlərində çox məşhur tətbiq olunan işgəncə forması idi. Məhkumların ayaq biləklərinə də zəncirlər keçirilirdi. Hətta bəzən qandallar məhkumun nə yemək yeməsinə, nə su içməsinə, nə də tualetə getməsinə imkan verməyəcək şəkildə pəncərədəki barmaqlıqlardan birinə bağlanırdı. Məqsəd insanı hörmətdən salaraq mənəviyyatını əzmək idi… Xalq hökuməti hər cür işgəncəni qadağan etdiyini iddia etdiyindən buna rəsmi olaraq “cəzalandırma” ya da “razısalma” adı verilirdi. 87

Bütün bu vəhşiliyin əsas məqsədi rejim müxalifləri başda olmaqla bütün cəmiyyətə qorxu salmaq idi. Bir başqa hədəf işgəncə və qorxu yolu ilə insanların şəxsiyyətini əzmək, onları insanlıqdan çıxarmaq və "heyvanlaşdırmaq" idi. Mao bu şəkildə bütün Çin əhalisini heyvan sürüsü halına gətirmək və bu yolla idarə etmək məqsədində idi.

Maonun Çin üzərindəki bu totalitar və zalım layihəsini həyata keçirildiyi vacib dönüş nöqtəsi "Mədəniyyət İnqilabı" oldu.

MƏDƏNİYYƏT İNQİLABI: ÇİN CƏMİYYƏTİNİN VƏHŞİLİYİ


Mədəniyyət İnqilabı kommunist ideologiyaya zidd olan hər anlayışı və hər insanı yox etmək üçün başladılmış cinayət bolluğu idi. Sağdakı təbliğat plakatı bu qan tökmə bayramının təsviridir: Qızıl kommunistlərin yumruqları tərəfindən əzilən anti-kommunistlər.
Mao Böyük Sıçrayışın uğursuzluğundan sonra özünün "gündəlik siyasətdə" olduğunu ifadə edərək əlini dövlət işlərindən çəkmiş, guya "daha böyük və vacib problemlər" haqqında düşünməyə başlamışdı. Maonun bu səssiz dövrü 1966-cı ildə sona çatdı. Özünə "Böyük Sərdimən" ləqəbi verən Mao Çin inqilabının hələ müvəffəqiyyətə çata bilmədiyini, çünki kommunizmin insanların zehninə tam olaraq yerləşə bilmədiyini, dövlətin ən üst qurumlarında belə kommunizmi anlamamış heyətlər olduğunu və bütün bunları söküb atan "mədəniyyət inqilabın" lazım olduğunu elan etdi.

EDAM EDİLƏN UNİVERSİTET PROFESSORLARI

Mədəniyyət İnqilabı zamanı “qanlı gözətçilər” on minlərlə insana işgəncə etdi. Universitet professorlarını, dövlət adamlarını, sənətçi və yazıçıları həbs edərək, xalq qarşısında alçaldaraq, boyunlarına təhqir dolu nişanlar asaraq edam etdilər.

Mədəniyyət İnqilabı bütün Çin dövlətini və cəmiyyətini yerlə bir edən sarsıntı idi. Maonun təlqinləri kommunist partiya sıralarındakı cahil gənclər üzərində böyük təsir meydana gətirdi və "Qanlı Gözətçilər" adı verilən bu gənclər ölkənin dörd bir tərəfində qırğınlar etməyə başladılar. "Şərq Qırmızıdır" marşını söyləyərək kütləvi halda küçələrdə gəzərək "kommunizmə zidd" olan hər kəsi həbs edə bilir və ya hər şeyə hücum edə bilirdilər. Bu şəkildə minlərlə bürokrat, universitet müəllimi, elm adamı həbs olundu, qorxunc işgəncələrdən keçirildikdən sonra alçaldılaraq edam edildi.

Maonun ən yaxın dostlarından biri və keçmiş dövlət başçısı olan Liu Shaoqi belə Maonun əmri ilə həbs olundu, ictimai meydanda döyüldü, uzun müddət işgəncə gördükdən sonra heç bir tibbi yardım edilmədən kameraya atıldı və burada sürünərək öldü. Mao sonra isə Çinin rəhbərliyini ələ alan Maonun ən keçmiş "yoldaş"larından Tay Xiaopingin oğlu və Pekin Universitetinin fizika müəllimi Pufong qanlı gözətçilər tərəfindən sorğulandı, sorğu əsnasında pozğun şəkildə təcavüzə məruz qaldı, qalın taxta çubuqlarla döyüldü və sonra da sorğu otağının pəncərəsindən aşağı atıldı. Həyatının geri qalan hissəsini qırılmış barmaqlar və fəaliyyətini itirmiş eşitmə orqanı ilə birlikdə təkərli kürsüdə keçirəcəkdi.88


Çində reallaşan bir başqa siyasi edam: Wang Shouxin adlı qadın müxalifətçi olduğuna görə həbs olunmuş, əsgərlər tərəfindən bağlanmış, diz çökdürülmüş və tək güllə ilə öldürülmüşdü. Bu kimi edamların qaydası xərclənən güllənin pulunun öldürülənin ailəsindən alınmasıdır.
Kommunizmin Qara Kitabında Mədəniyyət İnqilabı əsnasında həbs olunan universitet professorlarına edilən insanlıqdan kənar işgəncələr bir müşahidəçinin sözləri ilə belə izah edilir:

İçəri daxil oldum. İdman zalında və daha uzaqda üç mərtəbəli yeni məktəb binasının qarşısında, həqiqətən 'qara quldur dəstəsi' kimi başları və üzləri qara mürəkkəbə bulanmış, 40-50 yaxın sıraya düzülmüş professorları gördüm. Onların boyunlarından asılı 'mürtəce akademik filankəs, 'sinif düşməni filankəs', 'kapitalist yolu tutan filankəs', 'çürümüş dəstənin başı filankəs' kimi qəzetlərdən alınmış başlıqlar şəkilində yazılı lövhələr asılmışdı. Hər lövhə edamı gözləyən professorlara edam məhkumlarının görünüşünü verən qırmızı xaçla işarələnmişdi. Hamısının üzərinə oxşar xüsusiyyətləri yazılı eşşək təkkələri geydirilmişdi; kürəklərində də murdar süpürgələr, toz bezləri və ayaqqabılar asılmışdı.

Professorların boyunlarına da içi daşla dolu vedrələr asılmışdı. Müdiri seçə bildim: vedrə o qədər ağır idi ki, adam yellənirdi. Hamısı ayaqyalın, qazanlara vuraraq sahəni gəzərkən qışqırırdı: “Mən quldur filankəsəm” deyirdi.

Lap axırda dizləri üstdə çökdül; tüstülər yandırdı və Mao Tse-Tunga günahlarını bağışlaması üçün yalvardı. Bu səhnə qarşısında dəli olurdum. Bir neçə qız huşunu itirəcək hala gəldi. Təpik və işgəncələr başladı. Daha əvvəl heç belə işgəncə görməmişdim: onlara artıq kimyəvi maddələr və böcəklər yedirilir və elektrik cərəyanı verilirdi. Şüşə qırıqları üzərinə diz çökmələri üçün məcbur edilirdilər, qollarından qıçlarından asılaraq “təyyarə” vəziyyətinə gətirilirdilər.89

Mədəniyyət İnqilabı əsnasında daha əvvəl Lenin və Stalin rejimləri tərəfindən tətbiq olunan "insanları heyvanlaşdırma" siyasəti də tətbiq olundu. "Xalq düşməni" olaraq bilinən müxaliflər, xalq qarşısında heyvan təqlidi etməyə məcbur edilirdi. Həbs olunan bəzi professorlar, əlləri arxadan bağlı olaraq çəmənlərə atılır və "otlamaları", yəni ağızları ilə yerdəki çəməni yolmaları üçün məcbur edilirdi. Pekin mətbuatı belə yazırdı: "Mao əleyhdarları küçələrə qaçan siçanlardır, öldürün onları, öldürün".90


Mədəniyyət İnqilabı əsnasında günahsız yerə edam edilən bir başqa Çinli.
Mədəniyyət İnqilabı dünya tarixində bənzəri olmayan toplu halında dəlilik kampaniyası idi. Qanlı Gözətçilər tərəfindən yalnız musiqi dinlədiyi, ev heyvanlarını bəslədiyi və ya ibadət etdiyi üçün həbs olunan on minlərlə insan işgəncə gördü və edam edildi. Sanki kütləvi halda hipnozun təsiri altına girən xalq isə hər cür vəhşiliyi dəstəkləyir, qırğınları seyr edərkən dəstək verdiklərini göstərəcək şəkildə bağırırdılar. Kommunizmin Qara Kitabında bu vəhşiliklər bu şəkildə təsvir edilir:

Hamısı ölümə məhkum edilən inqilab əleyhdarları bütün xalqın dəvət edildiyi görüşlərdə qanlı gözətçilər tərəfindən parçalanırdılar. Xalq isə bu əsnada "öldür öldür!" deyə qışqırırdı. Qanlı gözətçilər bəzən parçaları qızardıb yeyir, ya da hələ də canlı olan məhkumun gözləri qarşısında ailəsinə yedirirdi; hər kəs "keçmiş mülk sahibi"nin qaraciyərinin və ürəyinin yeyildiyi ziyafətlərə və natiqin yeni kəsilmiş başlardan düzəldilmiş kürsülərin qarşısında danışdığı yığıncaqlara dəvətli idi. Çində adamyeyənliyə qədər çatan həddə şiddətlənən nifrət və vəhşilik hakim idi.91


Təbliğat plakatları Maonu Çinə doğan qızıl günəş olaraq təqdim edirdi. Halbuki, maoizm, Çinə qıtlıq, işgəncə və "ən zəiflərin öldüyü" darvinist arena gətirmişdi. Yanda: Ən az 50 milyon insanın qatili olan Mao ölmədən əvvəlki son illərində.
Qanlı Gözətçilərin tək qaynağı Maonun sözləri yazılı olan "Qanlı Kitab" idi. Hamısı Qanlı Kitabı əzbərdən bilir, bilməyənləri də "sinif düşməni" elan edib ordaca döyə bilir və hətta edam belə edə bilirdilər. Ən normal və qanuni davranışlar belə "kommunizmə zidd" olaraq cəzalandırıla bilirdi:

Qanlı Gözətçilər "inqilabçı enerjini azaltma" deyə adlandırılan pişik, quş bəsləməyi və gül əkməyi (bağçaya gül əkmək, bu qarşı-inqilabçılıq olurdu) qadağan etməyi uyğun hesab etdilər... Böyük şəhərlərdə xüsusilə Şanxayda patrullar uzun ya da briyantinli saçları sorğusuz sualsız qırxır, dar şalvarları parçalayır, hündür dabanları sökür, iti uclu ayaqqabıları deşir və dükanlara uyğun adlar qoymağa məcbur edirdilər. Qanlı Gözətçilər yoldan keçənləri öz seçdikləri Maonun deyimlərindən birini əzbərdən oxutdurmaq üçün dayandırırdı. İnsanların çoxu buna görə evlərindən çölə çıxmırdı.92

Mədəniyyət İnqilabı o qədər böyük dəlilik olmuşdu ki, ən axırda ordu müdaxilə etmək və ölkəni yenidən nizama salmaq vəziyyətində qaldı. 1970-ci ildə Çin, Mədəniyyət İnqilabının yaralarını sağaltmağa, təxribatını təmir etməklə məşğul oldu. Mao 1976-cı ildə öldü. Arxasınca 50 milyondan artıq ölü, on milyonlarla işgəncə görmüş insan və qaranlıq ideologiya buraxdı.

ÇİNİN İŞĞALI ALTINDA OLAN ÖLKƏLƏRDƏKİ VƏHŞİLİK


Çinin Şərq Türkistandakı törətdiyi vəhşiliklər beynəlxalq qaynaqlar tərəfindən ətraflı olaraq izah edilmişdir. Beynəlxalq Əfv Təşkilatının bu mövzudakı xüsusi nəşrində ifadə edildiyi kimi, uyğur müsəlmanları işgəncə və edamlarla yox edilmək niyyətindədir.
Maoizmin vəhşiliyi yalnız Çin xalqına qarşı deyildi. Çin tərəfindən işğal edilən və ya daimi işğal altında olan xalqlar da qanlı vəhşiliyin hədəfi oldular. Bunlardan biri Çinin qərbindəki "Uyğur özərk bölgəsində", yəni Şərqi Türkistanda yaşayan uyğur türkləri idi. Həm müsəlman olduqları, həm də etnik azlıq olduqları üçün Pekin rejiminin hədəfi olan uyğur türkləri Maonun iqtidara gəldiyi 1949-cu ildən etibarən sistemli soyqırımla qarşılaşdılar.

Uyğur türklərinin ibadətlərini yerinə yetirmələrinə icazə verilmədi, ibadət yerləri və məktəbləri bağlanıldı, bölgənin bir çox yerində din adamları həbs olundu, böyük qismi isə öldürüldü. Çin Uyğur Özərk bölgəsində heç bir tədbir görülmədən nüvə sınaqlarını həyata keçirdi. 1964-cü ildən bəri 46 nüvə sınağı reallaşdırıldı. Bu nüvə sınaqların nəticəsində uyğur türkləri arasında xərçəng xəstəliyinin nisbəti xeyli dərəcədə artdı, bir çox uşaq şikəst və ya ölü olaraq anadan oldu.

1949-1952 illər arasında 2.800.000, 1952-1957 illər arasında 3.509.000, 1958-1960 illər arasında 6.700.000, 1961-1965 illəri arasında 13.300.000 müsəlman uyğur türkü çinlilər tərəfindən müxtəlif üsullarla öldürüldü. Müsəlman uyğurların 1 - dən çox uşaq sahibi olmaları qadağan edildiyi Şərqi Türkistanda bu qadağaya uymayanların uşaqları ana rəhmində abortla qətl edildi.

Mao dövründə başlayan bu işgəncələr hələ də davam edirdi. Məcburi köçürülmə, məcburi əhali planlaması və qırğınlar nəticəsində uyğur türkləri Şərqi Türkistan torpaqlarında çox azalmışdı. 1953-cü ildən etibarən davam etdirilən asimilasiya siyasəti nəticəsində Uyğur Özərk Bölgəsində 75% olan müsəlman əhalisinin nisbəti hazırki dövrdə 35% olmuşdur. Bu gün 25 milyondan çox Şərqi Türkistanlı müsəlman Çin təzyiqi altındadır. Minlərlə müsəlman siyasi məhbusun olduğu bölgədə nəzarət altına alınan insanlardan bir daha xəbər alınmayıb. Kommunist Çin rejiminin tətbiq olunduğu bir başqa ölkə isə Tibetdir. Tibet, Çindəki kommunist inqilabdan dərhal sonrakı ili yəni 1950-ci ildə Çin ordusu tərəfindən işğal edilmişdir. Çin buranı özündən asılı bölgə halına gətirmiş, tibetlilər də bunu qəbul etmişdilər. Ancaq Çinin Tibet xalqı üzərindəki təzyiqi gedərək artmışdır. Çin rəhbərliyi Tibet kəndlilərini məhsullarını çox aşağı qiymətə satmaq məcburiyyətində buraxmış, ölkədəki bütün əhəmiyyətli təşkilatlara Çinli məskunlaşanları təyin etmiş, ən kiçik müqavimətdə isə çox qanlı və zalım qarşılıq vermişdi. Tibetin Çinə qarşı müqavimətini illər boyu idarə edən Dalai Lama, Çin kommunizminin xalqına tətbiq etdiyi vəhşiliyi belə izah edir:

(Tibetlilər) təkcə güllələnmədi; ölənə qədər döyüldülər, çarmıxa çəkildilər, canlı canlı yandırıldılar, boğuldular, parçalandılar, aclıqdan öldürüldülər, boğazlarından asıldılar, qaynadıldılar, canlı-canlı torpağa basdırıldılar, qollarından, qıçlarından dartılaraq parçalandılar ya da başları qoparıldı.93

QIRMIZI ÇİNDƏ DARVİNİST VƏHŞİLİK DAVAM EDİR





Sayt boyunca bir çox nümunəsini gördüyümüz kimi, darvinist-kommunist anlayışa sahib olan dövlət, öz mənfəətləri üçün xalqına, vətəndaşına əziyyət verir, qırğın törədir, onları aç saxlayır, səfalətə sürükləyir. Darvinist-kommunist dövlətdə əhəmiyyətli olan xalqın rifahı, xoşbəxtliyi, dincliyi və təhlükəsizliyi deyil, öz hakimiyyətinin güclənməsidir. Rusiya və Çin bu zalım dövlət anlayışının dövrümüzdəki iki nümunəsidir. 2000-ci ilin sonlarında yeni doğulmuş körpənin çinli dövlət məmurları tərəfindən ailəsinin gözü qarşısında boğularaq öldürülməsi həmin darvinist-kommunist anlayışın dəhşətli nümunəsidir. Oxşar vəhşiliklər Çin işğalı altındakı müsəlman Şərqi Türkistanda müntəzəm şəkildə tətbiq olunur. Darvinizmin insanları dəyərsiz heyvanlar olaraq göstərən, həyatı mənfəətləri üçün mübarizə sahəsi olaraq tanıdan təlqinləri isə bu zalımlıqların çıxış nöqtəsidir. Bütün bu vəhşiliklərin ortadan qalxması və insanların barış və dincliyə qovuşması isə darvinist ideologiyanın silinməsi ilə mümkün olacaq.


KAMBOÇA: QANLI VƏHŞİLİYİN SON HƏDDİ

Maonun ideologiyası, başqa sözlə maoçuluq kommunizmin ən azğın versiyasıdır. Onsuz da mərhəmətsiz, zidiyyətli, zalım və qan tökən ideologiya olan kommunizm, maoçuluqla birlikdə daha da yüksək vəhşilik həddinə çatmışdır. Bunun səbəbi, maoçuluğun "ənənəvi" Uzaq Şərqi Asiya vəhşiliyini də kommunizmə qatmış olmasıdır.

Bu faktı daha da yaxşı anlaya bilmək üçün Asiyadakı bir başqa kommunizm nümunəsinə baxmaq lazımdır. Bəhs edilən nümunə, Çinin dəstəyi ilə iqtidara gəlmiş və maoçuluğu mənimsəmiş bir rejimdir: Kamboçadakı Qanlı Kxmer rejimi.

Kamboça, Asiyanın Hindistanla Çin arasında qalan və buna görə "Hindiçini" adlandırılan bölgəsində yerləşir. Kiçik və kasıb ölkədir. Xalqı əsrlərdir əkinçiliklə məşğul olur. Əkinçiliyin başlıca ünsürü isə ölkə boyunca uzanan düyü tarlalarıdır. Ancaq bu düyü tarlaları 1975-1979-cu illər arasında "ölüm tarlalarına" çevrilmişdir. Əhalisi 9 milyon olan ölkədə təxminən 3 milyon insan başından güllələnərək, kəllə sümüyü baltayla parçalanaraq, başına torba keçirib boğularaq və ya aclığa məhkum edilərək öldürülmüşdür. Tarixdə tayı-bənzəri olmayan bu vəhşiliyin mənbəyi isə Kamboçanın maoçularıdır: Qanlı Kxmerlər.

Qanlı Kxmer təşkilatı Pol Pot adlı bir maoçu tərəfindən qurulan kommunist partiyasıdır. Uzun illər Kamboça meşələrində təşkilatlanan və iqtidar xəyalları quran Qanlı Kxmerler 1975-ci ildə bu arzularına çatdılar. İqtidara gəldikdən sonra Stalin Rusiyasında və ya Maonun Çinində belə görülməyən həddə totalitar və zalım rejim qurdular. Qanlı Kxmer rejimi kommunist dəliliyin son həddidir. Partiya ölkə üçün lazım olan kommunist vəzifənin düyü tarlalarında ölənə qədər işləmək olduğuna qərar vermiş və bütün Kamboça əhalisini tarlalarda işlətməyə başlamışdır. Şəhərlərdə yaşayan on minlərlə insan dövlət adamları, bürokratlar, müəllimlər, ziyalılar kəndlərə sürgün edilmiş və yaradılan kollektiv fermalarda çox ağır şəraitdə işləməyə məcbur edilmişdir. İşləyərkən bir hissəsini götürmək, toplanan məhsullardan bir damcı belə olsun icazəsiz olaraq yemək və ya hər hansı bir dini ibadət "inqilaba üsyan" olaraq hesab edilmiş və bu bəhanələrlə hər dəqiqə insan öldürülməyə başlanmışdır.

Qanlı Kxmerlər partiyalarına "Angkar" adını vermiş və tarlalarda ölənə kimi işlətdikləri milyonlarla insana "Angkar sizi hər an görür" təlqinini etmişlərdir. Qanlı Khmer vəhşiliyindən xilas olmağı bacaran bir kamboçalı, "demokratik" Kamboçada yaşananları belə izah edir:

Demokratik Kamboçada həbsxana, məhkəmə, universitet, lisey, pul, məktub, kitab, idman, əyləncə yox idi… İyirmi dörd saatlıq iş günündə ölüm bir an belə əskik deyildi. Gündəlik həyat bu şəkildə bölünürdü: on iki saat fiziki iş, yemək üçün iki saat, istirahət etmə və təhsil üçün üç saat, yeddi saat da yuxu. Nəhəng toplama düşərgəsində idik. Artıq ədalət də mövcud deyildi. Həyatımızın bütün hərəkətlərini qərarlaşdıran Angkar idi. Qanlı Kxmerlər ziddiyyətli hərəkətlərini və əmrlərini haqlı göstərmək üçün tez-tez əvvəlki nümunələrə baş vururdular. İnsanı öküzlə müqayisə edirdilər: 'Bu yer şumlayan öküzü görürsünüz. Yeməsi buyurulsa yeyər. Kifayət qədər otun olmadığı bir tarlaya aparılsa yenə də otlayar. Yerini dəyişdirə bilməz. Müşahidə altındadır. Ona şumlama deyilincə, şumlayar. Əsla arvadını və uşaqlarını düşünməz.94

Qanlı Khmer rejimi kommunizmin təməlində olan "insanın heyvanlaşdırılması" fikrini ən diqqətə çarpan şəkildə həyata keçirmişdir. İnsanlar yuxarıda bildirdiyimiz nümunədə ifadə edildiyi kimi, "tarla şumlayan öküzlər kimi" olmağa məcbur edilmişdir. Bu vaxt din, əxlaq və ailə kimi insani anlayışların yox edilməsinə böyük əhəmiyyət verilmişdir. Kommunizmin Qara Kitabında Qanlı Khmer rejiminin ailə təşkilatını və ailə fərdləri arasındakı sevgini yox etmək üçün etdiyi tətbiqlər belə izah edilir:

Rejim hər fərdin Angkar qarşısında tamamilə asılı olması şəklindəki totalitar qanununa qarşı özbaşına müqavimət meydana gətirəcəyini düşündüyü ailə bağlarını zəiflətmək ya da qoparmaq üçün hər şeyi etdi; iş yerləri kəndə çox yaxın yerlərdə olanların çox vaxt öz "lokalları" (bəzən sadə həsirlər ya da hamaklar) vardı. Buranı tərk etmə icazəsi almaq çox çətin idi: ərləri həftələr boyunca həyat yoldaşlarından ayrı qalır, hətta uşaqları yaşlı valideynlərindən uzaqlaşdırılırdılar. Yetişkin olanlar isə ailələrini görmək üçün icazə almadan, bəzən də geri qayıtdıqlarında onların öldüklərini görmüş olmaq bahasına və yaxınlarından heç bir xəbər almadan altı ayı keçirə bilirdilər. Burada model üst təbəqədən bəlli olurdu: rəhbərlərin özləri də çox tez-tez ayrı yaşayırdı. Bir ananın kiçik olsa belə uşağı ilə çox maraqlanmasına heç də yaxşı gözlə baxılmırdı.95


Qırmızı Kxmer lideri, 3 milyon Kambocalının qatili Pol Pot
Əslində burada qarşılaşdığımız şiddətlər Karl Marksın və Fredrix Engelsin ailənin mənşəyi haqqındakı şərhlərinin həyata keçirilmiş halından başqa bir şey deyil. Marks və Engels meymundan təkamülləşmiş heyvan növü olaraq gördükləri insanın din, əxlaq və ailə kimi anlayışlara sahib olmaması lazım olduğunu, bunların iqtisadi əlaqələr nəticəsində ortaya çıxan "üst quruluş təşkilatları" olduğunu irəli sürmüşdür. Kommunistlər cəmiyyətdə də bu anlayışların yox olacağını vəd etmişdilər. Məhz Qanlı Kxmerlərin proyekti Marks və Engelsin bu batil inancını həyata keçirməkdən başqa bir şey deyil.

Dini və ailəni yox etmək, insanları da heyvanlaşdıraraq "tarla şumlayan öküzlər" halına gətirmək istəyən Qanlı Khmerlər daha öncədən Lenin, Stalin və Mao tərəfindən istifadə edilən qəsdən qıtlıq üsulunu da yenidən tətbiq etməyə başladılar. Xalq qəsdən ac buraxılır, bu yolla iradə və şəxsiyyətləri yox edilir, sonra da "Angkar" tərəfindən bəslənərək Qanlı Kxmer rejiminə sanki bir ilah kimi sitayiş etmələri istənilirdi:

Milyonlarla kamboçalıları illər boyunca əzən aclıq şüurlu olaraq daha yaxşı kölələşdirmək üçün istifadə edildi. Beləcə zəif düşmüş, qida ehtiyatı tapa bilməyən aciz insanlar, daha az qaçmağa cəhd edirdilər. Davamlı qidalanma ehtirasına qapılan insanlarda, etiraz etmə, müstəqillik arzusu, hətta cinsi güc azalır. ... Hətta valideynlərlə uşaqlar arasındakı həmrəyliyi qırmağı təmin edir. Özünü qidalandıranın əli qanlı belə olsa heç kim öpməkdən çəkinmirdi.96


Qırmızı Kxmerlər iqtidara qanlı vətəndaş müharibəsidən sonra gəldilər. Vətəndaş müharibəsi əsnasında paytaxt Phnom Penhə qarşı Qırmızı Kxmer hücumları əsnasında yaşanan bu mənzərələr yaxınlaşan qorxunc vəhşiliyin xəbərçisi idi.

Bu aclıq qəsdən yaradılmışdı, eləki ölkədə aclıqdan ölənlər oldu əkilməyə əlverişli torpaqların yalnız beşdə biri istifadə edildi!97 Aclıqdan insanların ölməsi rejim üçün problem deyildi, çünki onsuz da hədəf bu idi. Qanlı Kxmer liderləri tez-tez belə deyirdilər: "Qurduğumuz ölkə üçün bir milyon yaxşı inqilabçı kifayətdir; geri qalanına ehtiyacımız yoxdur. Bir düşmənimizin sağ qalmasındansa, on dostumuzun ölməsi daha yaxşıdır." 98

Maonun Mədəniyyət İnqilabı əsnasında "sevgiyə, gözəlliyə, estetikaya və mədəniyyətə düşmənçilik" meyili Qanlı Kxmerlərdə dəlilik səviyyəsinə çatmışdı. İnsanların saçlarını daramaları, özlərinə bir az diqqət göstərmələri, hətta eynək taxmaları belə "xalq düşmənçiliyi" sayıla bilirdi!… Aşağıdakı yazı Qanlı Kxmer düşərgəsində, düşərgə idarəçisinin məhbuslara etdiyi söhbətdən götürülmüşdür:

Demokratik Kamboçada Angkarın şanlı rejimini deyil, gələcəyi düşünmək məcburiyyətində idik. Keçmiş torpağa basdırıldı, “Yenilər” bahalı geyimləri və modaya uyğun saç düzümlərini unutmalı idilər. Kapitalistlərin texnologiyasına ehtiyacımız yoxdur, həm də heç yoxdur! Yeni sistemdə uşaqların məktəbə göndərilmələri də lazım deyil. Qırlar bizim məktəbimiz, torpaq kağızımız, şum mürəkkəbli qələmimizdir: yazılarımızı cüt sürərək yazacağıq! Qiymət kitabçaları və imtahanlar faydasızdır; cüt sürməni öyrənin: budur yeni diplomlarınız! həkimlərə də artıq ehtiyacımız yoxdur! Əgər bağırsaqlarının çıxardılmasını istəyən bir nəfər varsa, onunla mən özüm maraqlanacağam!...

Görürsüz nə qədər sadədir, bunun üçün məktəbə getməyə ehtiyac yoxdur! Hətta mühəndislik və ya professorluq kimi kapitalist peşələrinə də ehtiyac duymuruq! Nə etməyimiz lazım olduğunu söyləyəcək müəllimlərə də ehtiyacımız yoxdur; bunların hamısı keçmişdə qalmışdır. Tarlalarda çox işləməyi istəyən kəslərdən başqalarına ehtiyac duymuruq! Yoldaşlar, bununla birlikdə… işi və fədakarlığı rədd edənlər var… Yoldaşlarım, bunlar bizim düşmənlərimizdir! Hətta bunların bəziləri bu axşam buradadır!

Bu insanlar keçmiş dünyanın kapitalist düşüncəsinə bağlıdır! Onlar dərhal tanına bilərlər: Aranızdan bəzilərinin hələ də eynək taxdıqlarını görürəm! Niyə eynək taxırlar? Onlara bir yumruq atsam, görə bilməyəcəklər? Hə! Başlarını geriyə çəkirlər; demək ki, məni görə bilirlər. Bu halda onların eynəyə ehtiyacı yoxdur! Kapitalist modasını izləmək üçün eynək taxırlar; bunun özlərini gözəlləşdirdiyini sanırlar! Buna ehtiyacımız yoxdur bizim: gözəl olmaq istəyənlər tənbəl və xalqın enerjisini istismar edən zəlilərdir!99

Qırmızı Kxmer Vəhşiliyinin Qurbanları

Qırmızı Kxmerlər, edam edəcəkləri insanların bəzilərini nömrələyərək şəkillərini çəkmişlər. Fotoşəkillər, edam edilmədən əvvəl Kambocalılar.

Kamboçanı Çinin dəstəyi ilə ələ keçirən bu maoçu psixopatlar əvvəldə də bildirdiyimiz kimi, 3 milyona yaxın günahsız insanı öldürdülər. Öldürüləcək insanlar əvvəl başlarından güllələnərək öldürülürdü. Amma sonra bunun "güllə itkisi" olduğuna qərar verildi və daha vəhşi üsullara keçildi. Mövzunu araşdıran fransız tədqiqatçı Marek Sliwinski bu üsulların "güllə qənaəti" yanında Qanlı Kxmer xadimlərinin sadizmini təmin etmək baxımından da seçildiyini yazır. Buna görə qurbanların 53%-nin başı əzilmiş (dəmir çubuqla), 5%-i başına keçirilən plastik torbayla boğulmuş və digər 5%-i də boğularaq öldürülmüşdür.

Qanlı Kxmer rejimi Vyetnamın 1979-cu ildə Kamboçanı işğal etməsi ilə sona çatdı. Vyetnamlılar əvvəlki rejimin vəhşiliyini dünyaya sərgiləmək üçün "ölüm tarlaları" olaraq xatırlanan düyü tarlalarını qazaraq cəsədləri çıxardılar və bunları nümayiş etdirdilər. Bu gün Qanlı Kxmerlər tərəfindən öldürülən on minlərlə insanın sümük və kəllələri paytaxt Phnom Penhdəki muzeydə nümayiş etdirilir.

Çarlz Darvinin yazdığı bir kitabı özünə "elmi təməl" hesab edən, Marks və Engelsin boş sözləri ilə şəkillənən, Lenin və Stalinin vəhşiliyi ilə dünya gücü halına gələn və Maoyla birlikdə dəlilik həddinə çatan kommunizm Kamboçadakı vəhşiliklə birlikdə gerçək üzünü dünyaya göstərmişdir.

ŞİMALİ KOREYA VƏ VYETNAM

Asiyadakı vəhşilik yalnız Çin və Kamboca ilə də məhdudlaşmamış, Şimali Koreya və Vyetnamdakı kommunist rejimlər də öz xalqlarına qarşı mərhəmətsiz terror aktları tətbiq etmişlər. On illərlə Kim Li Sungun diktatorluğu altında idarə olunan Şimali Koreya rejiminin qətlə yetirdiyi insanların sayı 1.5 milyon olduğu hesablanmışdır. Yüz minlərlə insan isə Şimali Koreyanın həbsxanalarında işgəncəyə məruz qalmışdır. Kommunizmin Qara Kitabında Şimali Koreya həbsxanalarında insanlarla heyvan kimi rəftar edildiyi barədə belə bəhs edilir:

"... Termin rəsmi olaraq istifadə edilməsə də həqiqi həbsxana idi. 2000-i qadından ibarət olan 6000 insan burada səhər saat 05.30-dan gecə yarısına qədər başmaq, tapança örtüyü, çanta, kəmər, partlayıcı odlayıcıları, süni çiçəklər istehsal etmək üçün heyvan kimi işləyirdilər. Həbsxanada doğulan hər uşaq tərəddüdsüz ya boğulur, ya da başı kəsilirdi."100

Şimali Koreya həbsxanalarında yaşamış bir məhkum, bu düşərgələrdə yaşanan edamları və işgəncələri belə izah edir:

Edamları kim edir? Seçim, əllərini çirklətmək istəmədikləri zaman güllələyən, ya da can verərkən izləmək istədiklərində yavaş-yavaş öldürən təhlükəsizlik işçilərinin insafına buraxılır. Mən çubuq zərbələri ilə, daşa tutmaqla, ya da kürəklə adam öldürülə bildiyini bu şəkildə öyrəndim. Məhkumların oyun oynayaraq, silahla nişan alma yarışması edərək, gözü nişan alaraq öldürüldüyü hallar oldu. İşgəncəyə məruz qalanların, aralarında döyüşməyə və qarşılıqlı olaraq özlərini parçalamağa məcbur edilənlər də oldu… Qəddarca qətl edilmiş insanların cəsədlərini bir neçə dəfə öz gözlərimlə gördüm: Qadınlar belə çox nadir hallarda rahat ölürdi. Bıçaq zərbələri ilə doğranmış sinələr, bel taxtası ilə deşilmiş cinsi orqanlar, çəkiclə qırılmış boyunlar gördüm. Düşərgədə ölüm çox adi bir şey idi. “Siyasi günahkarlar” həyatda qalmaq üçün əllərindən gəldiyi qədər çırpınırdı. Bu insanlar bir az daha qarğıdalı və donuz yağı əldə etmək üçün nə olsa edərdilər. Yenə də bu mübarizəyə baxmayaraq, hər gün orta hesabla dörd ya beş nəfər aclıqdan, qəzadan ya da… edam edildiyinə görə ölür...101


Kommunist rəhbərlik altındakı Şimal Vyetnam, 1968

Şimali Koreyadakı kommunist rejimin bir başqa zalım xüsusiyyəti, darvinizmin məhsulu olan "yevgenika" nəzəriyyəsini mənimsəməsi və tətbiqidir. Yevgenika daha əvvəl də ifadə etdiyimiz kimi, Darvinin əmisi oğlu Francis Galton tərəfindən ortaya atılmış və 20-ci əsrin əvvəllərində elmi yanaşması olan qaydadır. Yevgenikanın məqsədi insan irqindəki xəstə və şikəst insanların "sterilizə edilməsi" (yəni cəmiyyətdən uzaqlaşdırılmaları), bunun yerinə sağlam insanların ünsiyyətə girərək törəməsinin təşviq edilməsidir. Bunun nəticəsində daha üstün sağlam cəmiyyətlər ortaya çıxacağı xəyal edilmişdir. Yevgenika nəzəriyyəsini rəsmi siyasət olaraq tətbiq edən ilk ölkə isə Nazı Almaniyası olmuşdur. Hitler, Alman cəmiyyətindəki irsi xəstə və şikəstləri xüsusi "sterilizasyon mərkəzlərində" yığmış və sonra da öldürməyə başlamışdır.

"Təkamülü sürətləndirmək" üçün edilən bu zülmün bir nümunəsi də Şimali Koreyanın darvinist-kommunist rejimi tərəfindən tətbiq olunur. Kommunizmin Qara Kitabında Şimali Koreya tərzində yevgenika belə izah edilir:

Şimali koreyalı şikəstlər sürgünün qurbanlarıdır. Yəni onların paytaxt Pyongyangda yaşamaları mümkün deyil. Son illərə qədər şikəstlər ailələrinin onları ziyarət edə bilmələri üçün kəndlərdəki məskunlaşma yerlərinə sürgün edilirdi. Bu gün isə bunlar dağlıq, ucqar bölgələrə, yaxud da Sarı dənizdəki adalara göndərilir. İki sürgün yeri dəqiq təyin olunmuş vəziyyətdədir: ölkənin şimalında, Çin sərhədlərindən çox da uzaq olmayan Boucun və Euicio. Şikəstlərə qarşı edilən bu ayrı-seçkilik Pyongyangdan başqa Nampo, Kaesong, Çongcin kimi şəhərlərə də tətbiq olunmasıyla daha da şiddətləndi. Əlillərlə yanaşı, cücə boylular da sistemli olaraq izlənilir, həbs olunur, təkcə cəmiyyətdən uzaqlaşdırmaq üçün deyil, uşaq sahibi olmaqdan məhrum buraxıldıqları düşərgələrə göndərilir. Kim Cong II "Cücə boylu nəsillər ortadan qaldırılmalıdır" deyə şəxsən əmr vermişdir.102

Vyetnam isə Asiyanın bir başqa qanlı kommunist ölkəsi olmuşdur. Əvvəl fransızlarla, sonra da amerikalılarla uzunmüddət müharibə aparan Şimali Vyetnam 1975-ci ildə Cənubi Vyetnamı ələ keçirmiş və birləşmiş kommunist Vyetnam ortaya çıxmışdır. Şimali Vyetnamın qurucusu Ho Chi Minh və onun ardıcılları öz xalqlarına qarşı ağır təzyiq və işgəncələr tətbiq etməkdən çəkinməmişdir. 1975-1977-ci illər arasındakı dövrdə rejim müxalifi bir vyetnamlının yazdığı məktubda ölkə belə təsvir edilir:

Təkcə Saygonun rəsmi həbsxanası olan Chi Hoa Həbsxanasında keçmiş rejim dövründə 8 min insan saxlanılırdı; bu gün isə eyni həbsxanada tıxa basa doldurulmuş olaraq 40 min insan var. Məhkumlar tez-tez aclıqdan, havasızlıqdan, işgəncə zamanı və ya intihar edərək ölür... Vyetnamda iki növ həbsxana var; rəsmi cəza çəkmə müəssisələri və toplama düşərgələri. Bu sonuncular sıx meşələrin arasında itmişdir; məhkumlar əbədi olaraq məcburi işləməyə məhkum edilmişdir. Onlar mühakimə olunmur və heç bir vəkil onların müdafiəsini boynuna götürmür. 103

Oxşar zülmlər 1975-ci ildə Vyetnam tərəfindən işğal edilən və sonradan kommunist rejimlə idarə olunmağa başlayan Laosda da yaşanmışdır. Hindiçininin ortasında yerləşən bu kasıb ölkədə inkişaf edən "Pathet Lao" kommunistləri iqtidara gəldikdən sonra bir çox "rejim müxalifi"ni təzyiq altına almış, on minlərlə Laoslu isə rejimin təzyiqi ucbatından qaçqın düşmüşdür.

MAOÇULUQ TƏHLÜKƏSİ DAVAM EDİR

Uzaq Şərqi Asiya tarix boyunca şiddətli qarşıdurmaların, qan davalarının, vəhşi intiqamların yurdu olmuşdur. Bu ənənənyə kommunizm kimi zorakılığı və vəhşiliyi qanuniləşdirən ideologiya əlavə olunduqda nəticə daha da faciəvi olmuşdur. Darvinizmin əsasına görə insanı qan tökməyə məhkum heyvan növü olaraq görən kommunizm, Uzaq Şərqi Asiyanın düyü tarlalarını ölüm tarlası halına gətirmişdir. Uzaq Şərqi Asiyada kommunizmin mədəniyyət düşmənçiliyi daha irəliləmiş, cəhaləti, çirkinliyi və düşünməməyi məqbul görən, mədəniyyət yerinə heyvan kimi yaşamağı seçən qorxunc ideologiya ortaya çıxmışdır.

İşin qəribə tərəfi belə bir zalım və primitiv ideologiyanı kor-koranə mənimsəyən və bunu dünyanın digər ölkələrinə yaymağa çalışan bir çox təşkilatın və cərəyanın var olmasıdır. Bu gün dünyanın fərqli ölkələrində bir çox maoçu terror təşkilatı və ya ideoloji qrup fəaliyyətdədir. Maoçular Sovet İttifaqının süqutunu, "kommunizmin yanlış izahının çöküşü" kimi göstərir və bu süqutla birlikdə maoizmin haqlı çıxdığını iddia edirlər. Maonun qorxunc vəhşiliklərini, cinayətlərini, qıtlıqlarını, zalımlıqlarını tamamilə qulaq ardına vuraraq, bu qaranlıq ideologiyanı guya dünyanın gələcəyi üçün tək alternativ kimi göstərməyə çalışırlar. Xüsusilə az inkişaf etmiş ölkələrdə təşkilatlanan maoçular "Üçüncü Dünyaçılıq" olaraq bilinən keçmiş nəzəriyyəni yenidən canlandıraraq, bu ölkələri kommunizmin qaranlığına çəkməyə çalışırlar.

Məlum olur ki, Maonun işgəncə edərək öldürdüyü on milyonlarla insan bu kommunistləri qane edə bilməmişdir. Onlar daha çox qan istəyirlər.

 
    

57 Robert Milner, Encyclopedia of Evolution, 1990 s.81
58 Jacob Heilbrunn, "Mao More Than Ever", The New Republic, April 21, 1997
59 Benjamin Schwartz, Chinese Communism and the Rise of Mao, Cambridge: Harvard University Press, 1951, s. 37
60 Benjamin Schwartz, Chinese Communism and the Rise of Mao, s. 45
61 Charlotte Furth, Ting Wen-chiang: Science and China's New Culture, Cambridge: Harvard University Press, 1970, s. 27
62 Charlotte Furth, Ting Wen-chiang: Science and China's New Culture, s. 71
63 James Reeve Pusey, China and Charles Darwin, Harvard University Press, Cambridge (Massachusetts), 1983, s. 438
64 Michael Ruse, The Long March of Darwin, New Scientist, 103 (16 Ağustos 1984): 35; Henry M. Morris, The Long war Against God, s.85-86
65 James Reeve Pusey, China and Charles Darwin, s. 4
66 James Reeve Pusey, China and Charles Darwin, s. 257
67 James Reeve Pusey, China and Charles Darwin, s. 449-452
68 Clare Hollingworth, Mao, Triad Paladin Grafton Books, Glasgow, 1985, s. 26
69 Clare Hollingworth, Mao, s. 27
70 Clare Hollingworth, Mao, s. 26
71 Jacob Heilbrunn, "Mao More Than Ever", The New Republic, April 21, 1997
72 Komünizmin Kara Kitabı, s. 645-646
73 Komünizmin Kara Kitabı, s. 646-647
74 Komünizmin Kara Kitabı, s. 649
75 Jasper Becker, Hungry Ghosts: Mao's Secret Famine, New York: The Free Press, 1996. s. 72-73
76 Jasper Becker, Hungry Ghosts: Mao's Secret Famine, s. 73-74
77 Jasper Becker, Hungry Ghosts: Mao's Secret Famine, s. 76
78 Jasper Becker, Hungry Ghosts: Mao's Secret Famine, s. 75
79 Jasper Becker, Hungry Ghosts: Mao's Secret Famine, s. 92
80 Komünizmin Kara Kitabı, s.644
81 James Reeve Pusey, China and Charles Darwin, s. 456
82 James Reeve Pusey, China and Charles Darwin, s. 455
83 Komünizmin Kara Kitabı, s.647
84 K. Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977
85 Talk At An Enlarged Central Work Conference, 30 January 1962, https://maoism.org/msw/vol8/mswv8_62.htm
86 Komünizmin Kara Kitabı, s.621
87 Komünizmin Kara Kitabı, s.668
88 Malachi Martin, The Keys of This Blood, s. 406
89 Ken Ling, Miriam London ve Ta-ling Lee, La vengeance du ciel: un jeune Chinois dans la Revolution culturelle, Paris, Laffont, 1981 (İngilizce orijinal basım 1972), s. 20-23. (Bu sahne Xiamen'de seçkin bir lisede cereyan etmişti.); Komünizmin Kara Kitabı, s.690-692
90 Komünizmin Kara Kitabı, s. 684
91 Komünizmin Kara Kitabı, s.617
92 Nien Cheng, Vie et mort a Shangai, Paris, Albin Michel, 1987 (İngilizce orijinal baskı 19867, s.86; Komünizmin Kara Kitabı, s.688
93 Komünizmin Kara Kitabı, s.715
94 Komünizmin Kara Kitabı, s.783
95 Komünizmin Kara Kitabı, s.793
96 Komünizmin Kara Kitabı, s.790
97 Komünizmin Kara Kitabı, s.788
98 Komünizmin Kara Kitabı, s.798
99 Komünizmin Kara Kitabı, s. 817-818
100  Komünizmin Kara Kitabı, s.727
101  Komünizmin Kara Kitabı, s.731
102  Komünizmin Kara Kitabı, s.736
103 Komünizmin Kara Kitabı, s.753



 
 



     
 

 

 

 
© 2010 Harun Yəhya www.adnanoktar.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsiniz.