Müəllif haqqında Kitablar Filmlər Məqalələr Veb saytlar
 
 

KOMMUNİZMİN YARANMASI

BOLŞEVİK VƏHŞİLİYİNİN TARİXİ
KOMMUNİZMİN DONUQ DÜNYASI
ASİYADA QANLI TERROR
KOMMUNİZMİN DİN DÜŞMƏNLİYİ
KOMMUNİZM GİZLƏNDİ
MATERİALİZMİ MƏHV EDƏN BÖYÜK HƏQİQƏT
 



 

»Sənədli Filmlər

Kommunizmin Qanlı Tarixi-1
Kommunizmin Qanlı Tarixi-2

 

 

 

 

KOMMUNİZMİN YARANMASI


MATERİALİZMİN "TƏSADÜF" TƏRİQƏTİNİN QURBANLARI: DARVIN, TROTSKİ, ENGELS VƏ MARKS

Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu “Maariflənmə dövrü” adlanan dövrə qədər davam etmişdir. 18-ci əsrdə geniş yayılmağa başlayan “Maariflənmə dövrü” bir sıra avropalı ziyalıların və sənətkarların Qədim Yunan və Roma bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı çıxması ilə meydana gəlmişdir. Maariflənmə dövrünün ən böyük siyasi nəticəsi isə eyni zamanda “din əleyhinə inqilab” olan Fransız inqilabıdır. Fransız inqilabının təməlində Volter, Didro, Monteskyö kimi din əleyhinə çıxanların təlqinləri dayanırdı. İnqilab zamanı isə Maariflənmə hərəkatının din əleyhdarları və bütpərəstləri açıq şəkildə fəaliyyətə başladılar. İnqilaba başçılıq edən yakobinlərin fəal təbliğatı nəticəsində “dindən çıxma” hərəkatı geniş vüsət almış və hətta yeni bütpərəst din yaratmağa çalışmışlar. İlkin əlamətləri 14 İyul 1970-ci ildə Federasiya Bayramında “inqilabi ibadət” sürətlə yayılmağa başladı. İnqilabın əliqanlı liderlərindən biri olan Robespyer “inqilabi ibadət”ə yeni qanunlar gətirmiş və bu qanunları məruzə formasında qələmə alaraq adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notrdam kilsəsi öz sözləri ilə “ağlın məbədi”nə çevrilmiş, kilsənin divarlarındakı bütün xristian fiqurlarını sökmüş və kilsənin orta hissəsinə “ağıl ilahəsi” adı verilmiş qadın heykəli yerləşdirmişdilər. Fransız inqilabı dövründə bir çox din adamı qətlə yetirilmiş, dini qurumlar talan edilmiş və dağıdılmışdı. Fransız inqilabı ilə birlikdə Avropanın ictimai həyatına girən və gedərək sürətlə inkişaf edən yeni fəlsəfə yarandı:materializm. Yalnız maddənin varlığını qəbul edən, canlıların və insan şüurunun da sadəcə “hərəkət edən maddə”dən ibarət olduğunu iddia edən bu fəlsəfə əslində ilk dəfə Qədim Yunanıstanda yaşamış bəzi filosoflar tərəfindən yaradılmışdır.

Kommunizmin kökləri qanlı Fransız inqilabına qədər gedib çıxır. Fransız inqilabı zamanı “ağıl ilahəsi” təsviri ilə ifadə edilən din düşmənçiliyi daha sonra yandakı bənzər şəkillərdə istifadə edilmişdir.
18-ci əsrdə materializmi mənimsəyən və kütlələrə təlqin edən, Fransız inqilabının yaradıcılarından olan Deni Didro və onun yaxın dostu olan Baron Holbaxdır. Baron Holbax 1770-ci ildə çap edilən “Système de la Nature” (Təbiətin Sistemi) adlı kitabında “elmi” olduğunu iddia etdiyi bir sıra fərziyyələri əsas götürərək var olan tək şeyin maddə və enerji olduğunu irəli sürmüşdür. Fanatik ateist olan Holbax əxlaq anlayışına da qarşı çıxmış, insanın əlindən gəldiyi qədər həyatdan zövq alaraq yaşamalı və bunun üçün hər bir variantdan istifadə etməli olduğunu müdafiə etmişdir.

18-ci əsrdə bir sıra alim tərəfindən qəbul edilib müdafiə olunan materializm 19-cu əsrdə daha sürətlə yayılaraq təkcə Fransanı deyil Avropanın digər ölkələrini də öz cənginə almağa başladı. 19-cu əsrin əvvələrində Almaniyada ortaya çıxan iki əhəmiyyətli materialist mütəfəkkir vardı: Lüdviq Bünher və Karl Voqt. Voqt insan zehninin mənbəyini izah etməyə çalışarkən “qaraciyər necə öd ifraz edirsə, beyin də elə fikir ifraz edir” demişdir və bu cəfəng bənzətməsi ilə dövrünün materialistləri tərəfindən də dəstəklənmişdir. Materializmin belə cəfəng fikirlərlə meydana gəlməsinə baxmayaraq dövrünün din əleyhdarları tərəfindən qəbul edilmiş və Avropa xalqlarına tətbiq edilməyə başlanmışdır. Materializm ağlın və elmin təməli kimi təqdim edilmiş, bu əsası olmayan yalançı təbliğat ilk əvvəl Fransada, daha sonra isə Almaniyada və gedərək bütün Avropada sürətlə yayılmağa başlamışdır. Materializmin yayılmağında, əlbəttə, onu din kimi qəbul edənlərin və 19-cu əsr ziyalılarının arasında çox geniş yayılmış masonluğun da rolu böyükdür. Antik doqma sayılan materializm sürətlə yayılarkən, digər tərəfdən də müxtəlif elm sahələri ilə uyğunlaşdırılmağa başlandı. Materializm: 1. Təbiət elmlərinə uyğunlaşdıran insan ingilis təbiətşünası Çarls Darvindir. 2. Sosial elmlərə tətbiqini həyata keçirən insanlar da alman filosofları Karl Marks və Fridrix Engelsdir. Darvinin fikirləri “təkamül nəzəriyyəsi”, Marks və Engelsin fikirləri isə “kommunizm” olaraq tarixə yazılmışdır.

Marks vƏ Darvİn

Əslində Darvinin təkamül nəzəriyyəsinin Marks və Engelsin nəzəriyyəsini əhatə etdiyini demək mümkündür. Çünki kommunizm də təkamül nəzəriyyəsidir: Təkamül nəzəriyyəsinin tarixə və sosial elmlərə uyğunlaşdırılmış formasıdır. Bu həqiqət 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist və marksist mütəfəkkirlərdən olan Anton Pannokoekin qələmə aldığı “Darvinizm və Marksizm” adlı kitabında belə ifadə edilmişdir: Marksizmin və eyni zamanda darvinizmin elmi mahiyyəti hər ikisinin də təkamül nəzəriyyəsinə əsaslanmasıdır. Biri bunu canlı təbiətdə canlılar üzərində tətbiq etmiş digəri isə cəmiyyətdə həyata keçirmişdir. Təbiət elmləri və insan cəmiyyəti sahəsində inkişaf edən bu iki təlim təkamül nəzəriyyəsini qəbul olunan elmə çevirmişdir. Bunu həyata keçirməklə də təkamül nəzəriyyəsini sosial və bioloji inkişafın təməl anlayışı kimi kütlələrə tətbiq etməyə başladılar.

Darvinizm və marksizm anlayışları arasında tamamailə uyğunluq var:

Engels (sağda) Darvin ilə Marksı (solda) kommunist nəzəriyyəsi baxımından eyni səviyyədə dəyərləndirmişdir. Engelsə görə Marks materializmi sosial həyata, Darvin isə biologiyaya tətbiq etmişdir.

1. Darvinizm bütün varlıqların “hərəkət halında olan maddə”dən ibarət olduğunu, bu maddənin Allah tərəfindən yaradılmadığını, bu səbəbdən də bütün canlıların təsadüf nəticəsində var olduğunu, insanın digər heyvanlardan təkamül nəticəsində meydana gələn heyvan növü olduğunu irəli sürmüşdür. Heç bir elmi dəlilə əsaslanmayan və tamamilə uydurma olduğu sonrakı illərdə elmi kəşflərlə sübuta yetirilən bu iddialar yalnız maddənin varlığına inanan və bütün insanlıq tarixini maddi faktorlarla izah etməyə çalışan Marks və Engelsin düşüncələri ilə tamamilə uyğun gəlir.

2. Darvinizm canlılar dünyasında təkamülü yaradanın “mübarizə” olduğunu irəli sürmüşdür. Darvin nəzəriyyəsinin əsasında təbii qaynaqların canlılar üçün kifayət etmədiyi, buna görə də daima “həyat mübarizəsi” yaşandığı və bu mübarizə nəticəsində də təkamülləşdirici bir gücün meydana gəlməsi kimi fərziyyə dayanır. Marks və Engelsin də mənimsədikləri “dialektik” metod da bu fərziyyə ilə eynilik təşkil edir. Dialektikaya görə kainatdakı inkişafın yeganə impulsiv gücü ziddlər arasındakı qarşıdurmadır. İnsanlıq tarixi mübarizə nəticəsində inkişaf etmiş və insan bu mübarizə nəticəsində irəliləmişdir.

Marks və Engels ilə Darvinin nəzəriyyələrini tədqiq etdikdə hər ikisinin də sanki tək mərkəzdən meydana gəlmiş kimi oxşar olduğu aydın olur. Darvin materialist fəlsəfəni təbiətdə, Marks və Engels isə tarixdə tətbiq etmişdir.

Rus kommunizminin lideri Plexanova görə, marksizm darvinizmin sosial elmlərə tətbiq edilməsidir.
Belə ki, Darvinin materializmə verdiyi bu töhfənin əhəmiyyətini ilk anlayan insan da elə məhz Karl Marks özü olmuşdur. Marks Darvinin 1859-cu ildə çap etdirdiyi “Növlərin Mənşəyi” adlı kitabını nəzərdən keçirmiş və bu kitabın öz nəzəriyyəsi üçün böyük bir mənbə və dayaq olduğunu görmüşdür. Engelsə yazdığı 19 dekabr 1860-cı il tarixli məktubunda Darvinin kitabından “bizim fərziyyələrimizin təbii tarixi təməlini əhatə edən kitab budur” deyə bəhs etmişdir.2 16 yanvar 1861-ci ildə Lassalleyə yazdığı məktubunda isə belə demişdir: “Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir.”3

Marks Darvinə olan heyranlığını ən böyük əsəri olan “Das Kapital”ı Darvinə həsr edərək göstərmişdir. Kitabının Darvinə göndərdiyi almanca nəşrinə əlyazısı ilə belə yazmışdır: "Çarls Darvinə həqiqi bir pərəstişkarı olan Karl Marksdan".

Engels isə Darvinə olan heyranlığını belə dilə gətirmişdir: “Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləyir. Bununla əlaqədar olaraq hər kəsdən əvvəl Çarls Darvinin adı qeyd edilməlidir.” 4 Engels Darvini Marksla eyni səviyyədə tərifləmiş və “Darvin necə canlı təbiətdəki təkamül qanunu kəşf etdisə, Marks da insanlıq tarixindəki təkamül qanunu kəşf etdi” demişdir.5

Darvin yaradılışı inkar edərək kommunizmə təməl yaratmışdır. Bu səbəbdən də Bolşevik inqilabının əliqanlı liderlərindən biri olan Trotski Darvini dialektik materializmin təbiət elmləri sahəsindəki təmsilçisi hesab etmişdir.

Lenin tərəfindən “bütün beynəlxalq marksist ədəbiyyatına bələd insan” kimi təqdim edilən, Rus kommunizminin qabaqcılı Georqi Valentinoviç Plexanov isə “Marksizm darvinizmin ictimai elmlərə tətbiqidir” deyərək ən qısa şəkildə şərh etmişdir. 6

Vatikan universitetinin professorlarından olan tarixçi Pr. Malaxi Martin Marksla Darvin arasındakı əlaqəni belə izah etmişdir:

Çarls Darvinin nəzəriyyəsi gün işığı görən zaman Marks bunu nəzəriyyədən daha yüksək qiymətləndirdi. Bunu “mənəvi aləm” olmadığına, sadəcə “maddi aləm”in varlığına aid öz “elmi” dəlili olaraq mənimsəmişdi. Darvin Hegelin idealizminin rədd edilməsində Marksa “haqq” qazandırırdı. Darvinin nəzəriyyəsinin yalnız fərziyyə olduğunu, sosial baxımdan həqiqətdən tamamilə uzaq ola biləcəyini nəzərə almayan Marks Darvinin fikirlərini öz dövrünün ictimai siniflərinə tətbiq etdi. Darvinin təkamül nəzəriyyəsində olduğu kimi, Marks bütün maddələr kimi sosial siniflərin də daima həyat və hegemonluq mübarizəsi apardıqlarını düşünmüşdür.7

Darvinizmlə marksizm arasındakı bu güclü əlaqə müasir təkamülçülər tərəfindən də vurğulanır. Təkamül nəzəriyyəsinin dövrümüzdəki ən məşhur müdafiəçilərindən biri olan bioloq Duqlas Futuyma “Təkamül biologiyası” adlı kitabının girişində “Marksın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializmin zəminində böyük addım idi” deyə yazarkən bunu nəzərdə tutmuşdur.8 Digər məşhur təkamülçü paleontoloq Stifen Cey Quld isə “Darvin təbiəti şərh edərkən çox əsaslı materialist fəlsəfə tətbiq etdi” demişdir.9 Rus kommunist təkamülünün Leninlə birlikdə iki böyük yaradıcılarından biri olan Leon Trotski də “Darvinin kəşfi bütün canlı maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” deyə öz fikirlərini ifadə etmişdir.10

Bütün bunlar darvinizmlə marksizm arasında çox əhəmiyyətli əlaqə olduğunu göstərir. Çox asanlıqla deyə bilərik ki, əgər darvinizm olmasa, marksizm də olmayacaq. Əgər bir insan darvinizmin əsassızlığını dərk edərsə marksizmin də tamamilə həqiqətdən uzaq fəlsəfə olduğunu dərk etmiş olar. Əlbəttə, bunun əksi də mümkündür: Cəmiyyətdə darvinizm geniş şəkildə qəbul edilərsə, o cəmiyyətdə marksizmin də inkişafı labüddür.

Bu səbəbdən də darvinizmin istər elmi, istərsə də sosial baxımdan əsassız cəfəngiyat olduğunun dərk edilməsi insanlıq üçün çox əhəmiyyətli bir mövzudur. Bu həqiqətin aydınlanması darvinizmdən qaynaqlanan və bu gün də pusquda gözləyən marksizmin yenidən alovlanmasının qarşısını alacaqdır. İnsanların keçən əsrdə yaşadığı əzabları yenidən yaşamasına mane olacaqdır.

Tarix də darvinizm olmadan marksizmin olmayacağını göstərir.

DARVİNİZMİN YAYILMASI VƏ KOMMUNİZM-KAPİTALİZM ƏLAQƏSİ

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır: Bu nəzəriyyə tək ideologiya ilə deyil, bir-birindən fərqli görünən çoxlu sayda ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdıqda kommunizmlə yanaşı irqçilik, imperializm, kapitalizm, faşizm kimi geniş silsilə ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil hətta bir-biri ilə ziddiyyətli bu ideologiyaların qabaqcılları dini inancları və dəyərləri özləri üçün əngəl olaraq görüblər və darvinizmi bu inanc və dəyərləri aradan qaldırmaq üçün silah olaraq istifadə ediblər. Məsələnin maraqlı tərəfi isə bir tərəfdən bu şəkildə öz ideologiyalarına yol açarkən, bir tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmələridir. Məsələn, iddialarına görə müqayisəli "həyat mübarizəsi"nin yaşandığı azad bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı zəruri hesab edib dəstəkləyən kapitalistlər bu yolla bir tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləyirlər.

Lenin kommunistlərlə burjuaziyanın dinə qarşı eyni mövqedə olduğunu yazmışdır. Leninin şərhləri kommunizm və kapitalizm arasındakı qarşıdurmanın əslində yalnız "daxili qarşıdurma"olduğunu və bu iki materialist ideologiyanı ortaq və əsl düşməninin din olduğunu göstərir.

Marksist alim Anton Pannekuk marksizm and darvinizm (Marksizm və Darvinizm) adlı kitabında bu maraqlı həqiqətdən danışır və burjuaziyanın, yəni avropalı zəngin kapitalist sinfin darvinizmi dəstəkləməsini belə izah edir:

Marksizmin əhəmiyyətini və mövqeyini yalnız proletar sinif mübarizəsindəki roluna borclu olduğu hər kəsə məlumdur... Darvinizmin də marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən obyektiv yanaşma ilə müzakirə edilərək və sınaqdan keçirilərək qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Darvinizm ilk addımı atar-atmaz həvəsli dəstəkçiləri və düşmənləri olmuşdur. Darvinin adı onun nəzəriyyəsindən cüzi bir şey anlayan insanlar tərəfindən ucaldılmışdır... Darvinizm də sinif mübarizəsində rol oynamışdır və bu rolun sayəsində sürətlə yayılmış, həvəsli tərəfdarlar və çətin öhdəsindən gəlinən düşmənlər qazanmışdır.

Darvinizm kilsə haqlarına və aristokratiyaya qarşı çıxan burjuaziya üçün vasitə olmuşdur... Burjuaziyanın məqsədi önlərinə çıxan köhnə hakim idarəçi gücləri aradan qaldırmaqdır... Dinin sayəsində rahiblər böyük kütlələri hakimiyyəti altında tutmuş və beləcə burjuaziyanın istəklərinə qarşı qoya bilmişdir... Təbiət elmi inanca qarşı silah halına gətirilmiş, elm və yeni kəşf edilən təbii qanunlar qarşıya qoyulmuş və burjuaziya bu silahlarla birlikdə vuruşmuşdur...

Darvinizm tam istənilən zamanda gəlmişdir; Darvinin insanın heyvanlardan törəmiş olduğunu qarşıya qoyan nəzəriyyəsi xristian inancının bütün təməlini yox etmişdir. Məhz buna görə darvinizm ortaya çıxdığı anda burjuaziya onu böyük həvəslə himayəsi altına almışdır... Bu şərtlər altında elmi müzakirələr belə sinfi mübarizənin fanatizmi və ehtirası ilə icra edilmişdir. Darvin haqqında yazılmış yazılar, elmi yazarların adlarını daşımalarına baxmayaraq, ictimai polemiklərin xarakterini nümayiş etdirib.11

Darvinizmin yayılması həqiqətən də bu şəkildə oldu. Avropanın aparıcı qüvvələri darvinizmi istər öz ölkələrində qurduqları kapitalist nizamı, istərsə də dünya səviyyəsində qurduqları imperialist müstəmləkə sistemini qanuniləşdirmək üçün inanılmaz fürsət olaraq qəbul etdilər və dəstəklədilər. (Ətraflı məlumat üçün baxın. Darvinin Türk Düşmənçiliyi, Harun Yəhya, 1999) Darvinizmin elmi əsassızlıqları, xəyali fərziyyələri, cəfəng iddiaları tamamilə görməzlikdən gəlindi; dini inanclara və dinin gətirdiyi əxlaqi meyarlara qarşı silah kimi görünən darvinizm ideoloji məqsədlər üçün yayıldı.

Ancaq darvinizmi bu şəkildə yayan "burjuaziya" yəni kapitalist sinif bu nəzəriyyə ilə birlikdə öz rəqibini də dəstəkləmiş olurdu. Çünki darvinizmin yayılması və bu yolla dini inancların yox edilməsi kapitalizm qədər Marksizmin də mənafeyinə uyğun idi. Dinin insanlara öyrətdiyi qənaətkarlıq, təmkinlik, təvazökarlıq, qardaşlıq, fədakarlıq, şəfqət, mərhəmət kimi əxlaqi xüsusiyyətlər aradan qalxdıqdan sonra cəmiyyət vəhşi səhnəyə çevrilirdi. Bu səhnədə kapitalistlər arasında "həyat mübarizəsi" qədər kapitalistlərlə kommunistlər arasında "sinfi həyat mübarizəsi" də inkişaf edirdi.

1871-ci ilin payızında avropalı təbiət alimlərin iştirak etdiyi beynəlxalq konqressdə çıxış edən alman dövlət adamı və təbiət alimi Virxov darvinistlərə "diqqət yetirin" deyirdi, "çünki bu nəzəriyyə qonşu ölkədə çox böyük ağrılara səbəb olan bir nəzəriyyə ilə çox yaxından əlaqəlidir.12 Virxovun haqqında danışdığı qonşu ölkə Fransa idi və ifadə etdiyi nəzəriyyə də həmin ildə qanlı Paris Kommunasını reallaşdıran fransız kommunizmi idi. (Paris Kommunası Almaniya ilə apardığı müharibədə məğlub olan Fransada dövlət nüfuzunun zəiflədiyi bir dövrdə Parisdəki kommunistlərin liderliyində başladılan şəhər üsyanı idi. Aylarla şəhər kommuna idarəçiləri tərəfindən idarə edildi, dini mərkəzlərə və dindarlara qarşı böyük hücumlar təşkil edildi).

Nəticədə kommunistlərlə və kapitalistlər arasındakı qarşıdurmaya baxmayaraq din düşmənçiliyi mövzusunda ortaq nöqtələrinin olduğunu və bu mövzuda darvinizmdən böyük dəstək aldıqlarını söyləmək mümkündür. Buna görə kommunistlər cəmiyyətdə kommunist inqilab hazırlaya bilmək üçün əvvəlcə onun kapitalistləşməsini zəruri görürlər. Buna görə kapitalist əxlaqın yayılması ilə birlikdə (bunda darvinizm təbliğatı həyati əhəmiyyətə malikdir) cəmiyyət əvvəl dinsizləşdiriləcək sonra da kommunizm inkişaf edəcək. Rus İnqilabının lideri Vladimir İ. Lenin 1909-cu ildə qələmə aldığı "Proletarya Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqaləsində burjuaziyanın yəni kapitalist sinfin dinə qarşı oynadığı bu rolu belə izah edir:

Birincisi, dinə qarşı mübarizə aparmaq vəzifəsi tarixi baxımdan inqilabçı burjuaziyanın vəzifəsidir və Qərbdə burjua demokratiyası feodalizmə və orta əsr nizamına qarşı inqilabları dövründə bu vəzifənin böyük hissəsini yerinə yetirmişdir... İstər Fransada, istər Almaniyada burjuaziyanın dinə qarşı mübarizə ənənəsi var və bu sosializmdən (ensiklopedistlərdən və Feyerbaxdan) daha əvvəl başlamışdır. Rusiyada isə burjua demokratik inqilabımızın özünə xas şərtlərinə görə bu vəzifə də demək olar ki, tamamilə işçi sinfinin üzərinə düşür.13

Göründüyü kimi, Lenin "dinə qarşı mübarizə vəzifəsi"nin kapitalistlərə aid olduğunu, Avropada bu vəzifəni onların yerinə yetirdiyini ancaq Rusiyada bu sinif mövcud olmadığı üçün dinlə aparılacaq mübarizə vəzifəsini öz öhdələrinə götürdüyünü izah edir. Leninin bu sözləri kommunizm və kapitalizm arasındakı qarşıdurmanın əslində yalnız "daxili qarşıdurma" olduğunu və bu iki gücün ortaq və əsl düşməninin din olduğunu açıq-aşkar göstərir.

Bu şəxslər açıq-aşkar cəmiyyətləri korlamaq, onları doğrulardan uzaqlaşdırmaq, əxlaqi və insani baxımdan zəiflətmək və beləcə öz dinsiz kommunist sistemlərini qəbul etdirmək niyyətindədirlər. Ancaq bu şəxslərin din əleyhində etdikləri heç bir hərəkətin müvəffəqiyyət qazanması mümkün deyil. Unudulmamalıdır ki, keçmişdə də dinə qarşı mübarizə aparan, Allah‘ın elçilərinə itaət etməyən, Allah‘ın haqq kitablarından üz çevirən qövmlər yaşamışdır. Bu qövmlər də özlərinə görə haqq dini yox etməyə çalışıblar. Lakin bu qövmlərin sonu oxşardır: Allah öz dininə qarşı mübarizə aparan bu insanların bəzilərinə yer üzündə bir bəla vermişdir, bəzilərini isə axirətdə acılı-ağrılı əzabın gözlədiyini müjdələmişdir. Bu həqiqət Quranda belə bildirilir:

Allah’ın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. (Bir görəydin) Mənim cəzam necə oldu! Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi. (Ğafir surəsi, 4-6)

FAŞİZM VƏ KOMMUNİZMİN ORTAQ SAYIQLAMASI: DARVİNİST QARŞIDURMA

Kommunizmin qurucusu Marks tarixin inkişafının tək yolunun qarşıdurma olduğunu iddia edirdi. Cəmiyyətlərin, düşüncələrin, fikirlərin də ancaq qarşıdurma, müharibə, qiyamla inkişaf edə biləcəyini düşünürdü. "Əgər ziddiyyət və qarşıdurma olmasaydı, var olan hər şey necədirsə elə də qalardı" deyirdi. Bundan əlavə Marks "Zorakılıq yeni bir cəmiyyətə hamilə, hər köhnə cəmiyyətin isə anasıdır" deyərək milyonlarla insanı müharibəyə, qırğına, qan tökməyə çağırırdı.

Marksın bu düşüncələri zaman içində çox sayda tərəfdar qazandı. Ən zalım qırğınlara imza atan kommunist lider Lenin bunu "İnkişaf ziddiyyətlərin mübarizəsidir" sözləri ilə ifadə edirdi. (Lenin, Seçmə əsərlər, cild 11, s. 81) Bu mübarizənin də qan tökərək aparılmasını müdafiə edirdi.

Kommunist liderlər kimi faşist liderlər də zorakılıq, qiyam və müharibənin inkişafın tək yolu olduğuna inanırdılar. Hitlerin ən əsas fikri dayağı irqçi alman tarixçi Heinrich fon Treitschke "Xalqlar ancaq Darvinin həyat mübarizəsinə oxşar güclü rəqabətlə inkişaf edə bilərlər…" deyirdi. (Burns, Müasir Siyasi Düşüncələr 1850-1950, s. 446) Şiddətin tarixdə istiqamətverici güc olduğuna və müharibənin inqilab gətirəcəyinə inanan başqa faşist lider isə Mussolini idi. İngilis İmperiyasının zəifləməsini "təkamülün ən mühüm istiqamətləndirici gücü olan döyüşdən qaçmağa çalışması" ilə əlaqələndirirdi.

Hər iki ideologiyanın təməl dayağı da Darvinin təbiətdə mövcud olduğunu irəli sürdüyü "həyat mübarizəsi" anlayışı idi. Marksın dialektik materializminin təməli olan qarşıdurma iddiası da faşizmin döyüşün istiqamətləndirici güc olduğu ilə bağlı iddiası da Darvinin təkamül nəzəriyyəsinin ictimai elmlərə uyğunlaşdırılmasıdan başqa bir şey deyildi. Bu ideologiyaların doğurduğu nəticə isə ortadadır: Davamlı qarşıdurmanın olmasını müdafiə etmək insanlığı tamamilə məhv etməyə doğru atılan addım, sonu gəlməz "qan tökmə quyusu"dur.

Bu ideologiyalara uyan hər kəs davamlı bir-birinə zidd olar, bir-birinə zülm edər, inkişaf adı altında bir-birinin qanını tökər. Allah’ın insanlara əmr etdiyi sevgi, hörmət, fədakarlıq, qarşılıqlı anlaşma kimi insani duyğular, sülh və dinclik tamamilə ortadan qalxar. Ötən 20-ci əsr bu ideologiyaların ucbatından yaşanan əzab-əziyyət və bəlalar dövrü olmuşdur.

Halbuki, ziddiyyətlər vəhşilik və qırğın törədilməsini tələb etmir. Ziddiyyətlər hər yerdə mövcuddur. Gecə ilə gündüz, mənfi ilə müsbət, soyuqla isti, yaxşı ilə pis həmişə mövcuddur. Ancaq bu ziddiyyətlər gözəlliklərin vurğulanması, xoşgörüş, barış və bağışlama kimi gözəl əxlaq xüsusiyyətlərinin ortaya çıxması üçün yaradılmışdır.

Eyni vəziyyət fikri sahəyə də aiddir. İnsanlar fərqli düşünürlər deyə bir-birlərini öldürməməlidirlər. Allah insanlara hətta düşmənlərinə qarşı gözəl davranmağı, insanlara gözəl söz söyləməyi əmr edir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Hər ziddiyyət Quranda bildirildiyi kimi, ağıl və vicdan sahibi insanlar tərəfindən barış, dinclik və xoşgörüş mühitində həll edilər. Bunu qavraya bilməyən və dialektik materializm cəfəngiyyatına inanan millətlərin övladları bir-birləri ilə illərlə vuruşmuş, vəhşi heyvanlar kimi döyüşmüş və nəticədə millət olaraq gücdən düşmüşlər. Beləcə Allah’ın Quranda aşağıdakı ayəsində bildirdiyi həqiqət təcəlli etmişdir:

Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. (Ənfal surəsi, 46)

Ayədə bildirildiyi kimi, insanlar Allah’ın və Onun yol göstərici olaraq göndərdiyi peyğəmbərlərin yolundan ayrılıb, yer üzünü sülh və əminamanlıq yurdu etmək əvəzinə zülm yuvasına çeviriblər. Buna görə də bütün güclərini itirib, özlərini həlaka aparıblar. Unudulmamalıdır ki, Quran əxlaqının əmr etdiyi şəfqət, mərhəmət, fədakarlıq, xoşgörüş, ədalət kimi üstünlüklər insanlara və millətlərə güc verən yeganə qaynaqdır. Dialektik materializm kimi dinsizliyin sayıqlamaları ilə çıxarılmış olan boş sözlər isə insanlığa yalnız bədbəxtlik gətirər. İnsanların yer üzündə dinclik və təhlükəsizlik içində yaşamalarının tək yolu Allah’ın əmr etdiyi Quran əxlaqına əməl etmələridir.



DARVİNİZMİN QANLI DİALEKTİKASI

Əslində bura qədər təsvir edilənlər kommunizmin dünya səviyyəsində yayılmasını da yekunlaşdırır: Kommunizm demək olar ki, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər ortaq mənbədən, yəni darvinizmdən ilham alıblar. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması hər iki qanadın birdən yayılması nəticəsini doğurur. Başqa sözlə faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmi istifadə edənlər istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi qarşıdurma içindədir. Bu qarşıdurma isə darvinizmin insan cəmiyyətləri üçün uyğun və vacib gördüyü mühitdir.

Bu ümumi sxemə baxdıqda darvinizmin əslində siyasi səviyyədə "dialektika" meydana gətirdiyini söyləmək mümkündür. Dialektika alman filosof Hegelin ortaya atdığı sonradan Marks və Engels tərəfindən mənimsənilən "qarşıdurma" nəzəriyyəsidir. Dialektika kainatdakı bütün inkişafın qarşıdurma sayəsində mümkün olduğunu fərz edir. Bu nəzəriyyəyə görə hər vəziyyət və ya fikir bir "tezis"dir. Sonra bu tezisə qarşı çıxan "anti-tezis" meydana gəlir. Tezis ilə anti-tezis zidd düşür və ortaya çıxan nəticəyə "sintez" adı verilir. Sintez də bir müddət sonra tezis halına gəlir və bu dəfə buna qarşı bir anti-tezis peyda olur. Dialektika nəzəriyyəsinə görə qarşıdurma bu şəkildə də davam edir.

İnsanların Allah tərəfindən yaradıldığı həqiqətinin rədd edilməsinə və insanın inkişaf etmiş heyvan növü olaraq görülməsinə səbəb olan darvinizmlə birlikdə, dünya bu darvinist dialektikanın qarşıdurma sahəsi olmuşdur. Başda Avropa ölkələri olmaqla bir çox ölkədə əvvəl sağ cinah darvinistlər hakim olmuş, bunlar dini inancları və əxlaqi dəyərləri yox edərək və ya təhrif edərək vəhşi kapitalizmi və ardınca faşizmi gətirmişlər; bunlara qarşı da sol cinah darvinistlər, yəni kommunistlər təşkilatlanmış və iki tərəf daimi qarşıdurma şəraitində olmuşdur. Bu darvinist dialektikanın sintezi isə həmişə eynidir: Qan, əzab, işgəncə, müharibə, gözyaşı...

Darvinist dialektikanın sağ cinah nümayəndələrinin, yəni faşistlərin tətbiq etdiyi terror və vəhşiliyi başqa saytlarımızda araşdırmışdıq. Bu saytın növbəti hissələrində isə kommunist terror və vəhşiliyi araşdıracağıq.

ƏKS FİKİRLƏRİ "DİALEKTİK QARŞIDURMA" İLƏ SUSDURMAQ İSTƏYƏNLƏR HƏR DÖVRDƏ MƏĞLUB OLUBLAR

Darvinizmdən ilham alan dialektik materializmə görə tarix zidd fikirlərin qarşıdurması və mübarizəsidir. Bu inancları ucbatından 20-ci əsrdə faşistlərlə kommunistləri bir-birinə qırdırmış, eyni vətənin insanlarını bir-birlərinə düşmən etmiş və dünyanı qan gölünə çevirmişlər. Bunun nəticəsində də öz ideologiyalarının qalib gələcəyini zənn etmişlər. Ancaq bu mübarizədən kommunizm qalib çıxa bilməmiş, dialektik materializmin tarixin dialektikası iddiası da çökmüşdür.

Firon zalım və qəddar idi və bununla qürurlanırdı. Amma sonu zəlalət oldu. Yuxarıda Misir Fironunu müxaliflərinin başını parçalayarkən təsvir edilən rəsim yerləşdirilmişdir.

Tarixdə üz-üzə gələn yaxşılar və pislər həmişə mövcud olmuşdur. Yaxşıların pislərlə mübarizəsi də fikri zəmində reallaşmışdır. Bu mübarizədən qalib çıxanlar daim yaxşılardır. Çünki Allah’ın Quranda göstərdiyi mübarizə üsulları insanlara sülh, dinclik və dostluq gətirməyə, ziddiyyət və düşmənçilikləri ortadan qaldırmağa yönəlib.

Məsələn, Allah hz. Musaya Fironu doğru yola çağırmasını bildirmişdir. Hz. Musa və Firon iki zidd fikirin tərəfdarlarıdır. Ancaq Allah bu iki zidd tərəfi müqayisə edərkən, hz. Musaya və qardaşı hz. Haruna belə demişdir:

"Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun." (Taha surəsi, 43-44)

Allah’ın əmrinə tabe olan hz. Musa qardaşıyla birlikdə Fironun qarşısına çıxmış və ona Allah’ın əmrlərini, doğru yolu və yaxşılığı müxtəlif üsullar sınayaraq, səbшrlə izah etmişdir. Onun bu fikri mübarizəsinin sonunda isə həqiqətləri görə bilməyən və yaxşılara zülm etməyə cürət edən Firon dənizdə boğularaq ölmüş, hz. Musa və yanındakılar xilas olmuşlar. Tarixdə heç kim bir-birinə qan tökərək üstün gəlməmişdir. Əgər qarşıdurma yoluyla üstün görünən, iqtidara sahib olan şəxslər olsa belə bunların nə xalqları, nə də özləri sülh və dinclik şəraitində həyatlarını davam etdirə bilməmiş, əksinə hər an bəlalara uğramış, maddi və mənəvi çətinliklər içində yaşamışlar. Üstün gələnlər, daim sülh və əmin-amanlığa çağıran, mübarizəsini fikri zəmində apararaq insanları düşünməyə sövq edən inananlardır.

 
    

1  Anton Pannekoek, Marxism and Drawinism, Translated by Nathan Weiser. Transcribed for the Internet by Jon Muller, Chicago, Charles H. Kerr & Company Co-operative Copyright, 1912 by Charles H. Kerr & Company, s.?? (https://marxists.org/archive/pannekoe/index.htm)
2  Marx Engels Mektuplar, s. 426
3  Marx Engels Mektuplar, cilt 2, s.126
4  Friedrich Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, s. 85
5  Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, Chatto & Windus, London, 1959, s.348
6  Robert M. Young, Darwinian Evolution and Human History, Radio talk given in an Open University course on Darwin to Einstein: Historical Studies on Science and Belief, 1980
7  Malachi Martin, The Keys of This Blood, s. 203-5
8  Douglas Futuyma, Evolutionary Biology, 2nd ed., Sunderland, MA: Sinauer, 1986, s. 3
9  Alan Woods and Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London, 1993 s.?
10 Alan Woods and Ted Grant. "Marxism and Darwinism"
11 Anton Pannekoek, Marxism and Darwinism
12 Anton Pannekoek, Marxism and Drawinism 13 Viladimir Ilyiç Lenin, "Proleterya Partisinin Din Konusundaki Tutumu", Proleterya, Sayı: 45, 13 (28 Mayıs 1909, Eriş Yayınları, www.kurtuluscephesi.com)

 
 



     
 

 

 

 
© 2010 Harun Yəhya www.adnanoktar.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsiniz.