KOMMUNİZM GİZLƏNDİ
Stiven Cey Quld ABŞ-da "təkamül nəzəriyyəsi" deyildikdə Darvindən sonra ağla gələn ilk isimlərdəndir. Harvard Universitetində illərdir ki, zoologiya və paleontologiya professoru olan Quld təkamül nəzəriyyəsi lehinə bir çox kitab yazan və mediada bu mövzuda tez-tez çıxış edən filosof kimi tanınır. Təkamül mövzusunda hər hansı bir müzakirə olduqda “Time”,“Newsweek” kimi dünya səviyyəsində məşhur jurnallar Quldun fikirlərini soruşurlar. Təbiət Tarixi Muzeylərindəki kitabxana vitrinlərində onun kitabları ən ön cərgədədir. Quld Darvinin çatışmazlıqlarını ört-basdır etməyə, təkamül nəzəriyyəsinin fosillər qarşısındakı məğlubiyyətindənxilas etməyə çalışır. (Amma əlbəttə bacara bilmir, buna görə təkamül nəzəriyyəsini tənqid edən məşhur isimlərdən biri olan Berkli Universiteti professoru FilipConson Quldu "Darvinizmin Qorbaçovu" olaraq təsvir edir. Hətta Quld bu müvəffəqiyyətsizliyini özü də dəfələrlə etiraf etmişdir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Həyatın Əsl Mənşəyi, 2000)
Stiven Cey Quldundarvinizm qədər bağlı olduğu ikinci bir ideologiyasıda var: marksizm.
Quld bunu hər zaman açıq-aşkar ifadə etmişdir. Ona görə darvinizm və marksizm bir medalyonun iki ayrılmaz üzüdür. Darvin "təbiətin dialektikasını", Marks isə "tarixin dialektikasını" açıqlamışdır. Quldun darvinizmə olan bağlılığı əslində dialektik materializmə olan bağlılığının nəticəsidir. Darvin üçün"Darvin təbiəti izah edərkən çox tutarlı bir materialist fəlsəfəni tətbiq etdi" deyir və onu buna görə israrla müdafiə edir.117
ABŞ-ın ən məşhurdarvinist elm adamı olan Stiven Cey Quld qatı marksistdir və SSRİ-in dağılması ilə marksizmindaha da gücləndiyini müdafiə edir. |
Məhz dünyanın ən məşhur marksist-darvinistlərindən biri olan Quld 1992-ci ildə Rusiyaya səfər etdi. Bu səfərdəndən bir neçə il əvvəl Şərq Bloku parçalanmış, bir il əvvəl də Sovetlər Birliyi dağılmış, Kommunist Partiya tarixi keçmişə qarışmışdı. Bütün dünya "kommunizmin qəti şəkildə devrildiyini" danışırdı.
Amma Quld hadisəni daha fərqli şərh etdi. Səfərdənqayıtdıqda jurnalistlərə bir bildiriş verdi və "marksizmin bir tətbiqi devrildi, amma marksizm tarixin elmi açıqlaması olaraq etibarlılığını qoruyur" dedi.
Yəni Goulda görə marksizm hələ yaşayırdı.
KOMMUNİZM YAŞAYIR
Stiven Cey Quldun darvinizmə olan bağlılığı müstəsna hal deyil. 20-ci əsr boyu təkamül nəzəriyyəsini müdafiə edən məşhur alimlər arasında bir çox marksistlər var. Alexander Oparin, J. B. S. Haldana kimi əsrin ilk yarısında təkamül nəzəriyyəsi adına fəaliyyətləri ilə tanınanşəxslər qatımarksistdirlər. Hələ də Con Maynard Smith, Riçard Levontin kimi qərbli təkamülçü alimlər də marksizmin israrlı müdafiəçiləridir.
Bu şəxslərə görə darvinizm və marksizm sinonimdir. Hər iki nəzəriyyə də ortaq fəlsəfi təmələ söykənir: Dialektik materializm. Marks bunu tarixə, Darvin də təbiətə uyğunlaşdırmışdır. Dünyanın "kommunizm dağıldı" deyə verdiyi rəylər, yəni Sovetler Birliyinin və Şərq Blokunun dağılması isə bu şəxslərə görəyalnız "Marksizmin yanlış şərhinin çökməsindən" ibarətdir. Dialektik materializm mövcud olduğu müddətdə marksist siyasət anlayışı davam edəcək.
Darvinizm yaşadığı müddətcə dialektik materializm və kommunizmdə yaşayacaq. ABŞ-dakı marksist-darvinist alimlər bu həqiqətin bir ifadəsidir. Solda Peter Singerin "Darvinist Sol" adlı kitabı. |
Bu düşüncə dünyada hələ də marksizmə inanan bir çox təşkilat və ya qurum tərəfindən də müdafiə olunur. Bu məhşur kommunistlər hələ Sovet ittifaqı və Şərq Bloku olması ilə bu ölkələrdəki kommunist rejimlərlə marksist ideologiyanı bir-birindən ayırmışdılar. Mövcud kommunist rejimlərə "real sosializm" yəni yaşanan sosializm deyirlər, buna qarşılıq sosialist ideologiyanın bu rejimlərə bağlı olmadığını, bu rejimlər devrilsə də fikrən davam edəcəyini irəli sürürdülər.
Bu gün isə bu iddianı daha təsirli şəkildə dilə gətirirlər. İddiaları budur: Marksa görə bir cəmiyyət müəyyən mərhələlərdən keçməlidir. Əvvəl kapitalizmi yaşamalı, ardınca sosializmə və sonra da kommunizmə doğru irəliləməlidir. Halbuki, Rusiyada və digər 20-ci əsr kommunist rejimlərində əkinçilik cəmiyyətindən sosializmə doğru ani bir keçiş olmuşdur. Aradakı kapitalist mərhələ buraxılmışdır. Başqa sözlə,marksistlərə görə bu rejimlərin müvəffəqiyyətsizliyi təbiidir. Hal-hazırda bu ölkələrin kapitalizmi mənimsəməsi ilə birlikdə, Marksın bəhs etdiyi "kapitalist mərhələ" yaşanacaq və ardınca sosializm daha sabit və güclü hala gələcək.
Bu açıqlama hal-hazırda hələ marksizmə inanan bir çox şəxsin mənimsədiyi açıqlamadır. Bunların arasında isəABŞ-ın Stiven Cey Quld kimi məşhur alimlərindən avropalı kommunist partiyalara, marksist müxbir və jurnalistlərdən kommunist terror təşkilatlarına qədər çox geniş heyət var.
Başqa sözlə, Sovet İttifaqının və Şərq Blokunun dağılmasından sonra kommunizmin keçmiş tarix olduğunu və artıq dünya üçün təhlükə olmadığını düşünmək çox yanlışdır. Kommunizm dialektik materializmin siyasi nəzəriyyəsidir. Dialektik materializm yaşadıqca kommunizm də yaşayacaq. Əgər bir fəlsəfə cəmiyyətdə güclü olaraq yaşasa, onun siyasi yöndən təsirli olması yalnız "uyğun mühit tapma məsələsi" olar. Əgər dialetik materializm güclü və məşhur fəlsəfə olaraq yaşasa, onun siyasi ölçüsü olan kommunizm də uyğun mühit tapdıqda təsirli gücə çevrilə bilər.
Bu gün dünyada liberal iqtisadiyyata və demokratiyaya güclü inam var. Ancaq liberal iqtisadi nizamda meydana gələn beynəlxalq böhran insanların psixologiya və meyillərini bir anda dəyişdirə bilər. Necə ki, bunun nümunələri keçmişdə yaşanmışdır. 1929-cu ildə yaşanan Böyük Böhran nəticəsində bütün dünyada böyük iqtisadi böhran meydana gəlmiş, bu da Avropadakı kommunist və faşist partiyaların məşhurluğunu bir anda artırmışdır. Böyük Böhranı "kapitalist sistemin çöküşü" olaraq açıqlayan kommunistlər kütlələri daha asan təsir altına alma imkanı əldə etmişlər.
Qaldı ki, bu anda belə xüsusilə Avropa ölkələrində kommunistlərin çox böyük gücü var. Fransa və İtaliyadakı Kommunist Partiyalar hələ də güclüdür, demək olar ki, hər seçkidə olduqca yüksək səs nisbətləri əldə edirlər. Köhnə Şərq Bloku ölkələrinin, demək olar ki, hamısında köhnə kommunist heyətlər tərəfindən idarə olunan sosialist partiyalar var və bunlar da yenə çox yüksək səs nisbətlərinə malikdir. Haqqında danışdığımızmövzuda beynəlxalq iqtisadi böhranın olması bu ölkələri asanlıqla həmin sosialist partiyaların və ardınca da kommunist rejimin hakimiyyətinə doğru itələyə bilər.
RUSİYA: BİR İRƏLİ İKİ GERİ!
Siyasi yelpiyin iki zidd ucu kimi görünən faşizmlə kommunizm arasında isə əslində çox incə bir cizgi var. Hər iki ideologiya bənzər bir cəmiyyət və əxlaq quruluşuna, lider modelinə malikdir. Necə ki, hər iki ideologiya siyasət aləmində "totalitar ideologiyalar" olaraq eyni sinifə daxil edilir. Dövlətincəmiyyəti təzyiq, qorxu və təbliğatla idarə etdiyi, müxalifçiləri isə ən mərhəmətsiz üsullarla aradan qaldıran bir modeldir totalitarizm.
1991-ci ildən sonra Rusiyanın siyasi rejimi və mədəniyyəti çox dəyişməmişdir. Kommunizmdən dövlət-mafia əməkdaşlığına əsaslanan bir növ faşizmə keçilmişdir ki, bu isə təməldə dəyişiklik sayılmır. Əsl dəyişmə iqtisadiyyatda və ictimai quruluşda olmuşdur. Bir çox sürətli zənginlər ortaya çıxmış, xalqın böyük hissəsinin həyat standartı aşağı düşmüş, zənginlərlə kasıblar arasında getdikcə böyüyən uçurum meydana gəlmişdir. 19-cu əsr İngiltərəsində yaşanana bənzər bir "vəhşi kapitalizm" quruluşu Rusiyaya hakim olmuşdur. Dövlətin mərkəzi nüfuzunun zəifləməsi ilə birlikdə ortaya çıxan mafia təşkilatları isə bir növ "feodal quruluş" meydana gətirirlər.
Təəccüb doğuran odur ki, hər iki quruluş da marksizmə görə inqilabdan əvvəlki şərtləri meydana gətirir. Yəni Rusiyanın mövcud quruluşu marksist baxımdan "kommunizm əvvəli" bir quruluşdur. Rusiyada hələ yüksək səs nisbətinə sahib olan həmçinin dövlət mexanizmində təsirli olan kommunistlər mövcud vəziyyəti bu şəkildə qiymətləndirirlər. Liberal iqtisadiyyata və demokratiyaya olan etibarı sarsıda bilən bir beynəlxalq böhran kommunistlərin bu nəzəriyyəsini praktikaya çevirə bilər və Rusiya asanlıqla yenidən kommunist rejimə keçə bilər.
Əslində bu yerdə kommunizmin hiyləgər taktikalarından biri qarşımıza çıxır. Kommunistlər tarixi sıralamalarının (kapitalizmdən kommunizmə keçid) pozulmasından qaynaqlanan tənzimləmə siyasəti aparırlar. Buna görə rus xalqını mafianın əlinə verib və klassik kapitalizmin yaşanmasına mühit hazırlayırlar. Qurduqları bu sistemlə xalqı əzir və onlara "başqa həll yoxdur, tək həll kommunizmdir" dedirtməyə çalışırlar.
Digər tərəfdən, kommunizm gizlidən-gizliyə varlığını davam etdirir. Mövcud heyətlərin hamısı köhnə kommunistlərdən təşkil olunur. Marksın dialektik materializmi ilə təlimləndirilmiş bu şəxslər kommunizm xəyallarından imtina etməyiblər. Əksinə kommunizmin kapitalist mərhələdən keçməsinə inananlar "kommunist" olmağın gərəyini yerinə yetirmək üçün kapitalizmin yaşanmasına tamaşaçı qalırlar. Əsl kommunist olduqları üçün indi kapitalizmi tətbiqvə müdafiə edirlər.
Dialektik materialist qanunları mənimsəmiş bu insanlara görə son hədəfə çatmaq üçün bir gün kommunist, bir gün faşist görünmək son çox asandır. Belə ki, əslində faşizmdə də, kommunizmdə də məqsəd eynidir: İnsanlara zülm etmək... Bu iki ideologiya arasında çox incə bir cizgi var. Yalnız kommunizm zülmünü "humanist" şüarlar altında, gizlidən-gizliyə davam etdirir. Etdiyi zülmə və tətbiq etdiyi vəhşiliyə səbəb yaratmağa çalışır.
Bütün bu gizli pərdələrin arxasında hal-hazırda kommunizm Rusiyada iqtidardadır; Rus dövləti klassik kommunist quruluşdadır. Türkdövlətlərininəzarət altında saxlayan Rusiya dəyişməmişdir; SSRİ həqiqətən hələ də yaşayır. Qatı kommunist heyət xalqı kapitalist həyat içində əzdirir; üstəlik bir tərəfdən də dinsizlik və əxlaqsızlıq təlqinlərini güclü şəkildə davam etdirir. Bu təlqinlərin və taktikaların nəticəsində əxlaqi dəyərlərindən uzaqlaşan, Allah‘ın varlığını unudan cəmiyyətlərin kommunizmi qəbul etməməsi üçün səbəb qalmayacağını hesablayırlar.
DİALEKTİK MATERİALİZMİN HİYLƏGƏR TAKTİKASI: BİR ADDIM İRƏLİ İKİ ADDIM GERİ
Hal-hazırda darvinizmdən güc alan kommunizmin artıq təhlükəli olmadığını, illər əvvəl çökdüyünü zənn edənlər böyük yanılma içindədirlər. Çünki kommunizm devrilməmişdir, dialektik materializmin ən vacib qanununa uyğun olaraq iki addım geri çəkilmişdir.
Leninin bu mövzuda yazdığı kitabda "Bir addım irəli, iki addım geri" qanununa görə kommunistlər hədəflərinə çatmaq üçün lazım olarsa bir neçə addım geri çəkilərək sanki hədəflərindən uzaqlaşmış kimi görünərlər. Kommunist Çindəki məktəb şagirdlərinə də buna görə üç addım irəli, iki addım geri siyasətinə əsaslanan "dialektik addımlamaq yolu" öyrədilir.
Bunun ən bariz nümunələrindən biri kommunistlərin ailə qurumu haqqındakı düşüncələridir. Dialektik materializmin qurucusu Karl Marksa görə kommunizmə nail olmaq üçün əvvəlcə evlilik qurumuləğv olunacaq. Kommunist Manifestoda Marks "proletarlar arasında ailə qurumunun demək olar ki, heç görünmədiyini və fahişəliyin çox geniş yayıldığını" söyləyir, və bundan bu nəticəyə gəlir: "... burjua ailəsinin aradan qalxması lazımdır".
Kommunistlər bu hədəflərinə çatmaq üçün dialektik materializmin qanunlarına tabe olurlar. Ailə qurumunu ləğv etmək üçün güclü dövlətə ehtiyacları var. Ancaq güclü bir dövlət üçün əvvəl ailə qurumunun güclü olması lazımdır. Buna görə əvvəl geri addım ataraq ailəni gücləndirirlər. Bunun sayəsində kommunist dövlət güclənir və bir mərhələ sonra ailə qurumunu tamamilə aradan qaldırırlar. 118
Bu nümunədən aydın olduğu kimi kommunistlərin "kommunizm dağıldı", "Rusiyada ailə bağları daha da gücləndi" kimi şüarları insanları aldatmamalıdır. Bu dialektik materializmin çox tanınmış taktikasıdır. Kommunizm buqələmun kimi rəng dəyişdirmiş, uyğun zəminin hazırlanmasını gözləyir. Buna görə kommunizmin ana fəlsəfəsi olan dialektik materializm və onun elmi dayağı olan darvinizm ilə fikri sahədə ciddi mübarizə şərtdir. Əks halda, kommunistlər irəli atacaqları qanlı və zalım addımlar üçün pusquda gözləyirlər. |
Əllərində hələ Stalin və ya Lenin afişaları ilənümayiş keçirənrus kommunistləriaz və kiçik hesab edilməyəcək gücə sahibdirlər. SSRİ-in 1991-ci ildəki çöküşünü Leninin 1904-cü ildə yazdığı bir addım irəli, iki addım geri adlı kitabında ifadə etdiyi kimi, son hədəfə gedən yol üzərində keçici bir geriləmə olaraq qəbul edirlər. Lenin həmin kitabında belə yazmışdır:
Bir addım irəli, iki addım geri... Fərdlərin həyatında, xalqların tarixində və partiyaların inkişafında belə şeylər olar. Amma inqilabçı ictimai-demokratiya qanunlarının, proletarya təşkilatının və partiya intizamının əvvəl-axır tam zəfər qazanacağından şübhə etmək alçaqlığın ən üst səviyyəsi olar.119
MAO YAŞAYIR!
Bura qədər göstərdiyimiz Şərqi Avropa və Rusiya nümunələri kommunizmin 1990-cı illərdədağılmış, amma yenidən həyata keçməsi labüd olan nümunələridir. Ancaq kommunizmin başqa bir versiyası vardır ki, heç dağılmamışdır və kapitalist görünüş altında hər keçən gün güclənməyə davam edir. Bu versiya eyni zamanda kommunizmin ən pis, ən barbar versiyasıdır: Maoizm.
Sovet Rusiyası 1991-ci ildə dağılmış, ardınca Lenin və Stalinin hər yeri bəzəyən heykəlləri sökülmüş, Rusiya kommunizmi rəsmi olaraq tərk etmişdir. Halbuki, Çində əsla belə bir şey olmamışdır. Maonun 1976-cı ildəki ölümündən indiyə qədər Çin hələ Kommunist Partiya tərəfindən idarə olunmağa davam edir. Çin kapitalist iqtisadiyyatın qaydalarını mənimsəmiş, bu yolla böyük bir iqtisadi inkişafa nail olmuşdur, amma siyasi sistem hələ kommunistdir. Daha da vacibi, siyasi və ictimai mədəniyyət hələ kommunistdir. Onmilyonlarla çinlinin əli qanlı qatili Mao, hələ də çinlilər tərəfindən sanki müqəddəsinsan kimi qəbul edilir.
10 yanvar 1994-cü il tarixli “Time” jurnalı "Mao Lives!" (Mao Yaşayır) başlıqlı xəbərində Çində Maoya istiqamətlənmiş kütlə meyilini "Mao mania" (Mao dəliliyi) olaraq təyin etmiş və belə yazmışdır:
Siravi çinlilər üçün Mao hələ sfinks, yüz ayrı üzə sahib olan bir idoldur. Müqəddəs kitab kimi hər yerdə sözlərindən istifadə edilir... Kolleksiyaçılar Maonun çıxışlarını ehtiva edən kasetləri yığırlar, Mao şəkilini ehtiva edən gerblər, nişanlar, kitablar, çaxmaq və s. satırlar. Maonun ad günü xatirəsinə 5000 ədəd istehsal olunan qızıl-almaz saatlar 1500 dollara satılır-təxminən bir aylıq maaşdan 30 dəfə çox... Hunan əyalətinin cənub-orta bölgəsində yerləşən, Böyük Sərdümənin (Maonun) doğum yeri olan Şaoşan şəhəri yalnız 1992-ci ildə bir milyon hacıya (Mao ziyarətinə) ev sahibliyi etdi. Şəhər ötən günlərdə də sevimli övladının 10 metr yüksəkliyindəki nəhəng heykəlinin açılışını etdi. 120
Amerikan “The New Republic” jurnalında 1997-ci ildə "Mao More Than Ever" (Mao Hər Zamankindən Daha Çox) başlıqlı uzun məqalədə Çindəki "Mao bütü" belə izah edilir:
Mao Lives!, (Mao Yaşayır!), 10 Yanvar 1994 tarixli “Time” jurnalı Çindəki siyasi mədəniyyəti belə yekunlaşdırırdı. |
Mao Tse-Tung hələ Çin siyasi mədəniyyətində mərkəzi, hakim fiqur olmağa davam edir: hələ imperatordur, hələ dərin hörmət göstərilir və çox məşhurdur. Bunun sübutu Çinin hər yerindədir. 1994-cü ildə keçirilən referendumda çinlilərin 40%-i Maonu ideal liderləri olaraq gördüklərini açıqladılar, buna qarşı Tay Xiaopingə (o dövrdəki Çin lideri) toplanan səs nisbəti ancaq 10% idi. Çin İctimai Elmlər Akademiyasının keçmiş üzvlərindən Yan Jiaginin “Asianews” jurnalına verdiyi açıqlamada "müasir Çin gəncləri Maonun yanlışlarını bilmir və ya ciddi qəbul etmirlər" - bildirilir, "onun böyük bir lider olduğunu düşünür və yalnız Tayın yanlışlarını bilirlər".
Ucqar zonalarda, Fujian və Guangdong əyalətlərində Maonun xatirəsinə yeni və böyük məbədlər tikildi, yeni məbəd də Şimal Shaanxi bölgəsində tikilir. Bu məbədlərə tez-tez gələn partiya vəzifəliləri və kəndlilər Maonun xəstəlikləri sağaltmaqdanbolməhsulu zəmanətləşdirməyə qədər hər şeyi edə biləcəyinə inanırlar. 1993-cü ildə Sichuandakı fabrikdə çalışan bir qrup işçi Maonun yüzüncü doğum ili şərəfinə kütləvi şəkildə intihar etdilər.... Pekin və Şanxaydakı taksi sürücüləri şüşələrinə Maonun şəkillərini yapışdırırlar. Sənətçilər Maonun sifətini şəkillərində tez-tez istifadə edirlər və Maonun nəhəng portreti hələ Tiananmen Meydanına hakim vəziyyətdədir. Ən vacibi partiyada və universitetlərdə yeni dəb siyasi fəlsəfə demokratiya deyil; yeni maoizmdir.
Mao (Çinə) geri qayıtmayıb. Çünki o buradan heç ayrılmamışdı. Almaniya və Rusiyanın əksinə Çin heç bir zaman keçmişi ilə hesablaşmadı, heç bir zaman "maoçuluqdan imtina etmə" cəhdini göstərmədi. Kommunist Partiya 1950-ci illərdəki Böyük Dağılma (o dövrdə Maonun səbəb olduğu qıtlıq onmilyonlarla çinlini öldürmüşdü) və ya Mədəniyyət İnqilabının (o dövrdə dövlət təşviqi ilə partlayan barbarlıq məktəb uşaqlarını adamyeyənliyə təşviq etmə səviyyəsinə qədər çatmışdı) vəhşiliklərinin sorğulanmasına əsla icazə vermir. Bu mövzular haqqındakı gerçəkləri bəhs etmə cəhdlərinin qarşısı alındı. Məsələn, 1993-cü ildə Şanxay Universiteti Jurnalı Maonun qıtlığında 40 milyon adamın öldüyünü yazdıqda, jurnal təcili olaraq yığışdırıldı...
Çinin siyasəti... millətçiliklə kommunizmi birləşdirən fəlsəfəyə əsaslanır və bu da bu fəlsəfənin qurucusu olan Maonun əfsanəsinə söykənir...121 Bəs Maonun ardınca Çində yaşanan kapitalistləşmə nə deməkdir? Bu Çinin maoçuluqdan uzaqlaşması, yoxsa maoçuluğun iqtisadi yöndən güclənməsidir? Həmin məqalədə bu mövzu haqqında aşağıdakı məlumatlar verilir:Mədəniyyət İnqilabının bitməsindən sonra da Mao ayini yaşamağa davam etdi. Kommunist Partiya özünü intellektual olaraq maoizmlə doldurmağı davam etdirdi. İki əsas qrup ortaya çıxdı: Maoist radikallar (fanshipai) və nostaljilər (huanyuanpai). Bu ikinci qrup 1950-ci illərdə qızıl dövrü axtarırdılar. Partiyanı idarə edən maoçular Maoya olan inanclarını qoruyur, amma Mədəniyyət İnqilabının barbarlığı insanların yaddaşlarında təzə olduğu üçün bunu çox açıq ifadə etmirdilər. Maoizmin kommunist-millətçi fəlsəfəsinin tamamilə çiçəklənməsi üçünÇində qorxunun yayılması təəssüratının doğulması lazım idi, insanları Çinin böyüklüyünün zəiflədilməsi və Qərb sui-qəsdlərinin təsirli olmağa başladığına inandıracaq hadisə ... Bu hadisə 4 iyun 1989-cu ildəki Tiananmen Meydanındakı etirazçı tələbələrin üzərinə Çin tanklarının yeridilməsi ilə reallaşdı. Tiananmenin dərhal ardınca, xaosa salınan Çin düşüncəsi partiyaya "sinif qarşıdurması" anlayışını oyandırma imkanı verdi... Dövlət Başçısı Jiang Zəmin Çinin iqtisadi islahatlara davam edəcəyini, amma heç kimin demokratikləşmə yuxusu görməyəcəyini açıqladı. Jiangın əmri ilə partiya ucqar zonalarda "düşüncə islahatı" başlatdı və maoist tipdə təhsil kampaniyaları təşkil etdi...
Bu gün Çində maoizmi yenidən tam olaraq tətbiq etmə cəhdlərinin gücü Kommunist Partiya içərisində gənc intellektuallardan gəlir. Xalqın Gündəliyi və ya Həqiqət Axtarışında kimi böyük qəzetləri marksist radikallar idarə edir... Bunlar 1995 və 1996-cı illərdə sinif qarşıdurmasına və maoizmə tamamilə qayıtmağı müdafiə edən "10 min sözlük sənədlər" nəşr etdilər. 122
Göründüyü kimi, maoçuluq Çinə hələ də hakimdir və bu hakimiyyət yalnız Mao dövründən miras qalmış yaşlı kommunist partiya idarəçiləri üçün deyil, marksizmə kor-koranə bağlanmış gənc nəsillər də aid edilir. Kəndlilər və təhsilsiz kütlələr Maonu çox üstün varlıq olaraq qəbul edir, ziyalıların böyük əksəriyyəti də marksizm-leninizm-maoizm ideologiyasını şüurlu olaraq müdafiə edir və yayırlar. Çinin kapitalizmi yalnız maoizmin gizlənməsinə və güclənməsinə yarayır.
1.2 milyard əhalisi ilə dünyanın ən çox əhalisi olan Çin iqtisadiyyatını getdikcə gücləndirir və bir tərəfdən də silahlanmağa ciddi səy göstərir. Belə ki, Çinin 21-ci əsrdə ABŞ-a rəqib super güc olacağı hesablanmışdır. Bu dərəcədə gücə sahib olan Çinin hələ maoçu olması, çinlilərin "Mao fanatizmi" ilə yaşaması, kommunizmin ölmədiyini, yalnız gizləndiyini bizə bir daha sübut edir.
Həmçinin gizlənən bu kommunizm, kommunizmin xüsusilə maoçu versiyası yəni ən pis, ən barbar, ən vəhşi versiyasıdır.
BEYNƏLXALQ MAOÇU HƏRƏKATI
Mao yalnız Çində deyil, beynəlxalq aləmdə də hələ yaşayır. Sovet İttifaqının çökməsinin ardınca beynəlxalq aləmdəki kommunist güc maoçuluğa yönəlmişdir. Şimali Koreya və Viyetnamda hələ maoçu ideologiyayla idarə olunan kommunist heyətlər iqtidardadır. Bundan da vacibi, bu gün dünyanın müxtəlif ölkələrində maoçuluğu mənimsəyən və Mao tərzində partizan müharibələri ilə qan tökən terror təşkilatları var. Fərqli ölkələrin maoçu təşkilatları "Maoist Internationalist Movement" (Beynəlxalq Maoçu Hərəkatı) adı verilən ortaq təşkilatlar qurur və avropalı kommunist partiyalardan böyük dəstək alırlar.
Şimali Kipr Türk Respublikasının rəsmi internet saytında nəşr olunan bir yazıda beynəlxalq maoçu hərəkatdan belə bəhs edilir:
Beynəlxalq Terror Araşdırma Mərkəzlərinin məlumatlarına görə marksist-leninist-maoçu terror təşkilatlarının sayı son illərdə diqqət çəkəcək qədər artmışdır... Beynəlxalq Terroru araşdıranmənbələrə görə maoizmin istər sözdə, istərsə də davranışlarda sıx fəaliyyətdə olduğu görsənir. Mərhəmətsiz, qanlı, qərb düşməni və anti-demokratik quruluşu ilə davam etdirilən bu universal hədəfli fəaliyyətdə olan təşkilat və qrupların başında... Şri Lankada "Tamil Pələngləri", Peruda "İşıqlı Yol", Kambociyada "Qırmızı Kxmerlər" və adlarını yeni eşitdirməyə başlayan maoçu terror təşkilatları var.
Maoçuların hədəfi Mao Zedungun təlimlərini qan tökərək yaymaq, ölkələrindəki demokratik rejimləri silahlı mübarizə yolu ilədevirib yerinə marksist-leninist-maoist dövlət qurmaqdır... Əlbəttə ki, bunun altında yatan əsl böyük hədəf maoçuluğu bütün dünyaya yaymaqdır.
1996-cı ildə şərq və qərbin maoçu terror təşkilatları həmin il ərzində iki dəfə bir yerə gəldilər və aralarında ortaq hərəkat siyasəti izləmə mövzusunda qərar verdilər... Amerikada keçirilən konfransdan sonra alınan qərarlar belə idi:
Fəaliyyətdə olduqları ölkələrdə parlamentar demokratiyanı dağıtmaq. Hədəflərinə çatmaq üçün yalnız əsgər, polis və dövlət vəzifəlilərinə qarşı deyil; özlərindən olmayan uşaq, gənc, yaşlı, qadın bilmədən öldürməyə, mərkəzi və tək idarəçiliyə əsaslanan insan haqlarının heçə sayılacağı rəhbərlik qurmağa, marksizm-leninizm-maoizm ideologiyasına bağlı dünya inqilabı yaratmağa and içmişdilər.
Amerika və Hindistanda keçirilən konfranslarda verilən başqa əhəmiyyətli qərar da "dünya inqilabı"na zəmin hazırlayan "Maoizm propaqandası" mərkəzi qurmaq idi. Maoist Internationalist Movement (MIM) adlı bu mərkəzin Kanadada fəaliyyətdə olduğu guman edilir. "Beynəlxalq maoçular" hədəf seçdikləri ölkələrdəki insanları təhrikedici və üsyana təşviq edici nəşrlər hazırlayaraq paylanması üçün o ölkədəki tərəfdarlarına göndərirlər.123
Konkret faktlara əsaslanan bu məlumatlar maoizmin beynəlxalq dərəcədə fəaliyyətdə olduğunu bir daha sübut edir. İdeoloji kökləri Qırmızı Çinin qanlı diktatoruna qədər uzanan beynəlxalq kommunist şəbəkə dünya üçün böyük təhlükə olmağa davam edir.
Bu kommunist şəbəkənin ölkəmizdə təsir gücü meydana gətirə bilməməsi isə Türk Millətinin İslamdan aldığı möhkəm xarakter və inancdan qaynaqlanır. Din kommunizmin önündəki ən böyük maneədir və ancaq dinə qarşı səmimi bağlılıq yaşayan cəmiyyətlər kommunizmin təlqinlərindən və aldatmacalarından çəkinə bilərlər. Dindar Türk Milləti kommunizmi özünə mənimsətmək üçün görülən bütün səyləri boşa çıxarmış, Atatürkün "kommunizm Türk Dünyasının ən böyük təhlükəsidir, hər gördüyü yerdə əzilməlidir"124 sözünün də gərəyi olaraq, kommunizmə və dialektik materialist fəlsəfəyə heç bir zaman etibar etməmişdir. Türk Milləti bu möhkəm xarakteri ilə 21-ci əsrdə bütün dünyada materializmə qarşı verilən mübarizənin qabaqcılı olacaq.
NƏTİCƏ
Kommunizm hələ də yaşayır. Özü də uzağımızda deyil, yanımızdadır. Şərqi Avropanın böyük hissəsində və hətta bəzi Qərbi Avropa ölkələrində kommunist və ya sosialist partiyaların iqtidara gəlməsi çətin deyil. İqtidara gələn bu partiyaların əgər əlverişli ictimai mühit olsa, Almaniyada 1933-cü ildə seçki ilə iqtidara gələn, amma ardınca diktatorluq quran faşist nasistlərə bənzər şəkildə sabit kommunist rejim təsis etmələri də labüddür. Rusiya kommunizmdən faşizmə və vəhşi kapitalizmə doğru keçid yaşamışdır ancaq bu ideologiyalar arasındakı incə sərhədin olduğuna görə yeni ictimai hərəkat nəticəsində təkrar kommunizmə geri qayıda bilər. Çin hələ Maonun fikirlərini yeganə doğru olaraq qəbul edir. Hələ də kommunist olan Kuba, Şimali Koreya və Vyetnamda da kommunizmin təsiri açıqdır.
Hal-hazırda kommunizm "bir irəli iki geri taktikası"nı tətbiq etmiş və geri addım atmışdır. Bu səbəblə müxtəlif ölkələrdə fərqli adlar altında fəaliyyətlərini davam etdirir, kommunist təhlükənin dünyada olmadığı fikrini təlqin edir. Ancaq kommunizm dialektik materializmin "qarşıdurma" iddiası ilə bütün insanlıq üçün hər şərtdə sonu olmayan "qan tökmə quyusu"dur. Hansı görünüş və ya ad altında olursa olsun, dialektik qarşıdurmanı tarixin imtina edilməz qanunu olaraq gördüyü üçün insanlara zülm və bəladan başqa bir şey gətirməsi mümkün deyil.
Bu təhlükəyə qarşı alınan tədbir isə təhlükəni yaradan bataqlığın qurudulmasıdır. Yoxsa tək-tək ağcaqanadlarla, yəni kommunizm tərəfdarları ilə mübarizə aparmaq, kommunist bataqlığın qurudulması üçün kifayət etməyəcək. Bataqlıq qurudulmadığı müddətdə ağcaqanadlar getdikcə artan bir sürətlə törəməyə davam edəcəklər.
O halda bu bataqlığı qurutmağın yolu nədir?
Marksistlərin, marksist-leninistlərin, maoçuların və ya başqa bir kommunizm versiyasının və hətta faşizmin ortaq dayağı Darvinin təkamül nəzəriyyəsidir. Əvvəlki hissələrdə araşdırmışdıq: Bu nəzəriyyə Marksın dediyi kimi kommunizmin "təbiət elmləri baxımından təməli"dir. Engels dialektik materialist təlim baxımından Darvini Marksla ekvivalent hesab etmişdir. Lenin və Trotski Darvindən təsirlənmişlər, Stalin gənc dindar olarkən Darvini oxuduğu üçün ateist olmuşdur. Maonun və Çin kommunizminin intellektual təməlləri tamamilə darvinizmdə gizlənmişdir. 1968-ci ildə dünyanı sarsıdan marksist tələbə hərəkatının lideri Herbert Markuze də yenə darvinizmdən və xüsusilə Darvinin "güclülərin həyatda qalması" fikrindən təsirlənən ideoloqdur. 125
Darvinizmi özünə rəhbər edən sosialistlər sıralandıqda; Karl Kautskiy və Eduard Bernşteyn kimi revizionist marksistlər və ingilis solunun mənbəyi sayılan məşhur "Fabian Society"in qurucuları kimi geniş qrupmeydana çıxır.126
Darvinizm olmadan kommunizm də mövcud ola bilməz. Başqa sözlə 20-ci əsrdə 100 milyondan çox insanın canına qəsd edən və hələ gizli şəkildə təşkilatlanmağa və güclənməyə çalışan kommunizmə qarşı yeganə həlldarvinizmin elmi və fikri sahədə çürüdülməsidir. Darvinizmin elmi yöndən tamamilə çökmüş nəzəriyyə olduğu canlıların təkamüllə var olmadıqları, Allah tərəfindən qüsursuzca yaradıldıqları sübut edildikdə, geriyə nə Marks, nə Lenin, nə Mao, nə də divarlarına bunların afişalarını asaraq qan tökən və ya tökməyə hazırlanan xadimlər qalacaq.
Darvinizm cəfəngiyyatının aradan qalxması kommunizm kimi "qan tökmə quyularını" yox edərkən, bir tərəfdən də insanların gerçək Yaradıcıları və Rəbbləri olan Allah‘adönmələrinə və Onun öyrətdiyi əxlaqa görə yaşamalarına səbəb olacaq. Bunun sayəsində aşağıdakı Quran ayəsində əmr edildiyi kimi, insanlar kütləvi şəkildəsülh və təhlükəsizliyə qovuşacaqlar:
Ey iman edənlər, hamınız "sülh və təhlükəsizliyə (İslama) gəlin və şeytanın addımlarını izləməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə surəsi, 208) |