KOMMUNİZMİN DONUQ DÜNYASI
Kommunist ideologiyanın əhəmiyyətli xüsusiyyətlərindən biri də çox mühafizəkar, donuq, sərt və rəngsiz cəmiyyət modeli meydana gətirməsidir. Bunu anlamaq üçün əvvəlcə kommunizmin insana baxışını xatırlamaq lazımdır. Kommunizmin təməli olan materialist fəlsəfə insanı yalnız maddədən ibarət varlıq olaraq qəbul edir. Materializm insan ruhunun varlığını rədd edir və insan şüurunun yalnız "hərəkət edən maddə"nin məhsulu olduğunu irəli sürür. Bu baxışa görə materializm insanı inkişaf etmiş “aparat” olaraq qəbul edir. İnsanın sahib olduğu bütün düşüncə və duyğular, bu aparatın içindəki kimyəvi reaksiyaların nəticəsi olaraq qəbul edilir.
Hətta marksist ideologiyada, insanın sahib olduğu bütün mədəniyyətin və şüurun maddi faktorlara söykəndiyi qəbul edilir. Kommunizmə görə insanın maddi dünyadan müstəqil şüuru yoxdur. Əksinə, insan şüurunu tamamilə, yaşadığı maddi dünya təyin edir. Marks, "insanların varlığını şüur təyin etmir, əksinə ictimai varlıqları şüuru təyin edir" fikirini irəli sürmüşdir. 54 Marksizmin qabaqcıl mütəfəkkirlərindən olan Lüdviq Feyerbax (Ludwig Feuerbach) isə "insan nə yeyirsə odur" deyərək eyni materialist məntiqsizliyi davam etdirmişdir. Yəni bu insanlar yaradılışı inkar etmək üçün hüceyrələrin və hüceyrələrin əsasını meydana gətirən şüursuz atomların şüur sahibi olduğunu, düşünmə, görmə, eşitmə qabiliyyətinə sahib olduğunu, gözəlliklər qarşısında heyranlıq, pis hadisələr qarşısında kədər duyduqlarını iddia edirlər. "Düşüncə və duyğular hərəkət edən maddənin məhsuludur" demək, tam olaraq bu mənanı verir. Bu insanlardan "bir hüceyrə düşünə bilərmi?" deyə soruşsanız, əlbəttə sizə "xeyr" cavabını verərlər. Amma "hüceyrələr bir yerə gəlib beyini meydana gətirdikdə düşünmə qabiliyyəti qazanırlar" kimi mənasız iddianı irəli sürməkdən çəkinmirlər.
Marksistlər bu ön mühakimələrinə görə insan cəmiyyətlərini də maddi meyarlarla qiymətləndirirlər. Maddi məna ehtiva edən "sinif" anlayışı üzərində çox dayanırlar. Sinif, cəmiyyətdəki fərqli iqtisadi təbəqələrdir və marksistlərə görə tək əhəmiyyətli meyar budur. Məsələn, maksizmə görə işçilər bir sinifi, yəni "proletariatı" meydana gətirirlər. Kapitalistlər isə "burjuaziya" sinifini meydana gətirirlər. Marksist iddiaya görə hər işçi eyni əlverişsiz iqtisadi şərtlərdə yaşadığına görə eyni "proletar şüurunu" paylaşmalı, hər kapitalist eyni zənginlik içində yaşadığı üçün eyni "burjuaziya" şüuruna sahib olmalıdır. Bir işçinin və ya fabrik sahibinin müstəqil xarakteri və ya dünyagörüşü səbəbindən digərlərindən tam fərqli şüura sahib olması qəbul edilmir.55
Bu dünyagörüşünün təbii nəticəsi olaraq insanlar müəyyən maddi kateqoriyalara ayrılır və bu maddi kateqoriyalar daxilində qiymətləndirilir. Bir marksist üçün yalnız "burjuaziya", "kiçik burjuaziya", "proletariat", "imperialist", "komprador" kimi kateqoriyalar var və bu kateqoriyalar tamamilə maddi faktorlara söykənir. Bir insan fabrikdə zəhməti hesabına işləyirsə, deməli o insanın varlığının tək təyinedici faktoru bu işdir. Əgər bir tarlada işləyən kəndlidirsə, bu dəfə də sahib olduğu tək şüur, "kəndli şüuru"dur.
Hər kommunist rejimdə manşetləri bəzəyən soyuq üzlər: Lenin, Engels, Marks. |
Marksistlər bu dünyagörüşünə əsasən tarixin axışını təyin edən tək faktorun "istehsal formaları" olduğunu iddia edirlər. Karl Marksın məşhur əsəri olan "Das Kapital" bütün tarixi istehsal formalarına görə izah edir. Marksa görə əvvəl ovçuluq və yığıcılıqla yaşayan "primitiv kommunal cəmiyyət" əkinçiliyə keçmiş və "quldar cəmiyyət" yaranmışdır. Daha sonra istehsal formasındakı yeni dəyişikliklərlə birlikdə "feodal cəmiyyət" inkişaf etmiş, buxar maşınlarının kəşfindən sonra yeni istehsal forması olan sənaye yaranmış, nəticədə "kapitalist cəmiyyət" ortaya çıxmışdır. Marksın iddiasına görə din, dövlət, hüquq, ailə, əxlaq kimi anlayışların hamısı istehsal formasındakı fərqliliklərlə yaranmış və dəyişiklik baş vermişdir.
Marksizmin bu dar fikirli tarix nəzəriyyəsinin yanlış olduğu, indiyə qədər bir çox mütəfəkkir tərəfindən faktlarla və yaşanan konkret nümunələrlə isbat edilmişdir. Buna görə burada marksistlərin tarix haqqında olan görüşlərinin etibarsızlığını izah etməyə ehtiyac yoxdur. Ancaq qeyd edilməli çox mühüm məsələ var. Bu məsələ materialist yanaşmanın ortaya çıxardığı mühafizəkar, donuq, sərt və rəngsiz insan modelidir.
Əslində insan ruhu marksistlərin düşündüyü kimi maddənin məhsulu deyil. Əksinə, maddə dediyimiz varlıqlar ruh tərəfindən görülür, eşidilir və hiss edilir. Bu səbəbdən insan ruhunun maddi baxımdan izah olunması mümkün deyil. İnsan ruhu, onu yaratmış Allah tərəfindən verilən müxtəlif xüsusiyyətlərə (ağıla, anlayış qabiliyyətinə, duyğulara, istəklərə) malikdir. Bu xüsusiyyətlər, insanın yaşadığı şərait necə olursa olsun dəyişmir, yalnız fərqli şəkillərdə ifadə edilir. Tarixdəki ilk insanın istək, duyğu, düşüncə və məntiqi necə idisə, dövrümüzdə yaşayan insanınınkı da elədir. Dəyişən yalnız istifadə edilən vasitələrdir.
İlk insanı yaradan Allah, ona da dövrümüzdəki insanlarla eyni xüsusiyyət və qabiliyyətləri vermişdir. Buna görə insanlar yaşadıqları dövrə, əsrə, məkana görə fərqli şüur səviyyələrinə sahib olmurlar. İnsanların şüur səviyyəsi, düşünmə qabiliyyətlərindən istifadəyə, eləcə də vicdanlı davranışlara görə dəyişir. Bu həqiqətin fərqində olan müsəlmanlar, özlərini zaman, məkan, mühit və ya müəyyən ideologiyalarla məhdudlaşdırmırlar. Allah‘ın Quranda əmr etdiyi kimi, qarşılaşdıqları hər şey barəsində düşünür, incəlikləri qavramağa, gözəllikləri görməyə çalışırlar. Allah iman edən insanların bu şüurunu Quranda belə təsvir etmişdir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah‘ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, onun cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtə döndərilməsində, əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Buna görə də Allah‘a iman edən insanların fikirləri çox genişdir. Daim azad düşünürlər. Nəticədə incəsənətdə və estetikada ucsuz-bucaqsız müxtəliflik meydana gətirə bilirlər.
Marks və onun davamçıları isə bu gerçəkləri qavraya bilmədikləri üçün insan şüurunu "sinif şüuru" kimi çox dar və xəyali qəlibə soxmağa çalışırlar. Hər kəsi bu xəyali qəliblərə görə düşünməyə və yaşamağa məcbur edirlər. Bu səbəblə də marksizm, hakim olduğu hər ölkədə insan ruhunun ifadə forması olan incəsənət və estetika anlayışlarını dondurmuşdur. Kommunistlər, on milyonlarla insanı mərhəmətsizcə qətl etdikləri kimi, insanlığın sənət, estetika, elm, düşüncə kimi xüsusiyyətlərini də bir mənada öldürmüşlər.
"Kommunİst İncƏsƏnƏt"İn DonuqluĞu
"Sosialist realizm"in qabaqcıllarından Aleksandr Rodçenko. |
Dünyadakı ilk marksist rejim 1917-ci ilin oktyabrında reallaşan Bolşevik İnqilabı ilə Rusiyada qurulmuşdur. Əvvəl Leninin, sonradan Stalinin dəmir yumruğu ilə idarə olunan ölkədə bütün cəmiyyət kommunist ideologiyaya görə yenidən formalaşdırılmağa başladı. Kommunistlərin əl atdığı sahələrdən biri də mədəniyyətin ən mühüm ünsürlərindən olan incəsənət, estetika və arxitektura idi.
İnqilabdan dərhal sonra "proletar incəsənəti" anlayışı ortaya atılmışdı. Kommunizmi mənimsəyən sənətçilər “Iskusstvo Kommuni” (Komün Sənəti) adlı jurnalda toplandılar və "proletar mədəniyyətinə xidmət edən incəsənət əsərləri yazacaqlarını" elan etdilər. Bənzər düşüncə Proletkult (Proletar Mədəniyyəti) adlı dərnəkdə də var idi.
Rus rəssamı Alexandr Deyneka tərəfindən çəkilən "Petrograd müdafiəsi" şəkili,
1927-ci il.
|
"Proletar incəsənəti"nin verdiyi məna müxtəlif müzakirələrlə formalaşmağa başladı. 1920-ci illərin əvvələrindən etibarən, Tatlin və Rodçenko kimi qabaqcıl rus sənətçiləri "sənətçi, proletariatın problemlərinə praktik həllər tapan texnik olmalıdır" tezisini müdafiə etməyə başladılar. Leninin də təsdiqini görən bu tezis, incəsənətin bilinən bir çox qolunu "proleteriat baxımından faydasız" görür və uzaqlaşdırırdı. Məsələn, Tatlin və Rodçenko çəkilən rəsmin bir işçinin gündəlik həyatına heç bir şəkildə təsir edə bilməyəcəyini ifadə etmiş və bunun nəticəsində rəsmin mənasız incəsənət növü olduğuna qərar vermişdi!
1921-ci ildə bu yeni incəsənət anlayışı "constructivism" (inşaatçılıq) kimi təqdim edildi və Sovet İttifaqının rəsmi incəsənət siyasəti kimi qəbul edildi. Bu anlayışın öndəri Tatlin rəsm kimi "faydasız" incəsənət əsəri yerinə, ev və mebel dizaynı kimi "faydalı" işlərin lazım olduğunu müdafiə edirdi. Proletarların, yəni rus işçilərinin iş saatları ərzində "ən az ağırlıq və xammalla, ən çox istilik və hərəkət qabiliyyəti" verən paltarlar geyinməsi üçün dizaynlar etmişdi. Yenə eyni anlayışla, "ən az yanacaqla ən çox istilik verən soba növü" dizayn etmişdi.
Kommunizmlə birlikdə, sənət bütün estetik mənasını itirdi və soyuq təbliğat üsuluna çevrildi. Çəkilən şəkillərdə, hədəflənən insan modeli də təsvir edilirdi: Kobud, güclü, axmaq, sistemə itaət edən və başqa bir şey düşünməyən işçi və ya kəndlilər. |
Sənətçilərin hamısı Tatlin kimi "mühəndisləşməmişdi". Ancaq onlar da "proletar incəsənəti"ni mənimsədilər və kommunist ideologiyaya xidmət edən işlərə əl atdılar. Dövrün Sovet sənətçilərinin hamısı dərhal işçi klublarında və "sovet" adı verilən kiçik məclislərdə istifadə edilən işçi posterleri, afişalar və şüarlar hazırlama yarışına girdilər. Bütün bu dizaynlarda ortaq mövzulara yer verilirdi: Əzələli qolları ilə əllərində oraq və ya çəkic tutan möhkəm sovet kəndli və işçiləri, zəncirlərini parçalayaraq ayağa qalxan hirsli proletar fiqurları, qırmızı bayraqların kölgəsində və Leninin öndərliyində qaçan silahlı əsgərlər...
Bu yeni incəsənət anlayışının xüsusiyyəti "estetika"nın tamamilə gündəmdən çıxarılması, hətta zərərli "burjuaziya" vərdişi olaraq görülməsi idi. Hazırlanan bütün şəkillər, heykəllər, posterler, dekorasiya və arxitektura dizaynları, xüsusilə estetikadan uzaq, soyuq, donuq və kobud xəttlərlə dolu idi. "Encyclopædia Britannica"nın ifadəsi ilə desək kommunist sənətə tam olaraq "anti-estetizm" hakim idi.
Stalinin dövründə bu sənət anlayışı daha da mühafizəkar hala gəldi. Stalin rejimi "Sosialist realizmi" adlandırdığı bu donuq incəsənət anlayışını rəsmi siyasətə çevirdi. Sosialist realizmi, "Sovet inqilabının prinsiplərini (yəni kommunist ideologiyanı) proletarın gündəlik həyatında həqiqi şəkildə əks etdirən" incəsənət anlayışı olaraq təsvir edirdi. Sosialist realizminə görə yazılan romanlarda kommunist hərbiçilər, qətiyyətli, cəsur, fədakar olaraq göstərilir və bu hərbiçilərin sözdə nümunəvi mübarizəsi bəhs edilir, sovet işçi və kəndlilərin inqilab sayəsində guya nə qədər "xoşbəxt" olduqları təsvir edilirdi. Həqiqətdə inqilab xalqa xoşbəxtlik deyil, aclıq, təzyiq və ölüm gətirmişdi, amma "Sosialist realizm" sənətçiləri həqiqətin əksini təsvir etməkdə heç bir problem görmürdülər. Sosialist realizmi, əslində realizmin (həqiqiliyin) deyil, xəyalpərəstliyin və romantizmin ifadəsi idi. "Encyclopedia Britannica"nın ifadəsi ilə, "Sosialist realizmi, kütlələrin şüuruna təsir etmək üçün insanları və hadisələri ideallaşdırmaq və onlara müəyyən müqəddəslik qazandırmaqla, romantizmə söykənirdi".
1920-ci illərə aid Sovet Təbliğat posterleri: "Proletariyanın 10 Əmri" və "Beynəlxalq imperializmin ölümü". |
Sosialist realizmi 1932-ci ildə, Stalin rejiminin qanlı günlərində təqdim olunmuşdu və 1980-ci illərə qədər də Sovet İttifaqının rəsmi incəsənət siyasəti olaraq qaldı. Bütün bu dövr ərzində, sovet incəsənətinə kommunizmin donuq, soyuq və sabit atmosferi hakim idi. Sovet rejimi beynəlxalq arenada etibar qazanmaq üçün sənətçilərini təşviq edir, yeni incəsənət əsərləri yaradılmasına böyük əhəmiyyət verirdi, amma yaradılan bütün bu əsərlər "Sosialist realizmi" deyilən doqmatik yanaşma səbəbindən həmişə çox kiçik, zövqsüz və çirkin qəliblərlə məhdudlaşırdı. Sosialist realizmi Sovet İttifaqı ilə yanaşı, 1949-cu ildən etibarən kommunist rejimə keçən Çində də tətbiq olunmuş və eyni donuq və kobud incəsənət anlayışını meydana gətirmişdi.
Halbuki, əslində rus cəmiyyəti çox böyük sənətçilər yetişdirmiş, möhtəşəm sənət əsərlərinə, arxitektura möcüzələrinə imza atmış cəmiyyət idi. İnqilabdan əvvəlki dövrdə St. Peterburq şəhərində tikilən məşhur Ermitaj muzeyi möhtəşəm sənət kolleksiyası ehtiva edirdi. Amma kommunizm rus incəsənətini 1917-ci ildə dondurdu, hətta çox gerilərə apardı.
Kommunizmdə insanların soyuq, sərt, mərhəmətsiz görünməsi məqbuldur. Liderlər onsuz da bu xarakterdədir və belə təsvir edilir. Sovet sənətçilərinin çəkdiyi bu fərqli Lenin portretləri, kommunizmin qaranlıq ruh halının ifadəsidir. |
Kommunist incəsənətin sözügedən donuqluğu, yuxarıda da ifadə etdiyimiz kimi, kommunistlərin dünyagörüşünü meydana gətirən materialist fəlsəfənin nəticəsidir. Materialist fəlsəfə insanı yalnız maddə yığını olaraq görən və hər şeyi də maddə ilə məhdudlaşdırmağa çalışan düşüncədir. Materialist fəlsəfənin incəsənətə tətbiqi isə digər hər sahələrdə olduğu kimi, bu sahədə də qarmaqarışıqlığa səbəb olmuşdu.
Sovet İttifaqının liderliyində təşkil edilən Üçüncü Kommunist Beynəlxalq təbliğat plakatı. Bayrağı daşıyan xadimin üzündə kommunizmin soyuq dünyasının tam təsviri görünür. |
Çünki əslində incəsənət, Allah‘ın insana verdiyi estetika zövqü, gözəlliyə olan heyranlıq duyğularının ifadə formasıdır. Gözəl sənət əsərlərinin meydana gəlməsi üçün insanların ruhundakı bu fitri (yaradılışdan gələn) meyillər mümkün olduğu qədər azad və rahat mühitdə ifadə edilməlidir. Sovet İttifaqında qurulan və sonradan Çin, Şərqi Avropa ölkələri, Hind-Çin və ya Kubadakı kommunist rejimlərdə də təqlid edilən kommunist diktatorluq, bu azad və rahat mühiti tamamilə ortadan qaldırmış, insanları daimi təzyiq altına alaraq incəsənəti də məhv etmişdir.
Eyni zamanda, kommunizm insanları dindən uzaqlaşdıraraq, incəsənətə bir başqa zərbə daha vurmuşdur. Çünki incəsənətə ilham verən duyğuların ən önəmlisi insanların dindən aldıqları mənəvi şövq və həyəcandan gəlir. Tarixdəki ən böyük rəssamlar, heykeltəraşlar, memarlar, həmişə dini mövzularda əsərlər hazırlamış, dini inanclarından güc və ilham almışlar. İnsanları ölümlə birlikdə yox olacaq maddə və ya bir heyvan növü olaraq deyil, Allah‘ın ruh verdiyi varlıqlar olaraq gördükləri üçün onlara gözəllik təqdim etmə, Allah‘ın sənətinin təcəllilərini göstərmə eşqi içində olmuşlar. Dinin ortadan qaldırıldığı cəmiyyətdə, insanların bu şövqü və həyəcanı itirmələri, mənəvi böhranlara qapılaraq məqsədsizləşmələri qaçınılmazdır. Kommunist rejimlərin hamısında bu fakt yaşanmış və dinsizliyin bir nəticəsi olaraq, insanı heyvan növü kimi görüb dəyərsizləşdirmə, ölümlə birlikdə yox olacağını zənn etmənin gətirdiyi pessimizm, depressiya, donuqluq və məqsədsizlik cəmiyyətlərə hakim olmuşdur. Maonun Qırmızı Çinində bütün cəmiyyətə eyni cür paltar geydirilməsi, Mədəniyyət İnqilabı zamanında ev heyvanı bəsləmənin belə qadağan edilməsi, kommunist mühafizəkarlığın və dar düşüncənin digər təəccüblü nümunələridir.
"Kommunİst Elm"İn UydurmalarI
Kommunist rejimlərin zərbə vurduğu mühüm sahələrdən biri də elmdir.
Stalin rejimi "proletar incəsənəti" adlandırılan anlayış uydurmaqla yanaşı, digər tərəfdən də elmə əl atmış və "proletar elmi"ni irəli sürmüşdür. Bu kommunist nəzəriyyəyə görə 2 ayrı elm - "burjuaziya elmi" və "proletar elmi" var və bunlar bir-birindən fərqli nəticələr verir.
Proletar elmi, əslində materialist fəlsəfənin ehtiyaclarına görə elmi təhrif etməkdən başqa bir şey deyil. Bunun ən açıq göstəricisi isə Stalin dövrü Sovet elminə damğasını vuran Lisenko hadisəsidir.
Trofim Denisoviç Lisenk Sovet İttifaqındakı müxtəlif əkinçilik məktəblərində təhsil almış və 1940-cı illərdə Stalinin gözünə girərək Sovet əkinçilik və biologiya siyasətinə tam hakim olmuşdur. Lisenkonun ən mühüm cəhəti isə 19-cu əsrin sonlarında avstriyalı botanik, rahib Qreqor Mendel tərəfindən təcrübələrlə kəşf edilən və 20-ci əsrdəki qabaqcıl işlərlə dəstəklənən irsiyyət qanunlarını rədd etməsidir. Lisenko, Mendelin qanunlarının "burjuaziya elmi" olduğunu söyləmiş, buna qarşı olaraq 18-ci əsrdə fransız təkamülçü bioloq Lamarkın ortaya atdığı "qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi" tezisini müdafiə etmişdir.
Lisenko təkamül nəzəriyyəsi uğruna genetika qanunlarını rədd edərək Sovet əkinçiliyini onlarla il geriyə apardı. |
Lisenkonun heç bir elmi dəlilə söykənməyən bu düşüncəsi, 1930-cu illərdə böyük əkinçilik böhranı yaşayan Sovet İttifaqında diqqəti cəlb etmişdir. Lisenko, ortaya atdığı tezisləri tətbiq edərək digər bioloqların düşündüklərindən çox daha böyük, güclü və məhsuldar taxıl istehsalı təmin edəcəyini vəd etmişdir. Məsələn, münasib şərtlərdə yetişdirilən buğdanın çovdar toxumları verməyə başlayacağını iddia etmiş və əkinçilikdə buna söykənən cəhdlər edilmişdir. (Bu iddia vəhşi təbiətdə yaşayan itlərin bir müddət sonra tülküyə çeviriləcəklərini iddia etməyə bənzəyir. Bu elmə tamamilə zidd olan və bu günə qədər heç bir nümunəsi müşahidə edilməmiş batil inancdır.) Stalin 1940-cı ildə Lisenkonu Sovet Elmlər Akademiyası Genetika İnstitutunun rəhbərliyinə gətirmiş və Lisenko bu vəzifədə düz 25 il qalmışdır. Lisenko eyni zamanda Sovet İttifaqının güclü təşkilatlarından biri olan Vladimir I. Lenin Əkinçilik Elmi Akademiyasının başçısı olmuşdur.
1948-ci ildə klassik genetika sahəsində təhsil almaq və araşdırma aparmaq qadağan edilmiş, Lisenkonun təkamülçü tezisini qəbul etməyərək Mendel genetikasını müdafiə etməyi davam edən bəzi genetiklər gizlicə həbs olunaraq edam edilmişdir.
Lisenkonun əkinçilik siyasəti böyük səmərəsizliklərə gətirib çıxarmışdır. Məsələn, Lisenko əkiləcək toxumların uzun müddət soyuq suda saxlanılması nəticəsində soyuq hava şərtlərinə uyğun quruluş qazanacaqlarını irəli sürmüş və bunu sınamaq üçün tonlarla toxumu soyuq suda saxlatdıqdan sonra Sibir steplərinə əkdirmişdir. Əlbəttə ki, toxumların hamısı məhv olmuşdur. Buna bənzər sınaqların hamısı biabırçılıqla nəticələnmişdir. Lakin bu həqiqət ancaq 1960-cı illərdə açıq şəkildə ifadə edilmişdir. Nəticədə, 1964-cü ildə Lisenkonun tezisinin elmi cəhətdən səhv olduğu rəsmi şəkildə qəbul edilmiş və bundan sonra Mendel genetikasının Rusiyada yenidən öyrədilməsi və tətbiq olunması üçün böyük səy göstərilmiş, əkinçilik məhsullarında amerika ləvazimatları və gübrələmə üsullarına keçilmişdir. İrəli sürdüyü tezisin cəfəngiyyat olduğuna və bu yolla Sovet elminə və əkinçiliyinə böyük zərbə vurduğunun başa düşülməsinə baxmayaraq, Lisenko və tərəfdarları fikirlərindən imtina etməmiş, hətta bir çox təkamülçü Sovet elmi təşkilatlarındakı ünvan və mövqelərini qorumuşdur.
Lisenko hadisəsi, materializmə və təkamül nəzəriyyəsinə olan kor-koranə bağlılığın elmə və cəmiyyətə nə qədər böyük zərər verdiyini göstərən tarixi sənəddir. Dövrümüzdəki təkamülçülər Lisenko hadisəsindən ümumiyyətlə söhbət açmırlar, söz düşəndə isə bunun yalnız Lamarkizmlə əlaqəli doqmatik hərəkət kimi göstərirlər. Halbuki, Lisenko və onu izləyənlər yalnız Lamarkist deyil, eyni zamanda darvinistlərdir. Lamarkla Darvini bir-birini tamamlayan iki əhəmiyyətli təkamülçü, nəzəriyyəçi olaraq görmüş, Lamarkın "qazanılmış xüsusiyyətlərini sonrakı nəsilə ötürülməsi" tezisi rədd edildiyində Darvinin nəzəriyyəsinin də havada qaldığını fərq etmiş, bu səbəblə kor-koranə Lamarkı müdafiə etmişdilər.
Marksist və darvinist mütəfəkkir Robert M. Yonq, "Darwinian Evolution And Human History" (Darvinist Təkamül və İnsanlıq Tarixi) adlı məqaləsində bu barədə belə şərh edir:
"Yaxın dövrlərdə cəmiyyətin və təbiətin eyni təkamül və kommunist qanunları izlədiyi düşüncəsi, 1930-cu və 1940-cı illərdəki Stalin rejiminin ən dəhşətli hadisələrindən biri olan lisenkoizmə gətirib çıxarmışdır. Təbiət qanunlarının dialektikayla işlədiyi qəbul edilmiş və bu fikri mənimsəməyən bioloqlar işdən çıxarılmış, azadlıqlarını və bəzən həyatlarını da itirmişdilər. Lisenkoizm digər ölkələrdəki mühüm genetik inkişafı yadırğayan və ona qarşı çıxan təkamülçü düşüncədir. Amma bu darvinizm adına edilmişdir.56
Lisenko dövründəki Sovet idarəçilərinin genetika qanunlarına göstərdikləri müqavimət, materialist fanatizmin nümunələrindən yalnız biridir. Bu gün də hələ bir çox materialist, eyni genetika qanunlarını qəbul etməmək üçün müqavimət göstərən Lisenko və tərəfdarları kimi, elmin canlılarda ortaya çıxardığı "dizayn" gerçəyinə, yəni yaradılış dəlillərinə qarşı gözü bağlı müqavimət göstərirlər. Bunun əleyhinə dəlil gətirmək üçün illərdir milyardlarla dollar xərcləyir və insanlıq adına böyük itki verirlər. Yalnız öz ideologiyalarının sorğusuz mühakimələri səbəbiylə bütün dünyada heç bir nəticə gətirməyən araşdırmalar edir, əmək və pul israfına səbəb olurlar.
Kommunist İdeologİyanIn İctİmaİ HƏyata TƏsİrlƏrİ
Kommunizm qorxu rejimidir. Xalq soyuq, qanlı, yuxarı vəzifədə olan formalı idarəçilər tərəfindən davamlı qorxudulur və sistem bu qorxuyla hakimiyyətdə qalır. |
Kommunist ideologiyanın fanatik quruluşu 20-ci əsrdəki kommunist rejimlərin ictimai həyatında çox mənfi təsirlər meydana gətirmişdir. Bu ideologiya Allah‘ın varlığını inkar edən, Allah‘ın dinindən uzaqlaşaraq hər cür mənəvi və əxlaqi dəyəri heçə sayan mərhəmətsiz, sanki cəhənnəm kimi bir həyat təqdim etmişdir. Allah qorxusu olmayan, insanları öldükdən sonra yox olacaq maddələr hesab edən anlayış cəmiyyətlərə təlqin edilmişdir. Sovet İttifaqında, Şərqi Avropa ölkələrində, və Qırmızı Çində müşahidə edilən bu təsirlər kommunist sistemin qurmaq istədiyi cəmiyyət modelinin (eynilə materialist-darvinist nəzəriyyədə nəzərdə tutulduğu kimi) "heyvan sürüsü" olduğunu ortaya qoyur.
Kommunist cəmiyyətlərin bəzi təməl xüsusiyyətlərini belə sıralaya bilərik:
- Kommunist cəmiyyətlərdə insanlar, Darvinin təkamül nəzəriyyəsi və Engelsin "təbiətin dialektikası" nağılına uyğun olaraq inkişaf etmiş havyan növü olaraq qəbul edilir. Bu səbəbdən cəmiyyət də "havyan sürüsü" sayılır. Cəmiyyəti heyvan sürüsü sayan bu anlayış kommunist rejimlərin hər mərhələsində ortaya çıxır. Sistemin inkişaf etdirdiyi insan "insan-heyvan-maşın" arasında qalan cansız, ruhsuz, donuq varlıqdır.
- Kommunist sistemdə insana dəyər verilmir. "Onsuz da sürüdə çox var, bir dənə itsə heç nə olmaz" məntiqi qəbul edilir. İşləyə bilməyən ya da şikəst olanlar sürüdən atılmalı, ölümə tərk edilməlidir. Onlar xəstə və zərərli olaraq qəbul edilir. Əfv, mərhəmət, vəfa duyğusu yoxdur. Bu səbəblə də hər kəs yaşlılıqdan və yox edilməkdən qorxur. Yaşlılara diqqət və hörmət göstərilmir, əksinə "fillər ölmədən əvvəl qəbiristanlığa getməlidir" kimi mərhəmətsiz düşüncə höküm sürür.
- Cəmiyyət eynilə sürüdəki heyvanlar kimi, eyni tip insanlardan ibarətdir. Eyni paltarlar, eyni tipdə avtomobillər, eyni tipdə evlər… Bütün cəmiyyətə böyük monotonluq hakimdir. İdmançı, sənətçi, alim, işçi hamı bir-birinin eyni tip həyat modelinə sahibdir. Evlər heyvan sığınacağı, paltarlar isə "soyuqdan qoruyan geyim" məntiqiylə hazırlanır. Estetika tamamilə tərk edilmişdir.
- İnsanlar fərdi xüsusiyyətləri ilə deyil, birliyə verdikləri güc və tövhələri ilə ön plana çıxır. Yaxşı işləyən işçi, yaxşı işləyən kəndli ideal insandır. Sistem yalnız maddi anlayış olan "iş və istehsal" üzərinə qurulmuşdur. "İstehsal sürünü gücləndirir" məntiqi etibarlıdır. İnsanların əxlaqı, niyyəti, ruh halı heç bir zaman diqqətə alınmır.
- Həyatı yalnız mübarizə olaraq görən bu zehniyyət, zəiflərin yox olmasından narahat olmur, əksinə bunu zəruri hesab edir. Hətta heyvanlarda olan fədakarlıq duyğusu olmadığı üçün hər kəs əvvəlcə özünü düşünür. Bu səbəbdən də cəmiyyət inkişaf etmir. İnsanlar mərhəmətdən uzaq olduğu üçün cəmiyyətin dinclik və barış içində olması mümkün deyil. Şəfqət duyğusunun azlığı və mərhəmətsizlik, gələcək qorxusu ilə birləşdikdə cəmiyyətdə ümidsizlik və pessimizm hakim olur.
- İnsanlar sürü psixologiyası daxilində daimi qorxu hissi keçirir, hər hadisədən qorxurlar. Qapıdakı plaşlı adamdan, müdirin qarşısına çağırılmaqdan və s. Qorxunun qaynağı məlum deyil, heç kim onu təyin edə bilməz, amma ən altdan ən üstə qədər hər kəs qorxunu yaşayır.
- Hətta cəmiyyətdə Allah qorxusunun yerinə qoyulmuş müxtəlif "qorxu mərkəzləri" var. Məsələn Sovet İttifaqında qurulan KQB (eləcə də, əvvəlki Çeka, NQVD kimi gizli təşkilatlar) bütün cəmiyyətə ölümcül qorxu salan qurum kimi fəaliyyət göstərirdi. Bu təşkilatların "hər şeyi gördüyü və bildiyi" düşüncəsi cəmiyyətə hakim idi. Həmin təşkilatlar tamamilə "meşə qanunları"na söykənən təmizləmə sistemi qurub, heç bir mühakimə etmədən və müdafiə olunmaq haqqı vermədən milyonlarla insanı ölümə göndərirdi.
- Allah qorxusu sistemli şəkildə yox edildiyi üçün insanlar ancaq sistemdən qorxduqları qədər nəfslərini saxlayırlar. Sistem görməyəcəksə və ya cəzalandırmayacaqsa, hər cür qeyri qanuni iş edilir. Oğurluq, sui-istifadə, rüşvət isə son həddədir.
- Yaşadıqları mühitdən qaynaqlanan narahatlıq, qorxu və çaxnaşma xalqı stress vəziyyətinə salır. Gecələri yata bilmir, gündüzləri hər şeydən narahat olurlar. Bu halda bədən dərhal çökür. İntensiv olaraq təzyiq və ağır həyat şərtləri qadın və kişini gənc yaşda çökdürür və bəzən də erkən yaşda ölümlərə səbəb olur. Ümidsizlikdən sahib olduqları nemətlərdən zövq ala bilmirlər. Ancaq içki ilə özlərini keyidir və yarı sərxoş halda cəhənnəmə bənzər həyat sürürlər.
- İnsanlar öldükdən sonra yox olacaqlarına inandıqları üçün həyata dörd əllə vəhşicə sarılırlar. Hər kəsi düşmən və öz həyat mübarizəsində rəqib gördükləri üçün hər hərəkəti öz əleyhlərində qəbul edib kin bəsləyirlər. Kütləvi olaraq olaraq inkişaf anlayışı olmadığı üçün bir-birlərinin üstünə çıxaraq yüksəlməyə çalışırlar. Hər kəs bir-birinə xəyanət etdiyi üçün aralarında dostluq olmur və hər kəs tək başına həyata məhkum olur.
- Allah inancı olmadığı üçün fərdin mənən bağlanıb güvənəcəyi heç kim yoxdur. Darvinist-kommunist dövlət fərdi davamlı olaraq əzir. Cəmiyyətin digər fərdləri isə sahib olduqlarını hər an əllərindən ala biləcək potensial düşməndir. Bu səbəbdən kommunist cəmiyyətdə fərdin güvənəcəyi yeganə insan özüdür, amma özünün də zəif olduğunu bildiyi üçün özünə də güvənə bilməz, beləcə fasiləsiz ümidsizlik hakim olur. Buna görə də kommunist cəmiyyətlərdə insanların həyatlarından bezmiş və həmişə şikayətçi üslubları olur. Bununla yanaşı, heç bir şeyi dəyişdirmək üçün çalışmırlar.
Sovetlər Birliyində xalq nümayişlərinin qarşısını almaq üçün istifadə edilən xüsusi Djzhernsky birliyi. |
- Kommunist cəmiyyətdə insanların ağılı qapalı olduğu üçün həyatın hər anında -işdə, məktəbdə, evdə, əyləncədə çatışmazlıqlar var. Yalnız özlərinə öyrədildiyi qədər hərəkət edə bilərlər (heyvanlar kimi) və bu səbəblə heç bir hadisə və problem qarşısında orjinal və yeni həll metodu gətirə bilmirlər. Onsuzda, əks halda çox şiddətli cavab alacaqlar.
- Düşünməyən insanlar ucbatından təşkilatlanma yoxdur, resurslardan məhsuldar istifadə edilməz. Resurslar (Lisenko nümunəsində olduğu kimi) utopik xəyallar və hədəflər uğruna israf edilir.
- Kommunist cəmiyyətdə, cəmiyyətin ən fundamental ünsürü olan ailə də korlanmışdır. Həqiqi mənada evlilik yoxdur. Yalnız cütləşmə və nəslin davamı var. Evlilik gözəl əxlaqın yaşanması üçün deyil, nəslin davamı üçün edilir. Uşağa ailəsi deyil, dövlət və ya da öz sözləri ilə desək "sürü" baxar. Uşaq vuruşub sürünü qoruyacaq yeni qüvvət olaraq görülür və bu şəkildə öyrədilir. Ana yaşadığı mühitdən, evindən nifrət etdiyi üçün vəhşiləşir, bu da uşaqda əks olunur. Uşaqlar ailə sevgisindən məhrum böyüdükləri üçün təcavüzkar və pessimist olurlar. Evdə də sevgi və hörmət yerinə, dava hakimdir. Uşağın güvənəcəyi heç kim yoxdur.
- Nikah, sədaqət, iffət kimi anlayışların olmadığı, yalnız cütləşmə məntiqinin hökm sürdüyü cəmiyyətdə fahişəlik çox geniş yayılır.
- Kommunist cəmiyyəti idarə edən polis dövlətinin təzyiqi vicdanın və Allah qorxusunun yerini tuta bilməz. Buna görə cinayətlərin sayı yüksəkdir, cəmiyyətdə oğurluq hadisələri geniş yayılmışdır. Fabriklər, tarlalar, kooperativlər soyğunlara məruz qalır. Cinayət ortaqlığı meydana gələcəyi üçün heç kim heç kimi şikayət etmir və ya edə bilmir.
- Hər nə qədər kommunist ideologiyanın irqçilikdən uzaq olduğu iddia edilsə də, kommunist rejimlərdə irqçilik də var. Məsələn, Sovet İttifaqında rus olmayan xalqlara, xüsusilə müsəlmanlara və türklərə qarşı irqçi antipatiya olub. Darvinist irqçi nəzəriyyə gizlindən gizliyə mənimsənmiş, türklər və digər müsəlman xalqlar "təkamülünü tamamlaya bilməmiş etnik qruplar" kimi qəbul edilmiş və sürgün adı altında kütləvi qırğınlara məruz qalmışdır. Qırğınlar, kommunist ideologiyaya görə "təbiət dialektikasının", yəni təkamülün təbii hissəsidir.
- Kommunizmdə insanlar yalnız məhsul verən heyvanlar olaraq qəbul edilir. Xüsusilə kəndlilərə qarşı nifrət hakimdir. Marks kəndliləri "kartof çuvalları" adlandırmış, Lenin və Stalin də milyonlarla kəndlini qəsdən aclığa məhkum edərək öldürmüşdür. Onlara görə kəndlilər yalnız taxıl, pambıq və s. istehsalına yardım edən heyvan sürüləridir. İstehsal etdiklərinin əllərindən alınması (kollektivizasiya) isə bal arılarının yığdığı balın toplanması qədər qanuni və məqbuldur.
Sökülmədən əvvəl Berlin Divarının şərq tərəfi: Tikanlı məftillərlə, minalarla və tank maneələri ilə qorunan divar, kommunist despotizmin simvolu olmuşdur. |
Yuxarıda izah edilənlər əslində dinsiz cəmiyyətlərin qısa xülasəsidir. Allah inancı olmayan cəmiyyətlərdə -hansı ad altında olursa olsun- yuxarıdakına bənzər həyat qaçınılmazdır. Çünki bu cür cəmiyyətlərdə insana Allah‘ın yaratdığı, ruh sahibi varlıq olaraq dəyər verilmir. İnsanlar bir-birlərini ölümlə birlikdə yox olacaq maddələr, bir az inkişaf etmiş heyvanlar kimi baxırlar. Buna görə də cəmiyyətdə dinclik, barış, təhlükəsizlik, həmrəylik, qardaşlıq yaşanmır. Hər kəs mümkün olduğu qədər öz mənfəətini qorumağa, öz həyatı üçün qazanc təmin etməyə çalışır. Heç kim heç kimin sağlamlığını, dincliyini, rahatlığını düşünmür. İnsanlara zərər toxunmasından narahat olmur, buna mane olmağa çalışmır. Eyni şəkildə dinsiz cəmiyyətlərdə ədalətli liderlər, cəmiyyətin faydası üçün çalışan insanlar tapmaq da mümkün deyil. Hər fərd mövqeyindən asılı olaraq çata biləcəyi ən böyük mənfəəti əldə etməyə çalışır.
Halbuki, Quran əxlaqında insanlar bir-birlərinə Allah‘ın qulu olaraq dəyər verirlər. Yaxşılıq edərkən gəlir güdmür, əksinə davamlı yaxşı işlər görüb xeyir işlərdə yarışaraq Allah‘ın razılığını qazanmağa çalışırlar. Axirətdə gözəl həyat ümid etdikləri və Allah‘ın "Xeyir, ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allah‘ın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!" (Nisa surəsi, 114) ayəsini bildikləri üçün daim yaxşı davranırlar. Bunları da insanlardan bir qarşılıq gözləmədən, qarşılığını yalnız Allah‘dan gözləyərək edirlər. Allah bu nümunəvi əxlaqı bir Quran ayəsində belə təsvir edir:
"Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rızasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt , çətin gündən qorxuruq!" (İnsan surəsi, 8-10)
DARVİNİST-KOMMUNİST RUS DÖVLƏTİ XALQINI ƏZMƏYİ DAVAM ETDİRİR
Darvinist-kommunist dövlət insanları heyvan sürüsü olaraq gördüyü üçün millətinə həm dəyər vermir, həm də güvənmir. Buna görə qorxu, təzyiq, süni təhlükələr və vəhşiliklər edərək onlar üzərində sınaqlar keçirməyə çalışır. Hər kəsi şübhəli, günahkar və ya xain olaraq görür. Belə bir dövlət anlayışında insanları cəzalandırmaq və ya öldürmək üçün onların cinayət törətmələri lazım deyil. Yalnız şübhələnmək onlara zülm etmək üçün kifayətdir. Kommunist Rusiya bunun ən açıq nümunəsidir. Məşhur tarixçi yazar Tzvetan Todorov bu cür anlayışa sahib dövlətlərin xalqlarına qarşı münasibətlərini belə ifadə edir:
"Düşmən, terroru haqlı çıxarmaqda istifadə edilən ən böyük vasitədir; düşmənsiz totalitar dövlət olmur. Ortada düşmən yoxdursa, dövlət düşmən yaradar. Düşmənlər təyin olunduqdan sonra artıq onlara rəhm olunmaz... Kommunist iqtidar üçün də vəziyyət eynidir; burjua sinifinə təzyiq etmək ya da böhran anlarında burjuanı yox etmək istəyir. Onun bu istəyinə hədəf olmaq üçün hər hansı bir şey etmək lazım deyil; yalnız burjua sinifindən olmaq kifayətdir." (Tzvetan Todorov, L'homme dépaysé, Paris, Le Seuil, 1995, s. 33)
Leninin bu sözləri də darvinist-kommunist dövlətin xalqına dünyagörüşünü göstərməsi baxımından əhəmiyyətlidir:
Dövlət, diktator sinifinin əlində əleyhdarların müqavimətini əzmək üçün istifadə edilən alətdir. Bu dünyagörüşü ilə proletarya diktatorluğu o biri siniflərin diktatorluğundan fərqli deyil. Çünki proletarya suverenliyindəki dövlət burjuaziyanı əzmək üçün istifadə edilən bir alətdir. Diktatorluq həqiqətən zorakılığa söykənən və heç bir qanunla məhdudlaşdırılmamış iqtidardır. Proletaryanın inqilabçı diktatorluğu, proletaryanın burjua sinifinə tətbiq etdiyi zorakılıq sayəsində ayaqda duran iqtidardır və heç bir qanunla da məhdudlaşdırıla bilməz. (Lenin, Proletarya İnqilabı və Dönük Kautsky, s. 53)
Yuxarıda Leninin sözlərilə ifadə edildiyi kimi, darvinist-kommunist Sovet rejiminin xalqına güvənməməsi, onları dəyərsiz heyvanlar olaraq görməsi, on milyonlarla insanın işgəncə və ya aclıq nəticəsində ölməsinə və bir millətin on illərlə dəhşət və qaranlıq içində yaşamasına səbəb oldu.
Rus xalqı bu gün hələ də eyni səbəblərə görə iztirab çəkir. Çünki Sovet zehniyyətini olduğu kimi davam etdirən rus dövləti hələ də xalqını dəyərsiz əşya, sanki heyvan olaraq görür. 2000-ci ildə Rusiyada reallaşan hadisə bunun açıq dəlilidir. Bu hadisədə darvinist-kommunist Rusiya çirkin üzünü bir daha göstərdi. Moskva rus sualtı gəmisində batan əsgərlərini xilas etmək üçün uzun müddət cəhd etməmiş, üzdə "dövlət təhlükəsizliyi" nə görə bu fəlakəti kömək etmək üçün gələ bilən Qərbli ölkələrə uzun müddət eşitdirməmiş və beləcə öz əsgərlərinin bilə-bilə ölümünə səbəb olmuşdur. Bu vəhşiliyə reaksiya verən bir ananın rus təhlükəsizlik qüvvələri tərəfindən iynə vurularaq susdurulması, Moskva rejiminin hələ də Stalin zehniyyəti ilə davrandığını göstərən təəccüblü nümunədir. |
NƏtİcƏ
Bir cəmiyyətdə zehni baxımdan incəsənətin və elmin inkişafına ən çox maneə törədən amil mühafizəkarlıqdır. Əgər cəmiyyət davamlı olaraq müəyyən dar qəliblər içində düşünməyə və yaşamağa məcbur edilirilsə, o cəmiyyətdə elm və incəsənət donur. Elm və incəsənətin inkişafı üçün insanlar geniş düşünməli, aydın təfəkkürlə dünyaya baxmalıdır.
Bəzi insanlar elmi və incəsənəti donduran bu mühafizəkarlığı yanlış izah edərək dinə isnad etməyə çalışırlar. Halbuki, Qurandakı gerçək din mühafizəkarlığa tamamilə qarşıdır. İnsanlara kifayət qədər azad və geniş düşüncə tərzi verir. İnsanları Allah qorxusundan başqa bütün qorxulardan, narahatlıqlardan uzaqlaşdırır. Ancaq bu azadlıq daxilində elm, incəsənət və düşüncə inkişaf edər. Bu halda insanlar Allah‘ın Quranda öyrətdiyi kimi dərin düşünər, kainat, təbiət və qarşılaşdıqları hadisələr barəsində həmişə ağıllı mühakimələr yürüdərlər. Din həmçinin Allah‘a və dinə xidmət anlayışını, insanlara incəsənət, elm və təfəkkür üçün çox böyük şövq, həyəcan və istək qazandırır. İslam dünyasının ilk əsrlərində belə bir "qızıl dövr" yaşanmışdır.
Kommunizm isə həm bir tərəfdən tamamilə mühafizəkar siyasi və ictimai sistem qurmuş, həm də digər tərəfdən insanların Allah‘a olan inanclarını yox edərək onların həyat sevinclərini, həyatlarına məna verən gerçəyi zədələmişdir. İncəsənəti, elmi və düşüncəni marksizm kimi məcburi nəzəriyyənin təsiri altına salmış və baltalamışdır.
Bizə bu gerçəyi daha da təəccüblü şəkildə göstərən kommunizm nümunələri isə Asiyanın uzaq şərqində yaşanmışdır. |