Müəllif haqqında Kitablar Filmlər Məqalələr Veb saytlar
 
 

KOMMUNİZMİN YARANMASI

BOLŞEVİK VƏHŞİLİYİNİN TARİXİ
KOMMUNİZMİN DONUQ DÜNYASI
ASİYADA QANLI TERROR
KOMMUNİZMİN DİN DÜŞMƏNLİYİ
KOMMUNİZM GİZLƏNDİ
MATERİALİZMİ MƏHV EDƏN BÖYÜK HƏQİQƏT
 



 

»Sənədli Filmlər

Kommunizmin Qanlı Tarixi-1
Kommunizmin Qanlı Tarixi-2

 

 

 

 

MATERİALİZMİ MƏHV EDƏN BÖYÜK HƏQİQƏT

Kommunistlərin 20-ci əsr boyunca insanlığa yaşatdıqları zülmlərin kökündə darvinist və materialist inancları durur. Kommunistlər materialist fəlsəfəni kor-koranə qəbul edərək, hər şeyi yalnız maddədən ibarət olduğunu görür, insanların ruha sahib olduğunu rədd edirlər. Eyni şəkildə Darvinin təkamül nəzəriyyəsini mənimsəyərək insanları "inkişaf etmiş heyvanlar" olaraq görürlər.

Saytın bu və sonrakı iki bölümündə bu ideologiyanın əsassızlığı açıqlanacaq. İlk hissədə materializmin hər şeyi maddədən ibarət olduğunu hesab edən doqmasını kökündən məhv edən çox mühüm bir həqiqət üzərində dayanılacaq. İkinci hissədə isə darvinizmin iddialarının elmi cəhətdən əsassızlığı, insanların yer üzündə hər zaman insan olaraq mövcud olduqları, heyvanlardan fərqli olaraq Allah‘ın ruh verdiyi şüur sahibi varlıqlar olduqları izah ediləcək.

Əvvəlcə materialistlərin dünyagörüşündən qısaca danışaq. Materialistlər əvvəldə də qeyd etdiyimiz kimi, maddəni mütləq varlıq olaraq qəbul edir, yəni var olan hər şeyin maddədən ibarət olduğunu güman edirlər. Bu batil məntiqin nəticəsi olaraq da Allah‘ın açıq-aşkar varlığını rədd edirlər. (Allah‘ı tənzih edirik) Bütün varlıqların ancaq Allah‘ın diləməsi ilə yarandığını və varlıqlarını davam etdirdiyini qavraya bilmirlər.

Materialistlərin bu anlamamazlıqlarından qaynaqlanan yanlış fəlsəfələri Quranda belə təsvir edilir:

Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirildiləcək deyilik. (Muminun surəsi, 37)

Bu ehtiraslarına görə dini inkar edən materialistlər dünyaya qarşı yanlış qavrayışa sahibdirlər. Ətraflarında gördükləri şeyləri Allah‘dan müstəqil görür, bütün varlıqların ancaq Allah‘ın diləməsiylə varlığını davam etdirdiyini qavraya bilmirlər. Allah inkarçıların bu qəflətini bir ayədə belə bildirmişdir:

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)

Məhz materialistlərin yaşadıqları bu qəflət və qavrayış pozuqluğuna aparan səbəblərdən biri həyatları boyunca çox böyük həqiqətin şüuruna varmamalarıdır. Bu həqiqətin şüurunda olmadıqları üçün bütün həyatlarının maddədən asılı olduğunu və bu dünya həyatı ilə məhdudlaşdığını düşünərək dünyaya ehtirasla bağlanırlar.

İlerleyen satırlarda inkar edenlerin şuurunda olmadıkları bu büyük gerçeği anlatacağız.

MADDƏNİN ARDINDAKI SİRR

Burada izah edəcəklərimiz materialist düşüncəni kökündən çökdürən həqiqətlə əlaqədardır. Bu bir fəlsəfə və ya ideologiya deyil, hər insanın fərqində olsa da, olmasa da içində yaşadığı və elmin müxtəlif sahələri tərəfindən isbat edilmiş texniki həqiqətdir. Diqqətli, səmimi və qərəzsiz olaraq baxıldıqda qavranması da olduqca asandır.

Bu həqiqəti "özümüzü və ətrafımızdakı hər şeyi təşkil edən, hər cür maddi varlıq ruhumuz tərəfindən dərk edilən hisslər məcmusudur. “Maddə” dediyimiz anlayışı yuxu kimi sadəcə görüntü olaraq beynimizdə qəbul edə bilərik. Xaricdə var olan əsli ilə heç bir halda təmasda ola bilmərik" deyə yekunlaşdırmaq mümkündür.

Bu mövzu əslində yeni kəşf edilmiş, daha əvvəl bilinməyən mövzu deyil. Tarix boyunca Allah tərəfindən göndərilən elçilər, dərin düşünən şüurlu insanlar bu həqiqəti qavramış və yaşadıqları dövrdəki cəmiyyətlərə açıqlamışdılar. Quranda da işarə edilən bu həqiqət bir sıra ayələrin hikmətlərinin başa düşülməsində açar rolunu oynayır. Bu həqiqəti qavrayan insanların etdikləri şərhlərdən bir hissəsinə aid mətnlər dövrümüzə qədər gəlib çatmışdır. Orijinal mətnləri təhrif edilən və degenerasiyaya məruz qalan dinlərin bəzi mənsubları isə bu həqiqəti mistik sirr olaraq mühafizə etmək istəmişlər. Bu səbəbdən zərdüştlük, buddizm, taoizm, yəhudilik, xristianlıq kimi dinlərin əldə qalan mətnlərində də bu həqiqəti tapmaq mümkündür. Qədim Yunan filosoflarından Pifagor, Eleya Məktəbi, "Mağara Ides"lə Əflatun və onların davamçıları olan bir çox mütəfəkkir bu mövzunu müəyyən mənada açıqlamışlar. Daha sonrakı dövrlərdə də bu mövzu müxtəlif fikir və şərhlərlə dərin düşünüb həqiqətin fərqinə varmış şəxslər tərəfindən izah edilmiş və öyrədilmişdir.

Materialistlər tərəfindən gizlədilməyə çalışılan bu həqiqət irlandiyalı din adamı və filosof olan Berkeley tərəfindən 18-ci əsrdə yenidən gündəmə gətirilmiş və özündən sonrakı bütün fikir dünyasını dəyişdirmişdir.

Materialistlər isə elmi cavab verə bilmədikləri Berkeleyi daha çox təhqir və iftira ilə gözdən salmağa çalışmışlar. Berkeleyi hədəfə alan materialistlərdən biri Bertrand Russellindir. Ancaq Russell materialistlərin ən güvəndikləri mütəfəkkir olmasına və bu düşüncənin ən güclü müdafiəçisi olaraq görünməsinə baxmayaraq, Berkeleyin izah etdiyi bu həqiqəti tamamilə qulaq ardına vurmamış, “Fəlsəfənin Problemləri” adlı əsərində vəziyyəti belə qiymətləndirmişdir:

"... Berkeley hər hansı bir məntiqsizliyə düşmədən maddənin varlığını rədd etməyin mümkün olduğunu və əgər bizdən müstəqil olaraq bir şey mövcud olsa belə duyğularımız tərəfindən şərh olunduğunu sübut etmək şərəfinə sahibdir".

Russell yuxarıdakı ifadələri ilə maddənin hiss olduğu gerçəyini əslində inkar edə bilmədiyini, hətta istəmədən də olsa qəbul etdiyini etiraf edir.

Əslində yalnız Russell deyil, bütün materialist fəlsəfə bu həqiqət qarşısında çökür. 21-ci əsrdə Eynşteyndən başlayaraq müasir fizika, kvant fizikası, astronomiya, psixologiya, anatomiya kimi elm sahələrində ortaya çıxan hadisələr, materialist dünyagörüşünü mənimsəmiş, pozitivist elm anlayışını müdafiə edən dairələri dərindən sarsıtmışdır. Paleontologiya, genetika, biokimya kimi elm sahələrində aparılan təcrübələrdə təkamül nəzəriyyəsi çökmüş, optik, psixologiya kimi sahələrdə görünən işlərlə insanın qavrayış sistemi müəyyən olmuş, astronomik tədqiqatların nəticəsində Big Bang, yəni kainatın və maddənin başlanğıcı olduğu kəşf edilmiş, atom və atom altı parçalarının araşdırılması isə bütün klassik fizikanı tərsinə çevirərək nisbiliyi, yəni zamanın nisbi anlayış olduğu gerçəyini isbat etmişdir.

Elm sahəsində Allah‘ın varlığını və bütün kainat üzərindəki sonsuz hakimiyyətini dəfələrlə təsdiq edən bu hadisələr materialist mütəfəkkirləri çarəsiz buraxmışdır. Bu çarəsizlik hal-hazırda da davam edir. Televiziyada, məktəblərdə, konfranslarda qarşımıza çıxan bir çox elm adamı xaricimizdəki dünyaya çıxmağımızın mümkün olmadığını, beynimizdə duyulan hisslərdən ibarət həyatı yaşadığımızı bildikləri halda, özlərini bilməməzliyə vurur, insanlara bu həqiqəti izah etmirlər. Hətta sanki belə bir gerçək heç yoxmuş kimi hərəkət edirlər.

İNSANIN XARİCDƏ GÖRDÜKLƏRİ ƏSLİNDƏ ÖZ DAXİLİNDƏDİR

Xaricdə var olduğunu düşündüyümüz əşyalardan duyğu orqanlarımıza gələn təsirlər (səs, qoxu, dad, görüntü, sərtlik və s.), sinirlərimiz vasitəsilə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə çatan təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə funksiyası əsnasında xarici mənbədən gələn işıq seli (fotonlar) gözün arxa tərəfindəki retinaya çatır və burada bir sıra əməliyyat nəticəsində elektrik siqnallarına çevrilir. Bu siqnallar sinirlər vasitəsilə beyinin görmə mərkəzinə çatdırılır. Biz də bir neçə sm3-lik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, boyu və dərinliyi olan bir dünya olduğunu hiss edirik.


Ailəsi ilə birlikdə otaqda oturub televiziyaya baxan insan əslində çox böyük möcüzə ilə qarşı-qarşıyadır. Bu böyük möcüzə otağın içində yaşayan hər insanın gördüyü görüntünün əslində o insanın beynində olması gerçəyidir. Belə olan halda, HƏMİN İNSAN otağının içindədir, YOXSA OTAQ ONUN içindədir?

Eyni sistem digər duyğularımız üçün də keçərlidir. Görmə, eşitmə, qoxu, dadbilmə, toxunma duyğularımızın hamısı bir-birlərinə oxşar sistemə malikdir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burun epitelisindəki hüceyrələr tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi reseptorlar tərəfindən, səslər isə qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki müvafiq mərkəzlərə göndərilir və o mərkəzlərdə qəbul edilir.


İnsan, həyatı boyunca bu məkandan çölə çıxa bilməz; beynindəki ekrandan kənar heç bir görüntünü izləyə, beynindəki səslərdən kənar heç bir səsi eşidə bilməz. İnsanın bütün həyatı bu kiçik otaqda keçir.

Mövzunu daha dəqiqləşdirmək üçün belə bir misal verə bilərik: İndi bir stəkan qəhvə içdiyinizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi resetorlar tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda qəhvəyə aid sərt qoxu onu yudumladığınız anda hiss etdiyiniz acı dad və stəkana baxdığınızda gördüyünüz tünd qəhvəyi rəng də müvafiq duyğu orqanlarınıza aid sinirlər tərəfindən beynə çatdırılan elektrik axınıdır. Bundan sonra stəkanı qoyarkən masaya dəyməsi ilə çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik impulsu kimi göndərilir. Bu hisslərin hamısı beyindəki bir-birindən fərqli, amma bir-biri ilə ortaq işləyən duyğu mərkəzləri tərəfindən eyni anda şərh olunur. Siz də bu şərhin nəticəsi olaraq bir stəkan qəhvə içdiyinizi düşünürsünüz.

Bu mövzunu bir də bu cəhətdən düşünək: Evinin bir otağında oturub, televiziyaya baxan ya da yemək yeyib ailəsi ilə söhbət edən insan özü fərqində olmasa da əslində çox böyük möcüzə ilə qarşı-qarşıyadır. Bu böyük möcüzə otağın içində oturan həmin insanın gördüyü dörd divardan ibarət olan görüntünün əslində o insanın beyninin içində olması həqiqətidir.

Belə olan halda otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz?

İnsanların böyük əksəriyyəti bu böyük həqiqətdən xəbərsiz olaraq otağın içində yaşadığını, o otağın içində televizora baxdığını və söhbət etdyini zənn edir. Bu həqiqətin bir an belə fərqinə varanlar isə qorxduqlarından bu böyük möcüzəni anlamazlıqdan gəlirlər. Halbuki, bu inkar edilməsi mümkün olmayan, elmin də qəti şəkildə ortaya qoyduğu bir həqiqiətdir. Evi təşkil edən dörd divardan, divardakı tablodan, televizordan, tavandakı çilçırağın, yerdəki xalçada və ya rəngli döşəməli kreslolardan gözə çatan siqnallar göz hüceyrələri tərəfindən elektrik cərəyanına çevrilir. Bu cərəyanlar daha sonra beyinin görmə mərkəzinə çatdırılır və insan içində oturduğunu sandığı otaq görüntüsünü əslində beyninin içindəki ekranda izləyir.

İnsan həyatı boyunca bu məkandan çölə çıxa bilməz, beynindəki ekrandan kənar heç bir görüntünü izləyə, beynindəki səslərdən kənar heç bir səsi eşidə bilməz. İnsanın bütün həyatı bu kiçik otaqda keçər.

Yuxarıda da qeyd etdiyimiz kimi, ətrafımızda gördüyümüz hər şey, beynimizə çatdırılan elektrik siqnallarının beynimizdəki ekranda görüntü halına çevrilməsidir.


Stola və üstündəki meyvələrə aid şüalar gözümüzə çatır, gözümüzdə müxtəlif əməliyyatlardan keçərək elektrik siqnallarına çevrilir və bu siqnallar sinirlərlə beynimizin görmə mərkəzinə çatdırılır. Beləliklə, biz "növbənöv rəngdəki meyvələri görürəm" deyirik. Beyinin içində ekran da yoxdur, yəni stolla bağlı elektrik impulsları gəldiyi zaman görmə mərkəzində görüntü meydana gəlməz. Biz üzərindəki rəngli meyvələrlə masanı görürəm deyərkən, əslində bu zülmət qaranlığa çatan elektrik siqnallarını görürük.

Mövzunu daha yaxşı açıqlamaq üçün bir nümunə daha verək və bir cisimə, məsələn yemək masasına baxdığımızı düşünək. Stola və üzərindəki meyvələrə aid şüalar gözümüzə çatır, gözümüzdə müxtəlif proseslərdən keçərək elektrik siqnalına çevrilir və bu siqnallar sinirlərlə beynimizin görmə mərkəzinə çatdırılır. Beləcə biz "növbənöv rəngdəki meyvələri görürəm" deyirik.

Bura qədər izah edilənlər demək olar ki, hər biologiya və fiziologiya kitabında rast gələ biləcəyiniz faktlardır.

Ancaq əsl möcüzə, görmə mərkəzi dediyimiz məkanın zülmət qaranlıq yer olmasıdır. Əslində beyinin içində həqiqi ekran da yoxdur. Yəni stolla bağlı elektrik impulsları gəldiyi zaman görmə mərkəzində görüntü yaranmaz. Biz üstündəki rəngli meyvələrlə masanı görürəm deyərkən əslində bu zülmət qaranlığa çatan elektrik siqnallarını görürük.

Məhz bu məqamda materialistləri anlaşılmazlığa aparan həqiqətlə qarşılaşırıq: Görmə mərkəzi dediyimiz yer - yağ, zülal və sinirlərdən ibarətdir. Bura gələn elektrik siqnallarını görüntü hesab edəcək bir varlıq yoxdur. O halda beyindəki qaranlığın içində elektrik siqnallarını gözə ehtiyac duymadan seyr edən kimdir?

Bu, materializmin hər şeyi mütləq maddə şəkilində göstərməyə çalışan yalanları ilə əsla açıqlana bilməz və dünyada bir çox insanın fərqinə varamadığı bir həqiqətdir. Beynimizin içindəki qaranlıqda gözə ehtiyac olmadan, ən keyfiyyətli televiziyadan və kinodan daha dəqiq, üç ölçülü, gerçəyi ilə ayırd edilə bilməyəcək qədər ona bənzər olan masanı görən və bunu şərh edən bir varlıq var.

Bu qüsursuz görüntünü görən varlıq, insanı heyvanlardan və digər bütün canlı-cansız varlıqlardan ayıran, insanı yaradan Allah‘ın ona "üfürdüyü" Ruhdur. Allah Quranda "ruh" un varlığını belə bildirmişdir:

Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” Mələklərin hamısı (ona) səcdə etdilər. (Hicr surəsi, 28-30)

ƏSİLLƏRİ İLƏ AYIRD EDİLMƏYƏCƏK QƏDƏR OXŞAR OLAN KOPYALAR

Ruhun hiss etdiyi hisslərin əsli ilə uyğun gəlməsi əslində çox böyük möcüzədir. Ruh maddənin əsli deyil, yalnız beyinə çatan elektrik siqnalları ilə əlaqədə olduğu zaman maddənin sərtliyini, formasını, rənglərini gerçəyi ilə tamamilə eyni şəkildə görür və hiss edir. Bu hiss o qədər aydındır ki, insan gördüyü və toxunduğu hər şeyin əslinə toxunduğuna tam inanır.


Evinizi, içindəki əşyalarınızı və ya suvinirlərinizi, həyətinizi, yeni aldığınız avtomobilinizi, ofisinizi, ləl-cəvahiratlarınızı, bankdakı hesabınınızı, yoldaşınızı, uşaqlarınızı, ananızı, atanızı, iş yoldaşlarınızı, qısaca sahib olduğunuz bütün maddi dünyanı qapqara beyninizin içində gördüyünüzü heç düşündünüzmü?

Məsələn, dənizin ucsuz-bucaqsız, gömgöy və sərin sularında üzən üzgüçü əslində çox böyük möcüzə ilə qarşı-qarşıyadır. Çünki özünü suda üzən zənn edərkən əslində beyninin içindəki qaranlıqdan çölə çıxa bilmir. Üzən insanin suya girdiyi andan etibarən bədəninin hər bir nöqtəsinə gələn siqnallar hüceyrələri tərəfindən dərhal elektrik axınına çevrilir və beyninə çatır. Bu zaman çox möcüzəvi bir hadisə baş verir. Qolu, barmaqları, hərəkət edəcək qıçı, əzələləri və sümükləri, nəmliyi hiss edə biləcək bədəni olmayan ruh, suyun bədəninə toxunduğunu, özünü yuxarı qaldırdığını və irəlilədiyini hiss edir.

Halbuki, bütün bunlar insanın beyninin içindədir. Xaricdəki əsl suyun rəngi, istiliyi, sıxlığı insanın heç bir zaman təmasda olmadığı detallardır. Hətta insan öz bədəninin xarici dünyada var olan əsli ilə belə təmasda deyil. İnsan öz bədəninin də içində olduğu bütün bu obyektlərin yalnız surətlərini izləyir, duyur və hiss edir.

Ancaq bu möcüzəvi həqiqətlər məktəblərdə öyrədilməsinə, dərs kitablarında yazılmasına baxmayaraq, insanların çoxu bunun fərqinə varmır. Bu fövqəladə həqiqəti görənlərin böyük hissəsi isə anlamaq istəmir.

MATERİALİSTLƏRİN ANLAMAQDAN QORXDUQLARI HƏQİQƏT

Bura qədər izah etdiklərimiz insanın dünyada qarşılaşa biləcəyi ən qeyri-adi, ən heyrətamiz məlumatlardandır. Bu məlumatlar əsasında bir sual soruşaq: Evinizi, içindəki əşyalarınızı, avtomobilinizi, ofisinizdə, bankdakı hesabınızı, gardrobunuzu, yoldaşınızı, uşaqlarınızı, ananızı, atanızı, iş yoldaşlarınızı, qısacası, sahib olduğunuz bütün maddi dünyanı qapqara beyninizin içində gördüyünüzü heç düşündünüzmü?

Yalnız beyninizdə meydana gələn görüntüyə sabitləndiyinizi, yuxarıda saydıqlarımızın yalnız beyninizdə izləyə bildiyinizi, bu kiçik dünyadan əsla çıxa bilmədiyinizi heç ağılınıza gətirdinizmi?

Maddəni tək həqiqət kimi qəbul edən və ruhun varlığını inkar edən materialistlər, bu açıq-aşkar həqiqətdən qaçmaq üçün müxtəlif üsullara müraciət edirlər. Çünki bu gerçəyi qəbul etmələri bütün həyatlarını üzərinə qurduqları maddəni bir kənara atmaları deməkdir. Məhz buna görə də bu böyük möcüzə qarşısında hirslənir, məntiqsiz açıqlamalar verir və həqiqətləri dəyişdirməyə çalışırlar.

Bəzi materialistlər bu həqiqət qarşısında əsəbləşdikdə müzakirə zamanı yumruq ataraq və ya divarları təpikləyərək maddənin olduğunu özlərinə "isbat" etməyə çalışır və gülünc vəziyyətə düşürlər. Bir başqa materialist avtobusun insanlara dəyməsini nümunə vermiş və "baxın dəyir, deməli, hiss deyil" demişdir. Anlamaqdan qaçdıqları və qorxduqları həqiqiət avtobus toqquşması zamanı baş verən sərtlik, zərbə və ağrı kimi bütün hisslərin də onsuz da zehində yaranan hisslər olduğu, insanın avtobusun əsli ilə heç bir bir zaman təmasda olmadığıdır. Toqquşmanın bütün sərtlik, zərbə və ağrısı yenə qapqara beyinin içində və yenə insanın ruhu tərəfindən qəbul edilir.

MaterİalİstlƏr tarİxİn Ən bÖyÜk tƏlƏsİnƏ dÜşÜblƏr

Bəşəriyyət tarixi boyunca materialist düşüncə həmişə var olmuşdur və bu şəxslər özlərindən və müdafiə etdikləri fəlsəfədən çox əmin şəkildə özlərini yaradan Allah‘a baş qaldırdılar. Ortaya atdıqları ssenariyə görə maddə əzəli və əbədidir. Bütün bunların Yaradıcısı ola bilməzdi. Bu insanlar yalnız təkəbbürlərinə görə Allah‘ı rədd edərkən sahib olduqlarını zənn etdikləri maddənin arxasına sığınmışdılar. Bu fəlsəfədən elə əmin idilər ki, heç bir zaman bunun əksini isbat edən açıqlama gətirilə bilməyəcəyini düşünürdülər.

Halbuki, maddənin əslinə çata bilmədiyimiz həqiqəti ilə bağlı olaraq bu bölümdə izah edilənlər bu şəxsləri böyük çaşqınlığa salır. Çünki burada izah edilənlər fəlsəfələrini kökündən çıxarıb atır, bununla bağlı mübahisəyə yer qoymur. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərinə inşa etdikləri maddə, əllərindən bir anda uçub gedir. Kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, içindəki hər şeylə birlikdə özlərindən uzaqlaşdığını görür və buna qarşı heç bir şey edə bilmirlər. Maddədən kənar var olan, əslini görən, həqiqi səsləri eşidən, qoxuları hiss edən tək bir insan belə yoxdur ki, materializm də olsun ...

Allah‘ın vəsflərindən biri inkarçılara tələ qurmasıdır. “…Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır”. (Ənfal surəsi, 30) ayəsində bu həqiqət bildirilir...

Allah dünyadakı varlıqların və obyektlərin əslinə hər an toxunduqlarını zənn etdirərək materialistləri də tələyə salmış və onları tarixdə bənzəri görünməmiş şəkildə alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, ünvanlarını, yaşadıqları cəmiyyəti, bütün dünyanı və əslində kopyadan ibarət olan hər şeyi əsli hesab etmiş, üstəlik bunlara güvənərək Allah‘a qarşı təkəbbürlənmişlər. Təkəbbürlə Allah‘a üsyan (Allah‘ı tənzih edərik) və inkar etmiş, çəkinmədən insanlara zülm etmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlaşılmazlığa düşmüşlər ki, Allah‘ın özlərini hər tərəfdən əhatə etdiyini heç ağıllarına belə gətirməmişdilər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar (Tur surəsi, 42)

Bu, bəlkə də tarixin gördüyü ən böyük məğlubiyyətdir. Materialistlər qürurlandıqlarında, dini inkar etdiklərində və iman edənlərə zülm etdiklərində əslində böyük oyuna gəlmiş, Allah‘a qarşı çirkin cəsarət göstərərək açdıqları döyüşdə qəti şəkildə məğlub olmuşlar.

Allah başqa bir ayədə, “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allah‘ı tapar…” (Nur surəsi, 39) deyə xəbər verir. Materializm də bu ayədə işarə edildiyi kimi, üsyan edənlər və Quran əxlaqına zidd davranaraq yer üzündə fitnə-fəsad törədənlər üçün "ilğım" kimi görünür; ona güvənərək əllərini uzatdıqlarında, gördükləri hər şeyin yalnız əslinin bir kopyası olduğunu anlayırlar. Allah onları belə bir ilğımla aldatmış, bütün bu kopya səsləri, şəkilləri, qoxuları, dadları əsli kimi göstərmişdir.

Tarix boyunca materialist fəlsəfəni mənimsəyən filosoflar, liderlər, professorlar, astronomlar, bioloqlar, fizikaçılar, ünvanları, mövqeləri hər nə olursa olsun maddəni özlərinə ilah qəbul etdiklərinə görə bu oyuna gəlmişlər, uşaq kimi aldanmış və alçalmışlar. Beyinlərindəki kiçik otaqdan əsla çıxa bilmədikləri, xarici dünya ilə heç bir şəkildə qarşılaşamadıqları halda bütün fəlsəfələrini, ideologiyalarını dünya və maddə üzərinə qurmuşlar, bu mövzular haqqında ciddi müzakirələr aparmış, təhqiramiz izahatlara əl atmışdılar. Bütün bunlara görə də özlərini çox ağıllı saymışlar, kainatın gerçəyi haqqında fikir irəli sürə biləcəklərini düşünmüşlər və ən əhəmiyyətlisi öz məhdud ağılları ilə Allah‘ı izah edə biləcəklərini sanmışlar. Allah, onların içinə düşdükləri bu vəziyyəti ayədə belə bildirir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)

Dünyada bəzi hiylələrdən xilas olmaq mümkün ola bilər, ancaq Allah‘ın maddəni ilah qəbul edənlərə qarşı qurduğu bu tələ elə möhkəmdir ki, əsla qurtuluş imkanları qalmamışdır. Nə edirlərsə, etsinlər, kimə müraciət edirlərsə, etsinlər Allah‘dan başqa onlara heç kim kömək edə bilməz. Allah‘ın Quranda xəbər verdiyi kimi “… Onlar Allah‘dan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar”. (Nisa surəsi, 173)

Leninin yoldaşlarına ƏMRİ: "əsla düşünməyin, YOXSA inanarsınız"

Yaşadığımız dünyanın maddədən deyil, hisslərdən ibarət olduğu gerçəyi materialist fəlsəfəni kökündən məhv edir. Buna görə də materialist ideoloqlar bu həqiqətin dilə gətirilməsindən çox narahat olurlar. Hətta bu həqiqəti düşünməməyə çalışır və tərəfdarlarına da düşünməmələrini tövsiyə edirlər. Bunların başında Lenin gəlir. Lenin bir əsr əvvəl yazdığı “Materializm və Empirisizm” adlı kitabında "əsla bu mövzunu düşünməyin, yoxsa materializmi unudar və özünüzü dinə həsr edərsiniz" mənasını verən bu xəbərdarlığı edir:

"Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə inkar etdinmi, şübhəçiliyə (agnostisizm) və subjektivizmə aparacağından, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını versən, əvvəl qolun, sonra bütün mənliyin gedər. Hisləri obyektiv dünyanın təsviri olaraq deyil, xüsusi element olaraq götürdüyündə digər bir ifadə ilə materializmdən güzəştə getdiyində mənliyini fideizmə verərsən. Sonra duyğular heç kimin duyğuları olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, istək heç kimin istəyi olar". (VI Lenin, Materialism and Empirio-criticism, Progress Publishers, Moskva 1970, s. 334-33)

Göründüyü kimi, materialistlərin "maddənin əsli" ​​həqiqəti qarşısında edə bildikləri tək şey, bunu düşünməməyə çalışmaqdan ibarətdir. Bu, materializmin insanın ancaq öz-özünü aldatması ilə yaşayan xurafat olduğunun bariz nümunəsidir.

Bu həqiqətin fərqinə varmaq materialistlər üçün ola biləcək ən dəhşət verici hadisədir. Bu həqiqətlə yanaşı hər an Allahla birlikdə olduqlarını, Allah‘ın özlərini hər tərəfdən əhatə etdiyini başa düşürlər. Belə ki Allah, "özünü tək olaraq yaratdığımızı Mənə burax" (Muddəssir surəsi, 11) ayəsi ilə hər insanın Öz qatında əslində yalnız olduğu gerçəyinə diqqət çəkmişdir. Bu fövqəladə həqiqət aşağıdakı ayələrlə də xəbər verilmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. (Ənam surəsi, 94)

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Bu ayələrdə bəhs edilən həqiqətin bir mənası da budur: Maddəni ilah qəbul edənlər Allah‘dan gəlmiş və yenə də Ona dönüb və ya dönəcəklərini gözləyirlər. Onlar istəsələr də, istəməsələr də Allah‘a təslim olmuşlar. İndi hər kəs kimi onlar da hesab gününü gözləyirlər. O gün hamı dünyada etdikləri və səbəb olduqları hər günahdan ötrü tək-tək sorğuya çəkiləcək. Hər nə qədər anlamaq istəməsələr də ...

“…Sən pak və müqəddəssən!...

Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!

Həqiqətən, Sən Bilənsən, Müdriksən!”

(Bəqərə surəsi, 32)


MÖVZUNUN ƏHƏMİYYƏTİ

Bu bölmədə izah etdiyimiz maddənin ardındakı sirr mövzusunu düzgün qavramaq çox əhəmiyyətlidir. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allah‘ın Quranda var olduğunu, yoxdan var etdiyini bildirdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları vasitəsilə görə bilməz, hiss edə və ya duya bilməz. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki surətləridir. Bu elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla bütün məktəblərdə öyrədilən elmi mövzudur. Məsələn, bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq, insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə gedərək bu mərkəzi xəbərdar edir. İnsanın beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz gözünüzlə yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı "kopya yazı"dır. Bu yazının əslini isə Allah görür.

Ancaq unudulmamalıdır ki, maddənin beynimizdə əmələ gələn xəyal olması onu "yox" hala gətirməz. Bu bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətidir. Xaricdə maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allah‘ın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hər şeydən əvvəl Allah hər şeyi görür. Bu dünyanın hər bir incəliyini Allah yaratmışdır və Allah hər şeydən xəbərdardır. Quran ayələrində belə xəbər verilir:

…Allah‘dan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allah‘ın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra sursəi, 96)

Həmçinin unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda qoruyub saxlayır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Lövhi-Məhfuz olaraq adlandırılan "Ana Kitab"da saxlandığı belə bildirilmişdir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

…Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)

 
    

 
 



     
 

 

 

 
© 2010 Harun Yəhya www.adnanoktar.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsiniz.