|
Kommunist romantizmin qaranlıq tərəfi
Kommunizm "məntiqli" bir ideologiya olaraq doğulmuşdur. İdeologiyanı quranlar, yəni Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) materialist fəlsəfəni mənimsəmiş, bunu sosial elmlərə tətbiq edərək "tarixin qanunları"nı təyin etdiklərini düşünmüşlər. Marks tarixi müxtəlif mərhələlərə ayırmış, o dövrdə İngiltərə kimi inkişaf etmiş ölkələrdə "kapitalist mərhələ"nin yaşandığını, bunun ardınca fəhlə inqilabının gələcəyini və sosialist kainatın başlayacağı fikrini ortaya atmışdı. Marks bu inqilabın özbaşına, yəni işçilərin öz təşəbbüsü ilə reallaşacağı və İngiltərə kimi sənayeləşmiş ölkələrdə yaşanacağı fərziyyəsini irəli sürmüşdür.
Ancaq Marksın fərziyyələri doğru çıxmadı. Fərziyyənin yanlışlığı onun ölümündən sonrakı 30-40 il içində açıq şəkildə görüldü. İngiltərədə və ya başqa sənayeləşmiş ölkədə hər hansı bir inqilab olmamış, əksinə işçilərin ictimai və iqtisadi həyat şəraitində inkişaf yaşanmışdır.
Kommunizmin "məntiqli" iddiasının etibarsızlığı
Bu vəziyyətdə Marksın nəzəriyyəsinin tarixdəki bir çox yanılma kimi yanlış nəzəriyyə olaraq qiymətləndirilməsi və bir kənara atılması lazım idi. Amma elə olmamışdır. Özlərinə "marksistlər" adı verən bir qrup insan Marksın reallaşmayan fərziyyələrini zorla da olsa reallaşdırmağa səy göstərmişdir. Marksın "öz-özlüyündən olacaq" dediyi inqilab heç bir şəkildə baş tutmadığına görə bunu silah gücü ilə edəcək təşkilatlar qurmağa və "inqilabçılıq" etməyə qərar verdilər. Marksı bu şəkildə yenidən şərh edən və Marksın baş tutmayan fərziyyələrini bəhanələr gətirərək açıqlamağa çalışan ən mühüm marksist Lenindir.
Lenin inqilabın İngiltərə kimi inkişaf etmiş ölkələrdə ola bilməyəcəyini, bunun yerinə Rusiya kimi sənayeləşməmiş ölkələri sınaqdan keçirmələrinin lazım olduğunu, kommunizmin burada müvəffəqiyyət əldə edəcəyini, sonra da bütün dünyaya yayılacağını irəli sürmüşdü. Bu xəyalını reallaşdırmaq üçün Rusiya daxilində və xaricində uzun illər inqilab hazırlığı görmüş, I Dünya Müharibəsinin qarışıqlığı içində axtardığı fürsəti tapmış və iqtidara gəlmişdir.
Amma Leninin fərziyyələri də eynilə Marks kimi boşa çıxmışdır. Nə qurduğu sistem müvəffəqiyyətə çatmış, nə də kommunizm zənn etdiyi kimi dünyaya yayılmışdır. Sovet işğalı və təzyiqi ilə kommunistləşmiş ölkələrdə də kommunist rejim dağılmışdır. Kommunizm 20-ci əsrin ən böyük və ən müvəffəqiyyətsiz təcrübəsi olaraq qəbul edilir.
Marksizm kimi materializm də devrilmişdir
Marksizmin bir yanılma olduğu yalnız ehtimalların və qurduğu sistemlərin çökməsi ilə deyil, eyni zamanda əsaslandığı fəlsəfənin çökməsi ilə də sübut edilmişdir. Marksizmin əsası olan materialist fəlsəfənin bütün təməl fərziyyələri 20-ci əsrdəki elmi kəşflərlə yalanlanmışdır. Məsələn;
1. Materializm kainatın sonsuzdan bəri mövcud olduğunu, başqa sözlə maddənin yaradılmadığını müdafiə etmişdir. Halbuki, 20-ci əsrdə qəbul edilən Big Bang nəzəriyyəsi, maddənin və zamanın yoxdan yaradıldığını göstərmişdir. Bu nəzəriyyə kainatın bundan 10-15 milyard il əvvəl yoxdan var olduğunu, yoxluq içində birdən kiçik bir hərəkətin meydana çıxdığını irəli sürmüşdür. Yəni Big Bangin göstərdiyi həqiqət heç bir şey mövcud deyilkən, bu heçlik içində birdən bir hərəkət, hərəkətin ardınca da maddə və zamanın meydana gəlməsidir. Məhz bu materialistlərin iddialarını tamamilə aradan götürmüş, maddənin, zamanın və hərəkətin tək Yaradıcısının Allah olduğu həqiqətini göstərmişdir.
2. Materializm maddənin və zamanın "mütləq" anlayış olduğunu, yəni həmişə var olan, dəyişməyən, sabit olduğunu müdafiə etmişdir. Halbuki, Eynşteynin nisbilik nəzəriyyəsi maddə kimi zamanın da mütləq anlayış olmadığını, dəyişən qavrayış olduğunu göstərmişdir.
3. Materializm insan zehninin yalnız maddi faktorlarla açıqlana biləcəyini, insanın bütün zehni funksiyalarının maddə ilə bağlı olduğunu iddia etmişdir. Halbuki, beynin detallarının kəşf edilməsi beyində heç bir qarşılığı olmayan zehni funksiyalarını ortaya qoyaraq, insan zehninin maddə-sonrası bir varlığa, yəni "ruh"a aid olduğunu təsdiq etmişdir.
4. Materializm canlıların yaradılmadığını, Darvinin təkamül nəzəriyyəsində iddia edildiyi kimi, təsadüflərlə meydana gəldiyini irəli sürmüşdür. Bu iddia da 20-ci əsrdəki elmi tapıntılarla əhəmiyyətini itirmiş, canlılarda möhtəşəm "dizayn" olduğu və bütün canlıları yaradanın Allah olduğu aydın olmuşdur.
Əgər bir ideologiya məntiqli olduğunu iddia edirsə, ancaq iddiaları ağıl və elm qarşısında aciz qalırsa, həmçinin yaşanan konkret hadisələr o ideologiyanın bütün fərziyyələrini boşa çıxarırsa, o zaman bu ideologiyanın heç bir iddiası qala bilməz. Bu ideologiyanı mənimsəmiş insanların da, ideologiyanın etibarsızlığını məntiqli analizlə görüb onu tərk etmələri lazımdır. Başqa sözlə, əgər kommunistlər romantizm və xəyalpərəstliklə deyil, ağıl, məntiq və sağlam fikirlə hərəkət etmiş olsaydılar, bu günə qədər kommunizmi çoxdan tərk etmişdilər.
Marksistlərin kommunizmə olan kor-koranə bağlılıqları
Kommunizm təməldə romantizm üzərinə qurulmuş bir ideologiya olduğundan onun tərəfdarları da məntiq və elmdən uzaq şəkildə bu sistemə bağlı qalmağı və bu köhnə sistemi həqiqətlərə gözü bağlı olaraq müdafiə etməyi davam etdirirlər. Hələ başlanğıcda, Marksın ən təməl fərziyyələrinin reallaşmadığını gördükdə bu ideologiya tərk edilməli idi. Halbuki, belə olmadı. Dünyanın dörd bir tərəfində törəyən "inqilabçılar" Marksın xəyallarını reallaşdırmaq uğrunda fəaliyyətə başladılar. İnqilablar, vətəndaş müharibələri, partizan mübarizələri, terror hərəkatları təşkil etdilər.
Sovet İttifaqı və bütün Şərq bloku dağıldı, Qırmızı Çin kapitalist iqtisadiyyatı mənimsədi. Amma hələ kommunizm tərk edilmədi. Hələ dünyada və ölkəmizdə kommunist təşkilatlar fəaliyyətlərini davam etdirir. Həmin "inqilab"ın bir xəyal olduğunu bilmələrinə baxmayaraq, sırf kommunizmi yaşatmaq uğrunda qan tökməyə davam edirlər. Öz yoldaşları və öz bədənlərini diri-diri oda verib yanarkən kommunist marşlar söyləyəcək qədər romantik, kor və məqsədsiz inadla kommunizmə bağlılıqlarını qoruyurlar.
Bu vəziyyət kommunizmin məntiqli bir ideologiya olmadığını, bu ideologiyanı müdafiə edənlərin onu ağıllı bir yanaşma ilə deyil, başqa səbəblə mənimsədiklərini göstərir. Bu səbəbə bir çox insan "fanatizm" və ya "sabit fikirlilik" deyir. Bunda bir yanlışlıq yoxdur. Amma bir az dərindən araşdırıldıqda, həmin fanatizmin altında romantizmin böyük rolunun olduğu ortaya çıxır.
Başqa ifadə ilə kommunizm də romantizmin cadusundan güc alır.
Kommunist romantizmin nümunələri
Kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki, bu anlayışları da romantik dünyagörüşü ilə qəbul edirlər. Elmin ortaya qoyduğu, amma mənfəətlərinə uyğun olmayan nəticələri "burjua elmi" deyə gözü bağlı şəkildə rədd edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletarya elmi" deyə süni ayrı-seçkilik etmişdir.
Digər tərəfdən kommunistlərin nəşrlərinə, jurnallarına, şeirlərinə və ya marşlarına nəzər yetirdikdə, əslində qatı romantik olduqları aydın olur. Bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq romantik şəkildə bağlanmışlar. Bunların başında "inqilab" anlayışı gəlir. Bir kommunist üçün inqilab bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanır. Bu inqilab haqqında şüurlu şəkildə düşünməz. İnqilab niyə ediləcək? İnqilab olduqda, bir çox günahsız insanın qanı axacaq, bütün cəmiyyət əzab çəkəcək, buna nə ehtiyac var? İnqilab olmadan da kasıb insanların həyat şəraiti arta bilməzmi? İnqilab olduqda iqtisadiyyatın vəziyyəti nə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarşıdurmaların qarşısı necə alınacaq, xarici təzyiqlər necə zərərsizləşdiriləcək?
Bir kommunistin dünyagörüşü
Yuxarıdakı həqiqi sualların bir kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Tək məqsədi inqilabdır. Əgər bu kimi suallara bir cavab verməli olsa, Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri istifadə edər, ancaq bu sualların cavablarını həqiqi olaraq düşünməyə yanaşmaz. Onu inqilab fikrinə ən çox bağlayan faktor isə bu mövzuda yazılan romantik şeirlər, marşlardır. Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə"dən, "uzaqlardakı qırmızı günəş"dən və s. bəhs edilir. Əslində inqilab anlayışı ilə kommunizm arasındakı əlaqə bir növ romantik eşq hekayəsi kimidir. Universitetlərdəki, kitab sərgilərindəki, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid köşklər, kommunistlərin toplandığı barlar, kafelər araşdırıldıqda bu romantizmin müxtəlif simvollarla yaşadılmağa çalışdığı görünür. Zəncirlərini qıran güclü proletarya afişaları, sıxılmış yumruq fiqurları, sosializm uğrunda döyüşməkdən və ölməkdən danışan inqilab mahnıları kommunist romantizmin ən məşhur simvollarıdır.
Kommunistlərin yaşadığı romantik ruh halını ilk baxışda bir çox insan anlamır, çünki bu romantizm bəzən paltarlara da əks olunur. Əyninə torpaq rəngli pencək geyinən, başına da komando papağı qayan kommunist gənc özünü Latın Amerikasının kommunist partizan lideri Çe Gevaraya bənzədir. Otağında və ya xüsusi əşyalarının arasında böyük ehtimalla bir "Çe" afişası var. Pop ulduzlarını təqlid edib onlar kimi geyinən romantik kollecli gənclərdən tək fərqi özünə seçdiyi ulduzun musiqiçi deyil, partizan olmasıdır.
Kommunist romantizmin başqa bir maraqlı nümunəsi özlərinə əzab çəkdirməkdən və digər insanların özlərinə acımasını təmin etməkdən böyük zövq almalarıdır. Məsələn, həbsxanada "aclıq tətili"nə başlayaraq çox sadə bir məqsəd uğrunda özünü ölümə aparan bir kommunist bu hərəkətinin özünə verdiyi əzab və iztirabdan, bir tərəfdən də çəkdiyi əzaba görə digər insanların ona duyduğu acı hissindən həzz alır. Digər tərəfdən yoldaşları tərəfindən "mübarizə adamı" olaraq tanınmaqdan və təqdir edilməkdən zövq alır.
Kommunistlərin əzab çəkməkdən aldıqları romantik zövq bəzən çox uc nöqtələrə çata bilər. Kommunistlər özlərini canlı-canlı yandırmaq, seçdikləri bir yoldaşlarını dəmir barmaqlıqlara bağlayaraq, üzərinə yanıcı maddə töküb atəşə vermək, sonra da qarşısına keçib o yanarkən kommunist marşlar söyləmək kimi qorxunc vəhşiliklər edirlər. Bu ağlasığmaz zorakılığı reallaşdıranların eynilə nasist mitinqlərdəki kütlələr kimi, bir növ "şüursuz" halda olduqları, tamamilə romantik və psixoloji trans halına keçdikləri çəkilən şəkillərdən aydın olur.
Kommunistlərin hədəflərinə əsla çata bilməyəcəklərini bildikləri halda, israrla ideologiyalarına bağlı qalmaları bir növ inadla mümkün olur. "Səhv də olsam, müvəffəqiyyət əldə etməsəm də, mən kommunistəm və sonuna qədər elə qalacağam" düşüncəsi ilə kor-koranə bağlılıq nümayiş etdirirlər. Əlbəttə, şüurlu insan belə davranmaz.
Kommunizm şüurlu ideologiya və fəlsəfə adı ilə ortaya çıxmasına baxmayaraq, əslində ağla və elmə zidd iddialarla doludur və bunların təxminən 1.5 əsrdir hələ israrla müdafiə olunmasının ardında kommunistlərin ideologiyalarına olan romantik bağlılıqları yatır.
|