|
Kommunizm XX əsrə damğasını vurmuş ideologiyadır. Lakin bu damğa ancaq təzyiq, zülm, qan və göz yaşı ilə doludur.
Tarixçilərin hesablamalarına əsasən təkcə bu ideologiya səbəbilə XX əsr ərzində
120 milyon insan öldürülmüşdür. Bunlar müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının
içindən öldürdüyü mülki şəxslərdir. 100 milyon kişi, qadın, qoca, uşaq, körpə “kommunizm” adlanan bu soyuq, qəddar,
vəhşi ideologiya səbəbilə həyatını itirmişdir. Habelə, kommunist rejimlər tərəfindən əsas
insan hüquq və azadlıqlarından məhrum edilən, deportasiya edilən, sistemli şəkildə
qıtlığa məruz qoyulan, həbs edilən, əmək düşərgələrində qul kimi istifadə edilən on
milyonlarla insan var. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya
hədəf olma qorxusu altında yaşamışdır. Bəs bu ideologiyanın mənşəyi nədir? Necə olub ki, bu qədər qanlı və zalım düşüncə tərzinin dünyanın hər tərəfində
tərəfdarı çıxmış, inqilablarla iqtidara gəlmiş, milyonları da arxasınca sürükləmişdir?
Kommunizm necə meydana gəlmiş, böyümüş və sona çatmışdır? Həqiqətən sona çatıb, yoxsa hələ də dünyanı və ölkəmizi təhdid edir?
Bu saytda həmin suallara cavab tapacaqsınız.
|