Müəllif haqqında Kitablar Filmlər Məqalələr Veb saytlar
 
 

KOMMUNİZMİN YARANMASI

BOLŞEVİK VƏHŞİLİYİNİN TARİXİ
KOMMUNİZMİN DONUQ DÜNYASI
ASİYADA QANLI TERROR
KOMMUNİZMİN DİN DÜŞMƏNÇLİYİ
KOMMUNİZM GİZLƏNDİ
MATERİALİZMİ MƏHV EDƏN BÖYÜK HƏQİQƏT
 



 

»Sənədli Filmlər

Kommunizmin Qanlı Tarixi-1
Kommunizmin Qanlı Tarixi-2

 

 

 

 

KOMMUNİZMİN DİN DÜŞMƏNÇİLİYİ


BOLŞEVİKLƏR GORGİ ŞƏHƏRİNDƏKİ GİORGİEVSKİ KİLSƏSİNİ DAĞIDIRLAR

Quranda tarix boyunca Allah‘ı və dini inkarı əmr edən, zalım və zorba xarakterli rəhbərlərin olduğu insanlara bildirilir. Allah bir ayədə bu insanları "oda çağıran rəhbərlər" olaraq tanıtmışdır. (Qasas surəsi, 41) Bu xarakter Quranda bəhs edilən hz. Musa qissəsində "Firon" adlandırılır. Hz. İbrahimin və ya Kəhf (mağara) əhlinə qarşı da eyni Firon kimi insanları sırf Allah‘a olan imanlarına görə öldürən zalım hökmdarlar olmuşdur. Bu zalım xarakterə bütün tarix boyu rast gəlmək mümkündür. Dinsizliyin lideri olan bu insanların hamısı yaşadıqları cəmiyyətlərə qarşı eyni zalımlıqları etmiş, eyni üsullarla onları dindən uzaqlaşdırmağa çalışmış və insanları dünyada və axirətdə həlaka aparmışlar.

Ötən əsrdə bütün dünyaya bəla, acı, zülm, vəhşilik gətirən ideologiyalara baxdığımızda da yenə başlarında olan liderlərin mərhəmətsiz və dindən uzaq şəxsiyyətləri qarşımıza çıxır. 20-ci əsrdə Quranda bəhs edilən Firon xarakteri ilə tanınan insanların başında Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Cozef Stalin və Mao Tse-Tung, onların ideoloqları Karl Marks və Fridrix Engels kimi dinsiz və zalım liderlər gəlir. Çarlz Darvin isə bütün bu zalım liderlərin fikirlərini ortaya qoyduğu təkamül nəzəriyyəsi ilə bəsləyən və dinsizliyə fərqli istiqamətdən liderlik edən bir şəxsdir.

Kommunizmin dinə düşmən olması mübahisəsiz bir həqiqətdir. Marks, Engels, Lenin, Stalin, Trotski, Mao və ya bir başqa kommunist ideoloqun yazılarına baxdıqda bunun açıq-aydın ifadə edildiyi görünə bilər. Marks dini öz fikrincə "xalqın tiryəki" adlandırmış və "kasıb xalqı yatırtmaq üçün idarəçi sinif tərəfindən meydana gətirilən mədəniyyət" deyə təsvir etmişdir. Bundan əlavə kommunizmə çatmaq üçün də dini inancların yox edilməsi iddiasını irəli sürmüşdür. Engels kitablarında "insanın meymundan gəldiyini" irəli sürərkən, dinin də bu təkamül prosesinin bir mərhələsində ortaya çıxdığını iddia etmişdir.

Kommunistlər dini yox etmək üçün necə bir siyasət yürüdürlər? Bu suala ilk geniş cavabı Lenin vermişdir. Leninin 1909-cu ildə Rus Sosial Demokrat Partiyasının (sonrakı Kommunist Partiya) lideri olaraq yazdığı və “Proletar” jurnalında nəşr olunan "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqalədə bunlar yazılıb:


Leninə görə kommunistlər, Feyerbax kimi qəddar din düşmənlərinin yazılarını tərcümə edib nəşr etməklə məsuldurlar.

Sosial Demokratiya dünyagörüşü elmi sosializm, yəni marksizm təməlinə söykəyir. Marks və Engelsin dəfələrlə təkrarladıqları kimi marksizmin fəlsəfi təməli Fransadakı 18-ci əsr materializminin və Almaniyadakı Feyerbax (19-cu əsrin ilk yarısı) materializminin tarixi ənənələrini mənimsəmiş, tamamilə ateist və dinə qarşı olan dialektik materializmdir. Unutmayaq ki, Marksın qaralama variantını oxuduğu Engelsin Anti-Dühringi materialist və ateist olan Dühringi qatı materialist olmamaq və dinlə din fəlsəfəsinə açıq qapı buraxmaqla günahlandırır. Yenə unutmayaq ki, Engels Lüdviq Feyerbaxla bağlı əsərində dini ortadan qaldırmaq üçün deyil, yenidən canlandırmaq, yeni "ucaldılmış" din qurmaq üçün mübarizəyə başladı deyə Feyerbaxı qınayır. "Din xalqı yatırtmaq üçün istifadə edilən tiryəkdir." Marksın bu sözü din haqqında marksist fikrin təməlidir. 104

Lenin 1905-ci ildə “Novaya Jizn” jurnalında nəşr olunan "Sosializm və Din" başlıqlı yazısında isə dini dağıdılması vacib olan "duman" olaraq adlandırmış və dinə qarşı kommunistlər tərəfindən aparılacaq ateizm təbliğatını belə izah etmişdir:

Bizim Proqramımız tamamilə elmi, həm də materialist dünyagörüşü təməli üzərindədir... Təbliğatımız zəruri şəkildə ateizm təbliğatını, lazımi elmi nümayişlərin keçirilməsini, avtokrat (təkhakimiyyətli) feodal hökümətin bu günə qədər qadağan etdiyi və birləşdirdiyi yazılarının Partiya işlərimizin bir budağı vəziyyətinə gətirilməsini də əhatə edir. Bir zamanlar Engelsin alman sosialistlərinə verdiyi nəsihətləri indi bizim davam etdirməyimiz lazım ola bilər: XVIII əsr fransız Maarifçilik dövrü mütəfəkkir və ateistlərinin yazıları tərcümə olunmalı və geniş şəkildə yayılmalıdır. 105

Diqqət etsək Lenin, marksistlərin dinə qarşı apardıqları döyüşün "elmi nəşrlər" və " XVIII əsr fransız Maarifçilik dövrü mütəfəkkir və ateistlərinin yazıları" kimi qaynaqlardan istifadə edirlər. Buradakı "elmi nəşr" dedikdə materializmi elm pərdəsi altında təlqin edən nəzəriyyələrdir. Bunların başında da şübhəsiz ki, darvinizm gəlir. Maarifçilik mütəfəkkirləri isə Didro, Holbax kimi Marksdan əvvəlki materialistlərin din əleyhindəki təbliğat yazılarıdır.

Leninin göstərdiyi bu üsul kommunistlər tərəfindən hələ də istifadə edilir. Dünyadakı bəzi nəşriyyatlar, bəzi elmi jurnallar və ya media təşkilatları araşdırıldıqda da darvinist və maarifçilik fəlsəfəsinə bağlı nəşrlərin qaynağının marksist olduğunu açıq-aydın görmək olar.
 

KOMMÜNİZMİN ÖRTÜLÜ DİN DÜŞMƏNÇİLİYİ

Kommunizmin din düşmənçiliyini qiymətləndirərkən bəzi kommunistlərin bu mövzuda bəzən sərgilədikləri «mülayim» siyasətin əsl məqsədini anlamaq lazımdır. Həqiqətən də dünyada marksist cərəyanlar iqtidarda olmadıqları zamanda din əleyhinə kəskin və təcavüzkar siyasət aparmazlar. Hətta bəzən kommunistlərin ağzından dinə və dindarlara qarşı hörmət bildirən sözlər eşitmək mümkündür. Yaxşı görəsən bu «mülayim» üslubun məqsədi nədir?

KOMMUNİSTLƏRİN MƏBƏD DÜŞMƏNÇİLİYİ

Gorki şəhərindəki Giorgievski kilsəsinin bolşeviklər tərəfindən yerlə bir edilmiş vəziyyəti. Kommunistlər bütün ölkə daxilində bunun kimi təxminən 50 min ibadət yerlərini dağıtmış axır, ya da anbara çevirmişlər.

Leninin yazıları arasında bu sualın cavabınıa rast gəlinir. «Proletar partiyasının din mövzusundakı mövqeyi» başlıqlı məqaləsində Lenin Marks və Engels kimi ustalarının şərh və praktiki tətbiqindən yola çıxaraq dinlə açıq döyüşə girilməməsini, bunun lazımsız «siyasi qumar» olduğunu yazıb.106 Mayıs 1909). Lenin dinə olan düşmənçiliyini açıq-aydın elan edən, dinə qarşı təhqir dolu kampaniyalar aparan digər bəzi materialistləri isə (məsələn, anarxistləri və ya «burjua ateistlərini») naşı və saf hesab edib. Onların marksistlərə yönəltdikləri «mülayimlik və “tərəddüd” ittihamlarını rədd edərək “marksizmin görünüşdəki mülayimliyini» diqqətlə düşünülmüş bir taktika olduğunu açıqlayıb.107

Lenin həmin «mülayim» taktikanı 1917-ci ilə qədər, yəni kommunistlər hakimiyyətə gələnə qədər davam etdirdi. Ancaq bundan sonra bu mülayimlik aradan qalxdı, bütün Sovet torpaqlarında dinə və dindarlara qarşı böyük təzyiq başladı. Əvvəllər «ateist olduğumuzu açıq şəkildə bildirməməli və dinə inananları belə cərgələrimizə almalıyıq» deyən Lenin hakimiyyətə gəldikdən sonra çox fərqli bir yol izləməyə başladı. Amerikalı tarixçi Robert Konkvest “The Harvest of Sorrow” (Kədər yığımı) adlı kitabında bolşeviklərin din siyasətinin bəzi ana xətlərini belə təyin edir:

“1918-ci il konstitusiyasının 65-ci maddəsində din adamlarının «burjuaziyanın xidmətçiləri» olduğu elan edildi. Beləliklə, maaşları verilmədi, uşaqları ibtidai siniflərdən sonra məktəblərə qəbul edilmədi.

28 yanvar 1918-ci ildə çıxan bir qanunla məktəblərdəki bütün dini təhsil qadağan edildi. Daha sonra 1921-ci ilin 13 iyununda 18 yaşına çatmamış gənclərə dini təhsilin verilməsi qadağan edildi.

1929-cu ilin 8 aprelində üzvlərinə yardım paylayan dini qrupların qurduğu yardım fondları, xüsusi ayinlər, uşaqlar, qadınlar üçün buraxılan İncil; ədəbiyyat, əl işləri, iş, dini dərslər, uşaqlar üçün oyun yerləri təşkil etmək, kitabxana açmaq, tibbi yardım təşkil etmək də qadağan edildi. Rəsmi əmrlər kilsənin bütün fəaliyyətlərini yox etdi.

22 may 1929-cu ildə Konstitusiyanın 18-ci maddəsi hazırlandı və «dini və anti-dini təbliğat azadlığı», «ibadət azadlığı və anti-dini təbliğat azadlığı» olaraq dəyişdirildi. Eyni zamanda Təhsil Komissiyası da «məktəblərdə anti-din təbliğatı» əmrini verdi.

Kollektivləşdirmə ilə bütün regional ibadət yerləri bağlanıldı. Dini xatırladan hər bir şey yandırıldı. 20 fevral 1930-cu il tarixli Qərb Regional Komitəsindən olan xüsusi məktub sərxoş əsgərlərin kənd kilsələrini necə bağladığını, dini simvolları qırdığını və kəndliləri təhdid etdiyini izah edirdi. Bu qapadılma və qadağalar bütün dinlərə tətbiq olunurdu.

Bununla belə kilsələrin bağlanması dini işlərin kənarda icrasına icazə verildiyi mənasını vermirdi. Xarkovda doqquz böyük kilsənin bağlanması ilə yanaşı, eyni zamanda «kilsələrin bağlandığı bu günlərdə xüsusi evlərdə dini yığıncaqların keçirilməsinin qarşısının alınması» qərarı qəbul edildi.

Leninqraddakı Kazan Kilsəsi anti-din muzeyinə çevrildi. Kiyevdəki müqəddəs Sofiya Kilsəsi və digər kilsələr anti-dini mərkəzlər olmuşdu. Xarkovda St. Andrey kilsəsi kinoteatra, digəri radiostansiyaya, başqa biri maşın ehtiyat hissəsi satan dükana çevrilmişdi. Poltavada isə iki kilsə maşın təmir olunan obyektə çevrildi.

Bunlar bütün dinlərə tətbiq olunurdu. İslam da eyni təzyiqlər altında idi. Kommunist dövrü boyu minlərlə məscid bağlanıb, çox sayda din adamı «kulak» (qolçomaq) damğası ilə öldürülüb və ya Sibirin əmək düşərgələrinə göndərilmişdi.108

Leninin «dinə qarşı mülayim olmalıyıq» taktikası 1917-ci il Oktyabr çevrilişindən sonra sərt və qatı din düşmənçiliyinə çevrildi. Lenin milyonlarla insanın həyatı bahasına başa gələn 1920-21 qıtlığını da «insanların Allaha olan inanclarını yox edən» faydalı irəliləyiş hesab edirdi.

Lenin ağrılar içində qıvrılaraq və ağlını itirmiş halda öldü. Allah Leninin insanlara etdiyi zülmün və dinə qarşı düşmənçiliyinin qarşılığını elə dünyadaca verdi. Etdiklərinin qarşılığını əskiksiz olaraq axirətdə də alacaq. Bu kimi zalım insanlar haqqında Quranda belə bildirilmişdir:

Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir! Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahid olandır! (Mücadilə surəsi 5-6)

Lenindən sonra iqtidara gələn Stalin də Lenin kimi din düşməni idi. Bu düşmənçiliyini milyonlarla dindar insanı öldürərək, dini təşkilatları, ibadət yerlərini dağıdaraq və daimi ateizm təbliğatı apararaq göstərmişdi. Stalinin apardığı ateist təbliğatın ən mühüm ünsürü isə təkamül nəzəriyyəsi idi. Avtobioqrafiyasında belə yazırdı:

"Məktəblərdəki şagirdlərimizin zehnini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini". 109

Stalin “Anarxizim yoxsa Sosializm” adlı kitabında isə Darvin və yaradılışçı alim, poleontologiyanın qurucusu olan Corc Kyuve ilə (George Cuvier) müqayisə edir və belə yazırdı: "Marksizm darvinizmə əsaslanır və onu heç araşdırmadan qəbul edir. Marksistlər Kyuvenin nəzəriyyəsini isə şiddətlə rədd edirlər".110
 

MAOCULARIN DİN DÜŞMƏNÇİLİYİ

Leninizmin və stalinizmin Çindəki nümayəndəsi kimi səhnəyə çıxan Mao da yenə dinə qarşı düşmən mövqedə olmuşdur. Maonun din haqqındakı ifadəsi bu mövzudakı fanatizmini açıq-aydın göstərir:

"... Əlbəttə, din zəhərdir. İki böyük zərəri var: Birincisi irq anlayışını təməlindən çürüdür... (və) ölkənin inkişafını yavaşladır. Tibet və Monqolustan bu şəkildə zəhərlənmişdir”. 111

Maonun iqtidara gəlməsi ilə birlikdə Çin daxilində dinə və dindarlara qarşı böyük müharibə başladılmışdır. Amma bu da Leninin kommunistlərə göstərdiyi üsulla yəni "örtülü" olaraq baş vermişdir. Kommunist partiya "öz-özünü idarə etmə hərəkəti" deyilən siyasət tətbiq etmişdir. Bunun mənası bütün dini təşkilatların "özünü maliyələşdirən, özünü idarə edən və özünü təşkil edən" quruluşda olmasıdır. Amma "din azadlığı" kimi görünən bir siyasət tamamilə dini yox etmək məqsədinə istiqamətlənən kampaniya olmuşdur. Ölkə daxilindəki bütün dini təşkilat və ibadətxanalar (Konfiçyüs və ya Buda məbədləri, məscidlər və ya xristian kilsələri), dövlət tərəfindən qurulan mərkəzi təşkilatlara verilmişdir. Qısa müddət içində də bu dini təşkilatlar "Maoizm təbliğat mərkəzi"nə çervrilmişdir. Harri Vu adlı çinli xristian Amerikan Beynəlxalq Din Azadlığı Komissiyasına 16 Mart 2000-ci il tarixində verdiyi ifadəsində bunu belə izah edir:

Mao Tse-Tung hər hansı bir Çin vətəndaşının Kommunist Partiyadan kənar nüfuza bağlanmasına icazə vermədiyi üçün Mao rəhbərliyində hökumət tərəfindən idarə olunan bu mərkəzi din təşkilatları heç bir dini fəaliyyət göstərməmişdir. Maonun Çini idarə etdiyi 30 illik müddətdə bu "üç öz-özünə hərəkəti" Çin Kommunist Partiyası ilə birlikdə dini yox etmək və Kommunist Partiya ideologiyasını yaymaq üçün çalışmışdır. Maoizm Çinin yeganə qanuni dini, Maonun Qırmızı Kitabı isə yeganə müqəddəs kitabı olmuşdur. 112


Alban diktator Ənvər Xoca və Mao birlikdə Çin təbliğat posteri.
Şərqi Türküstandakı müsəlman uyğur türkləri və ya Tibetdəki budistlər isə qanlı vəhşiliklərə hədəf olmuş, Çin Kommunist Partiyası bu xalqların həm sayını azaldaraq, həm də dini inanclarını yox edərək hakimiyyəti altına almağa çalışmışdır. Maoizmin dinə düşmənçiliyi, Maonun yolunu izləyən digər kommunist Asiya rejimləri tərəfindən də davam etdirilmişdir. Kambocadakı Qırmızı Kxmer rejimi Kamboca xalqına qarşı tətbiq etdiyi soyqırımda, ölkənin müsəlman azlığı olan Şam birliyinə xüsusilə zülm tətbiq etmişdir. Kommunizmin Qara Kitabında Qırmızı Kxmerlerin şamlara qarşı tətbiq etdikləri vəhşilikdən belə bəhs edilir:

1973-cü ildən etibarən xilas edilmiş bölgələrdə məscidlər dağıdıldı və ibadət qadağan edildi. 1975-ci ildən başlayaraq bu tədbirlər yayıldı. Quranlar yandırılmaq üçün yığıldı, məscidlər ya başqa işlərdə istifadə edildi ya da söküldü. İyunda 13 dindar müsəlmanın bəzisi ibadəti mitinqdən üstün tutmaqdan, bəzisi isə dini nikah barədə açıqlamaya görə edam edildi... Din adamları xüsusilə hədəf alınaraq öldürüldü. 1000-ə qədər hacının yalnız 30 –a qədəri sağ qaldı. O biri Kambocialıların əleyhinə şamlar tez-tez qiyam qaldırdı; bu qiyamlar bir çox qırğına səbəb oldu. Qırmızı Kxmerler 1978-ci ilin ortasından etibarən bir çox Şam birliyinin, qadın və uşaqlar da daxil olmaqla sistematik şəkildə nəslini kəsməyə başladı... 113

Maoculuğun din düşmənçiliyini nümayiş etdirən bir başqa kommunist rejim Albaniyadakı Ənvər Xoca diktaturası olmuşdur. Albaniya II Dünya Müharibəsindən sonra Sovet peyki olaraq ortaya çıxmasına baxmayaraq, 1960-cı illərdəki Çin-Sovet qarşıdurması zamanı Çinin tərəfində olmuş və qısa müddətdə Qırmızı Çinin və maoculuğun Avropadakı nümayəndəsi olmuşdur. Ənvər Xoca bütün dini ibadətxanaları (məscidləri və ölkənin şimalındakı katoliklərin kilsələri) bağlamış, üstəlik insanların öz evlərində belə ibadət etmələrini qadağan etmişdir. Hər hansı bir dinə inanmaq və bunu ifadə etmək cinayət halına gəlmiş, buna qarşı gələnlər müxtəlif təzyiq və işgəncələrə məruz qalmışdır. Ənvər Xoca bütün bu tətbiqlərlə dini inancları tamamilə ortadan qaldırdığını zənn edərək "dünyanın həqiqi mənada ateist olan ilk dövlətini qurduğunu" elan etmişdir.


KOMMUNİZM VƏ QURANDA GÖSTƏRİLƏN DİNSİZ SİSTEMLƏR

Əslində kommunist sistemin bu sayt boyunca müzakirə etdiyimiz bütün mənfi xüsusiyyətlərinin təməlində kommunizmin tamamilə dinə zidd və din düşməni ideologiya olması dayanır. Kommunizmin vəhşiliyinin də, donuqluğunun da səbəbi dinə qarşı olan qatı düşmənçiliyidir.

Din, insanı yaratmış olan Allah‘ın ona nazil etdiyi düşüncə və həyat formasıdır. İnsan üçün ən uyğun həyat da dinə uyğun qurulan həyatdır. Çünki insanın ruhunu ən yaxşı bilən onu yaratmış olan Allah‘dır və ancaq Allah‘ın dininə uyğun qurulmuş olan sistem insan ruhuna rahatlıq verir. Dini rədd edən sistemlərin insanlara acı, hüzn, qorxu və inamsızlıq aşılaması qaçınılmazdır. Dinin öyrətdiyi hər cür həqiqətə qarşı çıxan, onun tam əksini müdafiə edən və bu şəkildə həyata keçirilməyə çalışılan sistemlərin insanlara verdikləri zərər daha da böyük olur. Kommunizm bunun ən bariz nümunələrindən biri olaraq tarixə keçmişdir.

Bu mövzunun çox maraqlı başqa tərəfi isə kommunizmin Allah‘ın bizə Quranda təsvir etdiyi dinsiz sistemlərlə mühüm oxşarlıqlar olmasıdır. Quranda dinsiz sistemlərə nümunə olaraq izah edilən Firon rejimi və digər bəzi sistemlər ilə dövrümüzdəki kommunist rejimlər müqayisə edildiyində aralarında böyük oxşarlıq olduğu diqqət çəkir. Bunları sıra ilə araşdıraq.
 

BÖYÜK BİNA TUTQUSU

Dinsiz idarəçilərin ortaq xüsusiyyətləri sahib olduqları mövqeyə görə böyüklük hissinə qapılmaları, təkəbbürlənərək digər insanları alçaltmalarıdır. Bunu müxtəlif şəkillərdə ifadə edirlər.


Kommunist arxitekturadakı böyük bina ehtirasının bir nümunəsi: Moskvadakı Nazirlər Kabineti binası
Quranda Allah bu idarəçilərə nümunə kimi hz. Musa dövründə Misiri idarə edən Fironu göstərmişdir. Firon təkəbbürlənərək həm Allah‘a və elçisi hz. Musaya qarşı çıxmış, həm də öz xalqını müxtəlif təzyiqlərə məruz qoymuşdur. Fironun böyüklük hissinin maraqlı ifadə forması isə "yüksək qüllə" inşa etdirmək istəməsidir. Bu məqsədlə Firon tərəfindən köməkçisi Hamana verilən əmr Quranda belə bildirilir:

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm. (Qasas surəsi, 38)

Fironun qürurunun ifadəsi olan "yüksək qüllə" ehtirası, kommunist diktatorlarda "böyük bina" ehtirası kimi ortaya çıxmışdır. Başda Sovet İttifaqı olmaqla bütün kommunist rejimlərdə şişirdilmiş dərəcədə böyük dövlət binaları tikilmiş, bu binalar kommunist rejimin güc və qalıcılığının simvolu olmuşdur. Rum diktator Nikolay Çavuşeskunun Buxarestdə tikdirdiyi saray dünyanın ən böyük binası ünvanını uzun müddət qorumuşdur. Çox soyuq və zövqsüz görünüşə sahib olan saray, yalnız "böyüklük" mövzusunda ön plana çıxa bilmiş və kommunist ideologiyanın böyüklük kompleksinin ifadəsi kimi qalmışdır.
 

XALQIN ZORLA ÇIXARILMASI

Quranda Allah dünyada fitnə-fəsad törədən inkarçı qüvvələrdən bəhs edərkən, onların bəzi insanları yurdlarından sürüyüb çıxardıqlarını da bildirir. Məsələn, inkar edənlər onlara göndərilən peyğəmbərlərə "...Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!.." (İbrahim surəsi, 13) deyə təhdid etmişlər. İnkar edənlər bu təhdidlərini zəif gördükləri müsəlmanlara qarşı tətbiq etmişlər. Bir ayədə bu xəbər verilir və "Onlar ancaq “Rəbbimiz Allah‘dır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar..." (Həcc surəsi, 40) buyurulur.

Kommunist rejimlər tarixdəki ən böyük sürgünləri həyata keçirmişdir. Maraqlısı budur ki, bu sürgünlərdə xüsusilə müsəlmanlar hədəf alınmışdır. Stalin dövründə Krım türkləri başda olmaqla xeyli müsəlman xalq yurdlarını gecə tərk edərək, ac və səfil şəkildə Rusiyanın ən əlverişsiz bölgələrinə sürgünə göndərilmiş, yüz minlərlə günahsız insan yollarda can vermiş, onlara göstərilən hədəfə çata bilənlər isə aclıq, yoluxucu xəstəliklər və dondurucu soyuq səbəbindən həyatlarını itirmişlər.
 

VİCDAN AZADLIĞININ YOX EDİLMƏSİ

Quranda bəhs edilən Firon sisteminin əsas xüsusiyyətlərindən biri, sistemin vicdan azadlığını ortadan qaldırmasıdır. Cəmiyyətin necə bir dini inanca sahib olacağı sistem tərəfindən müəyyən edilir. Bu quruluş Fironun hz. Musaya inanan sehrbazlara söylədiyi "Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz?" (Əraf surəsi, 123) sözündən açıq şəkildə məlum olur. Yenə Firon öz qövmünə qarşı xitab edərkən onlara lazım olan doğruları özünün öyrətdiyini bundan kənar heç bir doğrunu axtarmamalarını belə iddia etmişdir:

"... Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm". (Mömin surəsi, 29)

Firon sisteminin bu xüsusiyyətinin dövrümüzdəki nümayəndələri kommunist rejimlər olmuşdur. Başda Sovet İttifaqı olmaqla 20-ci əsrdəki kommunist sistemlərin hamısı "totalitar rejim" ünvanına malikdir, ən azından totalitar rejim qurmağa çalışmışlar. Totalitarizm cəmiyyətin bütöv şəkildə dövlət tərəfindən formalaşdırıldığı dövlətin təzyiq və təbliğat üsullarından istifadə edərək bütün cəmiyyəti fiziki və zehni yolla idarə etdiyi sistemdir. Quranda Fironla təsvir edilən totalitar quruluş 20-ci əsrdə Lenin, Stalin, Mao və ya Ənvər Xoca kimi diktatorlar tərəfindən həyata keçirilmişdir. Albaniya diktatoru Ənvər Xoca ölkəsində insanların hər hansı dini inanca sahib olmasını qadağan etmiş, bütün ibadətxanaları bağlamış və "tarixin ilk ateist dövlətini qurduğunu" elan etmişdir.


LİDERİN BÜTLƏŞDİRİLMƏSİ

Allah Quranda Firon sistemindən bəhs edərkən, Fironun özünü xalqın gözündə ilahlaşdırma cəhdi olduğunu da bizə xəbər verir. Bu həqiqət Fironun ətrafındakılara söylədiyi və Quranda qeyd edilən "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram!" (Qasas surəsi, 38) şəklindəki sözündən aydın olur. Misir tarixi də bizə eyni məlumatı verir, Fironların özlərini "dünyadakı tanrı" olaraq təsvir etdiklərini göstərir.


Maonu bütləşdirmək məqsədi ilə düzəldilmiş kommunist təbliğat posteri. Diqqət yetirilsə posterdə Mao bütün çinlilərin üzərinə doğan günəş, hamıya yol göstəricisi və hamıya sözdə xoşbəxtlik və həyat sevinci gətirən, bir sözlə "ilah" olaraq təsvir edilir.

Kommunist rejimlərdə də sistemi idarə edən diktatorların eyni psixologiyaya malik olduqları görünür. Xüsusilə Lenin, Stalin, Mao, Kim II Sung (Şimali Koreya) kimi diktatorlar özlərini cəmiyyətin gözündə sanki bir tanrı halına gətirəcək kütləvi beyin yuma proqramı icra etmişlər. İngiliscədə bu liderlərin siyasətini təyin etmək üçün istifadə edilən "cult of personality" (şəxsiyyətin dini) anlayışı, bu "lider bütləşdirilməsini" ifadə edir.

Bu bütləşdirmə meyili ilk kommunist inqilab olan Rus İnqilabının lideri Leninlə başlamışdır. Əslində Leninin bəzi sözlərinə və miras qoyduğu anlayışlara nəzər yetirdikdə bir cür "dini" atmosfer gözə dəyir. Ancaq bu bütpərəst bir dindir. Lenin Kommunist Partiyanı bir növ dinsiz təriqət şəklində təşkilatlaşdırmışdır. O öldüyündə Kommunist Partiya üzvləri böyük bir mərasim təşkil etmiş və onun cəsədinə doğru səslənərək "Yoldaş Lenin and içirik ki, əmrlərini yerinə yetirəcəyik" şəklində çıxışlar etmişlər.114 Leninin cəsədi tamamilə köhnə Misir dininə uyğun şəkildə mumiyalanmış və yenə köhnə Misirdəki firon məzarlarına bənzər bir məzara qoyulmuşdur ki, bu, Firon sistemi ilə kommunist sistem arasındakı bənzərliyin olduqca nəzərə çarpan nümunəsidir.


Şimali Koreya diktatoru Kim Il Sungun heykəli qarşısında səcdə edən koreyalılar, kommunizmin əslində müasir bütpərəstlik olduğunu sübut edir.

Stalin və Mao, Leninin yolunu izləmişlər. Hər iki diktator nəhəng ölçülərdə heykəllərini düzəltdirib ölkənin hər tərəfinə yerləşdirmiş, bu yolla xalqa "ilah-lider" portreti çəkməyə çalışmışdır. Mao "Qırmızı Kitab" adı verilən bir növ "müqəddəs kitab" yazmış və hər çinli bu kitabı oxuyub həyata keçirməklə məsul tutulmuşdur. "Böyük Serdümen" ləqəbi verilmiş Maonun Çinin hər yanındakı heykəlləri hələ də bir çox çinli tərəfindən ziyarət edilir. Maonun ad günündə kütləvi intihar edənlər olur.

KOMMUNİZM: MÜASİR BÜTPƏRƏSTLİK

Kommunist ideologiyada ortaya çıxan "liderə sitayiş" meyili kommunizmin Quranda xəbər verilən firon sistemi kimi bütpərəst anlayışa sahib olduğunu göstərir. Həyatlarında Misir fironu kimi zülm edən kommunist liderlər, öldüklərində də eynilə fironlar kimi mumiyalanmışlar. Leninin beyni sözdə "nə qədər üstün bir zəka olduğunu araşdırmaq" məqsədi ilə çıxarılmış və xüsusi qoruma altına alınmışdır. Sağda yuxarıda Leninin, altında isə Maonun cəsədlərinə qorxu ilə baxan insanlar kommunist ideologiyanın despotluğunu nümayiş etdirirlər.


Şimali Koreyada hakimiyyətə gələn Kim II Sung da bütləşdirilmiş, "xalqın günəşi" müəyyən edilmiş və əsla səhv etməyən düzgün yol göstərici olaraq tanıdılmışdır. Eyni vəziyyət Şimali Vyetnamın kommunist diktatoru Ho Chi Minh üçün də keçərlidir.
 

OLİQARXİK QURULUŞ

Oliqarxiya "azlığın hakimiyyəti" deməkdir. Bir sistemdə siyasi güc yalnız məhdud qrupun əlində olduqda o sistem oliqarxikdir. Qurana baxdığımızda isə inkarçı sistemlərin əsasən oliqarxik strukturlara sahib olduğunu görürük. Bir çox ayədə "qövmün öndə gələnləri"ndən bəhs edilir. Qövmün qabaqcılları ilə bağlı ayələr araşdırıldığında, bəhs edilən təbəqənin bütün siyasi gücü əllərində tutduğu və cəmiyyəti öz fikirləri istiqamətində yönləndirdiyi aydın olur. Firon sistemi də oliqarxikdir. Fironla bağlı ayələr araşdırıldığında yanında məsləhətçilər, sehrbazlar və əsgərlərdən ibarət oliqarxik sinif olduğu görünür. Sehrbazlar xalqın Firon sisteminə bağlı qalması üçün onlara fikri yöndən nəzarət etmiş, əsgərlər isə eyni nəzarəti zor gücünə təmin etmişdir.

Kommunist rejimlər Quranda haqqında danışılan inkarçı oliqarxik sistemin dövrümüzdəki qarşılığıdır. Kommunistlər guya "xalq hakimiyyəti" üçün yol alıblar, halbuki hakimiyyəti ələ keçirdikləri hər ölkədə xalq üzərində zorakılığa söykənən azlıq iqtidarı qurmuşlar. Ölkədəki bütün siyasi güc "proletar partiyası" yəni fəhlə partiyası etiketini daşıyan, halbuki işçilərlə heç bir əlaqəsi olmayan Kommunist Partiya rəhbərliyinin əlinə keçmişdir. Kommunist Partiyasının Mərkəzi Komitə və Politbüro adlandırılan qərar mexanizmləri və bunların da üzərində olan Baş katib ölkədəki bütün siyasi gücün sahibi olmuş və bunu mərhəmətsizcə istifadə etmişdir. Kommunist rejimlərdəki bütün guya "demokratik" mexanizmlər, yəni, seçkilər və partiya konqresləri saxtadır.
 

"ƏKİN VƏ NƏSLİ MƏHV ETMƏK"

Allah Quranda inkarçı idarəçilərin xüsusiyyətlərindən bəhs edərkən əhəmiyyətli bir məsələyə diqqət çəkir:

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allah‘dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi 205-206)

Diqqət yetirilsə ayədə keçən "dünyada fitnə-fəsad çıxarmaq" və "əkini və nəsli məhv etmək" Sovet İttifaqı, Qırmızı Çin və ya Kamboca kimi kommunist rejimlərdə tətbiq olunan kollektivləşdirmə və qətliamları tam təsvir edir. Lenin, Stalin, Mao və ya Pol Pot iqtidarları altındakı ölkələri tamamilə qarışıqlıq, qorxu və terror mühitinə sürüyərək fitnə-fəsad çıxarmışlar. Lisenkonun təkamülçü yanlış fikirlərini əkinçiliyə tətbiq edərək əkinçilik məhsullarını, yəni əkini məhv etmiş, on milyonlarla insanı öldürmüşlər. Ayənin davamında bu fitnə-fəsadı törədənlərin çox qürurlu və dinsiz olduqları da bildirilir ki, Lenin, Stalin, Mao və ya Pol Pot kimi özlərini tanrı sayan diktatorların bu təsvirə qüsursuz uyğun gəldiyi ortadadır.
 

NƏTİCƏ

Kommunistlər tarixin təkamüllə irəlilədiyini, köhnə cəmiyyətlərin dövrümüzdəki cəmiyyətlərdən geri qaldığına inanırlar. Bu səbəbdən keçmişdəki peyğəmbərləri və ya insanlara min il əvvəllər vəhy edilmiş müqəddəs kitabları öz aləmlərində alçaltmağa çalışırlar. Halbuki, sahib olduqları ideologiya Allah‘ın bizlərə 14 əsr əvvəl Qurani-kərimdə bildirdiyi kimi aldanış, cəhalət və psixoloji pozğunluqdan başqa bir şey deyil. Hər nə qədər özlərini "tarixin ən inkişaf etmiş mərhələsi" hesab etdikləri kommunizmin liderləri kimi görsələr də, tarixin dərinliklərində qalmış olan Misir Fironu ilə ortaq xüsusiyyətlərə sahibdirlər.

Çünki tarixdə insan zəkası və quruluşu baxımından "irəliləmə" yoxdur. Minlərlə il əvvəlki insanlar da bu günki insanlarla eyni xüsusiyyətlərə malikdir. Mədəni və texniki baxımdan isə zaman ərzində inkişaf da, geriləmə də olmuşdur. Məsələn, hz. Süleyman dövründəki texnologiya, Misir dövründəki piramidaların inşaat texnikası kimi bir çox mövzu hələ də bilinmir. Bəzi sivilizasiyalarda inkişaf etmiş mədəniyyət və texnologiya təcrübəsi olduğu onlardan geriyə qalan əsərlərdə aydın görünür. Ancaq heç bir zaman üçün sabit bir tərəqqi yoxdur. Bəzən inkişaf, bəzən geriləmə olmuşdur.

Amma başda da qeyd etdiyimiz kimi, insanların quruluşu baxımından Allah müəyyən insan tipləri, müəyyən düşüncə formaları yaratmış və tarix bunların arasında yenə Allah‘ın müəyyən etdiyi qanunlara görə işləyir. Quranda Allah‘ın sünnətullahının, yəni qoyduğu təbii və ya ictimai qanunların əsla dəyişmədiyi belə xəbər verilir:

Əvvəllər olub-gedənlər barəsində də Allah‘ın hökmü belə idi. Sən Allah‘ın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən. (Əhzab surəsi, 62)

Dünyada kommunist ideologiyanın mövcud olması da, Allah‘ın sünnəti ilə olmuşdur. Allah diləmiş olduğu üçün insanlar kommunizm kimi vəhşi, qaranlıq və qaba ideologiyaya inana bilmişlər. Allah diləmiş olduğu üçün kommunizm 20-ci əsri qana bulaya bilmişdir. Allah belə bir şeyi diləmişdir, çünki 19-cu əsrdə darvinizm azğınlığına inanaraq dinsizliyi seçənlər, kommunizmə və bir tərəfdən də faşizmə layiq görülmüşlər. Bir ayədə Allah‘ın bu sünnəsi belə açıqlanır:

İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar. (Rum surəsi, 41)

Bu ilahi qanun haqqındakı sosioloji təsbiti Nobel mükafatlı məşhur rus yazıçı Aleksandr I Solijenitsın etmişdir. Kommunizmi şiddətlə tənqid edən Solijenitsın, 1983-cü ildə Londonda bir çıxışında öz xalqının başına gələn fəlakətin səbəbini belə şərh edir:

Yarım əsr əvvəl hələ uşaq olarkən qocaların Rusiyanın başına gələn fəlakətlərin səbəbi üçün belə dediklərini xatırlayıram: "İnsanlar Allah‘ı unutdular, bütün bu fəlakətlərin səbəbi budur". O vaxtdan bəri, 50 ildir inqilabımızın tarixi üstündə çalışmışam, yüzlərlə kitab oxudum, yüzlərlə şahid dinlədim, səkkiz cild kitab yazdım. Amma 60 milyon insanı yox edən inqilabın əsas səbəbini yazmağımı istəsəniz, bunu təkrarlamaqdan başqa şey edə bilmərəm: İnsanlar Allah‘ı unutdular; bütün bu fəlakətlərin səbəbi budur. 115

Kommunizm insanların Allah‘ı unutmaları nəticəsində ortaya çıxmış bəladır. Dinsiz cəmiyyətin nə qədər mərhəmətsiz, vəhşi və qaba ola biləcəyini, Allah‘ı inkar edən darvinizm, materializm kimi fəlsəfələrin necə bir nəticə verdiyini isbat edən canlı nümunədir. İnsanlar kommunizmin gətirdiyi bəlaları gördükcə, din əxlaqı ilə dinsiz cəmiyyətlər arasındakı böyük fərqi görə bilmişdir. Bu da insanlığın qurtuluşu üçün tək həllin din əxlaqının yaşanması olduğunun başa düşülməsinə səbəb olmuşdur.

Ancaq unudulmamalıdır ki, insanlar Allah‘ı inkar edib sözügedən fəlsəfələrə inanmağa davam etdikləri müddətcə, kommunizm və bənzər azğın ideologiyalar da mövcud olacaqdır. İnsanlar yuxarıdakı ayədə ifadə edildiyi kimi, "öz əlləri ilə qazandıqlarına görə quruda və dənizdə fəsad ortaya çıxması"nı istəmirlərsə, əvvəlcə sözügedən ideologiyalardan uzaqlaşmalı və başqa insanları da uzaqlaşdırmalıdırlar. Bunu reallaşdıra bilmək üçün əvvəlcə bütün bu bəla gətirən ideologiyaların sözdə elmi əsas olaraq qəbul etdikləri darvinizmin elmi çöküşünü və qaranlıq üzünü insanlara tanıtmaq lazımdır.

21-ci əsrdə ağıl, vicdan, fərasət və bəsirət sahibi insanların ən əhəmiyyətli vəzifələrindən biri, böyük İslam alimi Bədiüzzamanın diqqət çəkdiyi "maddiyyun və tabiiyyun taunu" (materializm və naturizm(təbiətçilik) xəstəliyi) ilə fikri mübarizə aparmaqdır.
 
    

104  Viladimir Iliç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, Sayı: 45, 13 (28) Mayıs 1909, s.??
105  Viladimir Iliç Lenin, Sosyalizm ve Din Novaya Zihn, Sayı: 28, 3 Aralık 1905
106  Viladimir Iliç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, Sayı: 45, 13 (28) Mayıs 1909
107  Viladimir Iliç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, Sayı: 45, 13 (28) Mayıs 1909
108  Harvest of Sorrow, s.200-212
109  Hovind'in Kitabı.
110  J. V. Stalin, Anarchism Or Socialism? From J. V. Stalin, Works, Foreign Languages Publishing House, Moscow, 1954, Vol. 1, s. 297-391
111  http://www.tibet.com/WhitePaper/white7.html
112 Statement of Harry Wu Before the U.S. Commission on International Religious Freedom March 16, 2000 (http://www.laogai.org/tstmny/relgn.htm)
113  Komünizmin Kara Kitabı, s.779
114  R. Payne, The Life and Death of Lenin, London: 1967, s. 609-610.
115  Edward E. Ericson, Jr., Solzhenitsyn - Voice from the Gulag, Eternity, Ekim 1985, s. 23- 24



 
 



     
 

 

 

 
© 2010 Harun Yəhya www.adnanoktar.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsiniz.